Məhkəmə qərarları › İş №2(102)-2962/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2962/2023

21.06.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2962/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ İş № 2(102)-2962/2023 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-947/2023 nömrəli, 5 iy un 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 2(066)-947/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Əyyub Kərimov) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət vermişdir.

4. Göygöl Rayon Məhkəməsinin 2(066)-947/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Əyyub Kərimov) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir.

5. Şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayət vəkil tərəfindən tərtib olunmamış və imzalanmamış, şikayətə vəkilin ord eri əlavə olunmamışdır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-1.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

7. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

8. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

9. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayəti vəkil orderi və müəyyən olunmuş qayda da və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

11. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Qeyd edilənləri nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Göygöl Rayon Məhkəməsinin 2(066)-947/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar