Məhkəmə qərarları › İş №2(102)-2953/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2953/2023

18.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2953/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət,) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6472/2022 nömrəli, 2 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh3 MTK tərə findən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh3 MTK-nə və Cavabdeh2 MMC-nə qarşı (üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyəti cəlb olunmaqla) – Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11-də həyətyanı sahədə yerləşən idman meydançasında 45 kv.metr ərazidə taxta konstruksiyadan, müvafiq icazə olmadan inşa olunmuş, özbaşına, qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarıması və sökülmə işlərinin "xxxx" 2020 MTK rəhbərliyinin öz şəxsi vəsaiti hesabına aparılması, kommunal xidmətlərə görə ödənişlərin miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığını, eləcə də yeraltı dayanacaqlarda avtomobillərin saxlanma sının aylıq xərci barədə məlumatların yazılaraq, komendant tərəfindən təsdiq olunmaqla binanın bütün girişlərində və dayanacaqlarda asılmasının MTK-ya həvalə edilməsi, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisinə sakinlər və onların qonaqlarına məxsus avtomobillərdən kənar hər hansı nəqliyyat vasitəsinin buraxılmasına və ərazidə yaşamayan vətəndaşların avtomobillərinin gecə orada saxlanmasına icazə verilməsinin "xxxx" 2020 MTK-nin rəhbərliyinə qadağan olunması, Süleyman Vəzirov 11-də yaşayış kompleksinin ərazisinə Cavabdeh2 iş yeri ləvazimatları şirkətinə məxsus avtomobillərin park oluması, durması və gecə saxlanmasının qadağan olunması, onların giriş-çıxışının məhdudlaşdırılması barədə qətnamə, baş planın saxtalaşdırılmasında təqsirkar olan şəxslər barəsində xüsus i qərardad çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)172/2022 saylı qətnaməsi (hakim Lalə Rəhimli) ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6472/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)- 172/2022 saylı qətnaməsi iddianın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin Cavabdeh3 MTK-nın hesabına sökülməsinin təmin edilməyən hissəsində lə ğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qeyd olunan hissədə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin Cavabdeh3 MTK-nın hesabına sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Emin Mehdiyev)

5. Qətnamədən cavabdeh "xxxx" MTK 18 yanvar 20223-cü il tarixdə kassasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2(103)6472/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti, MPM-in 3 saylı əlavəsinə uyğun olmadığı üçün geri qaytarılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov)

7. Cavabdeh3 MTK (vəkil-Vəkil3) kassasiya 02 mart 2023-cü il tarixdə şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023cü il tarixli 2(102)-1822/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6472/2022 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh3 MTK yenidən 19 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2 (103)-6472/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2(103)6472/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)-6472/2022 nömrəli qətnaməsi Cavabdeh3 MTK-ya SS749945756AZ nömrəli sifarişli poçtla göndərilmiş və cavabdeh tərəfindən 08 dekabr 2022-ci il tarixdə təhvil alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən 18 yanvar 2023-cü ildə kassasiya şikayəti verilmiş, həmin kassasiya şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2(103)-6472/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2023- cü il tarixli, 2(103)-6472/2022 nömrəli qərardadından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(102)-1822/2023 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6472/2022 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallar əsasən belə nəticəyə gəlib ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)-6472/2022 nömrəli qətnaməsinin cavabdehə rəsmi təqdim edildiyi tarixdən (08 dekabr 2022-ci il) 5 ay keçmiş, cavabdeh tərəfindən yenid ən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.3, 133.3, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh3 MTK (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassız və qanunsuzdur. Belə ki, apellyasiya məhkəməsi şikayətə Ali Məhkəmədə baxılaraq qəbul edilmiş qərar zamanı keçmiş 5 ay m üddətin Cavabdeh3 MTK tərəfindən ötürüldüyünü bildirirərək, səhv qənaətə gəlmişdir. Çünki qanunvericiliyə görə qəbul olunmuş məhkəmə aktından tərəflərin şikayət vermək hüququ olduğu üçün və tərəf həmin hüquqdan istifadə etdiyi zaman verilmiş şikayətə məhkəmədə baxılma müddəti prosessual müddətə aid edilməməlidir. Kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman, əgər kassatorun şikayəti təmin olunarsa, onda qətnamədən kassasiya şikayətinin yenidən verilməsinə ehtiyac yaranmır. Bu səbəbdən kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman həmin şikayətin nəticəsi məlum olmalıdır ki, ona uyğun yenidən qətnamədən kassasiya şikayəti verilsin. Belə olan halda, keçmiş müddət kassatorun kassasiya şikayəti ver mək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətə aid edilməməlidir. Həmçinin iş materiallarından görünür ki, sözügedən və ərizəçinin iştirakı olmadan elan edilmiş qərardad 28 dekabr 2006-cı il tarixdə ərizəçiyə təqdim edilmiş və ərizəçi həmin gün göstərilən qərardaddan məhkəməyə şikayət təqdim etmişdir. Məhkəmə şikayətə 3 gün müddətində baxmalı olduğu, şikayət əsaslı olduğu halda qərardadı dəyişdirib və ya ləğv etməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməli, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yalnız 33 gün keçdikdən sonra ərizəçiyə məktubla cavab vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, qətnamənin surəti cavabdehə poçtla göndərilmiş və cavabdeh tərəfindən 08 dekabr 2022ci il tarixdə təhvil alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən ilk dəfə 18 yanvar 2023-cü ildə verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2(103)-6472/2022 nömrəli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan verilən kassasiya şikayət də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(102)-1822/2023 saylı qərarı ilə təmin edilməmişdir. Hazırda barəsində kassasiya şikayəti verilən qətnamə cavabdehə rəsmi təqdim edildiyi tarixdən (08 dekabr 2022-ci il) 5 ay keçmiş, cavabdeh tərəfindən yenidən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir

23. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 405.0.1 və 40 8.1.4-cü maddələrinin tələblərinə uyğun olub. İşin müəyyən edilmiş hallarından görünür ki, kassasiya şikayəti verilməsi üçün müddət ötüb, onun bərpası barədə ərizə də verilməyib. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

24. Məhkəmə kollegiyası cavabdehin qanunvericiliyə görə qəbul olunmuş məhkəmə aktından tərəflərin şikayət vermək hüququ olduğu üçün və tərəfin həmin hüquqdan istifadə etdiyi zaman verilmiş şikayətə məhkəmədə baxılma müddətinin prosessual müddətə aid edilməməsi kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, prosessual müddətin dayandırılması, yalnız o vaxt mümkün olur ki, iş üzrə icraat dayandırılmış olsun. (MPM, 131-ci maddə) Hazırki işdə belə hal müəyyən edilməyib. Qalan heç bir halda, o cümlədən kassatorun bildirdiyi kimi məhkəmə aktından şikayət verilməsi prosessual müddətin dayanmasına əsas verən hal deyil.

25. Ərizəçinin iştirakı olmadan elan edilmiş qərardadın 28 dekabr 2006-cı il tarixdə ərizəçiyə təqdim edilməsi, ərizəçinin həmin gün göstərilən qərardaddan məhkəməyə şikayət təqdim etməsi, məhkəmənin şikayətə 3 gün müddətində baxmalı olduğu, şikayət əsaslı olduğu halda qərardadı dəyişdirib və ya ləğv etməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməli, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yalnız 33 gün keçdikdən sonra ərizəçiyə məktubla cavab verməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, bu dəlillərin, ümumiyyətlə, hazırki işə hər hansı ai diyyəti yoxdur.

26. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 27.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Cavabdeh3 MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6472/2022 nömrəli, 2 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar