Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2970/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X3, cavabdehin nümayəndəsi X4, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş 2(006)-3240/201 8) İddiaçı cavabdeh «XXX» Şirkətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və digər ödənişlərin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov iş 2(103)-12205/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenindən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 04 aprel 2018-ci il tarixli əmrinə əsasən Şirkət işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə aparılan struktur dəyişikliyinin nəticəsi olaraq, Dəniz Əməliyyatları departamenti, Boru kəmərlərinin/axın xəttlərinin bütövlüyü üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə olan əmək müqaviləsinə 04 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam vermişdir. 12 aprel 2018-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və digər ödənişlərin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul e dilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmaqla, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Cavabdeh şirkətlə əmək münasibətlərində olduğu 9 il müddətində əmək müqaviləsi və əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada əmək funksiyalarını yerinə yetirmiş, əmək müqaviləsində olmayan daha yüksək ödəniş dərəcəli mühəndislərin vəzifə və funksiyalarını şirkətin tapşırığı ilə yerinə yetirmiş, işi ilə əlaqədar ona heç zaman irad tutulmamışdır. Cavabdeh şirkət tərəfindən işçinin sayı azaldılmadığı və ştatlar ixtisar edilmədiyi halda onunla bağlanmış əmək müqaviləsi qərəzli şəkildə ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının işdən azad edilməsi barədə 04 aprel 2018-ci il tarixli əmrin ləğv edilməklə onun əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh Şirkətin Azərbaycan Respublikasındakı X1 departamenti, Kateqoriya üzrə mühəndis (gənc mütəxəssis) vəzifəsinə işə qəbul edilmişdir. Qeyd edilən vəzifə üzrə işləri 02 sentyabr 2013-cü il tarixdən yerinə yetirmişdir. İddiaçı yeni iş təklifindən imtina barədə e-məktuba görə İddiaçı səhhəti ilə əlaqədar dənizdə sualtı s istemlər üzrə mütəxəssis vəzifəsinə iş təklifindən imtina etmişdir. «XXX» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin 28 mart 2018-ci il tarixli, RGJ/6603 saylı Qərarı ilə «XXX» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə şöbələrdə aparılan təşkilati-struktur dəyişikliyinin nəticəsində bir sıra vəzifələrin, o cümlədən Dəniz əməliyyatları departamentində Boru kəmərlərinin/axın xəttlərinin bütövlüyü üzrə mühəndis vəzifəsinin ixtisar edilməsi qərara alınmışdır. İddiaçı 2018-ci ilin yanvar ayında başqa bir şöbədə vəzifə təklif edilmiş, lakin İddiaçı həmin təklifi qəbul etməmişdir. Şirkətdə İddiaçı üçün başqa uyğun vakansiya olmadığından, ona başqa bir vəzifə təklif edilməsi mü mkün olmamışdır. Bu səbəbdən onun ixtisara salınması qərara alınmışdır. İddiaçı ünvanlanmış 29 mart 2018-ci il tarixli ixtisara dair xəbərdarlıq bildirişinə görə onunla bağlanmış əmək müqaviləsinə tutduğu Dəniz əməliyyatları departamenti, Boru kəmərlərinin/axın xəttlərinin bütövlüyü üzrə mühəndis vəzifəsinin ixtisarı ilə əlaqədar 06 iyun 2018-ci il tarixində xitam veriləcəyi barədə doqquz həftə əvvəldən xəbərdar edilmiş, ondan iki aylıq xəbərdarlıq müddəti ərzində şirkətin işçisi olaraq qalmaqda davam etməyi və ya xəbərdarlıq müddətinin əvəzində ödəniş almaq istədiyi barədə qərar verməyi xahiş olunmuş, İddiaçı 04 aprel 2018-ci il tarixdə xəbərdarlığı imza etməklə ixtisara dair xəbərdarlıq bildirişini aldığını təsdiq etmiş və xəbərdarlıq müddəti əvəzinə ödəniş almağa öz razılığını bildirm işdir. Həmin bildirişə əlavə edilmiş 1 saylı qoşmaya əsasən İddiaçı işdənçıxarma müavinəti, xəbərdarlıq müddəti əvəzində ödəniş, habelə kreditə dəstək proqramı üzrə ödəniş edilmişdir. «XXX» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 04 aprel 2018-ci il tarixli əmri ilə işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə aparılan struktur dəyişikliyinin nəticəsi olaraq, Dəniz Əməliyyatları departamenti, Boru kəmərlərinin/axın xəttlərinin bütövlüyü üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə olan əmək müqaviləsinə 04 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasə n əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin prisnpilərindən birini təşkil edir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” və “ə” bəndlərinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq,beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 71-ci maddəsinin 4-cü hissəsinə əsasənişəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, «XXX» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 28 mart 2018-ci il tarixli qərarı ilə işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə şöbələrdə aparılan təşkilati-struktur dəyişikliyinin nəticəsində bir sıra vəzifələr, o cümlədən Dəniz əməliyyatları departamentində Boru kəmərlərinin/axın xəttlərinin bütövlüyü üzrə mühəndis vəzifəsi ixtisar edilmiş, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə x itam verilməsi barədə vaxtında xəbərdar edilmiş və ona işdən azad olunması ilə bağlı müvafiq işdənçıxarma müavinəti ödənilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2970/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2970/2019
18.04.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver