Məhkəmə qərarları › İş №2(102)-2961/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2961/2025

20.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2961/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə X8 Dövlət Sosial-İqtisadi X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(104)1077/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə X8 Dövlət Sosial-X6 Hüquqi Şəx si tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə X8 Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrdən görünür ki, İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokol-qərarı göstərilmişdir.

2. Tovuz Dövlət Sosial-X3 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli protokol- qərarından görünür ki, işəgötürənin xx.xx.2024-cü il tarixli, 058 nömrəli təqdim atı müzakirə edilmişdir. Təqdimatda nəzərdə tutulan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 5 ştatın ixtisar edilməsinə və göstərilən şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə X8 Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrdən görünür ki, “ibtidai sinif müəllimi” ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə X8 Dövlət Sosial-İqtisadi Kolleci tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20 24-cü il tarixli, 024 nömrəli məktubdan görünür ki, ona “ibtidai sinif müəllimi” ixtisası mövcud olmadığından və onun ixtisası “ibtidai təhsilin pedaqogika və metodikası” olduğundan aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 9 təqvim həftəsi sonra, yəni xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda şəxsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil Üzrə X8 Dövlət Sosial İqtisadi Kollecinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2005-ci il tarixdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi əmək fəaliyyətinə başlamış, qanunsuz olaraq işdən çıxarıldığı, yəni xx.xx.2024-cü il tarixədək həmin iş yerində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Kollecin direktoru Hicran Əyyubova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 110/P1 nömrəli əmrə əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Əmr bugünə kimi ona təqdim edilməmiş, əmrdən çıxarışda isə qısaca olaraq işdən çıxarılmanın səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmiş, lakin əmrdən çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli protokolu qeyd olunmuşdur. Ümumiyyətlə, kollecdə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin qanuni olubolmaması, iclasın hansı qaydada keçirilməsi və iclas protokolunun tərtib edilməsi ayrı bir araşdırma mövzusudur. Belə ki, əmr veriləndən bir gün sonra kollecdə olarkən əmrin surəti tərəfindən tələb edilmiş, lakin sadəcə əmrdən çıxarış verilmişdir. Çıxarışda əmrin tərtib edilməsinə əsas kimi həmkarlar ittifaqının protokol-qərarı göstərildiyindən, protokolla tanış olmaq istəmiş, lakin, əmrdən bir gün keçməsinə baxmayaraq protokolun hazır olmaması əsası ilə həmin protokolla tanış edilməmişdir. Bununla yanaşı həmkarlar rəy verməli olduğu halda bir başa iclasda direktorun təqdimatı əsasında onların əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Belə olan halda sual doğurur ki, hazır olmayan protokol əsas götürülərək necə əmr verilə bilər?. Bundan başqa işdən çıxarılma üçün protokol əsas sayıla bilməz. Bununla yanaşı bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə kollecdə rəhbərlik dəyişmiş, yeni direktor vəzifəsinin icrasına başladığı tarixdən o da daxil olmaqla bir neçə işçilərlə əmək qanunvericiliyinə zidd olaraq qərəzli münasibət sərgiləmiş, bir neçə işçinin barəsində əmək qanunvericiliyinin tələbini pozmuş və bununla bağlı özünün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmı şdır.

7. Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(062)-658/2025 saylı qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia qismən təmin edilərək, işəgötürənin xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə, işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmamışdır. Halbuki, Əmək Məcəllənin 80-cı maddəsinin mənasına görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndində göstərilən əsaslarla işəgöt ürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3, 4-1 və 12-ci hissəsinə, 12-ci maddəsinin b) və c) bəndlərinə, 44.3, 68, 70, 78.2, 80.1, 80.2, 83-cü maddəsinin 1-ci hissəsinə, 80, 84-cü maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1 və 2-ci hissələrinə,70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 79, 187, 189, 300 və 310-cu maddələrinə, “Təhsil haqqında” Qanunun 1.0.29-cu maddəsinə, “Həmkarlar ittifaqları haqqında” Qanunun 11-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1,78.1, 80, 81, 119, 216, 220 və 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əslində ştat ixtisarı Tovuz Dövlət Sosial İqtisadi Kollecində “ibtidai sinif müəllimli” ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs y ükü olmadığı ilə bağlıdır. Burada iddiaçı ilə Kollec arasında heç bir problem yoxdur. Məhkəmə araşdırmışdır ki, bu şəxlər hansı işdə saxlanıla bilər və ya bu şəxslər kimin yerinə işə cəlb edilsin. Axı onların tədrisini apardıqları ibtidai sinif müəllimliyi ixtisası üzrə kollecdə tələbə qəbulu 2016-cı il tarixdən dayandırılıb və həmin ixtisasa uyğun dərs yükü yoxdur. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Hələ məhkəmə iş üzrə əmin deyil ki, kollec direktorunun ştat ixtisarı ilə bağlı səlahiyyəti var və ya yoxdur. Bundan başqa məhkəmə iddiadan kənara çıxmışdır. İddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli, 110/P2 saylı əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, əvvəlki dərs ilinə uyğun dərs yükü ilə təmin edilməsi və məcburi işburaxmaya görə əmək h aqqının hesablanıb verilməsindən ibarətdir. İş üzrə iddiaçının nümayəndəsinin verdiyi ifadədəndə görünür ki, tələb əmrin etibarsızlığı ilə bağlıdır. Məhkəmə isə iddiadan kənara çıxmış və bunu qətnaməsində əsaslandırmamışdır. Bundan başqa iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsilə bağlı ərizə təqdim etməmişdir. İddiaçının ərizəsindən də görünür ki, iddiaçının tələbi Azərbaycan Respublikası ƏM-nin 84-cü maddəsi ilə bağlı olduğu halda məhkəmə iddia tələbindən kənara çıxmışdır. Buna baxmayaraq məhkəmə yekunda işəgötürən tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmri ləğv etmişdir. Məhkənin əsassız olaraq qanunsuz hesab etdiyi cavabdeh təşkilat tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 saylı əmr isə qüvvədədir. Hansıki, məhkəmənin qətnaməsində işəgötürən tər əfindən verilən xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmrin qanunsuzluğu ilə bağlı heç bir kəlmə söz belə yoxdur və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Qətnamədən yalnız cavabdeh təşkilatın direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrinin qanunsuzluğu araşdırılır ki, iddiada da bu əmr ümumiyyətlə mübahisələndirilməmişdir. Bu halda onu göstərir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələri işin hallarına uyğun gəlmir. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdeh təşkilatın direktoru barəsində inzibati xəta haqqında qərar qəbul edildiyini qeyd etmişdir. Məhkəmə bu hallara münasibət bildirməsə də qeyd edilən inzibati xəta haqqında qərar məhkəmə qaydasında mübahisələndirilmiş və bu barədə Gəncə Apellyasiya Məhkəməsi 18 mart 20 25-ci il tarixdə 3(104)-127/2025 nömrəli qərar qəbul edərək, inzibarti xəta haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(104)-1077/2025 saylı qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X4) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(062)-658/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarına görə iddiaçı, Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. xx.xx.2005-ci il tarixdə cavabdehdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı, ibtidai sinif m üəllimi kimi fəaliyyət göstərmişdir, lakin cavabdehdə 2014-cü ildən həmin ixtisasa tələbə qəbulu dayandırılmışdır. Cavabdehdə 2024-cü ilin sentyabr ayında müəllimlərin ixtisaslarına uyğun dərs saatları hesablanarkən, iddiaçının ixtisasına uyğun dərs saatının olmadığı məlum olmuşdur. İşəgötürən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmr əsasında “ibtidai sinif müəllimli” ixtisasına 2016-cı il tarixdən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatlarının ləğv edilməsi əmr edilmişdir. Məhz bu səbəbdən iddiaçıya işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmış, daha sonra isə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 110/P1 saylı əmr əsasında xitam verilmişdir. İddiaçı həmin əmrin əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bənd inə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.

15. İşdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilmişdir. Bununla belə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin kökündə cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli, 80 saylı əmri dayanır. Hansıki, həmin əmr əsasında “ibtidai sinif müəllimi” ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatları ləğv edilmişdir. Məhz bu əmr əsasında cavabdeh təşkilat xx.xx.2024- cü il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əm ək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndi ilə xitam vermişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə cavabdeh iddia tələbinə olan etirazını onunla əsaslandırmışdır ki, ştat vahidlərinin ləğv edilməsi direktorun səlahiyyətlərinə aid olmuş, buna görə də direktor digər qurumlarla ştanların ixtisarını razılaşdırmalı olmamışdır. Eyni zamanda, iddiaçının fəaliyyət göstərdiyi “ibtidai sinif müəllimi” ştatı ixtisar olduğundan və hazırda həmin ştata uyğun dərs saatı mövcud olmadığından əmr ləğv edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu əsasında cavabdeh təşkilatın nizamnaməsi əldə edilmiş və məlum olmuşdur ki, nizamnamənin 4.14.1-4.14.19cu bəndlərində kollec direktorunun səlahiyyətləri öz əksini tapmışdır. Bu səlahiyyətlər içərisində ştatların ixtisar edilməsi kimi direktorun səlahiyyəti müəyyən edilməmişdir. Digər tərəfdən, direktorun belə səlahiyyəti var idisə, ştat vahidlərinin təsdiq edilməsinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı olduğu kimi, onun ixtisarı da hər bir halda agentliklə razılaşdırılmalı idi. Lakin, belə bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası “Nizamnamə”nin 4.14.5-ci bəndinin müəllim işçilərə aidiyyəti olmaması” barədə cavabdeh tərəfin arqumentinə münasibətdə qeyd etmişdir ki, “Nizamnamə”də müəllim və ya digər işçilərin ayrımı aparılmamış və sözügedən bənd kollecin bütün işçilərənə şamil edilmişdir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 201 4-cü il tarixli, 40 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası” bu məsələdə əsas normativ aktdır. Bu Qaydanın əsas müddəaları ondan ibarətdir ki, ştat cədvəli müəssisə rəhbəri tərəfindən tərtib edilir, lakin müvafiq icra hakimiyyəti orqanının (maliyyə, təhsil, səhiyyə və s. nazirliklər) razılığı ilə təsdiqlənməlidir. Struktur dəyişikliyi və ştat ixtisarları bir qayda olaraq, təsisçi orqanın və ya müvafiq icra hakimiyyətinin razılığı ilə aparılır.

20. Göründüyü kimi, cavabdeh təşkilatın direktoru ştat vahidlərini bu cür razılaşma olmadan özü ixtisar etmək səlahiyyətinə malik deyildir. Onun bu qərarı təsisçi orqanla (məsələn, Təhsil Nazirliyi, Agentlik və ya tabeliyindəki regional təhsil idarəsi v ə s.) razılaşdırılmalıdır. Lakin qeyd olunan hal iş materialları ilə öz əksini tapmamışdır.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası”nın müddəalarının əlaqəli təhlili onu göstərir ki, dövlət hesabına maliyyələşən kolleclərdə struktur dəyişiklikləri və ştat ixtisarı yalnız səlahiyyətli icra orqanının razılığı ilə həyata keçirilə bilər. Odur ki, baxılan işdə kollec direktorunun müvafiq orqanının razılığını almadan öz təşəbbüsü ilə ştat ixtisarı apararaq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi heç bir qanuni əsasa söykənmir və işəgötürənin bu hərəkəti səlahiyyə t hüdudlarının aşılması kimi qiymətləndirilir. Hüquqi baxımdan səlahiyyət həddini aşmaqla qəbul edilən qərarlar və onların hüquqi nəticələri, o cümlədən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrlər–hüquqi qüvvəyə malik deyildir. Bu mənada, ixtisarın hüquqi əsasının olmaması səbəbilə, həmin ixtisar əsasında əmək müqaviləsinə xitam verilməsi də qanundan kənar hərəkətdir.

22. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, ştatın ləğv edilməsi ilə bağlı əmr işəgötürən tərəfindən verilmiş, bu barədə xəbərdarlıq məktubu işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmışdır. Lakin ştatların ixtisar edilməsi ilə bağlı məsələ Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında müzakirə edilmişdir. Halbuki, ştatların ləğvi ilə əlaqədar əmr verilməmişdən ə vvəl Həmkarlar İttifaqı Komitəsinə yazılı məlumat verməli idi. Cavabdeh təşkilat isə əksinə ştatları xx.xx.2024-cü il tarixli əmrilə ləğv etmiş, bu barədə məsələni isə müzakirəyə iki ay sonra, yəni xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasına çıxartmışdır. Bununla da işçinin hüquqları pozulmuşdur. Digər tərəfdən, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında isə Komitə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərini müdafiə edilməsi missiyasından kənara çıxaraq işəgötürənin verdiyi təqdimatı əsaslı sayaraq ştatların ixtisar edilməsinə və bu əsasla adları göstərilən işçilərilə əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Lakin, Həmkarlar Komitəsi nəzərə almamışdır ki, ştatların ixtisarı ilə bağlı etiraz edilməməsinə ehti yac yoxdur. Çünki direktor əvəzi ştatları özü xx.xx.2024-cü il tarixli əmr ilə ləğv etmiş, formal olaraq isə iki ay sonra Həmkarlar İttifaqı Komitəsinin iclasına müzakirəyə çıxarmışdır.

23. Bütün bunlar onu deməyə əsas verir ki, ştatların ləğvi qanunsuz həyata keçirilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası formal xarakter daşımışdır. Yəni, artıq işçinin hüququnun pozulması ilə həllini tapmış bir məsələnin zahiri görüntüsü üçün qanuni çərçivəyə salınmasına xidmət edən qanunsuz addımlar atılmışdır. Həmkarlar Komitəsi isə təqdimatın verilməsi üçün zəruri olan sənədləri nəzərdən keçirmədiyinə görə formal olaraq işçinin hüququnu pozan qərar qəbul etmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbləri baxımından ƏməkMəcəlləsinin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgö türən tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin bu tələblərə düzgün qaydada əməl edilməmişdir. Bu halda mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını bir daha təsdiq edir. 24. “Müəllimlər icra etdiyi dərs saatlarına görə əmək haqqı alırlar. İddiaçının dərs saatları olmadığından, ona əmək haqqı verilə bilməz” barədə cavabdeh tərəfin arqumenti də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı da daxil olmaqla 5 nəfər müəllimin xx.xx.2024-cü ildən xx.xx.2024cü il tarixədək işə çıxmamaları əsası ilə onlara 15 günlük əmək haqq ının ödənilməməsi qərara alınmışdır.

25. Məhkəmə kollegiyası işin bu halını ağlabatanlıq meyarları əsasında təhlil edərək göstərmişdir ki, iddiaçı dərs saatı olmadığından əmək haqqı almırdısa o zaman cavabdeh təşkilat onun almadığı əmək haqqını 15 gün ərzində ödənilməməsi barədə verdiyi əmrdə iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verir. 26. “Məhkəmə iddia tələbindən kənara çıxmışdır, iddiaçı əmrin etibarsızlığını mübahisələndirdiyi halda məhkəmə əmri ləğv etmişdir” barədə apellyatorun dəlili də əsaslı deyildir. Ona görə ki, mülki prosessual hüquqda “tələbə bağlılıq” prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsində ki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.

27. Baxılan işdə isə iddiaçının hüquqi marağı əmrin ləğvindən ibarət olmuşdur. Bu hal apellasiya məhkəməsinin iclasında iddiaçı ilə müzakirə edilmiş və iddiaçı onun marağının əmrin ləğv olunmasından, işə bərpa olunmasından ibarət olduğ unu bildirmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tərəfinin marağını nəzərə alaraq mübahisə predmeti olan əmri ləğv etməkdə haqlı olmuş və bu hal tələbdən kənara çıxma kimi qiymətləndirlə bilməz.

28. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddia predmeti- əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması və işə bərpa tələbi bütünlükdə əmrin hüquqi qiymətləndirilməsini tələb etdiyindən, məhkəmənin əmrin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə tələbə bağlılıq prinsipinə uyğun olmuşdur. Yəni, işə bərpa tələbi üzrə çıxarılan istənilən qətnamədə işdən çıxarılma səbəbinin mövcudluğu və qanuniliyinə hüquqi qiymət verilməlidir. Əgər məhkəmə əmək müqaviləsinin xitam verilməsinin qanunsuz olduğu qənaətinə gəlirsə, bu, müvafiq əmrin hüquqi qüvvəs inin itirilməsinə gətirib çıxarır. Bu halda məhkəmə iddia predmeti çərçivəsində fəaliyyət göstərmiş sayılır.

29. Cavabdeh tərəf apellyasiya baxışında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəkilin müraciətinə xx.xx.2025-ci tarixli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Cavab məktubunda isə orta ixtisas təhsil müəssisələrində mövcud ixtisaslar üzrə qəbul planından asılı olaraq pedaqoji heyətin işə qəbulu və ixtisarı müəssisə rəhbərinin səlahiyyətində olduğu göstərilmişdir. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim etdiyi məktubu ştatların ixtisarının cavabdehin səlahiyyətində olmasını təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, Agentliyin bu cavabı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Ko llecin Nizamnaməsinə ziddir.

30. İşin yuxarıda göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.

31. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblər inə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müda fiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür.

32. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqıda hesablanaraq ona ödənilməlidir.

33. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odu r ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, işin faktiki hallarına düzg ün hüquqi qiymət verilməmişdir və apellyasiya instansiyası məhkəməsinin qətnamədə göstərilən nəticələri işin hallarına uyğun gəlmir. Kassasiya şikayətinə dair etiraz ərizəsinin dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə

2. Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

38. Maddə

2. Hissə İİ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

39. Maddə

9. Bənd “q”. Ə mək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

40. Maddə

12. Bənd “c”. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

41. Maddə

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericil iyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənedilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

42. Maddə

19. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

43. Maddə

68. Hissə

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

44. Maddə

68. Hissə

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakıl ardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

45. Maddə

69. Hissə

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

46. Maddə

70. Bənd “b”. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

47. Maddə

71. Hissə

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həy ata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

48. Maddə

71. Hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

49. Maddə

77. Hissə

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda- azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda- azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda- azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqdaazı doqquz təqvim həftəsi.

50. Maddə

78. Hissə

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

51. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaql a ləğv edilir.

52. Maddə

300. Hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69,70,73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu

53. Maddə

11. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılma qla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Cavabdehin kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

62. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlil lərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

63. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

64. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad etmişdir və tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin kökündə işəgötürənin xx.xx.2024-cü il tarixli, 80 saylı əmri dayanır. Hansıki, həmin əmr əsasında “ibtidai sinif müəllimi” ixtisasına 2016-cı ildən tələbə qəbulu dayandırıldığı və həmin ixtisasa uyğun dərs yükü olmadığı üçün xx.xx.2024-cü ildən ibtidai təhsilin pedaqogika və metodika ştatları ləğv edilmişdir. Məhz bu əmr əsasında işəgötürən, xx.xx.2024- cü il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir.

65. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin Nizamnaməsinin 4.14.1-4.14.19-cu bəndlərində Kollec direktorunun səlahiyyətləri öz əksini tapmışdır. Bu səlahiyyətlər içərisində ştatların ixtisar edilməsi kimi direktorun səlahiyyəti müəyyən edilməmişdir. Digər tərəfdən, direktorun belə səlahiyyəti var idisə, ştat vahidlərinin təsdiq edilməsinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə razılaşdırılmalı olduğu kimi, onun ixtisarı da hər bir halda Agentliklə razılaşdırılmalı idi. Lakin, belə bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi, Kollecin “Nizamnaməsi”nin 4.14.5-ci bəndinin “müəllim işçilərə aidiyyətinin olmaması” barədə kassatorun arqumentinə münasibətdə qeyd etmişdir ki, “Nizamnamə”də müəllim və ya digər işçilərin ayrımı aparılmamış və sözügedən bənd Kollecin bütün işçilərənə şamil edilmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2014-cü il tarixli, 40 saylı Qəra rı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası” bu məsələdə əsas normativ aktdır. Bu Qaydanın əsas müddəaları ondan ibarətdir ki, ştat cədvəli müəssisə rəhbəri tərəfindən tərtib edilir, lakin müvafiq icra hakimiyyəti orqanının (maliyyə, təhsil, səhiyyə və s. nazirliklər) razılığı ilə təsdiqlənməlidir. Struktur dəyişikliyi və ştat ixtisarları bir qayda olaraq, təsisçi orqanın və ya müvafiq icra hakimiyyətinin razılığı ilə aparılır.

68. Göründüyü kimi, cavabdeh təşkilatın direktoru ştat vahidlərini bu cür razılaşma olmadan özü ixtisar etmək səlahiyyətinə malik deyildir. Onun bu qərarı təsisçi orqanla (məsələn, Təhsil Nazirliyi, Agentlik və ya tabeliyindəki regional təhsil idarəsi və s.) razılaşdırılmalıdır. Lak in qeyd olunan hal iş materialları ilə öz əksini tapmamışdır.

69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 40 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qaydası”nın müddəalarının əlaqəli təhlili onu göstərir ki, dövlət hesabına maliyyələşən kolleclərdə struktur dəyişiklikləri və ştat ixtisarı yalnız səlahiyyətli icra orqanının razılığı ilə həyata keçirilə bilər. Odur ki, baxılan işdə kollec direktorunun müvafiq orqanının razılığını almadan öz təşəbbüsü ilə ştat ixtisarı apararaq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi heç bir qanuni əsasa söykənmir və işəgötürənin bu hərəkəti səlahiyyət hüdudlarının aşılması kimi qiymətləndirilir. Hüquqi baxımdan səlahiyyət həddini aşmaqla qəbul edilən qərarlar və onların hüquqi nəticələri, o cümlədən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrlər–hüquqi qüvvəyə malik deyildir. Bu mənada, ixtisarın hüquqi əsasının olmaması səbəbilə, həmin ixtisar əsasında əmək müqaviləsinə xitam verilməsi də qanundan kənar hərəkətdir.

70. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda qeyd etmişdir ki, ştatın ləğv edilməsi ilə bağlı əmr işəgötürən tərəfindən verilmiş, bu barədə xəbərdarlıq məktubu işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmışdır. Lakin ştatların ixtisar edilməsi ilə bağlı məsələ Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında müzakirə edilmişdir. Halbuki, ştatların ləğvi ilə əlaqədar əmr verilməmişdən əvvəl Həmkarla r İttifaqı Komitəsinə yazılı məlumat verməli idi. Cavabdeh təşkilat isə əksinə ştatları xx.xx.2024-cü il tarixli əmrilə ləğv etmiş, bu barədə məsələni müzakirəyə iki ay sonra, yəni xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin iclasına çıxartmışdır. Bununla da işçinin hüquqları pozulmuşdur.

71. Digər tərəfdən, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında Komitə işçilərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərini müdafiə edilməsi missiyasından kənara çıxaraq işəgötürənin verdiyi təqdimatı əsaslı sayaraq ştatların ixtisar edilməsinə və bu əsasla adları göstərilən işçilərilə əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. Lakin, Həmkarlar Komitəsi nəzərə almamışdır ki, ştatların ixtisarı ilə bağlı etiraz edilməməsinə ehtiyac yoxdur. Çünki, işəgötürən ştatları özü xx.xx.2024-cü il tarixli əmrlə ləğv etmiş, formal olaraq iki ay sonra Həmkarlar İttifaqı Komitəsinin iclasına müzakirəyə çıxarılmışdır.

72. Bütün bunlar onu deməyə əsas verir ki, ştatların ləğvi qanunsuz həyata keçirilmiş, Həmkarlar İttifaqı Komitəsinin iclası formal xarakter daşımışdır. Yəni, artıq işçinin hüququnun pozulması ilə həllini tapmış bir məsələnin zahiri görüntüsü üçün qanuni çərçivəyə salınmasına xidmət edən qanunsuz addımlar atılmışdır. Həmkarlar İttifaqı Komitəsi isə təqdimatın verilməsi üçün zəruri olan sənədləri nəzərdən keçirmədiyinə görə, formal olaraq işçinin hüququnu pozan qərar qəbul etmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbləri baxımından Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfində n həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması imperativ norma kimi təsbit edilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin bu tələblərə düzgün qaydada əməl edilməmişdir. Bu hal da mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını bir daha təsdiq edir.

73. Apellyasiya instansiyası məhkəməsi, “məhkəmə iddia tələbindən kənara çıxaraq, iddiaçı əmrin etibarsızlığını mübahisələndirdiyi halda, əmri ləğv etmişdir” barədə apellyatorun dəlili ilə də razılaşmır. Belə ki, mülki prosessual hüquqda “tələbə bağlılıq” prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi tə min edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsində ki, termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.

74. Baxılan işdə, iddiaçının hüquqi marağı əmrin ləğvindən ibarət olmuşdur. Bu hal apellasiya məhkəməsinin iclasında iddiaçı ilə müzakirə edilmiş və iddiaçı onun marağının əmrin ləğv olunmasından, işə bərp a olunmasından ibarət olduğunu bildirmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tərəfinin marağını nəzərə alaraq mübahisə predmeti olan əmri ləğv etməkdə haqlı olmuş və bu hal tələbdən kənara çıxma kimi qiymətləndirlə bilməz.

75. Apellyasiya instansiyası məhkəməsi, bu qənaətə gələrkən həm də onu nəzərə almışdır ki, iddia predmeti- əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması və işə bərpa tələbi bütünlükdə əmrin hüquqi qiymətləndirilməsini tələb etdiyindən, məhkəmənin əmrin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə tələbə bağlılıq prinsipinə uyğun olmuşdur. Yəni, işə bərpa tələbi üzrə çıxarılan istənilən qətnamədə işdən çıxarılma səbəbinin mövcudluğu və qanuniliyinə hüquqi qiymət verilməlidir. Əgər məhkəmə əmək müqaviləsinin xitam verilməsinin qanunsuz olduğu qən aətinə gəlirsə, bu, müvafiq əmrin hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxarır. Bu halda məhkəmə iddia predmeti çərçivəsində fəaliyyət göstərmiş sayılır.

76. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, işəgötürən tərəfindən əmək qanunverciliyinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi əmri ləğv edib, iddiaçını əvvəlki işinə bərpa edib, ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə dü zgün tətbiq etmişdir.

77. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə X8 Dövlət Sosial-X6 Hüquqi Şəxsin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(104)-1077/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar