Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2946/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, “xxxx” İKB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Cavabdeh 14 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evini və 0,22 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. 3. 15 aprel 2014-cü il tarixli Əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik faiz 22 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90.000 manat məbləğində kredit verilmişdir. 4. 18 sentyabr 2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 21 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hi ssə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
6. Bank 19.01.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı “xxxx” İKB ASC, Cavabdeh “xxxx” İKB ASC-nin xeyrinə 2014-cü il 15 aprel tarixli kredit müqaviləsi üzrə banka 25145,38 manat əsas, 5326,81 manat faiz, 7602,12 manat cərimə və kredit müqaviləsi üzrə 15 aprel 2017-ci il tarixdən 09 yanv ar 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2176,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40250,86 manat və 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 38100,62 ABŞ dolları əsas, 22150,35 ABŞ dolları faiz, 6834,87 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 18 sentyabr 2018-ci il tarixdən 09 yanvar 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 588,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 67674,04 ABŞ dollar məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mü lkiyyətindəki X kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Saray (Sarı-qaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinin və 0,22 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Saray (Sarı-qaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0.22 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay so nra Cavabdeh Sumqayıt şəhəri, Saray (Sarı-qaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin bağ evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.
9. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddia tələb ini qismən qəbul edərək bildirmişdir ki, Cavabdeh bankdan kredit götürmüş və öz mülkiyyətində olan bağ evini ipoteka qoymuşdur. Cavabdeh əvvəllər cədvəl üzrə ödəniş etməsinə baxmayaraq, sonradan maddi vəziyyəti pisləşdiyindən ödənişlərdə gecikmə yaranmışdır. Bank tərəfindən tələb edilən dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş etmişdir. 10. “xxxx” MMC-nin 14.05.2018-ci il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyi”nə əsasən Cavabdeh mülkiyyətində olan köməkçi sahəsən ibarət 372 və B372 nömrəli bağ evinin ilkin satış (likvid) dəyəri 30 aprel 2018-ci il tarixinə 170000 (bir yüz yetmiş min) manat, 0,22 ha torpaq sahəsinin ilkin satış (likvid) dəyəri 30 aprel 2018-ci il tarixinə 45000 (qırx beş min) manat təşkil edir;
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M əhkəmə Ekspertizası Mərkəzinin 18.12.2018-ci il tarixli 18704 nömrəli ekspert rəyinə əsasən, 15 aprel 2014-cü il tarixli 24S-1-0-82-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 15 aprel 2017-ci il tarixə (sual üzrə tarixə) “xxxx” İKB ASC-yə olan borcu 34544,82 manat məbləğində müəyyən edilir (o cümlədən əsas borc üzrə 25145,38 manat, faiz borcu üzrə 9399,44 manat). 18 sentyabr 2015-ci il tarixli 24-S2-0-47-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 18 yanvar 2018-ci il tarixə (sual üzrə tarixə) “xxxx” İKB ASC-yə olan borcu 54783,62 ABŞ dolları məbləğində müəyyən edilir (o cümlədən əsas borc üzrə 38100,62 ABŞ dolları, faiz borcu üzrə 16683,00 ABŞ dolları). Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir;
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim T.Ələkbərov) 11 mart 2019-cu il tarixli, 2(005)-77/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 15 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25.145,38 manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış 5326,81 manat məbləğində faiz borcu, illik 5% olmaqla hesablanmış 2176,55 manat məbləğində faiz borcu, 2500 manat məbləğində cərimə, cəmi 35.148,74 manat məbləğində borc, 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 38.100,62 ABŞ dolları məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış 22.150,35 ABŞ dolları məbləğində faiz borcu, illik 5% olmaqla hesablanmış 588,2 ABŞ dolları məbləğində faiz borcu, 3800 ABŞ dolları məbləğində cərimə, cəmi 64639,17 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi B ankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının tutularaq “xxxx” İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın 14 aprel 2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri X köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin “xxxx” İKB ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana Cavabdeh qaytarılm ası, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin 215000 manat (bağ evinin ilkin satış qiyməti 170.000 manat, 0,22 ha torpaq sahəsinin ilkin satış qiyməti 45.000 manat olmaqla) məbləğində müəyyən edilməsi, Sumqayıt şəhəri Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m yaşayış, 193,76 kv.m köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evi və 0,22 ha torpaq sahəsinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh mənzildən çıxmazsa, onun məcburi qaydada çıxarılması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatının Cavabdeh iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, 2 manatının isə iddiaçı “xxxx” İKB ASC-yə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspert tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 134 manat hissəsinin Cavabdeh, 11 manat hissəsinin isə iddiaçı “xxxx” İKB ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə MM-nin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit xətti, razılaşmalar və ipoteka müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 03 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(005)77/2019 saylı qətnaməsi cərimə mə bləğləri hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə 15 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan cərimə borcunun məbləğinin 760 manat, cəmi borc 33.408,74 manat, 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun məbləğinin 683 ABŞ dolları, cəmi borc 61522,17 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşa raq, 15 aprel 2014-cü il və 18 sentyabr 2015-ci il tarixli kredit müqavilələri üzrə cərimə borclarının Cavabdeh tutulması ilə bağlı hissəsi üzrə hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən həmin kredit müqavilələri üzrə cəriməni ədalətli həddədək azaltmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bank tərəfindən faiz və cərimə məbləğləri şişirdilmiş, məhkəmə tərəfindən bununla bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin olunsa da, ekspert də borc məbləğini dü zgün hesablamamışdır. Bu halın aradan qaldırılması üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versələr də təmin olunmamış və məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ədalətsiz qətnamə qəbul etmişdir. Bundan əlavə hesab edir ki, həmin müqavilələr üzrə cərimə məbləği də yüksək təyin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılm asını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
22. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
23. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cüml ədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc b ir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
26. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
27. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
28. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən borc məbləğlərini borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Eyni zamanda bankın tələb hüququ ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadı ğı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir.
36. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 20-28).
37. Eyni zamanda cavabdehin etirazları borcun tutulması və ipoteka predmetinə yönəldilməsi barədə iddia tələblərini tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, həmin iddia tələblərinin təmin edilməsi qanuni və əsaslı olmuşdur. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi cərimə məbləğləri müvafiq qaydada azaldılmışdır.
38. Bununla belə, Kollegiya nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi 18 sentyabr 2015-ci i l tarixli müqavilə üzrə olan faiz borcu hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı həmin müqavilə üzrə 22150,35 ABŞ dolları məbləğində faiz borcu tələb etsə də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2018-ci il tarixli 18704 nömrəli rəyinə əsasən, 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh 18 yanvar 2018-ci il tarixə “xxxx” İKB ASC-yə olan faiz borcu 16683,00 ABŞ dolları müəyyən edilmişdir. Buna baxmayaraq qeyd edilən müqavilə üzrə iddiaçının faiz borcu tələbi 22150,35 ABŞ dolları məbləğində təmin olunmuşdur.
39. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən ekspertiza rəyinin nəzərə alınmamasının səbəbi, həmin faiz borcunun məhz 22150,35 ABŞ dolları məbləğində tutulması əsaslandırılmamışdır. Halbuki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (§ 30).
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, qətnamə 18 sentyabr 2015-ci il tarixli müqavilə üzrə faiz borcu hissəsində ləğv edilməli, həmin tələbin yenidən araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli kredit m üqaviləsi üzrə faiz borcuna aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.