Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2973/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Xasay oğluna qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs X3 iştirakları ilə, Bakı Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Xasay oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Satıcı “xxxx” MMC ilə alıcı X13 arasında bağlanmış 14.01.2013-cü il tarixli, 11/7 saylı müqavilənə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvıl verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin ümumi dəyəri 522000 manatı ödəməyı öz öhdəsinə götürmüşdür. "xxxx” MMC tərəfindən verilmış maliyyə arayışınə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinın dəyəri payçı X13 tərəfindən tam ö dənilmişdir və onun MMC -yə borcu yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.08.2017-ci il tarixli, 2-1(82)2970/2017 saylı qərarına əsasən iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətınin Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbinə dair iddıa tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən yerləşən, ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi üzərində iddiaçı X7 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsı vəzifəsı cavabdeh Azərbaycan Respublikası Əmlak X9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi i darəsinə həvalə olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində 07.10.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 məxsus Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportun surətindən görünür ki, qeyri-yaşayış sahəs inin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X18”ə baxır. X4 ilə alıcı İddiaçı arasında bağlanmış 23.10.2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-827 nömrə ilə qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində 28.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 13.08.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin dəyəri 204885 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 94200 manatını satıcıya 30.09.2013-cü il tarixinədək ödəyir. 30.09.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən qeyd olunan mənzilin dəyəri “xxxx” MMC-yə ödənilmişdir və onun MMC -yə borcu yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsı 83.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20585 nömrəli vərəqində 21.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış 14.11.2018-ci il tarixli, **********66 saylı məktubun surətindən görünür ki, cavabdehin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsui, 1156 məhəllədə inşa edilmiş 2 sayiı binada yerlə şən qeyri-yaşayış sahəsinə verilmiş sənədlərin araşdırılması barədə 22.10.2018-ci il tarixli ********** saylı müraciətinə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, digər vətəndaşa “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışı və 29.09.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən 07.10.2017-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən qeyri yaşayış sahəsi 22.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və 14.09.2018-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən 21.09.2018-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə “xxxx” MMC tərəfindən təqdim olunmuş cizgiyə əsasən müraciət olunduğu tədqirdə texniki pasportda cari dəyişikiik aparılacaqdır. Məhkəmə tərəfindən mübahisəli ərazidə yerli baxış keçirilmiş, müəyyən edilişdir ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 174 kv.m-dən ibarət olan mübahisəli sahə bir tərəfdən Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfdən isə “X18”ə baxır. Mübahisəli əmlakın yerləşdiyi ərazinin quruluşundan müəyyən edilir ki, Cavabdeh iddia etdiyi 87 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin altındakı mərtəbədə qeyri-yaşayış sahəsi mövcuddur, həmin sahə ilə qonşuluqda olan 87 kv.m-dən ibarət olan sahənin altında isə Binanın yeraltı qarajının giriş-çıxışı yerləşir və bu sahənin Binadan kənarına çıxışı mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Xasay oğluna qarşı “qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (28.09.2018-ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanı n 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X19”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınınm həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən ünvan 5 ünvanında 4 ədəd 24 mərtəbəli yaşayış binası inşa edilmiş və həmin binalar MMC-yə məxsusdur. Həmin binalardan 2 saylı binanın 1-ci mərtəbəsində, MMC-nin tərtib və təsdiq etdiyi eskiz layihəsi üzrə müqavilə əsasında 174 kv.m, qeyri-yaşayış sahəsi X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ba kı ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə X11 adına 07.10.2017-ci il tarixdə **********44-05301083001 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. 23.10.2017-ci il tarixdə Bakı şəhər 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin 174 kv.m (çıxarışa əsasən 161,9 kv.m.) qeyri-yaşayış sahəsi X13 tərəfindən ona satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayş sahəsinin mülkiyyət hüququna dair yeni ona çıxarış (28.09.2018-ci il tarixli, Seriya RX, № 1389339, qeydiyyat nömrəsi **********) və texniki pasport (**********44-05301-083001) verilmişdir. Həmçinin həmin qeyri-yaşayış sahəsinin altındakı sahədə onun tər əfindən alınmış və ona məxsusdur. Lakin Cavabdeh onun mülkiyyət hüququnu pozaraq həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə maneçilik törədir. Belə ki, cavabdeh heç bir qanuni əsas olmadan həmin ünvanda təmir işləri aparmağa cəhd göstərmiş və bununla əlaqədar olaraq ora tikinti materialları toplamışdır. O bunu belə əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsinin yarısı, yəni 87 kv.m qeyri yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarış və texniki pasporta (**********44-05301-083010) əsasən ona məxsusdur. Cavabdeh tərəfindən təqdim edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 6 ünvanında 24 mərtəbəli binanın 1-ci mərtəbəsində 83,7 kv.m qeyi-yaşayış sahəsi ona məxsusdur. Lakin texniki pasportda qeyri-yaşayış sa həsinin cizgisi göstərilsə də həmin sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsi və hansı tərəfə baxması konkret olaraq əksini tapmamışdır. “xxxx” MMC-nin səlahiyyətli şəxsləri cavabdeh Ş.X.Xasıyevə məxsus qeyri-yaşayış sahəsinin binanın digər hissəsində yerləşməsini dəfələrlə onlara bildirərək ona məxsus qeyri-yaşayış sahəsinin yerini dəqiq göstərmişlər. Ona məxsus qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, həmin sahənin konkret olaraq yerləşmə yeri göstərilməklə dəqiq cizgisi verilmişdir. Həmin cizgidə ona məxsus Fəzail Bayramov küçəsində yerləşən 161,9 kv.m qeyri yaşayış sahəsinin bir tərəfinin Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfinin isə “X19”ə baxması göstərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh əsassız olaraq onun həmin daşınma z əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr törətməklə mülkiyyət hüquqlarını pozur. Qeyriyaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə, mülkiyyət hüququnun pozulmasına dərhal son qoyulmasına dair rəsmi məktubla cavabdehə müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-467/2020) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (28.09.2018- ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus ol an Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfi isə “X18”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınının həyata keçirilməsinə Cavabdeh Xasay oğlu tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, satıcı “xxxx” MMC ilə alıcı X13 arasında bağlanmış 14.01.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1-cı m ərtəbəsındə yerləşən ümumi sahəsı 174 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsi alıcıya satılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.08.2017-ci il tarixli, 2-1(82)2970/2017 saylı qərarı ilə iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dovlət Reyestrı Xıdmətınin Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbınə daır iddıa tələbi təmin edilərək qeyd olunan qeyri yaşayış sahəsinə dair iddiaçının adına mülkıyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsı vəzıfəsı cavabdehə həvalə olunmuşdur. Lakin, qeyriyaşayış sahəsi üzərində hüquq qeydiyyata alındığı zaman cavabdeh təşkilat tərəfindən məhkəmə qərarı səhv icra olunmuş və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın nömrəsi göstərilməmişdir. Daha sonra mübahisəli sahə X13 tərəfindən İddiaçı satılmışdır və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Bakı şəhəri, Fəzail Bayramov kuçəsı. 1156 unvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən. ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X18”ə baxan qeyriyaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiy asının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-5547/2020) Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X18”ə baxan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanuns uz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslıdır, ona görə, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh Xasay oğlu (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçının vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq üçüncü şəxs X3 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclası na gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə döv lət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təs diq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh Xasay oğlu kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, “xxxx” MMC ilə X13 arasında bağlanmış 14.01.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156 ünvanında yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini ümumi dəyəri 522000 manata S.Bağırova satmışdır. 2 saylı Bakı İnziba tiİqtisadi Məhkəməsinin 09.08.2017-ci il tarixli, 2-1(82)2970/2017 saylı qərarı ilə Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 unvanında yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində iddiaçı X7 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsi vəzifəsı cavabdehə həvalə olunmuşdur. Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 07.10.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 23.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayı ş sahəsini X2 İlhamə Nüsrət qızına satmışdır. 28.09.2018-ci il tarixdə alqı-satqı müqaviləsi qeydə alınmışdır. Məhkəmənin qətnaməsində, reyestirdən çıxarışlarda və alqı-satqı müqaviləsində İddiaçı məxsus əmlakın ünvanı ünvan 9 cavabdehə münasibətdə mübahisəsiz halları ilə müəyyən olunur ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 13.08.2013-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 94200 manat Cavabdeh satılmışdır. 21.09.2018-ci il tarixdə Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsı 83.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyata alınmışdır. Cavabdeh məxsus daşınmaz əmlakın mübahisəli binada ünvanı ünvan 10 İşin halları ilə müəyyən olunur ki, S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamışdır. S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi cizgisi göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, bundan əvvəl S.Bağırovdan alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsini əldə etmiş İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o iddia tələbinin həcmini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, «İddiaçı ünvan 11 ünvanda ümumi sahəsi 161,9 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ, Cavabdeh isə ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 83,7 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır, əmlaklar fərqli ünvanlarda yerləşir, mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Bununla belə mübahisəli əmlakla əlaqədar iddiaının mənəvi sarsıntı və iztirab keçirməsində cavabdehin təqsiri, həmçinin həmin əmlaka cavabdehin mülkiyyət hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.» Göründüyü kimi artıq qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyr-yaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin qətnamə ilə müəyyən olunmuş və baxılan iş üçün əhəmiyyəti olan hallara qiymət verməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üçün preyudisial əhəmiyyətə malik olubolmamasını qiymətləndirməmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında olan mövqeyindən aydın olaraq müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir müki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən mübahisə predmetinə edilən maneənin aradan qaldırılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından əmlakın onun mülkiyyətində olan sahə olmasını və əmlakın cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməli, bundan sonra isə müəyyən olunmuş bu hallara istinad etməklə məhkəmə cavabdehin qanunsuz olaraq istifadə etdiyi sahədən çıxarılması tələbinin qanuniliyinə qiymət verməli idi. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etmədən əmlakın iddiaçıya məxsus olan əmlakla eynilik təşkil etməsi nəticəsinə gələrək cavabdehin sahibliyinin qanunsuz olmasını müəyyən etmişdir. Bu zaman isə məhkəmə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 məxsus ünvan 1-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsi 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportda olan məlumatlara əsaslanaraq iddiaçıya məxsus olan qeyri-yaşayı ş sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X18”ə baxmasına istinad etmişdir. Göründüyü kimi iddiaçı hüquqmüəyyənedici sənəd hesab etdiyi texniki pasporta istinad edərək Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını göstərir. Bununla bağlı qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi texniki pasportun verilməsinə əsasın olan reyestr qeydinin aparılmasına əsas olan sənədləri tam tədqiq (müvafiq olaraq müqaviləyə əlavə olaraq plan sxemlərinin olmasını aydınlaşdırmalı) etməli və bundan sonra qeyri-yaşayış sahəsinin yerinin aydın edərək iddiaçıya və ya cavabdehə aid olan qeyri-yaşayış sahəsi olmasını müəyyən etməli idi. Cavabdeh tərəfin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, işə baxa n məhkəmə tərəfində reyestr qeydiyyatına əsas olan sənədlər alınmış, həmin sənədlər içərisində İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin fərdiləşdirilməsinə dair sənəd mövcud olmamışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin bu dəlilinə qiymət verməmiş və belə bir sənədin olub-olmamasını aydınlaşdırmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası ilə bağlı formalaşdırdığı hüquqi mövqeyindən aydın olur ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayc an Respublikası Qanununda (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzəri ndə hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzəri ndə hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Burada texniki pasport texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. İşdə olan sübutlarla müəyyən olunur (Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 27.02.2020-ci il tarixli məktubu) ki, «xxxx» MMC-in təsisçisi X8 və qeyriləri barəsi ndə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış və aparılmış istintaq zamanı Cavabdeh tərəfindən qanuni əsaslarla alınmış və məzmununa heç bir təhrif olunmadan «xxxx» MMC ilə arasında bağlanılmış 13.08.2013-cü il tarixli müqavilə əsasında Bakı şəhəri Xətai rayon F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 87 v.m olan qeyri-yaşayış sahəsinin sonradan ayrı-ayrı vaxtlarda saxta sənədlərə, o cümlədən X5 «xxxx» MMC-in direktoru olmadığı halda imzaladığı 14.01.2006-cı il tarixli müqavilə, həmin tarixli kassa mədaxil qəbzi və 14.01.2013-cü il tarixli 11/7 saylı müqavilə, həmin tarixli maliyyə arayışı ilə faktiki olaraq iki halda məzmununa bilə-bilə yalan məlumatlar daxil etmə klə tərtib olunmuş eyni məzmunlu qeyri yaşayış sahəsinin ünvanı, sahəsi, qiyməti və s. sənədlərlə X7 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi baxılan iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş həmin sübuta ümumiyyətlə qiymət verməmiş və baxılan işin halları baxımından hansı hissələr üzrə əhəmiyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbə bləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırıla n sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xasay oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5 547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.