Məhkəmə qərarları › İş №2(102)-294/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-294/2023

01.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-294/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X4 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)622/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi; İşin halları 1. 11-01-1-0-581-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin 4 saylı filialından illik 21 faiz olmaqla, 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür.

2. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Kreditor-İpotekasaxlayan”) ilə Cavabdeh1 (“İpotekaqoyan”) arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, N-0741543 saylı çıxarışdan görünür ki, Cavabdeh1 adına qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikroray onda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kvadrat metr ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzili "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2015-ci ildən 36 ay müddətinə - xx.xx.2018-ci il tarixə qədər ipoteka ilə yüklü edilmişdir.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2015-ci il tarixli “2 №-li forma” arayışından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A, mənzil 7-nin sahibi Cavabdeh1dur və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13981,64 ABŞ dolları əsas, 17918,98 ABŞ dolları faiz, 4477.29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 38279,96 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bə dəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kvadrat metr ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İşin faktiki hallarına uyğun əsaslandırılan iddia ərizəsində əlavə olaraq qeyd edilmişdir ki, xəbərdarlıq edilməs inə baxmayaraq, Cavabdeh1 banka olan borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yö nəldilməlidir. Bundan başqa, 03 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka cəmi 38279,96 ABŞ dolları borcu vardır. Həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir.

7. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı bank tələb etdiyi məbləğlə razılaşmır. Mütamadi olaraq banka hər ay 50-100 ABŞ dolları ödənişlər edir. Ailə vəziyyəti ağırdır, həyat yoldaşı işləsə də, əmək haqqı azdır. Kredit borcunu valideynlərinin xəstəliyi ilə əlaqədar götürmüş, borc məbləği götürərkən bankın onun maliyyə və iqtisadi vəziyyətinin ağır olmasında n məlumatı olmuşdur. Hazırda isə ondan həddən çox faiz və cərimə məbləği tələb edir. Bank tərəfindən borcu qanunvericiliyə əsasən kompensasiya edilmir. Prezidentin və İqtisadi İnkişaf Nazirliyinin Problemli kreditlərin kompensasiyasının həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun borc məbləği restrukturizasiya edilməmişdir. Restrukturizasiya həyata keçirilsəydi borcu azaldılmalı və ona qanunvericiliyə uyğun olaraq güzəşt edilməli idi. Lakin, iddiaçı bank qanunları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və normalarını pozaraq ona qarşı hüquqlarından sui-istifadə edir. Kredit götürüldükdən sonra keçən müddət ərzində ölkə ərazisində baş vermiş devalivasiya ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmiş, iddiaçı tərəf borcun qaytarılmasında heç bir güzəşt etməmişdir. So nradan dövlətin vətəndaşlara olan qayğı və diqqəti sayəsində problemli kreditlərin kompensasiyası həyata keçirilmişdir. Bu islahata uyğun olaraq onun borcuna real güzəşt edilməmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) mülki iş üzrə məhkəmə-mühasibatlq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, N-9/4891 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış, 16 oktyabr 2015-ci il tarixli, 11-G1-1-0-581-15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 18 may 2021-ci il tarixə banka olan borcu ümumilikdə 33404,98 ABŞ dolları məbləğində müəyyə n edilir ki, ondan 15104,18 ABŞ dolları əsas borc, 18300,80 ABŞ dolları faiz borcunu təşkil edir.

10. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, mənzil 1.) yerləşən 111.1 kvadrat metr ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinin xx.xx.2021-ci il tarixə bazar dəyərini 90000 (doxsan min) manat, likvid dəyərini 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir.

11. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021, xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sumqayıt şəhəri, 9-cu mikroray on, ev 21A/3, mənzil 7-də və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 7-də qeydiyyatdadırlar.

12. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 25 aprel 2019-cu il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 7-də qeydiyyatda olan Cavabdeh1 27486,87 manat pulun tutulması qeyd edilmiş, bundan əlavə təklif edilmişdir ki, borcludan 1933,13 manat cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 29440 (iyirmi doqquz min dörd yüz qırx) manat pul tutulsun. Həmin icra qeydi reyesrtdə 8i-2498 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir.

13. İddiaçı ASC-nin 07 aprel 2021-ci il tarixli, KBD-5359 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanovun icraatında olan, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 26 aprel 2019-cu il tarixli İcra qeydinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27.486,87 manat və 20 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. Qeyd olunan icra qeydi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin qeyd edilən kredit ABŞ dolları ilə olmasına baxmayaraq icra qeydində manat kimi göstərilmiş, bundan əlavə tələb kreditin təminatı olan əmlaka yönəldilməmişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 26 aprel 2019-cu il tarixli İcra qeydinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması və icra sənədi üzrə bütün icra tədbirlərinin dayandırılması xahiş edilmişdir.

14. Sum qayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə İcra sənədi Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qaytarılmışdır.

15. Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas borc, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03 0 5.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kvadrat metr ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin likvid dəyərinin 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaitinin hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsinə və tərtib edilmiş qrafikə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kvadrat metr ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin yaşayış sahəsin in hərracda satılması və kredit tələbinin realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə bankın tələbi əsaslıdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 203.1, 269.4, 270.1, 276.1, 297, 298, 317, 319.1, 319.6, 385.1, 386.1, 442, 739-cu maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3-cu maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 saylı qətnaməsinin faiz və cərimə borcu hissəsində ləğv edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhk əməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci və 739-cu maddələrinin tələbləri pozulmuşdur.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(105)622/2022 saylı qərardadı ilə (hakimlər – X6 (sədrlik edən və məruzəçi), X3 və X1) mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

21. Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 9/1770 nömrəli təkrar ekspert rəyindən görünür ki, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 11-011-0-581-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 03 may 2021-ci il tarixə banka olan borcu ümumilikdə 33207,46 ABŞ dolları məbləğində müəyyən edilir ki, ondan 15.154,18 ABŞ dolları əsas borc, 18.053,28 ABŞ dolları faiz borcunu təşkil edir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X6 (sədrlik edən və məruzəçi), X3 və X1) Cavabdeh1 verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, qətnamənin “Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas borc, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcunun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissəsi ü zrə ayrıca qərardad qəbul edilməsi, qətnamənin “tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə), (Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 257, M4, m1.) yerləşən 111.1 kvadrat metr ümumi sahədən ibarət 3/21A nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin likvid dəyərinin 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan cəmi 32894 (otuz iki min səkkiz yüz doxsan dörd) ABŞ dolları 47 (qırx yeddi) sent borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması ” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin “Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03. 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış faydanın ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza sı Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanması, aparılmış təkrar ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə borcun, ona heablanmış faizlərin ödənilməsi və cərimə borcunun qaytarılmasına münasibətdə bildirmişdir ki, bu hissədə işə baxaraq iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olma mışdır. Nəzərə alınmalıdır ki, notariusun icra qeydi əsasında başlanmış icra icraatı üzrə icra sənədinin tələbkara qaytarılması icra qeydinin mövcud olmadığı (qüvvədən düşdüyü) anlamına gəlmir, çünki icra qeydinin tələbkara qaytarılması eyni şəxsin ərizəsi ilə onun yenidən icraya yönəldilməsini istisna etmir. Ona görə də, həmin hissəsində qətnamə ləğv edilərək iddia tələbinin həmin hissəsi üzrə ayrıca qərardad qəbul edilməlidir.

24. Məhkəmə kollegiyası tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və mənzilin satışından əldə olunan məbləğ hesabına kredit borcunun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, əsas öhdəlik təmin edilmədiyi halda tələb əsas öhdəliyin təminatı olaraq əlavə aksessor xarakter daşıyan mənzilə də yönəldilə bilməz. Bu səbəbdən, qətnamə həmin hissədə ləğv edilib, iddia həmin hissədə təmin olunmamalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qətnaməsinin əldən çıxmış fayda, dövlət rüsumu, xidmət haqqı ekspertiza xərcinin tiulması, “iddia qalan hissədə təmin edilməsin” hissələrinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.5, 385.1, 386.1, 442, 445.2.1, 448.1, 449.1, 739.1, 739.2-ci maddələrinə, “İcra haqqında” Qanunun 6.1.4, 8.2-ci və 23.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-622/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər – X6 (sədrlik edən və məruzəçi), X3 və X1) Cavabdeh1 verdiyi apellyasiya şikayə tinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-4846/2021 nömrəli qətnaməsinin qismən, “Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13981 (on üç min doqquz yüz səksən bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent əsas borc, 17918 (on yeddi min doqquz yüz on səkkiz) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcunun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, iddia tələbi üzrə icra qeydinin mövcudluğuna əhəmiyyət verməyərək iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir.

29. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 6.1.4, 8.2 və 23.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil brahimov Taleh Vəli oğlu) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-622/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edlməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra qeydində tələbin yönə ldiləcəyi əmlakın olmaması, bankın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci iltarixli qətnaməsi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4846/2021 saylı qətnaməsini cavabdehdən tutulmalı olan əsas borca 5%-lə hesablanmış gecikdirilmiş borca münasibətdə dəyişdirmədən saxlamışdır. Bütün yuxarıda sadalananlar bir daha əsas verir ki, Sumqayıt Apelyasiya Məhkəməsi qətnamə qəbul edərkən Bankın (iddiaçının) hüquqlarını pozmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin olmasına və qətnamənin qismən ləğv olunmasına baxmayaraq tələbin yönəldiləcəyi hissədə iddianı təmin etməmiş və qətnamədə buna dair heç bir əsaslandırma və nomaya istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

34. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

35. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

36. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə

442. Öhd əliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ”İpoteka haqqında ” Azərbaycan Respublikası Qanunu

42. Maddə

4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1.Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

43. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda

44. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətinin nəticə hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 622/2022 saylı 10.06 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunsa da, kassasiya şikayətinin dəlillərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi sadəcə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlandığına görə apellyasiya instansiyası məhkəməsinin aktı tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

57. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ipoteka münasibətlərini tənzimləyən normaları və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları məhkəmə qaydasında tutmanın ipoteka predmetinə yönəldilməsini tutma yönəldilməsi barədə iddianı əsas kredit (öhdəlik), faiz və cərimə tələbinə dair iddia ilə birlikdə irəli sürülməsini şərtləndirmir.Yəni, əsas öhdəlik (kredit) faiz və cərimə pulu tələbi olmadan da, məhkəməyə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia verilə bilər.

58. Bu halda məhkəmə ipoteka ilə təmin edilmiş əsas öhdəliyin mövcudluğunu, borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirməd iyini və ya yerinə yetirilməsini gecikdirdiyini, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 34.1.3 və 34.1.4-cü maddələrində müəyyənləşdirilmiş halların mövcudluğunu yoxlamalıdır.Əgər göstərilənlər öz təsdiqini taparsa tutma ipoteka predmetinə yönəldilə bilər.

59. İş materialları ilə borclu tətəfindən kredit öhdəliyinin icrasını yerinə yetirmədiyinə görə müvafiq pul məbləğinin borcludan tutulması məqsədilə notariusun icra qeydi verdiyi, apellyasiya instansiyası məhkəməsinin də bunu nəzərə alaraq iddianın kredit müqaviləsi üzrə borcun, ona heablanmış faizlərin ödənilməsi və cərimə borcunun qaytarılmasına dair hissəsində iş üzrə icraata xitam verdiyi məlum olur.

60. Apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və mənzilin satışından əldə olunan məbləğ hesabına kredit borcunun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, əsas öhdəlik təmin edilmədiyi halda tələb əsas öhdəliyin təminatı olaraq əlavə aksessor xarakter daşıyan mənzilə də yönəldilə bilməz. Bu səbəbdən, qətnamə həmin hissədə ləğv edilib, iddia həmin hissədə təmin olunmamalıdır.

61. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh1 16 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 03. 05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943 (doqquz yüz qırx üç) ABŞ dolları 85 (səksən beş) sent məbləğində ə ldən çıxmış faydanın ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi” hissəsini dəyişdirilmədən saxlamış və bu halda da dəyişdirilmədən saxlanmış hissədə göstərilmiş pul məbləğlərinin ipoteka ilə təmin edilmiş tələbin həcminə daxil olub-olmamasını, beləcə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3 və 4.1. 4-cü maddələrində göstərilmiş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinin də ipoteka ilə təmin edilən öhdəliyin həcminə daxil olduğunu və bunlara görə də tutmanın ipoteka predmetinə yönəldilməsinin mümkünlüyünü nəzərə almamışdır.

62. Kassasiya instansiyası məhkəməsi belə hesab edir ki, yuxarıda izah edildiyi kimi, tutmanın ipoteka predmetinə yönəldilə bilməyəcəyi nəticəsinə gələrkən apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarının-Mülki Məcəllənin 319.1, “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 34-cü maddələrinin tələbini də pozmuş və nəzərə almamışdı r ki,əsas öhdəlik, faiz və dəbbə pulu tələbləri olmadan da məhkəmə qaydasında tutmanın ipoteka predmetinə yönəldilməsi mümkündür.

63. Yuxarıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2022-ci il tarixli 2(105)-622/2022 nömrəli qətnaməsi mübahisələndirilən “tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın hərracda satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin borclu olduğu məbləğin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin cavabdehə qaytarılması»na dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

64. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən nöqsanları aradan qaldırmaqla maddi hüquq normalarının tətbiqi ilə əlaqədar yuxarıda göstərilən kassasiya instansiyası məhkəməsinin mövqelərini nəzərə almalı, sübutları prosessual qaydada araşdıraraq onlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qanuni və əsaslı qərar qəbul etməlidir.

65. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sum qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2022-ci il tarixli 2(105)-622/2022 nömrəli qətnaməsi mübahisələndirilən “tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın hərracda satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin borclu olduğu məbləğin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin cavabdehə qaytarılması»na dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin.İş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar