Məhkəmə qərarları › İş №2(102)-2950/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2950/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2950/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)786/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən, "xxxx" ASC-ti X7 60 ay müddətə illik 24 faiz dərəcəsi ilə 15.000 manat kredit limiti açmış və ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 300 manat kredit vermişdir. 2. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə və məxaric orderinin surətinə əsasən, "xxxx" ASC-ti X7 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14.100 manat kredit vermişdir. 3. xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən, X4 "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixə borcu xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 287,66 manat, ödənilməmiş faiz borcu qismind ə 85,23 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 13.708,63 manat, hesablanmış və ödənilməmiş faiz borcu 3.610,63 manat təşkil edir. 4. 24.10.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan bərabət irs almalıdırlar. Miras əmlak Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktuba əsasən miras qoyan X2 adına "xxxx" ASC-nin hesablaşma hesabında olan 435,78 manat və əlavə ödəniləcək 5.020,79 manatdan ibarətdir.

5. Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün miras əmlakından Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən olunması xahiş olunmuşdur. 6. “Nikahın pozulması haqqında” Şəhadətnaməyə əsasən, X10 və X9 arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur.

7. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İsatehsalat birliyinin 8 nömrəli xidmət sahəsinin xx.xx.2023-cü il tarixli arayışına görə, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür və onun adına heç bir mülkiyyət aşkar edilməmişdir.

8. Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, elektron bazaya toplanmış arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X4 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, Q eydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X4 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı "xxxx" ASC (bundan sonra mətndə- iddiaçı Bank) Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 287,66 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85,23 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708,63 manat, hesablanmış və ödənilməmiş faiz borcuna görə 3.610,63 manat, cəmi 17.692,15 manat kredit borcunun və ödənilmiş dövlət rüsumuna görə 143,48 manatın cavabdehlərdən onun xeyrinə tutul ması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırmışdır ki, X11 və iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 300 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14.100 manat pul vəsaiti iddiaçı tərəfindən X8 borc verilmişdir. Lakin, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, miras əmlakına dair Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə ma liyyə arayışına əsasən X4 iddiaçı Banka ödənilməmiş əsas borcu 13.708,63 manat və ödənilməmiş faiz borcu 3.610,63 manat, xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən X6 iddiaçı Banka ödənilməmiş əsas borcu 287,66 manat, hesablanmış və ödənilməmiş faiz borcu 85,23 manat təşkil edir. Cavabdeh1 və Cavabdeh2 mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Buna görə də iddiaçı Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, xx.xx.2010-cu il tarixdə X10 ilə ailə quraraq, nikaha daxil olmuşdur. Bu nikahdan 2 övlad dünyaya gəlmişdir. xx.xx.2010-ci il tarixdə Cavabdeh1 və xx.xx.2013-cü il tarixdə Cavabdeh2 anadan olmuşlar. Lakin ailədaxili narazılıq səbəbi ilə 2014-cü ildə bu nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin tarixdən, yəni 2014-cü il tarixdən sonra X10 ilə onun və övladlarının əlaqəsi olmamışdır. 2023-cü ilin aprel ayında Ceyhunun anası Nəzakət Məmmədovanın yaxın rəfiqəsi Süraya onların yaşadığı ünvana gəlmiş və Ceyhunun ödəniş kartında olan vəsaitinin qəbul olunmasında köməklik göstərməsini xahiş etmişdir. Buna görə də o, yalnız X4 bank kartındakı vəsaitinin əldə olunması üçün X4 valideynlərinə köməklik göstərmişdir. X1 Cavabdeh1 və Cavabdeh2 hər hansı digər daşınar və daşınmaz əml ak qalmamışdır.

13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5219/2024 saylı qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddiaçı Bankının iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 17.692,15 manat kredit borcunun miras aktivinə mütənasib qaydada 5.456,57 manat, ödənilmiş dövlət rüsumuna görə 74,56 manat, cəmi 5.531,13 manat pul vəsaitinin iddiaçı Bankın xeyrinə tutulması, iddiaçı Bankın iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin normalarının tələbindən göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə b orclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü vərəsələrin üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə mərhum X4 5.456,57 manat miras aktivindən savayı digər əmlakın, yəni daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun, əmlak və qeyri-əmlak hüquqlarının, eləcə də tələb hüququnun miras qalmamasını Gəncə şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat İsatehsalat birliyinin 8 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışını, Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını, eləcə də “Nikahın p ozulması haqqında” Şəhadətnamənin surətini təqdim etmişdir. Bununla da cavabdehlərin qanuni nümayəndəsi Mülki Məcəllənin 1307-ci maddəsində nəzərdə tutulan qaydada miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmişdir. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə miras aktivinin yalnız 5.456,57 manat məbləğində pul vəsaitindən ibarət olmasını sübuta yetirməklə yanaşı, mirasın tam tərkibdə müəyyənləşdirilməsi üçün qanunla müəyyənləşdirilən bütün hərəkətləri icra etdiyini, lakin miras qoyanın başqa əmlakını aşkar etmədiyini sübuta yetirmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13, 385.1, 427.3, 442, 445.1, 448.1, 1146, 1151.1, 1255, 1306.1, 1307-ci maddələrinə, habelə Mülki- Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 358-360 v ə 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarını kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə vərəsələrin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, mirasın 5456.57 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdehlər sübut etməli olsa da məhkəməyə sübut təqdim etməmişlər. Göründüyü kimi cavabdehlər, 1 saylı Gəncə R egional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmişlər və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdehlər mirası qəbul etmişlər. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdehlər tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə bütün sübutları təqdim etməmişlər. Məhkəmə öz mülahizəsinə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər yalnız vəfat etmiş şəxsin adına avtomaşın olmaması ilə bağlı sübut təqdim etmişdir. Laki n mümkün daşınar əmlakların miras əmlak kimi qalıbqalmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Hesab edirlər ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması tam araşdırmadan və tam sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-786/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən, məruzəçi), R.A.Məcidov və G.İ.Cavadova) iddiaçı Bankın apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5219/2024 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməsi, iddiaçı Bankın cavabdehlərə qarşı xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi üzrə 287,66 ma nat, hesablanmış və ödənilməmiş faiz borcuna görə 85,23 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.708,63 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 3.610,63 manat, cəmi 17.692,15 manat və ödənilmiş dövlət rüsumuna görə 143,48 manatın iddiaçı Bankın xeyrinə tutulması qət etmişdir.

19. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X4 yuxarıda göstərilən miqdarda banka borcunun olması, cavabdehlərin mərhum atası X3 qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul etmələri barədə ərizə ilə müraciət etmələri, miras qoyan X3 qalmış "xxxx" ASC-dəki hesablaşma hesabında olan 435,78 manat pul vəsaitindən və iş yeri üzrə əlavə ödəniləcək 5.020,79 manat pul vəsaitindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları işin mübahisəsiz halıdır. İddia tələbini yuxarıda göstərilmiş qaydada həll etmiş birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-cı maddəsinin tələblərini nəzərə almamışdır.

20. Odur ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər mərhum X8 məxsus əmlakdan tam hissədə irs almışlar.

21. X3 qalmış miras əmlak notarius tərəfindən siyahıya alınmadığına görə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə vərəsələrin, yəni iddiaçıların üzərinə düşür.

22. Lakin hazırkı işdə vərəsələr miras qoyanın borcunun mirasdan çox olması barədə kifa yət qədər sübutları məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə bu hala qiymət verəmədən iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər mərhum X3 qalan mirasdan tam olaraq irs aldıqlarından və mirasın həcminin nədən ibarət olduğunu tam göstərmədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 739, 1151.1, 1273, 1243.2, 1243.3, 1306, 1307-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 119, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ic raat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “Vərəsələr miras qoyanın cavabdehlərin qəbul etdiyi miras əmlakın həcmi, 5.020,79 manat məbləğində pul vəsaitindən ibarətdir. Belə olan halda onlar kreditorlarının iddiaçı qarşısında 5.020,79 manat məbləği həcmində mənafelərini alınmış məsuliyyət daşımaqdadırlar. Lakin məhkəmə cavabdehlərin yazdığı akti vdə özlərindən ərizəyə istinad edərək, mirası tam həcmdə qəbul etdiklərini hər birinin payına bildirmişdir. Mirasın tam həcmdə qəbul edilməsi, vərəsələrin mütənasib surətdə kreditorlar qarşısında tam həcmdə məsuliyyət daşıması birgə borclu kimi demək deyildir. Digər tərəfdən cavabdehlərə çatan miras payının tam ödəməyə 5.020,79 manat məbləğ həcmində olması iş materialları ilə borcludurlar” təsdiq olunsa da, məhkəmə bu halı nəzərə almamış və kobud pozuntuya yol vermişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat birliyi 8 saylı xidmət sahəsinin xx.xx.2023-cü il tarixli arayışına görə X10 xx.xx.2023-cü il tarixdə ölmüş və adında heç bir mülkiyyət aşkar edilməmişdir. Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X4 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot baza məlumatlarına əsasən X4 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə

385. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

31. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 445.2 Öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 3

3. Maddə 448.1 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

35. Maddə 449.4 Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

36. Maddə 739 Müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

37. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1273 Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

39. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Kassasiya baxışının hədləri:

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin yoxlanıldı. tərəfindən tam aktı bütövlükdə Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya in stansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehlən kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdehlən kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mərhum X4 yuxarıda göstərilən miqdarda banka borcunun olması, cavabdehlərin mərhum atası X3 qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün mirası qəbul etmələri barədə ərizə ilə notariusa müraciət etmələri, miras qoyan X3 qalmış Bankın hesablaşma hesabında olan 435,78 manat pul vəsaitindən və iş yeri üzrə əlavə ödəniləcək 5.020,79 manat pul vəsaitindən ibarət miras əmlaka “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almaları işin mübahisəsiz halıdır.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbini yuxarıda göstərilmiş qaydada həll etmiş birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-cı maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, iş mate rialları ilə müəyyən olunur ki, cavabdehlər mərhum X8 məxsus əmlakdan tam hissədə irs almışlar.

52. Belə olan halda, X3 miras qalmış əmlak notarius tərəfindən siyahıya alınmadığına görə, onun borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə onun vərəsələrinin, yəni cavabdehlərin üzərinə düşür.

53. Lakin hazırkı işdə vərəsələr miras qoyanın borcunun mirasdan çox olması barədə kifayət qədər sübutları məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə bu hala qiymət verəmədən iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir.

54. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər mərhum X3 qalan mirasdan tam olaraq irs aldıqlarından və mirasın həcminin nədən ibarət olduğunu tam göstərmədiklərindən, birinci instansiy a məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(104)-786/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar