Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2969/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və miras əmlaka vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkkül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 39 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X9 cəlb olunmaqla) “vərəsəlik şəhadətnaməsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2025-ci il tarixli, 2(103)-3212/2025 nömrəli qətnaməsindən İddiaçın tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh1 bacı-qardaşdır, onların anaları X3 xx.xx.2005-ci ildə vəfat etmişdir.
2. Onların arasındakı mübahisə Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən, sahəsi 0,12 ha t əşkil edən 6694 nömrəli bağ sahəsi ilə bağlıdır. Bağ sahəsi tərəflərin anası Sərfinaz Novruzovanın mülkiyyətində olub. Sərfinaz Novruzovanın ölüm tarixindən 9 il sonra - xx.xx.2015-ci ildə Bakı şəhəri 39 saylı Notariat Kontorunun notariusu cavabdehin adına bağ sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Şəhadətnamənin verildiyi tarixdən 6 gün sonra - xx.xx.2015-ci ildə bağ sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Mülkiyyət hüququnun qeydə aldındığı tarixdən 5 il sonra – xx.xx.2021-ci ildə cavabdeh bağ sahəsini alğı-satqı müqaviləsi əsasında üçüncü şəxs X4 17.000 manata satıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 q̇arşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair Bakı şəhəri 17 saylı Notariat ofisində rəsmiləşdirilmiş Cavabdeh1 ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-153 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2005-ci ildə vəfat etmiş anası X1 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair iddiaçının payının müəyyən edilməsi, Cavabdeh1 anası X1 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair vərəsəlik hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir
5. İddiaçı tələbini onunla əsaslandırmışdırki, atası xx.xx.2002-ci ildə, anası isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsi anasından miras qalmışdır. Anasının vəfatından sonra ondan miras qalmış həmin bağ sahəsinə faktiki olaraq o sahiblik etmişdir. Həmin bağla bitişik yerləşən 6695 saylı, 0.12 ha bağ sahəsi xüsusi mülkiyyətində idi və hər iki bağ sahəsini birlikdə idarə edirdi. Anası vəfat edən günə kimi ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Dadaş Vasif küçəsi 3 saylı fərdi yaşayış evində qeydiyyatda olmuşdur və onunla birlikdə həmin evdə yaşamışdır. Anası vəfat edəndə onun bütün yas mərasimləri onun evində keçirilmiş, bütün yas xərcləri onun tərəfindən qarşılanmışdır. Anasının bütün şəxsi əşyaları, qiymətli əşyaları və digər əşyaları da evindədir. 2024-cü ildə bağ sahəsinə gedərkən, bağın qapısının kilidinin dəyişdirildiyinin şahidi olmuşdur. Bunun necə baş verdiyini başa düşməmiş və öz vəkilinə bu barədə müraciət etmişdir. Vəkili əvvəl notariusdan araşdırmış və məlum olmuşdur ki, xx.xx.2015-ci ildə Bakı 39 saylı Notariat ofisində anası X2 adına vərəsəlik işi açılmış və bacısı Cavabdeh1 onun qanun üzrə vərəsəsi kimi qeydiyyata alınmışdır. Daha sonra vəkili Bakı 39 saylı Notariat ofisinə sorğu vermiş və anasının adına açılmış vərəsəlik işini tələb etmişdir. Vərəsəlik işi ilə tanış olarkən məlum olmuşdur ki, vəfat etmiş anasından miras qalmış 6694 saylı, 0.12 ha bağ sahəsini xx.xx.2015-ci il tarixli 2V-72 reyestr nömrəli qanun üzrə vərəs əlik hüququ haqqında şəhadətnamə əsasında cavabdehin mülkiyyətinə keçmişdir. Notariat işi ilə tanış olarkən məlum olmuşdur ki, bacısı Təranə Sabunçu Rayon İcra Hakimiyəti Başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsindən saxta arayış alaraq guya anasının öləndən sonra 6694 saylı, 0.12 ha bağ sahəsinə onun daima qulluq etdiyini yazdırmışdır. Cavabdeh1 Notariat ofisinə yazdığı ərizədə anasının ondan başqa vərəsəsinin olması barədə qeyd aparmamışdır. Bundan başqa, iş üzrə cavabdeh 39 saylı Notariat ofisi də Ədliyyə Nazirliyinin elektron axtarış sistemi üzərində heç bir axtarış aparmayaraq, anasının övladları barədə sistemdən çıxarış etməmişdir. Beləliklə, cavabdehlər qanunsuz olaraq anası X1 miras qalmış 6694 saylı, 0.12 ha bağ sahəsinə dair cavabdehi vərəsə kimi tanımış və ona qanun üzrə və rəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, bacısı Cavabdeh1 xx.xx.1980-ci ildə X5 ilə rəsmi nikaha girməklə evlənmişdir və anası vəfat edən günə qədər və hal-hazırda başqa ünvanda ünvan 1ış evində qeydiyyatda olmuşdur və orada yaşayır. Cavabdeh anasından miras qalmış əmlakla bağlı vərəsəliyi nə rəsmi, nə də ki, faktiki olaraq qəbul etməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsini heç vaxt idarə etməmiş, həmin bağa qulluq etməmişdir. Notariat işindən görünür ki, Cavabdeh1 anasının vəfatından 10 il sonra, yəni 2015-ci ildə Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi isə vərəsəliyin qəbulu müddətini keçirməsinə baxmayaraq, qanunsuz olaraq onu vərəsə kimi tanımış, digər vərəsələrin axtarışını aparmamışdır. Beləliklə, a nasından miras qalmış əmlaka vərəsəlik hüququndan qanunsuz olaraq məhrum edilmişdir.
6. Cavabdeh1 iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, anası xx.xx.2005-ci ildə vəfat etmişdir. Anasından Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar ərazisində yerləşən 6694 saylı, 0,12 ha bağ sahəsi miras qalmışdır. İddiaçı anasının vəfatından sonra guya həmin bağ sahəsinə faktiki olaraq sahiblik etdiyini bildirmişdir. Həqiqətən də anasından 6694 saylı, 0,12 ha bağ sahəsi miras qalmışdır. Anası vəfat etdiyi vaxtdan həmin bağ sahəsini o faktiki olaraq qəbul edərək idarə etmişdir. Bağ sahəsi hasar daxilində yerləşir və torpaq sahəsinə darvazanı da həyat yoldaşı qoymuşdur. Torpaq sahəsinə dair vergi və ödənişlər də anası vəfat etdiyi vaxtdan onun tərəfimdən ödənilmişdir. İddiaçı iddia ərizəsində nota riusa anasının vəfatından 10 il keçdikdən sonra müraciət etdiyini və mirası qəbul etmə müddətini keçirdiyimi bildirmişdir. O, anası vəfat etdiyi vaxtdan bağ sahəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamışdır. Ona görə də, müddəti ötürməmişdir. Bundan başqa, iddiaçı onun Kürdəxanı qəsəbə nümayəndəliyindən saxta arayış alaraq vərəsəlik şəhadətnaməsi aldığını bildirmişdir. “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 5.1.9-cu bəndinə əsasən, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Göründüyü kimi, belə arayış vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Bundan başqa, iddiaçı iddia ə rizəsində qeyd etmişdir ki, guya 2024-cü ildə bağ sahəsinə gedərkən bağın qapısının kilidi dəyişdirilmişdir. İddiaçının qeyd etdiyi bu hal da tamamilə absurddur. Çünki, anasından miras qalmış, onun istifadəsində olan 6694 nömrəli bağ sahəsi və iddiaçının mükiyyətində olmuş 6695 nömrəli bağ sahəsi xx.xx.2021-ci ildə digər fiziki şəxsə satılmışdır. İddiaçı ona məxsus torpaq sahəsi üzərində sərəncam verilməsi üçün həyat yoldaşı Casim Muxtarova etibarnamə də vermişdir. Göründüyü kimi, təkcə bu halla iddiaçının heç nədən xəbəri olmayan şəxs kimi yaratdığı mənzərə yerlə yeksan olur. İddiaçının yaşayış yeri olmadığından, hazırda oğlu X7 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,20 ha torpaq sahəsində yaşayır. Onun belə iddia qaldırmaqda məqsədi isə əsassı z gəlir və qazanc əldə etməkdir. İddiaçı anasının vəfatından 19 il ötdükdən sonra məhkəməyə müraciət etmişdir.
7. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi Vəkil1 işin mahiyyəti üzrə həll olunmasını xahiş etdiyindən işin baxılmasına davam etdirilmişdir.
9. Şahid qismində dindirilmiş X11 bildirmişdir ki, iddiaçının dostudur, birlikdə böyümüşlər. Onların bağında 2 torpaq sahələri var və eyni hasarın içindədir, 2 darvazası var. Uşaqlıqdan bağın Elbrusgilin olduğunu görmüşdür. Bağa onların qonşusu baxıb, qulluq etmişdir. Anasına Elbrus baxıb, kəndin içində yaşayırdılar. Elbrusgilin evinə çox gedib gəlib. Təranə evlənmişdi, ona görə anasına baxa bilməzdi. Anası öl dükdən sonra 2 dəfə bağa getmişlər. Elbrusu bağa gedəndə görməmişdir. Təranəni bağda görməmişdir. Onun evi ilə mübahisəli bağ sahəsi 2 km məsafədə yerləşir.
10. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Elbrusu əvvəldən tanıyır, 2002-ci ildən iddiaçı ilə qonşudur. Bağ sahəsini görməmiş, lakin eşitmişdir ki, iddiaçı bağa gedib gəlir. Eşitdiyinə görə bağ evlə birlikdə iddiaçının olmalıdır. Tərəflərin analarına Elbrus baxmışdır. 2005-ci ilədək anası ilə birlikdə yaşayırdı. İddiaçı parnik əkmişdi, parnik onun iş yeri idi, orada fəhlələri var idi, səhərdən axşama qədər orada işləyirdi, axşamlar isə anasının yanına gedirdi. Bağla bağlı əlavə məlumatı yoxdur
11. Şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 2015-ci ildən 2017-ci ildək Təranənin evlərini təmizləməyə getmişdir. İddiaçının bağ ına da təmizliyə, üzüm yığmağa getmişdir. O, ilk öncə İddiaçı tanımışdir, sonradan cavabdehin evində işləmişdir. Əvvəl bacı-qardaş olaraq münasibətləri yaxşı idi, 2017-ci ildən torpaq məsələsinə görə münasibətləri pozulmuşdur. Cavabdeh ona qardaşıgilə getsə, bir daha onlara gəlməməsini demişdir. Bağ sahəsində gilas, heyva və əncir ağacları var idi, onlara suyu Elbrus verirdi. Mübahisəli sahədə Təranənin evi qabaqda idi, Elburusun evi arxada idi. Elbrusun evini təmizləyəndə həmişə Elbrus ona deyirdi ki, anama məxsus əşyalara diqqətli ol, onları qırma, anamın yadıgarıdır.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(008)-485/2025 nömrəli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəf lərin anası S.Novruzova xx.xx.2005-ci ildə vəfat etmiş, ondan qalan miras əmlak ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. Cavabdeh1 adına xx.xx.2015-ci il tarixli ″Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmiş, daha sonra həmin torpaq sahəsi alğı-satqı əsasında Ruslan Əzizova satılmışdır və hazırda da onun mülkiyyətindədir. İşin mübahisəli halı iddiaçının qeyd olunan torpaq sahəsinə faktiki sahibliyin həyata keçirilibkeçirilməməsini müəyyən etməkdən ibarətdir. Çünki, iddiaçı qanunvericilklə nəzərdə tutulan vaxtda notariusa mirasın qəbulu ilə bağlı müraciət etməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlaka sahiblik etdiyini və ya onu idarə etdiyini, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini sübut etməlidir. İddiaçı iddiasının əsaslılığına dair sübut olaraq anasından qalmış əşyaların fotoşəkillərini və şahid ifadələrini göstərmişdir.
15. Məhkəmə bununla bağlı hesab etmişdir ki, təqdim edilmiş fotoşəkillər hazırki iş üzrə irəli sürülən tələblərin heç birinin nə təsdiq, nə də təkzib edilməsinə xidmət etmir. İddiaçının deməsinə görə, fotoşəkillərdə göstərilən əşyalar (çaynik, servant, xalça, güldan və s.) anasından qalan əşyalardır və bu onun anasına baxdığını təsdiq edir. Məhkəmə həmin fotoşəkillərin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın təsdiq və ya təkzib etmədiyi qənaətinə gəlmişdir.
16. Məhkəmə şahid ifadələrinə və iddiaçı tərəfindən verilmiş şəkillərə münasibətdə hesab etmişdir ki, məhkəməyə yeganə sübut kimi təqdim olunan əşyaların fotoşəkillərinin həqiqətən də iddiaçının anasın a məxsus olmasını təsdiq etməsinə öyrədilmişlər. Bu, məhkəmədə açıq-aşkar şəkildə özünü biruzə verdi. Belə ki, məhkəmə şahidlərə iş materialında olan fotoşəkilləri yox, internetdən təsadüfi tapılan şəkilləri göstərmiş, şahidlər isə həmin əşyaları guya tanıyaraq, iddiaçının evində saxlandığını, əvvəllər ona məxsus olduğunu demişlər. Bu hal onu göstərir ki, nə o şəkillər, nə də şahid ifadələri bu iş üzrə mötəbər sübut kimi qəbul olunmamalıdır.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras əmlak Cavabdeh1 tərəfindən faktiki sahibliyə qəbul edilmiş, həmçinin kommunal və vergi ödənişləri də edilmişdir. Məhkəmə iddiaçının cavabdehə verilən arayışın Kürdəxanı qəsəbəsi nümayəndəliyi tərəfindən verilməməli olduğuna dair dəlilə münasibət bildirərək qeyd edib ki, iddiaçının vəsatəti ilə dindi rilmiş şahidlər mübahisəli torpaq sahəsinin Kürdəxanı qəsəbəsində yerləşdiyini göstərmişlər. Ona görə də mirasın faktiki qəbulu ilə bağlı arayışı məhz Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi verməlidir. Təqdim edilmiş Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinin arayışı ilə Cavabdeh1 qeyd edilən bağa faktiki sahibliyi həyata keçirdiyi və mirasın açıldığı gündən hal-hazıradək həmin bağın kommunal və digər xidmət haqlarını ödədiyi təsdiq olunur.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1147.1, 1243.2, 1248.1, 1273.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv olunnasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3212/2025 nömrəli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-485/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, miras xx.xx.2005-ci ildə açılmış, iddiaçı mirası qəbul etdiyini sübut edə bilməmişdir. O, birinci instansiya məhkəməsində icraat zamanı ərizə ilə məhkəməyə müraciət edər ək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. (iş v. 121). Lakin cavabdeh tərəf buna etiraz etdiyindən və işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə mahiyyəti üzrə baxılmışdır. Apellyasiya icraatı zamanı isə iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməyib, vəkil işə onun iştirakı olmadan baxılması xahiş edib. Apellyasiya icraatında iştirak edən üçüncü şəxs Ruslan Əzizov bildirib ki, bağ sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə satın alıb, həmin vaxtdan bağ sahəsi onun sahibliyindədir, bu müddətdə iddiaçı bir dəfə olsun bağ sahəsinə gəlməyib.
23. Apellyasiya kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iddiaçı mirası qəbul etməyib, cavabdeh isə mira sı qəbul edib. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. İddiaçı mirası qəbul etmədiyinə görə, vərəsəlik şəhadətnaməsini və alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur
24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1147.1, 1243.2, 1248.1, 1273.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 3212/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmlər tərəfindən Mülki Məcəllənin 1243.2, 1248.1, 1268.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçının mirası qəbul etməməsi, cavabdehin mirası qəbul etməsi sübuta yetirilmir, əksinə, iş materialları ilə təkzib olunur. İddiaçı mirasın onun tərəfindən qəbul edilməsini təsdiq edən sübut kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı BakıƏrazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6694 saylı bağ sahəsinə dair xx.xx.2008-ci il tarixli, **********30 reyestr nömrəli çıxarış məhz İddiaçı müraciəti əsasında alınmışdır. Bu sənədlə iddiaçının miras əmlakı faktiki qəbul etməsinə yönəlmiş idarəedici hərəkətləri təsdiq olunur. Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda isə Cavabdeh1 həmin torpaq sahəsinin 2017-ci ildən vergi ödəyicisi olmuşdur. Belə bir vəziyyətdə məhkəmənin mirasın açılmasından 3 il sonra iddiaçının əmlakla bağlı sənədləşmələrin edilməsinə dair hərəkətlərini mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmədiyi halda, mirasın açılmasından 12 il sonra cavabdehin vergi ödəyicisi olmasını mirasın f aktiki qəbul edilməsi kimi qiymətləndirməsi başa düşülən deyil. Cavabdeh1 isə məhkəməyə əmlakın onun tərəfindən faktiki qəbul edilməsini təsdiq edən sübut kimi iki sənəd: 1) Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin arayışını və 2) Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinin arayışını təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz ərizəsi təqdim olunmuşdur. Ərizədə kassasiya şikayətinin təmin olunmaması və apelyasiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Kassasiya baxışının hədləri
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyas ı məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyi nin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
31. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərə findən ölmüş elan edilməsi ilə açılır.
34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
36. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
47. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
48. İddia tələbi miras qalmış əmlaka dair notarius tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi haqqındadır.
49. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Bi rinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
50. Mirasın açıldığı dövrdə qüvvədə olmuş vərəsəlik münas ibətlərində vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini tənzimləyən Mülki Məcəllənin 1246-cı və 1248-ci maddələriniə görə, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı).
51. Buna görə də miras əmlakın bölünməsi barədə mübahisələr üzrə bax ılan bütün iddialarda başlanğıc olaraq mirasa iddialı olan vərəsənin mirası qəbul edib etməməsi araşdırılır və bundan asılı olaraq miras əmlak bölünür.
52. Baxılan iş üzrə də məhkəmələr iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul edib etmədiyini araşdırmış və müəyyən edilmişdir ki, iddiaçı mirası qəbul etməmişdir. Buna görə də iddia tələbinin rədd olunması barədə məhkəmələrin gəldiyi nəticə əsaslı və qanunidir.
53. İddiaçının «Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6694 saylı bağ sahəsinə dair xx.xx.2008-ci il tarixli, **********30 reyestr nömrəli çıxarış məhz İddiaçı müraciəti əsasında alınmışdır. Bu sənədlə iddiaçının miras əmlakı faktiki qəbul etməsinə yönəlmiş idarəedici hərəkətləri təsdiq olunur» dəlili üzrə araşdırma aparıla bilməz. Çünki cavabdeh tərəfindən bu məzmunda dəlil aşağı instansiya məhkəmələrində irəli sürülməmişdir.
54. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Pr osessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəflərin dəlillərini nəzərə almadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
55. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır.
56. Apellyasiya icraatında dispozitiv lik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
57. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
58. Bu baxımdan apelyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, və araşdırma predmeti olmamış halların kassasiya icraatında mübahisələndirilməsi və yoxlanılması, mülki prosesin prinsiplərinə ziddir.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin fak tiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə ma ddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2025-ci il tarixli, 2(103)3212/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.