Məhkəmə qərarları › İş №2(102)-297/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-297/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-297/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2-yə, DƏDRXİ-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dair mülk i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2-yə, DƏDRXİ-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov, E.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərmanov rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış evinə dair Cavabdeh1 MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 33 nömrəli protokolun, həmçinin qeyd olunan yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağl anmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin X1 xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427.91 kv.m ümumi sahəsi olan yaş ayış binasının ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilmiş, ipoteka predmeti olan müvafiq yaşayış binası açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh İddiaçı əmlakı tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin əmlakdan məcburi qaydada çıxarılması qət olunmuşdur. Qətnamə üzrə verilmiş icra vərəqəsi əsasında əmlak hərraca çıxarılmış, iki dəfə hərrac keçirilmiş, lakin hərracda qalib olmadığından “İpoteka Haqqında” qanunun 43.7-ci maddəsinə uyğun olaraq həmi ev 286,875 manata Cavabdeh2-yə təklif olunmuş, təklif qəbul edilmiş və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş protokol əsasında yaşayış evi xx xxxx 2019-cu il tarixdə Banka təhvil verilmişdir. Göründüyü kimi xx xxxx 2019-cu il tarixli müqavilə ilə Cav abdeh2 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427.91 kv.m ümumi sahəsi olan yaşayış binasını 286.875 (iki min səksən altı min səkkiz yüz yetmiş beş) manata əldə etmişdir. İddiaçı mülkiyyətində olan evə münasibətdə ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini və keçirilmiş hərrac barədə ona məlumat verilmədiyini göstərərək hazırkı iş üzrə iddianı vermişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş mübahisə predmeti olan əmlakin hərraca çıxarılması və alan olmadığından son nəticədə tələbkara təklif edilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olmuşdur. İddiaçının irəli sü rdüyü dəlillərə münasibətdə nəzərə alınmalıdır ki, mübahisə predmeti olan evin ilkin qiyməti qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir və ona görə də həmin qiymət hazırkı işdə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı, Nizami rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2-yə açıq hərracın keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli bildirişlər göndərilmişdir. Həmçinin iş materiallarından gör ünür ki, yuxarıda qeyd olunan bildirişlər xx xxxxxx 2019-cu il tarixində və xx xxxxxx 2019-cu il tarixində İddiaçı tərəfindən qəbul edilmişdir. Sonuncu bildirişlərin qəbul edilməsini təsdiq edən imzanın onun tərəfindən icra edilməməsini mübahisələndirməmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli “Kaspi” qəzetində ünvan 2 ünvanında 0.07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427.91 kv.m ümumi sahəsi olan yaşayış binası ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissə sinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhk əmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müq avilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göründüyü kimi hərrac qanunvericiliyin tələbinə uyğun həyata keçirilmiş və bununla bağlı xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli birdirişlərlə iddiaçıya məlumat verilmişdir. Yuxarıda göst ərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar