Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2977/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-803/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair 31 avqust 2013-cü il tarixli müqaviləyə əsasən Kazımov Mayıl İmaməli oğlu (alıcı) X11 ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin icarə hüququnu X1 almışdır. İcarə müddəti 99 ildir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən, xeyrinə yüklülük qeydə alınan şəxs Kazımov Mayıl İmaməli oğludur. Yüklü edilən əmlakın adı və ünvanı Abşeron rayonu, X11 ərazisində yerləşən 0.02 ha torpaq sahəsidir.
3. Cavabdeh ilə İddiaçı ər-arvad olublar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(008)-3741/2023 nömrəli qətnaməsi ilə onların nikahı pozulub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X11, 2-ci sahə, fərdi yaşayış evinə köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının məhdudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 11 mart 2011-ci ildə nikaha daxil olublar. Bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı iki uşaqları var. Nikahları xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Cavabdeh iddiaçıya və övladlarına qarşı diqqətsiz olmuş, ailə qayğısı çəkməmiş, uşaqların saxlanmasına maddi yardım göstərməmişdir. Cavabdehin tez-tez onu döyməsi və səbəbsiz yerə qısqanması, ailənin qorunması, maddi təminatlarının ağır olduğu barədə iradlara baxmayaraq öz qazancını istədiyi kimi xərcləmişdir.
6. İddiaçının bütün şəxsi əşyaları, cehiz əşyaları və birgə nikahda olarkən aldıqları əşyaları hazırda cavabdehlə faktiki yaşadığı ünvandadır. Onların birgə nikah dövründə işləyərək yığdıqları pul vəsaiti və "xxxx"dan götürdülkəri 3000 manat kredit hesabına 2013-cü ilin avqust ayında X11 ərazisindən 0,02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi alaraq orada 4 otaqlı kürsülü fərdi yaşayış evi tikmişlər. Cavabdeh o vaxt Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət etdiyindən və özünün dediyi kimi orada ev növbəsinə durduğundan, onun adına torpaq sahəsi olacağı halda evlə təmin edilməyəcəyi üçün, torpaq sahəsini ümumi razılıqla 99 illik icarə hüququ əsasında cavabdehin atası X5 adına rəsmiləşdiriblər. Evin tikilməsində, təmirində və ev əşyaları ilə təmin olunmasında cavabdehlə bərabər iddiaçı, iddiaçının anası və atası da pul xərcləmişlər. Bunu qonşuları da təsdiq edə bilərlər. Lakin cavabdehin atası X10 öləndən sonra qayınanasının təsiri ilə cavabdeh iddiaçı ilə pis rəftar etməyə başlamışdır. Cavabdehi iddiaçının evdə heç bir hüququ olmadığını deyərək, xx.xx.2023-cü ildə evdən uşaqları ilə birlikdə zorla çıxarmışdır. Qayınanası daima onların ailə məsələlərinə müdaxilə etmişdir. Cavabdeh isə qazancının yaxşı olmasına baxmayaraq bütün pulunu özünə xə rclədiyindən, uşaqlara baxılmasına köməklik etmədiyindən, iki uşağına 4 aydır ki, iddiaçının atası və anası baxmışdır.
7. İddiaçı uşaqları ilə evdən cavabdehin təhdidlərindən qorxduqları üçün çıxmışdır. Birgə yaşadıqları dövrdə uşaqları balaca olduğundan və ərinin qısqanclığına görə iddiaçı evlərinin həyətində tikilən salonda saç ustası kimi işləyib. Bütün salona aid əşyaları da orada qalıb. İddiaçı evdən təkcə paltarlarını götürərək çıxdıqlarına görə heç bir yerdə işləyə bilmir. Maddi durumları ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim-tərbiyəsində cavabdeh iştirak etmir. Hətta uşaqların məktəb çantalarını belə vermədiyindən, uşaqlar məktəbə gedə bilmirlər. Hətta məktəbə getmədikləri üçün uşaqlar sinifdə qalıblar. Uşaqları Ramanada, “Şuşa qəsəbəsində” 4 nömrəli tam orta məktəbdə oxumuşlar. Evləri isə Ramanada, 2-ci sahədə yerləşir.
8. İddiaçının cavabdehlə bundan öncə də mübahisələri olub, cavabdeh iddiaçını dəfələrlə evdən qovub ki, bu ev anasınındır. Lakin bu yalanlarına baxmayaraq evin su sayğacı və telefon nömrəsi cavabdehin adına olub. İndi isə cavabdeh onları anasının adına keçirib. Evi birgə nikah dövründə özləri tikdiriblər, cavabdehin atası və anası pensiyaçı olub. Onların belə bir ev tikməyə maddi imkanı ola bilməzdi. İddiaçı və uşaqları Sabunçu qəsəbəsində qeydiyyatda olsalar da, həmin evdə yaşadıqları üçün Ramana Bələdiyyəsindən və Qəsəbə nümayəndəliyindən bu barədə arayış alıblar. İddiaçının Bakı şəhərində başqa ərazidə yaşamağa yeri yoxdur. Buna görə də, o, uşaqları ilə keçmiş əri ilə birgə yaşamağa məcburdur. Cavabdehlə evin özəlləşd irilərək satılmasına və ailə üzvləri arasında pulun bölünməsinə razılaşa bilmirlər. Həmçinin evin də mülkiyyət sənədi yoxdur. Çünki ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmişdir. Cavabdehlə danışığı öz müsbət həllini tapmadığından yaşadığı və ailə üzvü kimi istifadə hüququna malik olduğu evə uşaqları ilə birlikdə qayıtmaq istəyir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30.4-cü və Ailə Məcəlləsinin 32 və 35-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, səs yazıları və sübutlar iddianı təsdiq etmir. Torpaq icarə torpağıdır, evin isə heç bir sənədi yoxdur, qanunsuz tikilidir. Evi atası tikib, onlar isə 2018-ci ildə həmin evə köçüb yaşayıblar. Hazırda həmin evdə başqa yaşayanlar var. Belə bir iddia qaldırılması üçün heç bir hüquqi əsas yoxdur. olmadığından iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5202/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X11, 2-ci sahə, fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ruslan Mirzəliyev)
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə işin mübahisəsiz halıdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla tərəflərin əmlak hüquqlarının bir hissə sinə çevrilə bilər. Başqa sözlə, iddiaçının və cavabdehin həmin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut olunduğu təqdirdə onların həmin evlə bağlı sahib olduqları əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İddiaçının tələbinin “köçürülmə” hissəsi istisna olmaqla digər - “həmin mənzildən istifadə hüquqlarının məhdudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan olunması dair” hissədə təmin edilməsi üçün iddiaçı mübahisəli evə dair hüquq müəyyənedici sənədlərin mövcudluğunu, hüquqlarının müvafiq qaydada qeydiyyata alındığını, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etdiyini sübut etməli idi. Mübahisəli ev özbaşına tikili olsa da, qəbul edilən haldır ki, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Qeyd olunan və iddianın əsaslılığına xidmət edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür ki, məhkəmə araşdırması zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır, cavab deh hazırda həmin evdə yaşasa da, iddiaçı orada yaşamır, cavabdeh iddiaçının evdə yaşamasına razı deyildir. Həmçinin, cavabdeh iddiaçının mübahisəli evə köçürülməsinə etirazını bildirsə də, onun adına mübahisəli evə dair hüquq müəyyənedici sənədlərin mövcudluğu, hüquqlarının müvafiq qaydada qeydiyyata alınması, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların olması, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etməsi halları da müəyyən edilməmişdir.
14. İddianın ev ə köçürülmə hissəsini isə birinci instansiya məhkəməsi əsaslı hesab etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir.
15. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mən zil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə köçmək istənilən yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar olmadığından, iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur.
16. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsinə cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və iddiaçı mübahisəli evə köçürülməli, lakin iddiaçının həmin evdən istifadə hüququnun məh dudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 180.1, 180.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələri və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səs yazıları və sübutlar iddianı təsdiq etmir. Torpaq icarə torpağıdır, evin isə heç bir sənədi yoxdur, ev özbaşına tikilidir. Evi cavabdehin atası tikib, onlar isə 2018-ci ildə həmin evə köçüb, orada ya şamılşlar. Hazırda həmin evdə yaşayanlar var. Belə bir iddianın qaldırılması üçün heç bir hüquqi əsas yoxdur. İddia rədd edilməlidir. İddiaçının mövqeyi əsassızdır, ailəli olarkən maddi imkanları yaxşı olmadığından, həmin evə, yəni atasının adına olan evə köçmüş və orada yaşamışlar. Həmin evdə onlardan əvvəl yaşayış olub, cavabdehin qardaşı öz ailəsi ilə orada yaşayıb. Ev qeyri-qanuni tikilidir. Torpaq sahəsi əvvəl icarəyə götürülmüş torpaq idi, daha sonra reyestrdən qeydiyyatdan keçmiş və cavabdehin atasının adına rəsmiləşdirilmişdir. Ev cavabdehə məxsus deyil, atasına məxsusdur, belə olduğu halda iddiaçının cavabdehin atasına məxsus evə köçürülməsi “non-sens”dir. Buna görə də aşağı məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün apellyasiya qaydasında ləğv edilməlidir. Cavabdehin at asının qanunla qorunan mülkiyyət hüququ tapdalanmışdır. Onun özünə məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları əlindən alınmışdır. Göründüyü kimi, o, mülkiyyətçi olmayan şəxsin hüquqları institutunun təsir dairəsinə düşür. İddiaçı özlərinə aid olmayan evə köçürülmüşdür. Belə olduğu halda, məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsinin prinsip və vəzifələrinə zidd olaraq, onun hüquqlarını görməzdən gəlmiş, həmin şəxslərin onun evinə köçürülməsinə qərar vermişdir.
20. Apellyasiya baxışında X7 (cavabdehin anası) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya baxışında iddiaya etiraz edərək göstərmişdir ki, torpaq sahəsi 2013-cü ildə 99 illiyə icarəyə verilmək yolu ilə alınmışdır. Evi əri tikib. Həmin müddətdə oğlu kirayədə yaşayıb. Əri polis işçisi olmuş, pensiya almışdır. Bundan başqa, kənddə ərinin anasının torpaq sahəsi olmuş və onlar orada əkin-biçinlə, heyvandarlıqlda məşğul olmuşlar. Oğlu əvvəlcə Lənkəranda, daha sonra “8-ci kilometr” tərəfdə kirayədə yaşamışdır. Mübahisəli evdə əri ilə yaşamışlar. Oğlunun maddi durumu yaxşı olmadığı üçün onu yanlarında yaşamağına icazə vermişlər. Oğlu ilə iddiaçı 2018-ci il tarixində evə gəlmişlər. Onların iddiaçı ilə yaşamağı qeyri-mümkündür. Oğlunun 500-600 manat əmək haqqı olub, həmin pulla ev tikə bilməzdi. Ev tikilən zaman qızının evində yaşamış, orada yaşayaraq evini tikmişdir. Hazırda həmin evdə özü və böyük oğlunun uşaqları yaşayır. İddiaçı Tovuz rayonunun Azaflı kəndinə gəlin köçmüşdür. Bir müddət orada qalandan sonra Lənkərana köçmüş, daha sonra isə Bakıya gələrək kirayədə yaşamışlar. Evin həyətindəki salon kimi deyilən yer əl damı kimi tikilmişdi, qış fəslində bankaları, beli və s. qoyurdular. İddiaçı gəldikdən sonra oraya stol qoymuş, adam olandan-olana orada saç kəsmiş və.s işlərlə məşğul olmuşdur. Evin əri tərəfindən tikilməsi ilə bağlı şahidlər vardır. Qaz, işıq müqavilələri hamısı ərinin adınadır. Əri 2022-ci ilin dekabr ayında rəhmətə getmişdir.
22. İddiaçı apelyasiya baxışında apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdeh evə görə növbəyə yazılmaq istəyirdi, ona görə də adına heç nəyin olmasını istəmirdi. Toyları Tovuz rayonunda olmu ş, daha sonra cavabdeh hərbçi olduğuna görə Lənkərana köçmüş, orada təqribən 1 il kirayədə yaşamış, 2013-cü il tarixində Bakıya gəlmişlər. Təqribən 2 il müddətinə Komsomolda kirayədə yaşamışlar. Həmin ərəfədə mübahisəli ev yox idi. Onlar pul yığmış, torpaq almış və daha sonra evi tikmişlər. Əvvəlcə yarımtikili tikib oraya köçmüşlər. Ev tikilənə qədər kirayədə yaşamışlar. Evi təqribən 2-3 ilə tikmişlər. İş materiallarındakı kirayə müqaviləsinə gəldikdə, cavabdeh işdən kirayə pulu almaq üçün həmin müqaviləni bağlamışdı. Onlar həmin evə köçən zaman orada heç kim yox idi. Evi tikmək üçün birgə nikah dövründə kredit götürmüşlər. Mübahisəli evdə onun salonu var idi. O, həmin salonu son 3-4 ildir işlədirdi. Kreditlər mübahisəli evin tikilməsi ilə bağlı götürülmüşdür. O, hazırda kirayədə yaşayır, bununla kirayə müqaviləsi yoxdur. Mübahisəli tikili birgə nikah dövründə götürülmüş kredit vəsaitləri əsasında tikilmişdir. Təqdim edilmiş CD diskdəki səs yazısı cavabdehlə onun arasında olan səs yazısıdır. Həmin səs yazısısnda evin tikilməsi və kreditin götürülməsi ilə danışıqlar gedir. Səs yazısı onun tərəfindən gizlin şəkildə aparılmışdır. Evin su sayğacı əvvəl yoldaşının adına idi, telefon isə onun adına idi. İş materiallarına bununla bağl sübutlar əlavə olunmuşdur. Evi tikmək üçün yoldaşı kredit götürmüşdü, o, isə salon işlədirdi. O, mübahisəli evə köçənə qədər həmin evdə heç kim yaşamırdı. Tikintinin başında onlar özləri durur, tikinti materiallarını da əllərinə pul düşdükcə alırdılar. Ev birgə nikah dövründə birgə vəsait hesabına tikilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-803/2024 nömrəli mülki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan i stifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Belə ki, ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çə kmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur.
26. Bununla yanaşı, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
27. Hazırki işdə mübahisələndirilən hal mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsidir. Belə ki, sözügedən fərdi yaşayış ev i özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququnun məhz kimə məxsus olması halı araşdırılmalıdır.
28. İddiaçı üzərində mübahisəli evin tikildiyi torpaq sahəsinin ərinin bankdan kredit müqaviləsinə əsasən götürdüyü vəsait hesabına əldə edildiyini, hərbçi olaraq mənzil növbəsində olduğu üçün cavabdehin atası X3 adına rəsmiləşdirildiyini, kredit müqaviləsinin bağlandığı tarix ilə alğı-satqı müqaviləsinin bağlandığı tarixin üst-üstə düşməsinin bunu təsdiq etdiyini, üzərində mövcud fərdi yaşayış evinin onlar tərəfindən birgə nikah dövründə tikildiyini, evin tam hazır olduğu tarixdən xx.xx.2023-cü ilə qədər orada yaşadığını, uşaqlarının da o ərazidə yerləşən məktəbdə oxuduqlarını, evlərinin həyətində tikilən salonda saç ustası kimi fəaliyyət göstərdiyi ni, cavabdehin valideynlərinin bu evin əmələ gəlməsində hər-hansı zəhmətinin olmamasını, onların həmin tikilidə yaşamadıqlarını, yaşayış sahəsi kimi heç vaxt istifadə etmədiklərini, ümumiyyətlə, bu evlə davamlı əlaqələrinin olmadığını bildirmişdir. Bundan başqa, iddiaçı cavabdehin qardaşının ailəsinin mübahisəli evdə nə vaxtsa yaşadığını da təkzib etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, hazırkı işin müəyyən olunan hallarına əsasən ƏMDK yanında DƏDRX-in Abşeron Ərazi İdarəsi ilə cavabdehin atası X9 arasında 31 avqust 2013-cü il tarixdə bağlanmış AN-İ seriyalı torpaq sahəsi üzərində icarə hüququnun alğı-satqısı müqaviləsinə əsasən sonuncu X11 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsinə icarə hüququnu 3.000 manat müqabilində əldə etmişdir. Müqaviləyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Abşeron rayonu, X11 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsi icarə hüququ üzrə Kazımov Mayıl İmaməli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
30. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank borc alana həmin tarixdə 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3.000 manat məbləğində kredit vermişdir.
31. Apellyasiya instansiya məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə pul götürməsinə və X3 X11 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsinə icarə hüququnu almasına dair əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması, əməliyyatların keçirilməsi üçün istifadə olunan məbləğin eyni olması faktlarını iddiaçının xeyrinə qiymətləndirmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə torpağın icarə hüququ ilə Kazımov Mayıl İmaməli oğluna aid olması belə, mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi qənaətinə gəlməsi üçün kifayətedici sübut kimi nəzərə alına bilməz. Çünki hazırki mübahisə sırf tikiliyə aid hallar əsasında araşdırılmalı, bu hallara, məhz iddiaçının uzun müddət ərzində əmlaka fasiləsiz sahiblik etməsi, cavabdehin anasının və ya qardaşının buna qarşı heç bir tələbinin olmaması, tikilinin tərəflərin birgə nikah dövründə inşa edilməsi və s. kontekstindən qiymətləndirilmə lidir.
33. Belə ki, iş materiallarına əsasən tərəflər xx.xx.2011-ci il tarixdə ailə qurmuş, Bakı şəhəri, Sabunçu rayonu, X11, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi 2018-ci bitmiş, tərəflər həmin ildə də mübahisəli evə köçmüşlər. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər evə dair bəzi kommunal xidmətlərlə əlaqədar müqavilələrin tərəfinin cavabdeh olduğu iş materialları ilə müəyyən edilir. İşin hallarına əsasən iddiaçının xx.xx.2023-cü il tarixə qədər yaşayış yeri həmin mübahisəli ev olmuş, iddiaçı göstərilən tarixdə həmin evi tərk etmişdir.
34. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, özbaşına tikilinin inşa olunmasında əməyi və zəhmə ti olan şəxslərin məhz tərəflərin olmasını həmçinin cavabdeh tərəfindən həqiqiliyi təsdiq edilən CD disk əsasında müəyyən olunur. İddiaçının təqdim etdiyi diskdəki səs yazısı onunla cavabdeh arasında olan danışıqdır. Həmin danışıqda cavabdeh mübahisəli fərdi yaşayış evini iddiaçı ilə birlikdə tikdiyini etiraf edir. Hazırda da bu CD diskin mötəbər sübut qismində qiymətləndirilməsindən imtina üçün hər hansı əsas yoxdur.
35. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlərin pozulmasına səbəb olmuş hallar nəzərə alınsa, iddiaçının hazırda öz övladları ilə birlikdə cavabdehlə nikahları dövründə yaşadıqları evdən sonuncunun dediyi kimi məcburi çıxarılmaması qənaətinə gəlinə bilməz və bu hallar həmçinin yaşaması üçün onun və uşaqlarının mübahisəsi gedə n evə köçürülmələrinə maneə törədən hal kimi qəbul edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh inkar etsə də, işin hallarından tərəflərin 2018-ci ildən sonra münasibətlərinin pozulduğu dövrədək məhz həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayıb orada birlikdə təsərrüfat apardıqları məlum olur. Nikahın (münasibətlərinin) pozulmasından sonra cavabdehin davranışları da o qənaətə gəlməyə əsas verir ki, o, mübahisəsi gedən fərdi yaşayış evinə dair iddiaçının tələb irəli sürməsinin qarşısını almağa cəhd etmiş, həmin evin valideynlərinə, qardaşının ailəsinə məxsus olduğu görüntüsünü yaratmağa çalışmışdır.
36. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşməkdədir. Bu kontekstdə nəzərə alınmalıdır ki, mübahisəsi gedən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır. Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur.
37. Apellyasiya instansiya məhkəməsi tərəflərin birgə nikahlarından doğulmuş uşaqlara münasibətdə göstərmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3741/2023 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsinə verildiyindən, hazırki vəziyyətdə onların mübahisəli evə köçürülməli olmalarına dair qənaətə gəlinməlidir.
38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 11.1, 27.2, 157.8, 158.2, 180.1, 225.1-ci, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qa rşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayət onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarına əsasən, iddiaçının köçmək istədiyi mübahisəli yaşayış sahəsi özbaşına tikilidir. Özbaşına tikiliyə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bu növ iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıbyaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır. Hazırki işdə də iddia tələbinin əsaslı hesab edilm əsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması iddiaçı tərəfindən sübut edilməli idi. Lakin iddiaçı tərəfindən bu istiqamətdə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi də həmçinin öz qətnaməsində qeyd etmişdir ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İddiaçının özbaşına tikiliyə köçürülməli olması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin mövqeyi tamamilə əsassız və qanuna zidd olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehin kredit müqaviləsi üzrə pul götürməsinə (3000 manat) və X3 X11 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsinə icarə hüququnu almasına dair əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması, əməliyyatların keçirilməsi üçün istifadə olunan məbləğin eyni olması faktları iddiaçının xeyrinə qiymətləndirilməli olması qənaətinə gəlmişdir. Halbuki həmin məbləğ ailənin başqa ehtiyaclarına, uşağın müalicəsinə sərf olunmuşdur. Əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli və əsaslı deyil. İd dia ərizəsində cavabdehin ev növbəsinə durduğu bildirilsə də, buna dair hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan mübahisə predmeti olan yaşayış evinin birgə nikah dövründə iddiaçı və cavabdeh tərəfindən tikilməsi, habelə ərlə arvadın ümumi birgə gəlirləri hesabına tikilməsi müəyyən edilməmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs X4 izahatlarından məlum olmuşdur ki, tərəflər özbaşına tikiliyə 2018-ci ildə köçmüşlər. Tərəflərin izahatından məlum olmuşdur ki, evin tikintisi 2014-2016-cı illərdə başa çatmışdır. Lakin məhkəmə heç bir sübuta istinad etmədən özbaşına tikilinin 2018-ci ildə tikildiyi qənaətinə gəlmişdir. Halbuki, daha öncədən cavabdehin anası və atası mübahisə predmeti olan tikilidə cavabdehin qardaşının ailəs i ilə birlikdə yaşamışlar və hazırda da orda yaşayırlar. Məhkəmə proseslərinə özbaşına tikilinin tikintisində iştirak edən ustalar şahid qismində dindirilməsi üçün məhkəməyə gətirilmişlər. Lakin iddiaçı heç bir əsaslandırma etmədən həqiqəti gizlətmək məqsədilə onların dindirilməsinə etiraz etmişdir. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, evi tikmək üçün birgə nikah dövründə kredit götürmüş, mübahisəli tikili birgə nikah dövründə götürülmüş kredit vəsaitləri əsasında tikilmişdir, lakin bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. (kredit müqavilələri və s.) Digər tərəfdən iddiaçı özü şəxsən özünə aid əşyaları götürərək evi tərk etmiş, ona qarşı hər hansı təsir göstərilməmişdir. İddiaçı və övladları Bakı şəhəri, Sabunçu qəsəbəsi, N. Məlikov küçəsi, ev 7, mənzil 29-d a qeydiyyatdadırlar və orada yaşayırlar. İddiaçı kirayədə qaldığını bildirsə də, bununla bağlı kirayə müqaviləsi və ya digər sübut təqdim etməmişdir. İddiaçının mübahisə predmeti olan evə köçmək niyyəti yoxdur. Sadəcə həmin özbaşına tikilinin satışından pul vəsaitinin əldə edilməsini istədiyini birinci instansiya məhkəməsində öz izahatında qeyd etmişdir. Məhkəmələr isə iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsinə baxış keçirməmiş, iddiaçının yaşayış sahəsinə ehtiyacının olmamasını nəzərə almamışdır. Məhkəmənin sübut kimi qəbul etdiyi cavabdehin səsini isə iddiaçı onun iradəsinə zidd olaraq gizli şəkildə qeydə almışdır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulma zlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Cavabdehin səsi gizli şəkildə onun iradəsinin ziddinə olaraq qeydə alınmış, məhkəmə isə qanunsuz əldə edilmiş sübutu mötəbər sübut kimi qəbul etmişdir. Diskdəki gizli yazılmış telefon danışığı ilə bağlı qeyd edilməlidir ki, səs yazısından da müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə ciddi mübahisə etmiş və o da iddiaçını sakitləşdirmək üçün iddiaçının dediyini qəbul etmişdir. Məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə 2018-ci ildən öncə mübahisə predmeti olan özbaşına tikilidə yaşayışın olub-olmamasını müəyyən etmək üçün kommunal xidmətlərə, su-kanalizasiya, qaz, elektrik xidmətlərinə qoşulma ilə bağlı müvafiq sənədləri tərəflərdən tələb etməmiş və bu sənədlərin kimin adına olmasını araşdırmamış və bununla bağlı müvafiq qu rumlara sorğu verməmişdir. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyy ətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ə r-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində mü əyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti cavabdehin şikayəti üzrə yalnız iddianın təmin edilən hissəsi olub, qətnamə də həmin üzrə qəbul edilib. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apelyasiya baxışının predmeti olan hissə başa düşülür.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
47. İddia tələbi özbaşına tiki nti hesab edilən evə köçürülmə barədədir. İddiaçı mübahisəli evi cavabdehlə birgə nikah vaxtı inşa etdiyinə, tikiləndən sonra orada cavabdehlə yaşadığına, kommunal xidmətlərin də ilkin vaxtlarda cavabdehin adına olmasına, bu barədə cavabdehlə yazışmalarına istinad etmişdir.
48. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də iddia tələbində qeyd edilən xüsusatlar təsdiqini tapmışdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi n əticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
50. Qeyd edilməlidir ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olması prezumpsiyası mövcud olur və prezumpsiyanı təkzib etmək yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşür.
51. İşin məhkəmələr tərəfindən müəyyən edilən halından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin tikintisi iddiaçı ilə cavabdehin nikahda olduğu dövrə təsadüf edib, evin tikintisindən sonra da iddiaçı və cavabdeh bir ailə olaraq nikahları pozulana qədər həmin evdə birgə yaşamışlar.
52. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
53. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-38-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsini, həmin dəyərləndirməyə uyğun gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işdən görünür ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verib, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərh verməyə zərurət görmür.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-803/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.