Məhkəmə qərarları › İş №2(102)-2979/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2979/2025

20.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2979/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X3rşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və.s Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(103)2065/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qazax-Tovuz Regional Təhsil İdarəsinin 18 sentyabr 2023-cü il tarixli əmrinə əsasən, Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru İddiaçı rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

2. Qazax-Tovuz Regional Təhsil İdarəsinin 26 fevral 2024-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 iyun 2022-ci il tarixli, F377 saylı əmri ilə təsdiq edilmiş Qazax-Tovuz Regional Təhsil İdarəsinin Əsasnaməsinin 3.1.30 və 4.1.3-cü bəndlərini rəhbər tutaraq, Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbin fəaliyyətinin yoxl anılmasını təmin etmək üçün komissiya yaradılmışdır.

3. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, 27 fevral 2024-cü il tarixdə Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbdə aparılmış yoxlamanın nəticəsinə dair arayışda qeyd olunmuşdur ki, məktəbdə daxili nəzarət zəif təşkil edilir. Müəllimlər bəzi hallarda cədvəl üzrə dərslərini tədris etmir, dərnəklər şagirdlərin meyl və maraqları əsasında təşkil edilmir və bir çox halda tədris olunmur, eyni zamanda iki şagirdin adı eyni gün və eyni saatda iki müxtəlif dərnəyə qeyd edilir və buna nəzarət edilmir, bəzi işçilər isə əmək intizamına əməl etmir. Tədris edilməyən dərslər, dərsdənkənar məşğələ və tədrisinə əsaslı şübhələr olan dərnək məşğələlərinə görə müəllimlərə ümumilikdə 3.617,23 manat pul vəsaiti hesablanı b ödənilmişdir. Bir günlük yoxlamanın nəticəsi göstərdi ki, 30 may 2023- 01 iyun 2023-cü il tarixlərdə məktəbdə aparılan yoxlama zamanı aşkarlanmış nöqsanlar bir çox hallarda aradan qaldırılmamışdır. Belə ki, əvvəlki yoxlamada da müəllimlər tərəfindən sinif jurnallarının vaxtında yazılmadığı, dərnək üzvlərinin dərnəyin keçirilmə tarixi və saatından məlumatsız olduqları dərsdənkənar məşğələ jurnallarının bir çox hallarda müəllimlər tərəfindən yazılmadığı, dərsə davam etməyən şagirdlərlə bağlı jurnalda müvafiq qeydlərin aparılmadığı müəyyən edilmişdir.

4. Qazax-Tovuz Regional Təhsil İdarəsinin ilk Həmkarlar Təşkilatının 06 mart 2024-cü il tarixli təqdimatından görünür ki, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerin ə yetirmədiyinə və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə, Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxaraq müvafiq qərarın verilməsi xahiş olunur.

5. Qazax-Tovuz Regional Təhsil İdarəsi ilk X2 Heyətinin iclasının 07 mart 2024-cü il tarixli protokolundan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi ilk X2 Heyəti həmkarlar ittifaqının üzvü Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qərar açıq səsvermə yolu ilə səsə qoyuldu: lehinə 4 nəfər, əleyhinə-1 nəfər, bitərəf-2 nəfər.

6. Azərbaycan Təhsil İşçiləri X5 Qazax-Tovuz Regional Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 07 mart 2024-cü il tarixli məktubundan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin İlk Həmkarlar X4 Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.

7. Azərbaycan Respublikasinin Elm və Təhsil Nazirliy yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əmək müqaviləsinin ləğv edilməsi barədə 07 mart 2024-cü il tarixli əmrindən görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbi n direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 mart 2024-cü il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma mü ddəti üçün əmək haqqının hesablanması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmr qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin 07 mart 2024-cü il tarixli əmrinin əsası kimi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin əsaslandırması, X1 07 mart 2024-cü il tarixli qərarı, müvafiq izahat və aktlar göstərilmişdir. Mübahisələndirilən əmrin əsası kimi göstərilən sənədlər qanunsuz və əsassız olduğundan dəfələrlə rəsmi qaydada tələb olunmasına baxmayaraq, həmin sənədlərin təqdim olunmasından imtina edilmişdir. 2011-2012-ci tədris ilindən Təhsil Nazirliyinin əmri ilə Ağstafa şəhəri, 2 saylı tam orta məktəbə direktor təyin olunmuşdur. Fəaliyyətə başladığı ilk gün dən etibarən təhsil və təlimin səviyyəsini yüksəltmək, şagirdlərin ideya-siyasi, tərbiyəsi, fiziki və psixi inkişafı və dövlətimizə layiqli bir vətəndaş, o cümlədən kadr kimi yetişməsi istiqamətində zəruri tədbirlər görməyə çalışmışdır. Eyni zamanda, fəaliyyətini təhsil haqqında qanunvericiliyin və Təhsil Nazirliyinin normativ aktlarının, əmr və göstərişlərinin tələblərinə uyğun qurmağa çalışmışdır. Qeyd olunan məsələlərlə bağlı gördüyü tədbirlər nəticəsində məktəb nəinki regionda, həmçinin Respublika səviyyəsində öz nailiyyətləri ilə seçilmişdir.

10. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, işəgötürənin 07 mart 2024-cü il tarixli, 3-29-69/3-1-230K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahi yyətlərindən sui istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yetirmədiyinə görə 14 mart 2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrin əsası kimi Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulması, sənədləşmə işlərinin düzgün aparılmaması, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, digər nöqsan və çatışmazlıqlara yol verilməsinin aşkar edilməsi çıxış etmişdir. Bu səbəbdən də iddiaçının tələbləri tam əsassız olduğundan rədd olunmalıdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(005)2458/2024 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən təqdim olunan dəlillərlə iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Bu tələblə bağlı qeyd olunmalıdır ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum e dildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab etməklə rədd edilməsi qənaətinə gəlmişdir.

14. Beləliklə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdehin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı saymışdır.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 76, 80, 186, 187, 311-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni q ətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 13 iyul 2022-ci il tarixli, F-438 saylı əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədris pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında” Təlimatda şura protokolunun mütləq iclasın keçirildiyi gündə tərtib edilməsi ilə bağlı hər hansı xüsusat nəzərdə tutulmamışdır.” Həmçinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin AR Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 saylı Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 5.5.8-ci bəndinə görə, “Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlə rini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür”. Lakin Agentliyin Nazirliklə müvafiq razılaşma aparmasına dair sübutun mövcud olub-olmaması barədə məlumatımız yox idi. Bu səbəbdən xx.xx.2024-cü il tarixində məhkəməyə “hesab edirik ki, məhkəmədə hüquqi müdafiənin düzgün qurulması baxımından iddiaçı vəzifədən azad edilən zaman Agentliyin Nazirliklə razılaşma aparıb-aparmaması, belə bir razılaşma mövcud olduğu təqdirdə hə min sənədin surətinin təqdim olunmasına zərurət yaranmışdır. Qeyd olunan zərurəti nəzərə alaraq, iddianın tam, hərtərəfli, obyektiv araşdırılması və ədalətli məhkəmə aktının qəbul edilməsi üçün iddiaçı vəzifədən azad edilən zaman Agentliyin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşmasının mövcud olub-olmaması, mövcud olduğu təqdirdə təsdiqedici sübutun əldə olunması ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu verilməsini Sizdən xahiş edirəm” məzmunlu vəsatət təqdim edilmişdir. Əlavə olaraq məhkəmə iclasında dəfələrlə bu barədə müzakirələr aparılmışdır. Ancaq bu məsələ ilə bağlı hər hansı təqdimat edilməmişdir. Hesab edirik ki, bu hal əmrin əsaslı, dəqiq və doğru olmasını şübhə altına alır. Məhkəmə yuxarıda sadala nan xüsusatları araşdırmadan müvafiq nəticəyə gəlmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(103)2065/2025 saylı qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(005)2458/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri - əsasnamədə məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülərkən Nazirliklə müvafiq razılaşma aparılmalı olduğu halda belə bir razılıq alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin” Əsasnamənin 5.5.8-ci bəndində intizam tənbehi tətbiq olunarkən Nazirliklə razılaşdırılma nəzərdə tutulmuşdur. Lakin əsasnamədə bu razılığın yazılı formada olmasına dair hər hansı bir imperativ şərt nəzərdə tutulmamışdır. Buna görə də razılığın alınıb – alınmaması ilə bağlı məsələnin aydınlaşdırılması üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərilmiş, həmçinin, nazirliyin nümayəndəsinin izahatı alınarkən bu məsələ dəqiqləşdirilmişdir.

20. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03 iyun 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 07 mart 2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanm ış əmək müqaviləsinə xitam verilməsi Nazirliklə razılaşdırılmışdır. Eyni mövqe Nazirliyin nümayəndəsinin izahatında da öz əksini tapmışdır. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.

21. Apellyasiya şikayətinin digər dəlilləri onunla əsaslandırılmışdır ki, arayışda qeyd olunan nöqsanlarla bağlı sənədlərin kserosürətləri, fotoşəkillər akta əlavə edilməmişdir, şagirdlərin iştirak etməməsi və ya dərnəklərin düzgün təşkil olunmaması şagirdlərin dərnəkdə keçirilmiş mövzunu bilməməsi və dərnəkdə iştirakla bağlı suallara cavab verə bilməməsi ilə əlaqədar xüsusatlar həqiqəti əks etdirmir və bununla bağlı iş materiallarında hər hansı sübutlar (şagirdlərin izahatı, videogörüntü və s.) yoxdur.

22. Məhkəmə kollegiy ası qeyd olunan dəlilərə münasibətdə qeyd etmişdir ki, arayışda qeyd olunan xüsusatlarla bağlı Komissiya tərəfindən geniş apaşdırma aparılmış, izahatlar alınmış, aktlar tərtib olunmuşdur. İddiaçı tərəfindən isə qeyd olunan halların əksini təsdiq edən hər hansı bir arqument irəli sürülmür və sübut təqdim olunmur. Əksinə, bu halların əksəriyyətinin mövcudluğu iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallarla təsdiq olunur, iddiaçı bu halların mövcudluğunu şikayətində təsdiq etsə də, müxtəlif üzrlü səbəblərdən baş verdiyini qeyd etmişdir. Məsələn, apellyasiya şikayətində İddiaçı verdiyi izahata əsasən şura iclasının 17 fevral 2024-cü il tarixdə keçirildiyi və katib olaraq Rəna Bayramovanın təyin edildiyi, protokolun tərtib olunmadığını qeyd etmişdir, lakin bunu həmin şəxsin xəstəliyi il ə əsaslandırır, məktəbdə xadimə vəzifəsində çalışan Türkan Məmmədova işə gec gəlməsi faktını təsdiq etmişdir, lakin bunu həmin şəxsin övladının xəstəliyi ilə bağlı olduğunu və ondan icazə alması ilə əsaslandırmışdır. Bundan başqa, iddiaçı şagirdlərin hər iki dərnəkdə iştirakının mümkünsüz olması arqumenti ilə razılaşmışdı, lakin səbəb kimi “Gənc ekoloqlar” dərnəyinin tədris saatlarının, şagirdlərin iştirakının təmin olunması onların öhdəliyinin olmadığını bildirir. Digər tərəfdən iddiaçı 27 yanvar 2024-cü il tarixli Qazax-Tovuz RTİ-nin müdiri Arslan Quliyevə yazılmış izahatında qeyd etmişdir ki, “8 C və 8 B siniflərində keçirilən dərnəkdəki şagirdlər hər keçirilən dərnək saatlarında yerində olurlar, sadəcə yoxlama komissiyası tərəfindən sual veriləndə özlərini itiriblər.” Halbuki, bu halla rla bağlı yoxlama komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, hətta bəzi şagirdlər eyni vaxtda iki müxtəlif dərnək məşğələsində iştirak edirmiş kimi göstərilmişdir və bu hallar dərnək məşğələlərinin düzgün təşkil edildiyinə, şagirdlərin davamiyyətinə əsaslı şübhələr yaratmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası əmrin əsassızlığı ilə bağlı iddiaçının arqumentlərini inandırıcı və əsaslı hesab etməmişdir.

23. Həmçinin, məhkəmə kollegiyası iddiaya etirazın əsasını təşkil edən bu xüsusatla razılaşmışdır ki, “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”a 3 nömrəli əlavə” – “Ümumi təhsil müəssisələrində V- Xİ sinif jurnallarının aparılmasına dair Göstəriş”in 14- cü bəndinə əsasən, məktəbin direktor u, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlər sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması və qorunub saxlanılması üçün məsuliyyət daşıyırlar, müəllimlərin dərs saatlarında jurnalları yaza bilməməsi, dərsdən sonra hər hansı səbəblə jurnalı yazmadan getməsi və ya digər hallar jurnalların yazılmaması üçün əsas qismində çıxış edə bilməz, direktorun, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlərin məsuliyyətini istisna edə bilməz.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 3.9, 11, 45.1, 68.1, 68.2, 70 (ç), 71.1, 71.2, 71.3, 72, 80.1, 80.2, 80.3, 83.1, 83.2, 84.1, 172.5, 185, 186.1, 186.2, 187.1, 187.2, 311-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı, kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə dair etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsa slarla və qaydada xitam verilə bilər.

29. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda.

30. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetir mədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi.

33. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir.

34. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

35. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbe hlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

36. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin” Əsasnamə

37. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

46. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının t ələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

49. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “ə” bəndinə əsasən düzgün olaraq xitam vermişdir.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının direktor olduğu Ağstafa şəhəri, A.Abdullayev adına 2 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Əlavə olaraq iddiaçı, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş, tədris edilməyən dərslər, dərnək və məşğələlərə görə müəllimlərə ümumilikdə 3.617,23 manat ödənilməsinə şərait yaratmışdır. Bundan başqa iddiaçı, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmi ş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur.

51. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı Komissiya tərəfindən geniş apaşdırma aparılmış, izahatlar alınmış, aktlar tərtib olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan halların əksini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq etmişdir.

52. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının ka ssasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(103)2065/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar