Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2971/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət məhkəmə tərkibində Maraqlı şəxs Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3391/2022 nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsini öyrənərək MÜƏYYƏN ETDİM: Maraqlı şəxs Balababa oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3391/2022 nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasını xahiş etmişdir. Maraqlı şəxs Balababa oğlu ərizəsində göstərmişdir ki, Cavabdeh MTK-nın ofisində özünü MTK-nın rəhbəri kimi təqdim edən X1 ilə aralarında 2017-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Əgər həmin dövrdə qeyri-yaşayış sahəsi X2 mülkiyyətinə verilmişdirsə, necə ola bilər ki, həmin qeyri-yaşayış sahəsini uzun illər Abbasquliyev Rasim baş etibarnamə ilə heç bir mübahisə və maneə olmadan gözəllik salonu kimi istifadə etmişdir. Maraqlı şəxs Balababa oğlu yaxın dostları tərəfindən həmin qeyri-yaşayış sahəsi barədə məlumat almış və onlara güvəndiyinə görə heç vaxt dələduzluqla qaşılaşa biləcəyini güman etməmişdir. Yasamal Rayon İcra məmurunun zəngindən sonra isə Maraqlı şəxs Balababa oğlu şirkət barədə araşdırma apardıqda məlum oldu ki, Cavabdeh MTK-nın rəhbəri olmuş Cahangir Alışov bir mənzili bir neçə nəfərə sataraq, insan ları aldadaraq vəsaitlərini mənimsəməsi səbəbi ilə barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb olunmuşdur. Hal-hazırda isə oğlu Alışov Sadiq onun yolunu davam etdirərək, özünə Yasamal ərazisində yerləşən ofisində insanları aldadaraq köhnə tarixə müqavilə imzalamaqla, qeyri-yaşayış sahəsini bir neçə şəxsə satmağa davam etməklə növbəti cinayəti törətməyə davam edir. Bütün baş verənlərə görə yuxarıda adları çəkilən şəxslərlə görüşdüyü zaman bildirdilər ki, qısa zamanda qeyri-yaşayış sahəsinə ödədiyi pulu 135.000 (yüz otuz beş min) AZN ona qaytaracaqlar. Belə ki, lehinə qətnamə çıxarılmış şəxs X2 mülkiyyət hüquqları tanınan qeyri-yaşayış sahəsində Maraqlı şəxs Balababa oğlunun da mülkiyyət hüququ var və həmin şəxsin də müqaviləsi saxta tarixə bağlandığı ehtimalı olması səbəbi ilə qətnamə nin ləğv olunub işin apellyasiya instansiyasında yenidən araşdırılması Maraqlı şəxs Balababa oğlunun da pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün mütləq və zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 26 iyul 2017-ci il tarixli, 2(004)-5944/17 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Kazımov - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) 16 avqust 2019-cu il tarixli, 2(103)-1344/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, İ.Xələfov və A.Hüseynov) 21 fevral 2022-ci il tarixli, 2(102)-1036 /22 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.İsgəndərov - sədrlik edən və məruzəçi, İ.Kərimli və R.Həsənov) 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK- nın üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-1-ci maddəsinə əsasən ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir. Həmin Məcəllənin 403.2-2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. Qeyd edilməlidir ki, Maraqlı şəxs mübahisəsi gedən mənzili İddiaçı aldığını və mənzilin pulunu məhz həmin şəxsə ödədiyini göstərir. İddiaçı mübahisəsi gedən mənzilin ona təhvil verilməsinə dair iddiası ona məxsus sənədlərin etibarlılıq şərtlərinə cavab vermədiyi üçün tərəflər arasında öhdəliyin yaranma əsas kimi qəbul edilməmişdir. Göstərilən fakt ərizəçinin istinad etdiyi məhkəmə aktı ilə müəyyən olunmuşdur. Məhz göstərilənlərə əsaslanan işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi İddiaçı iddianın rədd olunması nəticəsinə gəlmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, ərizəçinin mübahisələndirdiyi məhkəmə aktında onun hüquq və mənafeləri nə uyğun olmayan məsələ həll edilməmişdir. Nəzərə alınmalıdır ki, ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Belə əsaslandırmanın mövcud olmaması halında isə ərizənin təmin olunması yolverilən hesab edilə bilməz. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Maraqlı şəxs Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən verdiyi ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadl arından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Şərh edilənləri nəzərə almaqla, Azərbaycan Məcəlləsinin 403.2-ci maddəsini rəhbər tutaraq Respublikası Mülki-Prosessual QƏRAR VERDİM: Maraqlı şəxs Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilsin.
Məhkəmə qərarları › İş №2(102)-2971/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2971/2023
08.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver