Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2972/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X6 və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X6 və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2879/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzili Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin xx.xx.1994-cü il tarixli 759 nömrəli orderi ilə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh verilmişdir. Orderdə ailə tərkibi: X1, X11 və X7 göstərilmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)2635/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh Şixiyeva (Məmmədova) Dilşad Abdurrza qızı arasında Qusar rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış və 94 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.
3. Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
4. Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzildə X2, X11, X15 və X14 yaşayırlar.
5. Hazırda iddiaçı cavabdehin mənzili könüllü tərk edib getməsinə əsaslanaraq, cavabdehin istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh isə öz növbəsində bildirir ki, mənzil ona iş yerindən verildiyindən onun mənzilə dair hüquqları var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 iddiaçının istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər 1989-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar və bu evlilikdən üç övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətiləri 2013-cü ildən tam pozulmuşdur. Cavabdeh 2014-cü ildə yaşadıqları mənzili birdəfəlik tərk etmiş və yeni ailə həyatı qurmuşdur. Hazırda həmin evlilkdən də iki övladı var. 2014-cü ildən bəri cavabdeh bir dəfə olsun onlarla maraqlanmayıb, yaşadıqları evin və ailənin saxlanmasında iştirak etməyib. Qızı ailə həyatı quranda belə ata kimi heç bir mərasimində nə maddi, nə də mənəvi iştirak et məmişdir. Hazırda yaşadıqları ev dövlət tərəfindən ailə kimi yaşamaları üçün 759 saylı, xx.xx.1994-cü il tarixli orderlə ailə üzvləri ilə birlikdə onlara verilmişdir. Cavabdeh onlarla ailə kimi bir müddət orada yaşamış, lakin yuxarıda qeyd etdiyi kimi, 2014-cü ildən birdəfəlik daimi olaraq həmin mənzili və onları tərk edib getmiş, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçmişdir. 2014-cü ilə qədər də iddiaçı hər vaxt işləyib ailənin maddi təminatını qarşılamış, yaşadığı evin kommunal xərclərini ödəmişdir. Cavabdeh 2014-cü ildən çıxıb gedəndən sonra da yaşadığı evin kommunal xərcləri və saxlanması iddiaçı tərəfindən həyata keçirilmişdir. Cavabdeh mübahisəli evi həmişəlik tərk edib getsə də, hələ də formal pasport qeydiyyatında qalmışdır. Bu da onların həmin ev üzrə sahib olduql arı bir sıra hüquqlarını həyata keçirməyə ciddi şəkildə maneə törədir. Artıq 10 ildən artıqdır ki, cavabdehin mübahisəli evi daimi tərk edib getməsi, yeni ailə həyatı quraraq yaşaması, həmin evlilikdən iki uşağının olması hazırki işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının üç qızı ilə birlikdə 1994-cü ildən hazıradək mübahisəli mənzildə yaşamaqları, sahibliyi və onu qoruyub saxlaması da hazırkı işin mübahisəsiz halıdır.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, həmin mənzil 1994cü il tarixində Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən 759 nömrəli orderə əsasən ona verilmişdir. Uzun illərdir ki, həmin mənzildə pasport qeydiyyatındadır. Mənzilin gələcəkdə gözlənilən mülkiyyətçisidir. İddiaçının subyektiv hüququ yoxdur ki, bu iddianı versin. İddiaçı nın mülkiyyətçi kimi hər hansı hüquqları yoxdur ki, mənzildən istifadə hüququna xitam versin. O, mənzildən 2014-cü ildən o səbəbə görə getmişdir ki, iddiaçıyla yaşaması mümkün deyildi.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)286/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil hazırda daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydiyyata alınmamışdır. Qeyd edilən mənzilə dair Cavabdeh adına 1994-cü ildə Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən order verilmiş, orderdə ailə üzvləri kimi Cavabdeh həyat yoldaşı İddiaçı və qızları: iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X8 qeyd edilmişlər. İddiaçı ilə cavabdeh 198 9-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların nikahları 2024-cü ildə Alim Şıxıyevin iddiası əsasında məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin məhkəməyə verdikləri izahatları ilə müəyyən edilmişdir ki, tərəflər bir ailə kimi 1994-cü ildən 2014-cü ilədək mübahisəli mənzildə birgə yaşamışlar, 2014-cü ildə Cavabdeh mənzili tərk etmişdir.
11. Məhkəmə ilk öncə qeyd etmişdir ki, mübahisəli mənzilə dair hüquq münasibətləri 1994-cü ildən başlanıldığına görə hazıki mübahisəyə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh tərəfindən iddiaçının da adı ailə üzvü kimi qeyd edilməklə, mənzilin kirayəsinə dair mənzil orderi alındığından - tərəflərin 1994-cü ildən həmin mənzilə istifadə hüquqları yaranmışdır. 1
2. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin mənzildən birdəfəlik köçüb getməsi faktına əsaslanaraq, sonuncunun istifadə hüququnun itirilməsini tələb etsə də, sonuncunun 2014-cü ildən mənzildə yaşamaması istifadə hüququnun aradan qalxmasına dəlaət etmir.
13. Tərəflərin nikahının pozulması 2024-cü ildə baş verdiyindən, 2014-2024-cü illər ərzində onların faktiki münasibətlərinin nədən ibarət olduğunu iş materialları ilə dəqiq müəyyən etmək mümkün deyil.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə dair gələcəkdə “mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi” vardır. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Qeyd olunan xüsusat mövcud mübahisəy ə mülkiyyət hüququnun qorunmasına dair konstitusion normaların tətbiq olunmasına imkan verir. Bu qanuni gözlənti Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi və digər əlaqəli normalarla da qorunur.
15. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının itirilməsini tələb etdiyi hüquq olan cavabdehin “istifadə hüququ”-sonuncunun qanuni gözləntisinə malik olduğu “mülkiyyət hüququna” daxildir və onun ayrılmaz tərkib hissəsidir. Buna görə də həmin hüququn itirilməsi barədə iddia tələbi təmin edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-cihissəsinə, Mülki Məcəllənin 139-1.1.11, 152.1-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli, Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli qərarlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə, 01 oktyabr 2009- cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 51, 53, 60, 87-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin məhkəməyə həm yazılı, həm də şifahi izahatları ilə, onlar arasında 2014-2024-cü illər arasında heç bir ailə münasibəti olmadığı, cavabde hin yeni ailə həyatı qurduğu, həmin evlilikdən 10 və 6 yaşında iki oğlan övladının olduğu, cavabdehin evi həmişəlik tərk etdiyi, onun dəfələrlə “mən kişiyəm, iddiaçı ilə münasibətim olmadığından özümə yeni ailə həyatı qurmuşam” məzmunlu etirafının olduğu, “pencəyimi götürüb çıxmışam” məzmunlu bir neçə dəfə etirafının olduğu, bu müddət ərzində mübahisəli ev barədə iddiaçıya qarşı heç bir tələbinin olmadığı, hazırkı iddia olmasaydı münasibətlərinin bu cür də davam edəcəyini bildirdiyi mübahisəsiz olduğu halda, məhkəmənin bu münasibəti niyə müəyyən edə bilmədiyi anlaşılan deyil. Hazırkı işdən göründüyü kimi məhkəmə faktiki olaraq üzürsüz səbəbdən ictimai mənzil fondunun yaşayış sahəsini faktiki istifadə etməyən, yəni faktiki sahiblikdən və istifadədən imtina edən və bu hüquq barədə 10 ildir s usan, mübarizə aparmayan cavabdehə, əmlaka istədiyi kimi faktiki sahiblik və sərəncam hüququ verəcək olan mülkiyyət hüququna hansı əsasla gözlənti tanıması qanunsuzdur və bu qətnamədə əsaslandırılmamışdır. İcarədar olan cavabdeh könüllü olaraq özünə yeni ailə həyatı qurmaqla daimi başqa yaşayış yeri seçərək başqa yaşayış məntəqəsinə getmiş və ən əsası da getdiyi bu 10 ildə bir dəfə də olsun yaşayış sahəsi barədə mübahisə etməmişdir. Demək ki, icarə müqaviləsi ona aid hissədə pozulmuşdur. İddiaçı və qızları isə həmin yaşayış yerində qalaraq yaşayış sahəsini qoruyub saxlamış, bu müddətdə dəfələrlə yaxşılaşdırmış və bütün xərclərini qarşılamış, hazırda da həmin yaşayış sahəsinə malik olduqları mülkiyyət hüququna dair gözləntilərini reallaşdırmaq istəyirlər. Onlara bu hüquqlarını həyata keçirm ək üçün olan maneə isə cavabdehin formal pasport qeydiyyatıdır ki, məhkəmə bu formallığa “mülkiyyət hüququ ilə bağlı qanuni gözlənti“ kimi qiymət verməklə sadalanan bütün maddi hüquq normalarının tələblərini pozmuşdur.
19. Qətnamədən həmçinin üçüncü şəxslər də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Apellyasiya şikayəti iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh 2014-cü ildən hazırkı mübahisəyə qədər mənzilə dair heç bir mübahisəsinin və tələbinin olmadığını etiraf etmişdir. Bu da onu göstərir ki, 10 ildir ki, cavabdehin mübahisəli mənzilə ehtiyacı olmamış və qeyd olunan etirafı ilə bunu nümayiş etdirmişdir. Məhz etirazda göstərd iyi və məhkəmə iclaslarında bildirdiyi həmin ifadələrə (etiraflara) əsasən X9 mübahisəli əmlaka olan istifadə hüququnu 2014-cü ildən itirmişdir.
21. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili bildirmişlər ki, qətnamədə cavabdehin mənzili 2014-cü ildə məcburi şəkildə tərk etdiyi qeyd edilsə də, bununla bağlı iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh tərəfin iş materiallarında mənzili necə tərk etməsinə dair etirafları mövcuddur. O, bildirir ki, iddiaçı ilə hətta daha əvvəldən ailə münasibətlərində olmamış və bu səbəblə evi tərk etmişdir. Eyni zamanda, cavabdeh on il müddətində bir dəfə də mənzilə köçürülməsi və ya mənzilin satılaraq dəyərinin bölünməsi ilə bağlı mübahisə açmamışdır.
22. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, bir neçə a ydır işləmir, Novxanıda kirayə evdə qalır, 3 aydır kirayə haqqını ödəyə bilmir, sözügedən mənzilə gözlənilən mülkiyyət hüququ var. Qeyd etmişdir ki, 2014-cü ildə mənzili tərk etmiş, çünki iddiaçı ilə yaşamaq mümkün olmamışdır. İddiaçının fikri onu tutdurmaq olmuşdur. O. binanın qarşısında meyvə satışı ilə məşğul idi, iddiaçı gəlib meyvələri dağıdıb onu qonşularının yanında biabır edirdi. O, mənzili tərk etmişdir ki, bir xəta baş verməsin. Ondan sonra 2-3 dəfə mənzilə gəlib, iddiaçı nə telefonlara cavab verib, nə onu mənzil buraxıb, qızının nişanı, toyu barədə ona məlumat verməyib. Kiçik qızının toyu barəsində də başqa şəxslərdən ona məlumat çatıb. Gələcəkdə mənzili satıb uşaqlarının payın verib, öz payını götürmək niyyətindədir. Qeyd etmişdir ki, o, mənzili yaxşı təmir edib çıxmışdır. İddi açını isə bu qane etmirdi. O, mənzildən çıxandan 15-20 gün sonra iddiaçı ondan xəbərsiz “JEK”ə 650 manat pul verib mənzili özəlləşdirmək istəyib. O, həmin vaxt Sabirabadda olmuş, ona “JEK”-in katibi zəng edib bu barədə məlumat vermiş, bunu biləndən sonra prinsipə düşərək mənzili özəlləşdirməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2879/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Məhəmməd Rüstəmli-sədrlik edən və məruzəçi, Səadət Səlimova və Akif İsgəndərov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti b aşqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Konstitusiya Məhkəməsi Plenumunun ifadə olunan hüquqi mövqeyinə görə mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin və üçüncü şəxsin izahatları ilə də təsdiq olunmuşdur ki, cavabdeh sözügedən mənzili 2014-cü ildə ailədə münasibətlərin gərgin olması, artıq birgə yaşamağın mümkün olmaması səbəbindən tərk etmiş, onun mənzilə dair hüquqlarından imtina etmək niyyəti olmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən e dilmişdir ki, cavabdehin mülkiyyətində daimi yaşaması üçün hər hansı daşınmaz əmlak da yoxdur.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.1994-cü il tarixli 759 nömrəli order əsasında cavabdehin qanunvericiliyin müddəalarına əsasən mənzilin özəlləşdirilməsində iştirak edərək paylı (birgə) mülkiyyətçilərdən biri olmaq hüququ olduğundan, iddiaçının hazırki iddiasının təmin edilməsi cavabdehin qeyd olunan hüququnun pozulması ilə də nəticələnəcəkdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə t anımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.
28. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan 51, 53, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə, qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna dair gözləntisi olduğu, bunu hazıradək də qoruyub saxladığı halda bu hüququ pozmuş, cavabdeh öz seçimi ilə (yeni ailə həyatı ilə birlikdə yaşamağı seçməsi ilə) belə bir hüquqa gözləntisindən imtina etdiyini m übahisəsiz nümayiş etdirməklə bu hüququ könüllü itirdiyi halda, bunu ona tanımışdır. Cavabdeh sahib olduğu istifadə hüququnu davam etdirmədiyi üçün onun mülkiyyət hüququna gözləntisinin olması barədə qənaətə gəlinə bilməzdi. Göründüyü kimi işə baxan apellyasiya kollegiyası maddi hüquq normalarının tələblərini pozaraq, qanunsuz və əsassız qətnamə çıxarmışdır.
31. Məhkəmə nədənsə yalnız cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququna dair gözləntisi olduğu qənaətinə gəlmiş, onu da yanlış etmiş, iddiaçının və üçüncü şəxslərin isə belə bir hüquqlarının olduğu halda buna əhəmiyyət verməmişdir.
32. Hazırkı işdən göründüyü kimi məhkəmə faktiki olaraq üzürsüz səbəbdən ictimai mənzil fondunun yaşayış sahəsini faktiki istifadə etməyən, yəni faktiki sahiblikdən və istifadədən imtina edən və bu hüquq barədə 10 ildir susan, mübarizə aparmayan cavabdehə, əmlaka istədiyi kimi faktiki sahiblik və sərəncam hüququ verəcək olan mülkiyyət hüququna hansı əsasla gözlənti tanıması qanunsuzdur və bu qətnamədə əsaslandırılmamışdır.
33. Kassator şikayətini Mülki Məcəlləsinin 152.1, 152.4 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan)
35. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
36. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
37. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tər əfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
38. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarix li Qərarı
39. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə ola n hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
40. Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz ola raq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
41. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İnsan hüquqlarının və əsas Konvensiyasının 1 saylı Protokolu azadlıqların müdafiəsi haqqında Avropa
42. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.
52. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzili Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin xx.xx.1994-cü il tarixli 759 nömrəli orderi ilə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh verilmişdir. Orderdə ailə tərkibi olaraq X1, X11 və X7 göstərilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı və cavabdeh mübahisəli mənzilə həmin mənzilə köçən vaxdan etibarən qeydiyyata alınmışlar.
53. İddiaçı göstərir ki, cavabdehlə ər-arvad münasibətləri 2014-cü ildən pozulmuş, cavabdeh həmin vaxdan mənzili tərk edərək yeni ailə qurduğu şəxslə yaşamağa başlamış, bu nigahdan onların iki uşaqları doğulmuşdur. Həmin vaxtdan onların ailə hüquq münasibətləri kəsilmiş, cavabdehin mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır. Onlar arasında nikah məhkəmə qətnaməsi əsasında xx.xx.2024-cü il tarixdə pozulmuşdur.
54. Cavabdeh iddiaya etirazında isə iddiaçı ilə 2014-cü ildən ailə münasibətlərinin kəsilməsini, ər-arvad kimi yaşamamalarını göstərmiş, lakin mübahisəli mənzildə özündən asılı olmayan səbəbdən yaşamadığını, mənzil ehtiyacının olmasını bildirmişdir.
55. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən isə görünür ki, xx.xx.1994cü il tarixli 759 nömrəli order əsasında cavabdehin qanunvericiliyin müddəalarına əsasən mənzilin özəlləşdirilməsində iştirak edərək paylı (birgə) mülkiyyətçilərdən biri olmaq hüququ olduğundan, iddiaçının hazırki iddiasının təmin edilməsi cavabdehin qeyd olunan hüququnun pozulması ilə də nəticələnəcəkdir.
56. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq mün asibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Bu baxımdan, iddiaçının bildirdiyi faktiki hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. İşə mahiyyəti üzrə baxana məhkəmələr həmin normalara düzgün istinad etsələr də, həmin normaları düzgün təfsir etməmişlər.
58. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Baxılan iş üzrə də iddiaçının mənzildən istifadə hüququnun yaranmasına əsas verən hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidi r. Qeyd edilməlidir ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsdir. Daşınmaz əmlakın hüquqi qeydiyyatının alınmaması nəzərə alındıqda o, mənzilin icarədarı olan cavabdehlə bərabər hüquqlara malikdir. Onlar mövcud vəziyyətdə bir-birindən üstün hüquqlara malik deyildirlər.
59. Qeyd edilməlidir ki, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi baxımından, mənzildə yaşamış hər şəxsin oradan istifadə hüququ yaranmış olur.
60. Lakin nəzərə alınmalıdır ki, həmin Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hü ququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdir.
61. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87).
62. Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, baxılan iş üzrə cavabdehin mənzildən istifadə hüququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövcud olubolmaması müəyyən edilməlidir.
63. Bu baxımdan cavabdehin mənzildə qeydiyyatda olması, orderin onun adına olması onun gözləntiyə malik olan mülkiyyətçi olması anlamına gəlmir. Yaranmış halda iddiaçının irəli sürdüyü dəlillərə qiymət verilməli, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun saxlanması, yəni bu hüququn itirilib-itirilməməsi müəyyən olunduqdan sonra gözləntiyə malik olan mülkiyyətçi olması qənaəti ilə razılaşmaq mümkündür. Nəzərə alınmal ıdır ki, cavabdeh 2014-cü ildən mənzildən çıxmış, həmin müddətdən sona mübahisəli mənzilin faydalı sahəsindən istifadə etməmiş, mənzildən istifadə ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Əksinə iddiaçının göstərdiklərindən aydın olur ki, cavabdeh yeni nikaha girmiş və həmin nigahdan iki uşağı doğulmuş, onlarla birlikdə 2014-cü ildən başqa ünvanda yaşayırlar.
64. Cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilibedilməməsini müəyyən etmək üçün bu məlumatlar aydınlaşdırılması əhəmiyyətli idi və işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr məhz bu halları araşdırmadan cavabdehin mübahisəli mənzildən istifadə hüququnun qalmaqda davam etməsi qənaətinə gəlmişlər.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticə yə gələrkən işin hallarını tam araşdırmamış, cavabdehin 2014-cü ildən mübahisəli mənzildən çıxıb başqa yaşayış məntəqəsinə köçməsi, yeni nikaha girməsi, bu nigahdan uşaqlarının olması, bu mənzilə ehtiyacının aradan qalxması barədə məlumatlarına qiymət verməmiş, nəyə görə həmin məlumatları qəbul etməməsini əsaslandırmamışdır.
66. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarını lazımi həddə araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaran masına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
67. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovu n şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin və istinad olunan hüquq normalarının tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
69. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tə ləbləri baxımından düzgün qiymət verməlidir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2879/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.