Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2949/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.12.2018-ci il tarixli 2(103)13630/2018 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-5657/2018) İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair iddia sı rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi MMC üzrə 13 avqust 2018-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və işə bərpa tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin olunaraq 13 avqust 2018-ci il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də təchizatçı vəzifəsinə bərpa olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-də təchizatçı vəzifəsində işləmi ş və 31 mart 2014-cü il tarixli əmək müqaviləsi ilə əmək münasibətləri rəsmiləşdirilmişdir. İşəgötürənin 13 avqust 2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “c” bəndinə, “d” bəndinə və “e” bəndinə əsasən xitam verilmişdir. İşdən çıxarılmasını əsassız sayan İddiaçı 2018-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətdə heç zaman əmək funksiyalarının yerinə yetirilməməsinə, mülkiyyətçiyə maddi ziyan vurulması ilə nəticələnən müəssisənin gizli saxlanılmalı sirrinin yayılmasına və s. təqsirli hərəkətlərə yol verməməsinə baxmayaraq məhz həmin hərəkətlərə yol verməsi əsası ilə işdən azad olunmasını əsas göstərməklə işdən azad olunması barədə əmrin l əğv edilməsi, işə bərpa olunmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə, mənəvi zərərə görə 3000 manat, vəkilə çəkdiyi xərcə görə 1000 manat, dövlət rüsumuna görə 30 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının işdən azad edilməsinin səbəbi kimi onun xidməti istifadəsində olan kompüterdən elektron poçt vasitəsi ilə bir sıra elektron poçt ünvan sahiblərinə (rəqib şirkətlərə) müəssisənin kommersiya sirr ini təşkil edən məlumatların ötürülməsi göstərilsə də, iş materiallarına yalnız 07 noyabr 2017-ci il tarixdə onun N adlı şəxsin elektron poçt ünvanına rus dilində göndərilmiş məktub əlavə olunmuşdur. Cavabdehin istinad etdiyi digər elektron poçt ünvanlarına hər hansı məlumatların göndərilməsini təsdiq edən hər hansı fotoşəkil təqdim olunmamış, rus dilində göndərilmiş elektron məktubun kommersiya sirri təşkil edən məktublara aid olması sübuta yetirilməmişdir. Müəyyən olunmuşdur ki, həmin məktubun göndərilməsindən 9 aydan artıq müddət keçdikdən sonra iddiaçının barəsində intizam tənbehi tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Apellyasiya instan siyası məhkəməsinə görə iddiaçının işdən azad olunması barədə əmr əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü bəndinin 1-ci hissəsinin tələbinin ziddinə olaraq əmr əsaslandırılmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2949/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2949/2019
24.04.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver