Məhkəmə qərarları › İş №2(102)-2942/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2942/2024

19.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2942/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X mülki iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2003-cü ildən X sanitar-dayə vəzifəsində işləmişdir.

2. X- uşaq bağçasının sanitar dayəsi İddiaçı heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyinə və onunla istifadəsində olan mobil nömrəsi vasitəsilə əlaqə saxlamağa cəhd olunsa da, zənglər cavabsız qaldığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə həmkarlar ittifaqı komitəsi tərəfindən razılıq verilmiş və bu barədə xx.xx.2021-ci il tarixli iclas protokolu tərtib edilmişdir. Bundan sonra işəgötürənin xx.xx.2021-ci il tarixli, 151 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 3. “Sumqayıt Tibb Mərkəzi” X12 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən İddiaçı müraciəti əsasında xx.xx.2021 ci il tarixdə onun adına ******* nömrəli X4sı vərəqəsi açılmış və xx.xx.2022 ci il tarixdə bağlanaraq ona təqdim olunmuşdur. 4. “Sumqayıt Tibb Mərkəzi” X10 2 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 147 saylı məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə poliklinikanın nevroloji kabinetinə müraciət etmiş, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olmadığı üçün X4sı vərəqəsi açılmamışdır.

5. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Günay Valeh qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı şikayət xarakterli müraciəti əsasında “Sumqayıt Tibb Mərkəzi” X10 rəhbərliyi öz səlahiyyəti daxilində araşdırma ap armış və nəticəsi barədə məlumatda göstərilmişdir ki, Sumqayıt şəhər 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə İddiaçı xəstəliyi ilə əlaqəli müraciəti olmuş və ona “boyun osteoxondrozu”diaqnozu qoyulmuşdur, onun xəstəliyinin gedişatına uyğun olaraq xx.xx.2021 ci il tarixdən ******* nömrəli X4sı vərəqəsi açılmış və xx.xx.2022 ci il tarixdə bağlanaraq ona təqdim olunmuşdur.

6. X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun X4sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqə olduğundan əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozularaq xitam verildiyindən, habelə son haqq-hesab ödənilmədiyindən X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən 63 saylı X16 bağçasınin rəhbərliyi barəsində İnzibat ı Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibatı xəta haqqında protokol tərtib edilmişdir.

7. X5 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Sumqayıt şəhər İcra Hakimiyyətinin 63 saylı X16 bağçasının müdiri tərəfindən məhkəməyə şikayət olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsinin həmin qərarından X7 tərəfindən verilmiş apellyasiya şikayəti də Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X xx.xx.2021-ci il tarixli, 151 nömrəli əmrinin ləğv edilərək onun işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra iddiaçının nümayəndəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin 63 saylı körpələr evi - uşaq bağçası ilə əvəz olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü ildən X sanitar dayə kimə işə qəbul olunmuşdur. Həmin tarixdən bağçada 1 stavka sanitar dayə kimi işləmişdir. xx.xx.2018-ci il tarixdə analıq məzuniyyətə çıxmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə qızı X8 anadan olmuşdur. Bağçanın keçmiş rəhbərliyinin təkidi ilə yazdığı ərizə əsasında xx.xx.2020-ci il tarixdə yenidən analıq məzuniyyətindən işə geri qayıtmışdır. Sonradan rəhbərlik ilə aralarında olan anlaşılmazlıq nəticəsində yenidən xx.xx.2020-ci il tarixdən analıq məzuniyyətinə geri dönmüşdür. Artıq xx.xx.2021-ci il tarixdə X yeni müdir təyin olunmuşdur. O, da xx.xx.2021-ci il tarixdən analıq məzuniyyətindən işinə geri dönərək 0,5 stavka sanitar dayə kimi işə başlamışdır. Lakin yeni rəhbərliyə 1 stavka ilə bərpa olunmağını xahiş etmişdir. Rəhbərlik əlavə ştat olmadığını bəhanə gətirərək müraciətini nəzərə almamışdır. Lakin o, 19 il stajına əsaslanaraq sadəcə 1 stavka ilə işləmək istədiyini, yəni stavkasının bərpa olunmasını xahiş etmişdir. Müdiriyyət tərəfindən təhqirlərə məruz qalmışd ır. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə şikayətlə müraciət etmiş və Nazirlik tərəfindən X5 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinə yönləndirilmişdir. İlk müraciətini xx.xx.2021-ci il tarixdə yazmışdır. Lakin müraciət etdikdən 30 gün sonra cavab veriləcəyi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə yeindən ərizə ilə müraciət etmişdir. X5 xidmətinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə ona cavab verilmişdir. Həmin cavab məktubunda X X5 xidmətinə cavab vermişdir ki, vakant ştat olmadığından 1 stavka ilə sanitar dayə vəzifəsinə keçirilə bilmədiyi, vakant sanitar dayə ştatı olduğu zaman 1 stavka ilə təmin olunacağı bildirilmişdir. Həmçinin bağçanın rəhbərliyi tərəfindən X5 Xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsini n 186.2-ci maddəsinin “a” bəndinə əsasən qeyri-qanuni şəkildə töhmət olunduğu barədə məlumat da verilmişdir. Belə ki, həmin töhmət rəhbərlik və bağçanın metodisti tərəfindən ona qarşı qərəzli şəkildə qeyri-qanunu yazılmış töhmət olmuşdur. Həmin töhmət onun uşaqlarla və işçilərlə kobud rəftarı nəticəsində edilmişdir. Lakin bütün bunlar rəhbərlik tərəfindən ona olunan təzyiqlərin əyani sübutudur. Əksinə o, dəfələrlə bağça daxilində keçirilən iclaslarda belə rəhbərlik tərəfindən kobud ifadələrə məruz qalmış, “biri bu tupoyu başa salsın” kimi təhqiredici ifadələr eşitmişdir. Bundan əlavə olaraq X xx.xx.2021-ci il tarixli, 151 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, xx.xx.2021-ci il ta rixdə X4sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqəyə əsasən bülleten açdırmışdır. Həmçinin həmin vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdə o, yenidən işə başlamalı idi. Bundan əlavə müdirin köməkçisinə, metodistə, bağçanın tibb bacısına səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini və hətta xəstəliyi ilə əlaqədar bülleten açdırdığını onlara telefon vasitəsilə, həmçinin sms yazaraq da məlumat vermişdir. Buradan da aydın görünür ki, 63 saylı X16 bağçası qanuna zidd hərəkətlər etmiş, onun hüquqlarını kobud şəkildə pozmuş, həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə zidd addım ataraq qanun pozuntusuna yol vermişdir. Bunun nəticəsi olaraq X İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən c ərimə edilmişdir. Rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Belə ki, bağça tərəfindən ona ünvanlanan məktubun məzmununda qeyd edilmişdir ki, o, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə işə gəlməməyinin üzrlü səbəbini müdiriyyətə məlumat verməmiş, həmçinin lazımi təsdiqedici sənədi təqdim etməmişdir. Halbuki o, işə gəlməməyi ilə bağlı qanunvericiliyə uyğun olaraq lazimi tədbirlər görmüşdür.

12. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2277/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 63 saylı X16 bağçasının xx.xx.2021-ci il tarixli, 151 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiy yətinin 63 saylı körpələr evi – uşaq bağçasına işinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarı təqdim olunmadan bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, iddia əsaslıdır. Belə ki, sözügedən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsbit olunmaqla yanaşı işin faktiki halları və sübutlarla da təsdiqini tapır. Həmçinin cavabdehin təqdim etdiyi həmkarlar təşkilatının protokolundan çıxarış Əmək Məcəlləsində nəzərdə tutulan əsaslandırmış yazılı qərar hesab oluna bilməz. Həmin qərar, eləcə də sözügedən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə dair xəstəlik vərəqəsinin ləğv olunması, yaxud qeyri-legitimliyi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin 63 saylı X16 bağçasının xx.xx.2021ci il tarixli, 151 nömrəli əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin 63 saylı körpələr evi – uşaq bağçasına işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

15. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71, 72, 76, 79, 80 və 300-cü maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya ins tansiyası məhkəməsində birinci icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sənədləri sadalamaqla yekunlaşmış, cavabdeh tərəf olaraq məhkəməyə təqqdim edilmiş heç bir sənədə hüquqi qiymət verilməmiş, hətta münasibət belə bildirməmişdir. Səsləndirdiyi arqumentlər belə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. X4sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqənin saxta və qeyri-legitimliyi ilə bağlı dəlilləri aşağıdakılardır. İddiaçı xx.xx.2021-ci il tarixində aidiyyatı üzrə poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş v ə heç bir xəstəlik aşkar olunmamışdır. Heç bir tibbi sənəd təqdim etmədiyi üçün ona xəstəlik vərəqəsi açılmamışdır. Digər müəssisə olan Ailə sağlamlıq müəssisəsi İddiaçı xəstə olması ilə bağlı bülleten açılsa da həmin tibb müəssisəsində müayinələrdə olub olmaması barədə heç bir sənəd yoxdur. Halbuki qeyd olunan xəstəliyin müəyyən olunması yalnız müəyyən müayinələrin aparılmasından sonra mükün ola bilərdi. İddiaçı verilmiş bülletenin tarixi xx.xx.2021-ci il olsa da, həkim Məsləhət Komissiyasının xəstələrin qeydiyyatı kitabında aparılmış rəsmi qeydlərdən görünür ki, İddiaçı 2 nömrəli Ailə sağlamlıqMərkəzinə 28 dekabr 2021-ci il tarixdə müraciət etmiş və bu barədə müvafiq qeydlər aparılmışdır. Əgər xəstə 28 dekabr 2021-ci il tarixdə xəstəliyi ilə bağlı ilkin olaraq tibb müəssisəsinə müraciət etdiyi halda onun barəsində xx.xx.2021-ci il tarixdən xəstəlik vərəqəsi açılmışdır. İddiaçı aidiyyatı üzrə İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X14 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə müraciət etməli olduğu halda məqsədyönlü şəkildə 2 nömrəli ASM-ə müraciət etmişdir. Bu hadisədən sonra “Sumqayıt Tibb Mərkəzi” X10 Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022ci il tarixli, 339 saylı məktubundan görünür ki, İddiaçı X4sı vərəqəsini verən həkim X2 hazırda 2 nömrəli ASM-də işləmir, işinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Bundan başqa İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X14 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanm ış xx.xx.2022- ci il tarixli məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixində poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmadığı üçün X4sı haqqında bülleten açılmamışdır. Göründüyü kimi şəxsin xəstə olmaması, aidiyyatı üzrə dövlət Tibb Müəssisəsinə müraciət etsə də onda hər hansı bir xəstəlik əlamətlərinin müəyyən olunmaması və bu səbəbdən də bülletenin açılmasının mümkünsüz olması mübahisəsiz haldır. Məhkəmənin sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 mart 2023cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 12 yanvar 2022-ci il tarixli müraciəti araşdırılmış, onunla telefon əlaqəsi saxlanılmış, yaranmış sualların cavabı izah olunmuş və 26 yanvar 2022-ci il tarixli məktubla rəsmi cavab verilmişdir. İddiaçı xx.xx.2021-ci ildə Sumqayıt şəhər 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə X4 Vərəqəsi almaq üçün müraciət etmiş, obyektiv müayinə olunmuş, vizual olaraq ciddi patologiyası olmadığı səbəbindən instrumental müayinələrə göndərilmişdir. İddiaçı Sumqayıt şəhəri, 2 saylı ASM-ə müraciət etmiş və ona “boyun osteoxondrozu” diaqnozu qoyulmuş və stasionar müalicə alması məsləhət görülmüşdür.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsi ilə (hakimlər-Səyyad Qafari (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Almaz Süleymanova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.

19. Apellyasiya məhkəməsi məhkəmənin sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 mart 2023-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərə, həmçinin X5 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən cavabdeh barəsində tərib edilmiş protokola və qüvvədə olan inzibati tənbeh vermə haqında məhkəmə qərarlarına istinad edərək işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli əmrin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbləri pozulmaqla qəbul edildiyi qənaətinə gəlmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla ləğv edildiyindən, əmrin ləğv edilməsi, işə bərpa olunması və mə cburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 79 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat

22. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 217.1-ci maddəsinin t ələblərinə zidd olaraq maddi hüquq normasını düzgün tətbiq etməyərək, sübutlara prosessual normada göstərilən tələblərə uyğun qiymət verməyərərk qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini araşdırmalı, müəyyən edilmiş hallar üzrə hansı maddi normaları tətbiq etməli olduğunu müəyyən etməlidir. Hazır ki, işdən görünür ki, məhkəmə iddianın üzürsüz səbəbdən iş buraxan zaman, yəni xx.xx.2021-ci il tarixdə xəstəlik vərəqəsi olmamış, həkimə yalnız 28.12. 2021-ci il taruxdə işdən çıxma əmri barədə məlumat aldıqdan sonra müraciət etmiş və həkim də qanunsuz olaraq müayinədə olmadığı xx.xx.2021-ci il tarixdən ona ƏQOV vermişdir ki, bu hal mrin qanuni olmasını, həkimin arayışının və iddianın qanunsuz və əsassız olmasını təsd iq edir. Bu halda məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq edərək iddianın rədd etməli olduğu halda, bu maddi normanı tətbiq etməmiş və iş materiallarına, təqdim edilmiş sübutlara zidd olaraq Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəini tətbiq edərək əmri qanunsuz saymış və iddianı qanunsuz olaraq təmin etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3484/2023 nömrəli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Əhliman Xıdırov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-405/2023 saylı iş üzrə, 05 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

25. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmələr iddiaçının xx.xx.2021-ci il tarixdən X4 vərəqəsinin olmasına və inzibati tənbeh vermə barədə məhkəmə qərarına istinad edərək onun işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz və əsassız hesab etmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin X5 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən cavabdeh barəsində tərtib edilmiş protokola və inzibati tənbeh vermə qərarına və həmin qərardan verilən şikayətin təmin edilməməsi barədə məhkəmə qərarlarına istinad edərək, iddiaçının X4sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqəsi olduğu halda, onunla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79- cu maddəsinin tələblərinin pozulması barədə mövqeyi əsassız olmuşdur. Belə ki, inzibati xəta haqqında işlər üzrə məhkəmənin qərarı ilə müəyyən edilən hallar mülki işə baxılarkən preyudisial qüvvəyə malik deyildir. Buna görə də, həmin məhkəmə qərarları işdə olan digər sübutlarla birgə qiymətləndirilməli olan sübutdur. Həmçinin məhkəmələrin iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarının təqdim olunmamasına əsaslanmaları barədə mövqeyini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işdə Sumqayıt şəhər İcra Hakimiyyətinin 63 saylı X16 bağçasının Həmkarlar ittifaqı komitəsinin 23 nömrəli, xx.xx.2021-ci il tarixli iclas protokolu mövcuddur. Həmin protokoldan görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş və qərara alınmışdır ki, İddiaçı əmək müqaviləsi üzrə öz vəzifələrini yerinə yetirməməsi və heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi qınanılsın və Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilsin. Məhkəmə kollegiyası hesab edir ki, Həmkarlar ittifaqı komitəsinin iclas protokolu və onun qərar hissəsi Əmək Məcəlləsinin 80.2-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış yazılı qərar tələbinə cavab verdiyindən məhkəmələrin bu mövqeyi də əsassızdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, həmçinin məhkəmə sorğusuna verilmiş cavablarda göstərilənlər, yəni iddiaçının xx.xx.2021-ci il tar ixdə müraciət etdiyi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində onda hər hansı xəstəliyin müəyyən edilməməsi, həmin gün isə 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ona “Boyun Osteoxondrozu”diaqnozu ilə X4 vərəqəsinin açılması və həmin mərkəzin qeydiyyat kitablarına əsasən iddiaçının həmin mərkəzə xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə müraciət etməsi, bu Mərkəzdə qeyd edilən diaqnozun qoyulması üçün müvafiq müayinələrin aparılmasına imkan olub-olmaması və s. barədə faktlar iddiaçının istinad etdiyi sübutun, yəni X4sı haqqında SN 0007 seriyalı, ******* nömrəli vərəqəsinin mötəbərliyini şübhə altına almağa kifayət qədər əsas versə də, apellyasiya məhkəməsi cavabdehin bu barədə apellyasiya şikayətinin dəlillərini ətraflı araşdırmamış, həmin dəlilləri hans ı səbəbdən əsassız hesab etdiyini qətnamədə əsaslandırmamışdır. Cavabdehin vəsatəti əsasında hər iki tibb müəssisəsindən qeydiyyat kitablarını tələb edən məhkəmə həmin sorğuların cavablarını gözləmədən və qeydiyyat kitablarına baxış keçirmədən iş üzrə məhkəmə baxışını yekunlaşdırmışdır.

26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 68 (1-ci bənd), 70 (ç bəndi), 72 (a bəndi), 80 (1, 2 və 3-cü bənd) və 186-cı (1-ci bənd) maddələrinə istinad etməklə əsaslandırmışdır Apellyasiya instansiya məhkəməsində ikinci icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və ZaurMəmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sum qayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2277/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri yoxlamaq məqsədi ilə “Sumqayıt Tibb Mərkəzi” X10 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə və 2 saylı Sumqayıt şəhər xəstəxanasına müvafiq sorğularla müraciət etmişdir.

29. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri yoxlamaq məqsədi ilə “Sumqayıt Tibb Mərkəzi” X12 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə və 2 saylı Sumqayıt şəhər xəstəxanasına müvafiq sorğularla müraciət etmişdir. Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanası tərəfindən əldə olunmuş cavabdan görünür ki, İ ddiaçı xx.xx.2021-ci il tarixində həkim-nevroloq Lina İkonnikovanın qəbulunda olmuş və ona “vegetativ nevroz (G90.8)” diaqnozu qoyulmuşdur. Eyni zamanda sorğuya cavabda qeyd olunmuşdur ki, İddiaçı ambulator pasiyentlərin qeydiyyat kitabında sıra sayı 462 nömrə ilə qeyd olunmuşdur (Qeydiyyat kitabının həmin vərəqəsinin təsdiq olunmş surəti məhkəməyə təqdim edilmişdir).

30. Digər tərəfdən İddiaçı adına açılmış “Sumqayıt Tibb Mərkəzi” X10 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ambulator xəstənin tibbi kitabçasından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixində “boyun osteoxondrozu” diaqnozu qoyulmuşdur (Qeydiyyat kitabının həmin vərəqəsinin təsdiq olunmş surəti məhkəməyə təqdim edilmişdir). İddiaçı həmçinin məhkəmə araşdırması zamanı həmin müayinəyə aid olan rentgen müayinənin xx.xx.2021-ci i l tarixli şəklini də təqdim etmişdir.

31. Beləliklə, iddiaçının xx.xx.2021-ci il tarixdə hər iki müalicə müəssisəyə müraciət etməsi işin faktiki halları ilə və sübutlarla öz təsdiqinin tapır. Araşdırma zamanı əldə edildiyi pasiyentlərin qeydiyyat kitablarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə həm “Sumqayıt Tibb Mərkəzi” X10 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə, həm 2 saylı Sumqayıt şəhər xəstəxanasının poliklinikasına müraciət etmiş, pasiyentə onun xəstəliyi barəsində hər iki müalicə müəssisələrdə diaqnozlar qoyulmuşdur.

32. Göründüyü kimi mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

33. Məhkəmə kollegiyası öz hüqu qi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, habelə Əmək Məcəlləsinin 3, 12,68, 70, 72, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insyansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

37. Maddə 35 (İ, İİ və Vİİ hissə). Əmək fərdi və ic timai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə 3 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

39. Maddə 12 (1-ci bənd). Əmək müqaviləsinin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötür ənin vəzifələridir.

40. Maddə 68 (1-ci bənd). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

41. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

42. Maddə 72 (a bəndi). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

43. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü ol an işçinin əmək müqaviləsimüəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

44. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

53. Maddə

420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan gös tərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməs inin hüquqi mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

57. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

58. Belə ki, 2 sa ylı Sumqayıt şəhər xəstəxanası tərəfindən əldə olunmuş cavabdan görünür ki, İddiaçı 22 dekabr 2021-ci il tarixdə həkim-nevroloq Lina İkonnikovanın qəbulunda olmuş və ona “vegetativ nevroz (G90.8)” diaqnozu qoyulmuşdur. Eyni zamanda, İddiaçı ambulator pasiyentlərin qeydiyyat kitabında sıra sayı 462 nömrə ilə qeyd olunmuşdur (Qeydiyyat kitabının həmin vərəqəsinin təsdiq olunmş surəti məhkəməyə təqdim edilmişdir).

59. Digər tərəfdən, İddiaçı adına açılmış “Sumqayıt Tibb Mərkəzi” X10 2 nömrəli Ailə Sağlamlıq Mərkəzində ambulator xəstənin tibbi kitabçasından görünür ki, iddiaçıya 22 dekabr 2021-ci il tarixdə “boyun osteoxondrozu” diaqnozu qoyulmuşdur (Qeydiyyat kitabının həmin vərəqəsinin təsdiq olunmş surəti məhkəməyə təqdim edilmişdir). İddiaçı həmçinin məhkəmə araşdırması zamanı həmin müayin əyə aid olan rentgen müayinənin 22 dekabr 2021-ci il tarixli şəklini də təqdim etmişdir.

60. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının 22 dekabr 2021-ci il tarixdə hər iki müalicə müəssisəsinə müraciət etməsi işin faktiki halları, habelə işə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı əldə olunmuş pasiyentlərin qeydiyyat kitablarından görünür ki, İddiaçı 22 dekabr 2021-ci il tarixdə həm “Sumqayıt Tibb Mərkəzi” X10 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinə, həm də 2 saylı Sumqayıt şəhər xəstəxanasının poliklinikasına müraciət etmiş, pasiyentə onun xəstəliyi barəsində hər iki müalicə müəssisələrdə diaqnozlar qoyulmuşdur.

61. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(105)-413/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar