Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2968/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşyaların alğı-satqısı, əqdin etibarsızlığı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər, kəsici müddət, etibarsız əqdlərin mübahisələndirilməsi müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2211/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* №-li, RX seriyalı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixd ə X5 adına qeydiyyata alınmışdır. 2. xx.xx.2021-ci il tarixdə satıcı X11 mülkiyyətində olan torpaq sahəsini alıcı Cavabdeh3 300.000 manat məbləğinə satmış, həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır.
3. X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
4. Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsində ümumi sahəsi 407.8 kv.m olan bağ evi tikmiş, həmin bağ evi torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. 5. xx.xx.2023-cü il tarixdə satıcı Cavabdeh3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 407.8 kv.m. olan bağ evini alıcı X4 650000 manat məbləğinə satmış, həmin əmlak xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 3nə dair Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qeydiyyatların ləğv edilməsi, İddiaçı ünvan 3nə olan hüquqlarının bərpa edilməsi və cavabdehlər tərəfindən sökülmüş iddiaçıya məxsus yaşayış evinin cavabdehin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etmək lə tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən bağ sahəsində iddiaçının özü hazırda rəsmi qeydiyyatdadır. İddiaçının atası vəfat edənədək, uzun müddət onlarla yaşamamışdır. İddiaçı xeyli müddətdir ki, Argentinada işləmiş və imkan olduqca Azərbaycan Respublikasına ailəsinin yanına gəlib-getmişdir. Bu yaxınlarda, iddiaçı internet səhifələrində onun rəsmi qeydiyyatda olduğu bağ sahəsində villa tikildiyini görmüş və bundan sonra Azərbaycanda yaxınları ilə əlaqə saxlayanda, ona bildirilmişdir ki, torpaq sahəsində tikinti işləri aparılır. İddiaçı mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına özünə əlavə ev inşa etmiş və həmin evin daxilində ona məxsus bir sıra ev əşyaları və şəxsi əşyaları olmuşdur. Sonradan iddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavab məktubundan müəyyən edil mişdir ki, mərhum atası tərəfindən torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmiş, bağ sahəsi xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi cavabdehin adına qeydiyyata alınmışdır. Əmlak iddiaçının xəbəri və razılığı olmadan özgəninkiləşdirilmiş və bununla da onun əmlaka olan hüquqları pozulmuşdur. İddiaçıya verilmiş məlumata əsasən, iddiaçının tikmiş olduğu yaşayış evi də cavabdehlər tərəfindən sökülmüşdür. Daşınar əşyalarının taleyi barədə də heç bir məlumat olmamışdır. Cavabdehlər tərəfindən onun bağ sahəsinə olan hüquqları pozulmuş, qanunsuz olaraq onun tərəfindən inşa edilmiş yaşayış evi sökülmüş və ona maddi zərər dəymişdir.
8. Məhkəmə iclasında Cavabdeh3 n ümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi olan və eyni zamanda da iddiaçının atası X11 xx.xx.2014-cü torpaq sahəsinə xüsusi mülkiyyət hüququ üzrə çıxarış əldə etmişdir. Daha sonra X11 ilə Cavabdeh3 arasında Cavabdeh1 bağlanmış xx.xx.2021ci il tarixli alğı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi sonuncuya satılmış və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi qeydiyyata aldıraraq çıxarış əldə etmişdir. Mübahisələndirilən müqavilə bağlanılarkən qanunvericiliklə tələb edilən bütün notarial hərəkətlər edilmiş və heç bir sənəddə iddiaçının orada qeydiyyatda olması öz əksini tap mamışdır. Həmçinin, iddiaçının qeydiyyat ünvanı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ-1,1640/38” kimi qeyd edilsə də, bağ sahəsinə məxsus heç bir sənəddə məhz formada (Bağ-1 və s.) bu ünvana rast gəlinməmişdir. ƏMDX DƏDKR PHŞ tərəfindən təqdim edilmiş sənədlərə əsasən də mübahisə predmetinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640/38, yeni qaydalarla: AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X6 küçəsi, 383 kimi qeyd edilmişdir. İddiaçının hansı ünvana və hansı əsaslarla qeydiyyata düşməsi, müvafiq əmlak satılarkən həmin ünvanda qeydiyyatda olan şəxs kimi adına heç bir sənəddə rast gəlinməməsi işin şübhəli halı olaraq qalmış və iddiaçı tərəfindən bunun əksini sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İşin iddia tələbinin əsassızlığın ı sübut edən digər bir halı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə qeyd edilən əmlakın X4 özkəninkiləşdirilməsi və bundan sonra onun mülkiyyət hüququnu təsdiq edən yeni çıxarışı əldə etməsi və bu alqı-satqı prosesi zamanı da qeyd edilən əmlakda iddiaçının qeydiyyatda olması faktının aşkarlanmaması olmuşdur. Cavabdeh3 bu bağ sahəsini əldə edərkən orada satıcının qızının qeydiyyatı olmasını yalnız iki yolla öyrənə bilərdi: ya alıcı bu barədə məlumat verməsi yolu ilə, yaxud notariat hərəkətləri zamanı belə bir faktın aşkarlanması yolu ilə. Hər bir halda notariat hərəkətlərində də belə bir faktın aşkarlanmaması iddiaçının qeyd edilən bağ sahəsində deyil, başqa ünvanda qeydiyyatda olmasına dəlalət etmiş və qeyd edilən uyğunsuzluqlar Cavabdeh3 təqsiri ucbatından baş vermədiyindən, o vicdanlı alıcı olduğundan, əmlaka dair əqdlərin etibarsız hesab edilməsi üçün heç bir əsas olmamışdır. Beləliklə, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmasına, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməsinə nəzərən hazırkı iddia tələbi əsassız olduğundan hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.
9. Cavabdeh3 nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, 1997ci ildən ev satılana qədər sözügedən bağ sahəsində yaşamışlar. Xıdırov Aydınla 2011-ci il tarixdə boşanmışlar, lakin sonradan barışmışlar. Xıdırov Aydın da ora gəlib-gedmişdir. Sonradan onlar başqa yerə getmişlər, gələndə görmüşlər ki, bağ sahəsi satılmışdır. Bağ evi qayınatasından qalmışdır. Qayınatası öləndə Xıdırov Aydının bütün qardaşları razılıq vermişlər ki, ev ona qalsın. Qayınatası səhv etmirsə, 1999, ya da 2000-ci il tarixdə vəfat etmişdir. İddiaçı uzaq olduğu üçün yasa gələ bilməmiş, lakin cümə axşamlarında iştirak edə bilmişdir. Xıdırov Aydın evin yanında iddiaçı üçün də balaca bir ev tikmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfində n verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən 0.12 hektar torpaq sahəsi 7 saylı order və X10 kitabında xx.xx.2012-ci il tarixdə 30484 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2014-cü il tarixdə X5 adına qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə və ərizə ilə təqdim edilmiş çıxarışın itirilməsi barədə qəzetdə elan və Bakı şəhər BPİ-nin tapıntılar bürosunun xx.xx.2017-ci il tarixli, 0339-16379-1217 nömrəli arayışı əsasında sözügedən bağ sahəsinə dair X5 adına çıxarışın dublikatı verilmişdir. Daha sonra torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il t arixdə Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 4Ə-1489 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 407.8 kv.m olan 1640/38 saylı bağ evi xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətində olmuşdur.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3346/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olsa da, təqdim edilmiş notariat icraatlarında bu barədə məlumat olmamış və X11 mülkiyyətində olan əmlakını Cavabdeh3 adına özgəninkiləşdirərkən təqdim etdiyi ərizələrində bu barədə məlumat qeyd etməmişdir.
14. Lakin, məhkəmə hesab etmişdir ki, X11 mülkiyyətində olan əmlakına dair sərəncam verərək onu Cavabdeh3 adına özgəninkiləşdirən zamanı satdığı əmlak üzrə qeydiyyatda olan və orada faktiki olaraq yaşamayan iddiaçının razılığının olmaması faktı ciddi qanun pozuntusu kimi qiymətləndirilən və bu əsasla da mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hüquqi əsas verməmişdir.
15. Belə ki, mərhum X3 ikən mülkiyyəti üzrə sərəncam verməkdə tam sərbəst idi və bu hüququnu reallaşdırmışdır. Həmçinin, müəyyən edilmişdir ki, mübahisələndirilən alğısatqı müqaviləsinin təsdiqindən sonra X11 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və iddiaçı atasının yas mərasimlərində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmiş, hətta xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində özündə bir sıra səlahiyyətləri, o cümlədən məhkəmədə nümayəndəliklə bağlı səlahiyyətlərini Vəkil etibar edilməsi əks edilən 15-26681 saylı reyestr nömrəsi olan etibarnamə də vermişdir. Hətta məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 da ifadəsində iddiaçının uzaq olduğu üçün yasa gələ bilməsə də, cümə axşamlarında iştirak edə bilməsini göstərmişdir.
16. Lakin, məhkəmə atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olmaqla alğı-satqı müqaviləsinin bağlanmasından məlumatlı olma masına dair iddiaçı tərəfin izahatlarını, eləcə də onun bu yaxınlarda internet səhifələrində rəsmi qeydiyyatda olduğu bağ sahəsində villa tikildiyini görməsi və bundan sonra Azərbaycanda yaxınları ilə əlaqə saxlayanda, ona iddiaçının rəsmi qeydiyyatda olduğu və atasına məxsus olmuş torpaq sahəsində tikinti işləri aparılmasının bildirməsini göstərməsinə dair dəlillərini qətiyyən inandırıcı saymamış və hesab etmişdir ki, iddiaçının izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
17. Məhkəmə işin araşdırılmış halları ilə hesab etmişdir ki, iddiaçının atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olarkən bağ sahəsinin atası tərəfindən özgəninkiləşdirilməsi barədə məlumatı olmuş və o, xx.xx.2021-ci ildə də vəkilə etibarnamə versə də, uzu n müddət bu halı mübahisələndirməmişdir.
18. Həmçinin, məhkəmə mərhum atası tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi, bağ sahəsinin xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınması və xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi cavabdehin adına qeydiyyata alınmasına dair ilk dəfə iddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavab məktubunun məzmunundan xəbəri olmasına dair izahatlara da qismən tənqidi yanaşmış və hesab etmiş ki, o, xx.xx.2022-ci il tarixdə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi c avabdehin adına qeydiyyata alınmasını həmin tarixdə dəqiq bilməsə də, işin yuxarıda müəyyən edilmiş halları ilə atası tərəfindən xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi, bağ sahəsinin xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmasını bilmiş və bilməyə də bilməzdi. Belə ki, atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olan iddiaçı atasından qalmış miras əmlak kimi mübahisəli bağ sahəsinin mövcud olmasını bildiyi halda onun hüquqi taleyi ilə maraqlanmaması inandırıcı olmamışdır.
19. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması faktı müəyyən edilməmişdir.
20. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 49-cu bəndinin tələbi pozulması halı olsa da belə, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da qanunvericiliklə kəsici müddət kimi müəyyən edilmişdir. Bu halda iddia müddətinin tətbiq edil məsinə dair ərizə verilməsinə zərurət olmamışdır.
21. Həmçinin, məhkəmə qeyd etmişdir ki, həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, ən azından iddiaçı vərəsəlik hüququ baxımından miras qalmış mübahisəli bağ sahəsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş müddətdə notariata müraciət edə bilərdi. Əgər həqiqətən iddiaçının bağ sahəsinin satılmasından xəbəri olmasa idi, vərəsə olaraq notariata müraciət etdiyi təqdirdə həmin əmlakın satılmasından bu yolla xəbəri ola bilərdi. Lakin, işin yuxarıda göstərilən müəyyən edilmiş və araş dırılmış faktiki halları bunun əksini göstərmişdir.
22. Məhkəmə işin araşdırılmış hallarına əsasən hesab etmişdir ki, iddiaçı 2021-ci ilin oktyabr ayında atasının vəfatından sonrakı dövrdə yas mərasimləri ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində olarkən alğı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək imkanı olsa da bunu etməmişdir. Məhz bu baxımından hazırda iddiaçının alğı-satqı müqaviləsi əsasında hüququnun pozulmasını vəkil sorğusu əsasında əldə edilmiş cavab məktubu əsasında ona 2023-cü il fevral ayında məlum olmasına istinad etməsinə məhkəmə tənqidi yanaşaraq əhəmiyyətsiz saymışdır.
23. Məhkəmə göstərilənlərlə yanaşı işin bu halına da diqqət yetirməyə zəruri hesab etmişdir ki, iddiaçının alğı-satqı müqaviləsi əsasında hüququnun pozulmasını vəkil sorğusu əsasında ə ldə edilmiş cavab məktubu əsasında ona 2023-cü il fevral ayında məlum olması və bununla da müddət ötürülmədən verilmiş iddia əsaslı olması qəbul edilsə belə, nəzərə alınmalıdır ki, mübahisələndirilən müqavilə üzrə tərəf olan Cavabdeh3 hazırkı iş üzrə vicdanlı əldə edən olmuşdur. Belə bir statusa həmçinin hazırda mübahisəli bağ sahəsini əldə etməyə dair sənədləri hazırkı iş üzrə iddia predmeti olmayan həmin sahənin yeni mülkiyyətçisi X8 da malik olmuşdur.
24. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçının iddiası əsaslı olsa idi belə, onun hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükü müqaviləni bağlayan atasının üzərinə düşürdü ki, o da artıq vəfat etmişdir. Hər bir halda məhkəmə hesab etmişdir ki, əmlakı əldə etm iş Cavabdeh3 vicdanlı əldə edən kimi hüquqları xələl görə bilməzdi.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi ünvan 3nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğu üçün rədd edilməlidir.
26. Məhkəmə tələbin ünvan 3nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan digər törəmə tələblərin (ünvan 3nə dair Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qeydiyyatların ləğv edilməsi, iddiaçının ünvan 3nə olan hüquqlarının bərpa edilməsi və cavabdehlər tərəfindən sökülmüş iddiaçı ya məxsus yaşayış evinin cavabdehin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması) əlavə araşdırılmasına lüzum görməmiş və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8, 152, 337, 354, 404-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində son dərəcə ziddiyyətli mülahizələrə yer vermiş, notariat orqanının hərəkətlərinin qanuniliyi barədə tərəddüd etdiyini açıq bəyan etmiş, iddia müddəti ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bir tərəfdən məhkəmə hesab etmişdir ki, “Mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsi ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsinə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması faktı müəyyən edilməmişdir”. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, “iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 49-cu bəndinin tələbi pozulması halı olsa da belə, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da qanunvericiliklə kəsici müddət kimi müəyyən edilmişdir. Bu halda iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməsinə zərurət yoxdur. Məhkəmə iddia müddəti barədə olan maddi-hüquq normalarına - Mülki Məcəllənin 354.2-ci maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə görə “maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.” Məhkəmə işin araşdırılmış halları ilə hesab etmişdir ki, iddiaçının atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olarkən bağ sahəsinin atası tərəfindən özgəninkiləşdirilməsi barədə məlumatı olmuş və o, xx.xx.2021ci ildə də vəkilə etibarnamə versə də, uzun müddət bu halı mübahisələndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı vəkilə başqa işlər üzrə də etibarnamə verə bilər. Bu qanunla qadağan edilməmişdir. Belə ki, iddiaçı vəkilə notariat orqanına vərəsəlik işinin açılması məqsədilə həmin etibarnaməni vermiş və bundan sonra sonuncunun nümayəndəsi həmin etibarnamə əsasında müvafiq notariat orqanına müraciət etmişdir. Notariat orqanına rəsmi müraciət olunmasına baxmayaraq, miras qoyanın digər vərəsələri tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində başlanılmış 2(003)-1772/ 2022 nömrəli mülki iş üzrə vəkil, həmin etibarnamə əsasında cavabdeh qismində cəlb olunan iddiaçının nümayəndəsi kimi məhkəmə proseslərində iştirak etmiş və hazırda da iştirak edir (məhkəmə prosesləri yekunlaşmamışdır). Bu proseslər barədə hakimə dəfələrlə məlumat verilmişdir. Bu halları diqqətdən kənarda qoyan birinci instansiya məhkəməsinin hakimi nəzərə almamışdır ki, notariat qaydasında etibarnamə vəkilə yalnız bir iş üzrə verilməyə bilər. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, iddiaçı Argentinada yaşamış və atasının yas mərasiminə çox qısa müddətə gələrək, sonra ölkəni tərk etmiş və hazıra qədər də xaricdə yaşamışdır. Mübahisəli bağ sahəsinin alğısatqısı zamanı da iddiaçı ölkədə olmamış (bu fakt məhkəmə tərəfindən də müəyyən edilmişdir) və alğı-satqıdan sonuncunun məlumatı ola bilməzdi. Digər tərəfdən atasının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi səbəbi ilə iddiaçı məhz atasının yas mərasimində iştirak etmək üçün ölkəyə gəlmiş və qısa müddətdən sonra ölkəni tərk edərək, vəkilə vərəsəlik işləri ilə bağlı notariata müraciət etməsini tapşırmışdır. Həmin vaxt məhkəmə mübahisələri başlamış və yalnız sonradan vəkil sorğusuna əsasən mübahisəli bağ sahəsinin satılması barədə rəsmi məlumat alınmışdır. Nəticə etibarı ilə iddia (kəsici) müddətinin ötürülməsi halı baş verməmişdir. Məhkəmə öz qətnaməsində tərəddüd edərək qeyd etmişdir ki, iddiaçının alğı-satqı müqaviləsi əsasında hüququnun pozulmasını vəkil sorğusu əsasında əldə edilmiş cavab məktubu əsasında ona 2023-cü ilin fevral ayında məlum olması və bununla da müddət ötürülmədən verilmiş iddia əsaslı olması qəbul edilsə belə, nəzərə alınmalıdır ki, mübahisələndirilən müqavilə üzrə tərəf olan Cavabdeh3 hazırkı iş üzrə vicdanlı əldə edəndir. Məhkəmənin bu mövqeyi də əsaslı hesab edilə bilməz. Belə ki, alğı-satqı predmeti olan bağ sahəsində iki tikilinin və iddiaçının şəxsi əşyalarının mövcud olmasını, habelə bağ sahəsində satıcıdan başqa iddiaçının da rəsmi qeydiyyatda olduğunu Cavabdeh3 bilirdi və bilməli idi. İddia tələblərinin digər hissələrdə ümumiyyətlə araşdırılmadığı birinci instansiya məhkəməsinin özü tərəfindən qətnamədə açıq qeyd edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2211/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazı mov və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi mahiyyəti etibarı ilə düzgün olmuşdur.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində həmçinin iddia ərizəsində mübahisələndirilən alğı-satqı müqaviləsindən məlumatsız olmasını bildirsə də, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində özündə bir sıra səlahiyyətləri, o cümlədə n məhkəmədə nümayəndəliklə bağlı səlahiyyətlərini Vəkil etibar edilməsi əks edilən 1526681 saylı reyestr nömrəsi olan etibarnamə də vermiş, apellyasiya şikayətində isə həmin etibarnamənin Xəzər Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə başlayan vərəsəlik işi ilə bağlı verildiyini qeyd etmişdir. Adı çəkilən, vərəsəlik işi üzrə iddiaçının nümayəndə vasitəsi ilə təmsil edilməsi isə onu deməyə əsas vermişdir ki, həmin iş üzrə mərhuma məxsus olmuş əmlaklar eləcə də mirası təşkil edən əmlaklar barədə araşdırma aparılması qaçınılmaz olmuş və bu zaman da iddiaçının ən azından nümayəndəsi vasitəsi ilə qeydiyyatda olduğu torpaq sahəsinin satılmasından məlumatı olmalı idi.
33. Bunula belə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələdirilən müqavilə ilə istifadə hüququnun pozulduğunu, eləcə də h əmin ünvanda özünə aid ayrıca tikilinin olduğunu və onun söküldüyünü, habelə orada olan şəxsi əşyalarının aparıldığını bildirən iddiaçıya izah olunmuşdur ki, o, həmin hallara dair ayrıca iddia irəli sürmək hüququna malikdir.
34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8, 152, 337, 354, 404-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh3 (vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Üçüncü şəxs X8 (vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi
39. Maddə 152.1. Mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
41. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
42. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
43. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
47. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həq iqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
48. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarı
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarını n alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Demək ki, atasının mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qeydiyyatda olan iddiaçının razılığının alınmaması həmin əqdin etibarsız hesab edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütö vlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianı n rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.