Məhkəmə qərarları › İş №2(102)-2958/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2958/2021

15.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2958/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3 qarşı kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti, iş üzrə mübahisənin predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad o ğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3 qarşı kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.Xəzri) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3 qarşı kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin t utulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.Xəzri) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3 qarşı kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)1822/2020 №-li qərardadından Cavabdeh3 və Cavabdeh1 vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər fiziki şəxslər olsalar da onlar MTK-nın payçılarıdır. Kooperativ ləğv edildiyi, müflis olunduğu üçün qaldırdığı iddia ilə pulu həmin payçılardan tələb etmişdir. Göründüyü kimi tərəflər arasında olan mübahisə də sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya mübahisəsi olduğu üçün hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də kassator Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cav abdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 və X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh1 Mənziltikinti Kooperativinin ləğv edilməsi və kooperativin payçıları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12.559.285,16 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş aidiyyət qaydaları pozularaq Bakı şəhəri Xəzər rayon məhkəməsinə verilmişdir. Beləki, kooperativ ləğv edildiyi, müflis elan olunduğu üçün iddiaçı ona verilməli olan pulu payçılardan tələb etmişdir. Ona görə də tərəflər arasında olan mübahisə sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya mübahisəsi olduğu üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materialları nı araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasın da kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. İşin halları ilə müəyyən edilir ki, iş üzrə iddiaçı, o cümlədən cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 fiziki şəxslərdir, onların fərdi sahibkarlıq statusu yoxdur və iddiaçı verdiyi iddia ərizəsində qeyd edilən şəxslərdən 12.559.285,16 manat pul tələb edir. Cavabdehlərdən Cavabdeh4 yaşadığı ünvan X küçəsi xx, Xəzər RPİ-nin inzibati binasında yerləşməklə Xəzər Rayon Məhkəməsinin ərazi aidiyyətinə aiddir. Göründüyü kimi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə hazırkı işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia aidiyyət qaydalarına riayət edilməklə düzgün olaraq, Xəzər Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntus una yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar