Məhkəmə qərarları › İş №2(102)-2982/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2982/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2982/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilk, Cavabdeh3 cavabdeh İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, pul tələbi, əsassız varlanma, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh2 qarşı “yaşayış sahəsinin, boşaldılıb təhvil verilməsi, icarə haqqı və maddi zərərin ödənil məsi” barədə ilk, Cavabdeh3 cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1591/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 03 sentyabr 2024cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,015 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli əmlak) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) adına xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.

2. Birinci cavabdehlə Cavabdeh3 (bundan sonra – ik inci cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən birinci cavabdeh mülkiyyətindəki mübahisəli əmlakı ikinci cavabdehə aylıq 500 manata icarəyə vermiş, müqavilə 1 il müddətinə bağlanmış, müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflərin həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikləri halda, onun müddətinin daha 1 il müddətinə uzadılması qeyd edilmişdir.

3. Birinci cavabdehlə İddiaçı (bundan sonra-iddiaçı) arasında bağlanmış xx.xx.2020ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən birinci cavabdeh mülkiyyətindəki mübahisəli əmlakı iddiaçıya 170000 manata satmış və həmin əmlak tam mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.

4. Cavabdeh1 MMC-nin (bundan sonra – MMC) qanuni təmsilçisi ikinci cavabdehdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi “iddia tələbinin həcminin artırılması barədə ərizə” ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli əmlakın cavabdehlər tərəfindən boşaldılması və həmin əmlakın cavabdehlər tərəfindən ona təhvil verilməsi, 1 iyun 2020-ci il tarixindən 22 iyun 2021-ci il tarixinədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8400 manatın MMC və ikinci cavabdehdən, habelə 1 iyul 2021-ci il tarixindən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli əmlakı alan zaman orada iddiaçıya məlum olmayan şəxslər tərəfindən yaradılmış hazırlıq kursu (MMC) olmuşdur. İddiaçı birinci cavabdehlə ora yaxınlaşmış, əmlakın yeni mülkiyyətçisi kimi özünü təqdim etmiş və oranı tərk etmələrini bildirmişdir. Oradakı şəxslər isə qısa müddət ərzində oranı boşaldacaqlarını bildirmişlər. Sonradan ölkədə hökm sürən pandemiya səbəbi ilə cavabdehlər əmlakın boşaldılmasına vaxt verilməsini xahiş etmiş, iddiaçı buna etiraz etməmişdir. Daha sonra ikinci cavabdeh əmlakı almaq istədiyini və bununla bağlı ona vaxt verilməsini xahiş etmiş, iddiaçı əmlakın artıq bir müddətdir ki, əsassız olaraq MMC-nin istifadəsində olduğunu, əvəzində ona icarə haqqı da ödənilmədiyini bildirmiş, bu zaman ikinci cavabdeh əmlakın alğı-satqısı zamanı icarə haqqını nəzərə almaqla artıq ödəniş edəcəyini bildirmişdir. Lakin artıq uzun müddətdir ki, əmlak iddiaçıya təhvil verilməmiş, həmçinin iddiaçıya icarə haqqı da ödənilməmişdir. Halbuki alğı-satqı müqaviləsində birinci cavabdeh əmlakı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdehlər arasında icarə münasibətlərinə 8 fevral 2020-ci il tarixindən xitam verilmişdir. İddiaçı həmin əmlakı 23 may 2020-ci il tarixində almışdır, yəni həmin tarixdən etibarən əmlaka dair sahiblik və istifadə hüququ ona keçmişdir. İcarə müqaviləsində 500 manat qeyd edilsə də, əslində icarə haqqı faktiki olaraq aylıq 700 manat olmuşdur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 153.1, 153.3 və 153.4-cü maddələrinə istinad etmişdir.

8. İkinci cavabdeh də iddiaçı və birinci cavabdehə qarşı qarşılıqlı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək faktiki olaraq icarəsində və istifadəsində olan mübahisəli əmlakın təmirinə, avadanlıqların alınmasına və s. işlərin görülməsinə xərclədiyi 30000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması, onun həmin əmlakdan çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ikinci cavabdeh 2013-cü ildən birinci cavabdehin mülkiyyətində olan mübahisəli əmlakı rəsmi icarə müqaviləsi olmadan icarəyə götürərək orada hazırlıq kursları təşkil etmişdir. İşini genişləndirmək məqsədilə 6 iyul 2015-ci il tarixində MMC təsis etmişdir. Həmin qeyri-yaşayış sahəsində əlavə işlər görmək zərurəti yarandığından və bu işlərin görülməsi üçün rəsmi icarə müqaviləsi tələb olunduğundan 2-ci bənddə qeyd edilən müqavilə bağlanmışdır. İkinci cavabdeh birinci cavabdehin razılığı ilə həmin əmlakı hissə-hissə olmaqla tam təmir etdirmiş, bütün bu işlərin görülməsinə onun 30000 manatdan çox xərci çıxmışdır. Tərəflərin aralarındakı razılığa əsasən çəkdiyi xərclər işlədiyi dövrdə hissə-hissə icarə haqqından çıxılmalı idi. 2020-ci ilin mart ayında borclu qaldığı 1000 manat icarə haqqını ödəmiş, bundan sonra pandemiya ilə əlaqədar işləri dayandırmış, hazırlıq kurslarının fəaliyyətini minimuma endirmiş, bu barədə birinci cavabdehə məlumat vermiş, sonuncu isə bunları nəzərə alacağını bildirmişdir.

10. İcarə müqaviləsini vaxtı başa çatsa da, mülkiyyətçi ilə aralarında olan anlaşmaya əsasən müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. 2020-ci ilin aprel-may aylarında bir neçə nəfər gəlib həmin yerə baxmış, o, bu barədə mülkiyyətçidən zəng edib soruşduqda sonuncu obyekti banka girov qoyaraq pul götürəcəyini, gələn şəxslərin bank əməkdaşları olduğunu bildirmişdir. Halbuki sonradan ona məlum olmuşdur ki, birinci cavabdeh ona heç bir məlumat vermədən onun çəkdiyi xərcləri ödəmədən həmin əmlakı satmışdır. Eləcə də əmlakın yeni mülkiyyətçisi həmin əmlakı alarkən ora gəlib baxmamış, əmlakın kimin vəsaiti hesabına hansı şərtlər altında təmir olunması ilə maraqlanmamış, icarədar olaraq bu barədə onu məlumatlandırmamış və ən başlıcası isə aldıqları əmlak satıcı tərəfindən alıcıya təhvil verilməmişdir. Onun şəxsi vəsaiti hesabına düzəltdirdiyi avadanlıqlar bilavasitə həmin əmlakın şəraitinə uyğun hazırlanmışdır. O, çəkdiyi xərclərin ona ödəniləcəyi təqdirdə əmlak ı təhvil verməyə etiraz etmir.

11. Birinci instansiya məhkəməsində iddiaçı qarşılıqlı iddiaya etiraz edərək göstərmişdir ki, o, əmlakı hazır vəziyyətdə aldığı üçün ikinci cavabdeh təmirlə bağlı xərclərini ondan yox, yalnız birinci cavabdehdən tələb edə bilər.

12. Birinci instansiya məhkəməsində şahid X2 göstərmişdir ki, o, MMC-də 2020-ci ilin yanvar ayından 2021-ci ilin mart ayına kimi briqada şəklində təmir işləri aparmışdır. Pandemiya səbəbi ilə təmiri hissə-hissə etmişlər. Təmirin sifarişçisi ikinci cavabdeh olmuş, təmirə lazımi materialları da o, alıb gətirmişdir. O, təmir işlərinə görə təxminən 2000-3000 manat əmək haqqı almışdır.

13. Birinci instansiya məhkəməsində şahid X1 göstərmişdir ki, o, MMC-də 10 ilə yaxındır ki, xadimə işləyir. Bağçada təmir işlərini ikinci cavabdeh aparmışdı r. Hətta bəzi materialları özü Türkiyə Respublikasından sifarişlə gətirtmişdir.

14. Birinci instansiya məhkəməsi tikinti-təmir işlərinin ümumi dəyərini müəyyən etmək məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/13xx-xx/1418 saylı ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 16045 manat məbləğindədir. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13650 manatdır.

16. Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləş ən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Cavabdeh1 MMC, Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tikinti-təmir işlərinin ümumi dəyəri kimi 16045 manat, malların ümumi dəyəri kimi 13650 manat olmaqla, ümumilikdə 29695 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh3 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, ekspertiza xərci kimi 190 manat məbləğində pul vəsaitinin Cavabdeh2, 10 manat məbləğində pul vəsaitinin isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Etibar Mustafayev)

17. Birinci instansiya məhkəməsi ilk iddianın cavabdehlərin əmlakdan çıxarılması hissəsinə münasibətdə qeyd etmi şdir ki, işin faktiki hallarına əsasən mübahisəli əmlak 14 sentyabr 2017-ci il tarixində birinci cavabdehin mülkiyyətində olmuş, o, həmin əmlakı 23 may 2020-ci il tarixdə iddiaçıya alğı-satqı müqaviləsi əsasında satmışdır. Əmlak iddiaçının mülkiyyəti kimi 02 iyul 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hazırda iddiaçının mülkiyyətindədir. Əmlakla bağlı alğı-satqı müqaviləsində tərəflərin öhdəliklərindən biri kimi “satıcı” adlanan birinci cavabdeh əmlakı “alıcı” adlanan iddiaçıya təhvil verməsi qeyd edilmişdir. İkinci cavabdeh (qarşılıqlı iddiaçı) də öz qarşılıqlı iddiasında əmlakın təhvil verilmədiyini vurğulasa da, həm qarşılıqlı iddianın məzmununa, həm də işin hallarına əsasən ikinci cavabdeh özü əmlakı tərk etməməklə, yalnız çəkdiyi xərclərin ödənildiyi təqdirdə əmlakdan çıxac ağını bildirmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, mübahisəli əmlak iddiaçının mülkiyyətində olduğundan, habelə həmin əmlakın MMC-yə və ya ikinci cavabdehə icarəyə verməsi ilə bağlı hər hansı razılaşmanın olması iş üzrə müəyyən edilmədiyindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas yoxdur və ilk iddia üzrə cavabdehlər tərəfindən əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

19. Birinci instansiya məhkəməsi ilk iddianın digər, yəni 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı olaraq 8400 manatın MMC və ikinci cavabdehdən, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi hissə lərinə münasibətdə göstərmişdir ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə b ağlı bütün zərərin əvəzini ödəməlidir.

20. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddia tələbində 8400 manat pulun 1 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı kimi tutulması göstərilsə də, nə iş materiallarında, nə də işin faktiki halları ilə ikinci cavabdeh və ya MMC ilə iddiaçı arasında sözügedən əmlakla bağlı icarə münasibətlərinin mövcud olması sübuta yetirilmir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, ilk iddia 8400 manat pulun tutulması hissəsində təmin edilməməlidir.

21. İlk iddianın aylıq 700 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə isə birinci instansiya mə hkəməsinin mövqeyi belə olmuşdur ki, iddia bu hissədə öhdəlik münasibətlərindən bəhs edən Mülki Məcəllənin 385-ci, 442-ci və mülki hüquq pozuntularından bəhs edən 1096- 1097-ci maddələri ilə əsaslandırılmışdır. İddiaçı ilə cavabdehlər arasında aylıq 700 manatın ödənilməsi məzmununda müqavilə olmadığından, cavabdehlərin belə bir öhdəlikləri müəyyən edilmir.

22. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin bu hissəsinin digər hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1096-1097-ci maddələrinə istinadən qeyd etmişdir ki, Hazırki halda iddiaçının iddia tələbində göstərilən əmlakından cavabdehlərin hərəkətləri (hərəkətsizlikləri) nəticəsində məhrum olması faktı mövcud olsa da, iddiaçı zərərin miqdarını ikinci cavabdehin birinci cavabdehə icarə haqqı kimi ödədiyi aylıq məbləğə uyğun, yəni ə ldən çıxmış fayda kimi göstərmişdir. Halbuki, əmlakından məhrum olmasaydı həmin əmlakdan ayda 700 manat gəlir əldə edəcəyinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də ilk iddia bu hissədə də təmin edilməməlidir.

23. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ikinci cavabdeh qarşılıqlı iddiada sözügedən qeyri-yaşayış sahəsinin təmirinə, ora mebel və digər avadanlıqları sifarişlə hazırlatmağa çəkdiyi xərci tələb edir.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia yalnız ikinci cavabdehə qarşı hissədə qismən təmin edilməli, iddiaçıya münasibətdə isə rədd edilməlidir. Belə ki, işin müəyyən edilən hallarına əsasən ikinci cavabdehlə birinci cavabdeh arasında əmlakın icarəsi ilə bağlı münasibət olm uş, ikinci cavabdeh həmin əmlakla bağlı çəkdiyi xərcləri birinci cavabdehlə əvvəlcədən razılaşdırmışdır. Bunu ikinci cavabdeh özü izahatında göstərmişdir. Buna görə də, çəkilən xərclərin iddiaçıdan tutulmasına heç bir əsas yoxdur. Xərcin məbləği isə ekspert rəyində göstərilən məbləğə uyğun müəyyən edilməlidir.

25. Qarşılıqlı iddianın icra hərəkətlərinin qarşılıqlı olaraq eyni anda aparılmasına dair hissəsinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi iddiaçıdır, bu qətnamə ilə həmin əmlakın iddiaçıya təhvil verilməsi qərara alınmışdır. İkinci cavabdehə çəkdiyi xərcin qaytarılması isə birinci cavabdeh tərəfindən icra edilməli olduğundan, iddia bu hissədə təmin olunarsa, birinci cavabdehin gələcəkdə icranı gecikd irməsi və s. bu kimi neqativ hallarda iddiaçının öz mülkiyyətindən sərbəst istifadə hüququ əsassız olaraq məhdudlaşacaq. Buna görə də, qarşılıqlı iddia bu hissədə təmin edilə bilməz.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 385.1, 386.1, 442, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

27. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv, həmin hissədə də ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilm işdir ki, birinci instansiya məhkəməsinin iddiaçının 700 manat gəlir əldə edəcəyinə dair sübut təqdim edə bilməməsi qənaəti düzgün deyildir. Belə ki, o, həmin əmlakı əldə edən dövrə kimi mübahisəli əmlak icarədə olmuş və əvvəlki mülkiyyətçi gəlir əldə etmişdir. Həmin gəlirin onun tərəfindən əldə ediləcəyini sübut etməyə ehtiyac belə duyulmur. Aydındır ki, həmin əmlak ona təhvil verilsə idi, o öz əmlakından istifadə edə və ya icarə verib gəlir əldə edə bilərdi. Bundan başqa, iddia tələbində qeyd edilən tarix aralığındakı icarə haqqını da rədd edərkən məhkəmə iddiaçı və ikinci cavabdeh arasında icarə müqaviləsi olmamasına istinad etmişdir. Halbuki ikinci cavabdeh onun əmlakından qanunsuz olaraq istifadə etmişdir və tərəflər arasında əvəzsiz istifadə müqaviləsi də olmamışdır. Həmçinin iddiaçı nın əmlakını üçüncü şəxslərə təmənnasız verməsi də ağlabatan deyildir. Məhkəmənin qətnaməsi ilə razılaşsa, həm də ikinci cavabdehin bir ildən artıq müddətdə ona məxsus əmlakdan tədris mərkəzi kimi istifadə etməkdə, gəlir əldə etməkdə, ona isə icarə haqqı ödəməkdən imtina etməkdə haqlı olması fikri ilə razılaşmış olacaqdır.

29. Birinci cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı idddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, iddia müddəti ötürüldüyü və sübutlara əsaslanmadığı üçün qətnamə qanunsuz və əsassızdır. Belə ki, icarəçi icarə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İkinci cavabdeh isə təmir-tikinti işlərinin aparılacağına dair on dan heç bir yazılı razılıqla bağlı rəsmi sənəd almamış, eləcə də məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi ikinci cavabdehin tələbinin əsassız olmasına baxmayaraq birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmayan qarşılıqlı iddianı təmin etmişdir.

31. İkinci cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddia tələbinin tam formada təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yekun qərara gələrkən onun mübahisəli əmlak üçün çəkdiyi xərclərin iddiaçıdan deyil, yalnız birinci cavabdehdən tutulmasını qət etmiş, iddiaçıya nisbətdə isə araşdırma aparmamışdır. Belə ki, məhkəmə qətnamə çıxararkən qətnamənin gələcəkdə icrasının iş üzrə cavabdehlər və iddiaçıya münas ibətdə rahat olması üçün mübahisəli əmlakdan onun çıxarılmağı ilə bağlı iddiaçı və birinci cavabdehdən həmin pulun müştərək qaydada tutulmasını qət edə bilərdi, lakin məhkəmə bununla bağlı tam formada heç bir araşdırma etmədən iddia tələbini bu hissədə təmin etməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1200/2023 nömrəli mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının və birinci cavabdehin apellyasiya şikayətləri qismən təmin, ikinci cavabdehin apellyasiya şikayəti isə rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissələrdə qismən ləğv edilmiş və iş üzrə həmin hissələrdə yeni qətnamə çıxarılaraq ilk iddia qismən təmin edilmiş, 01 iyun 2020-ci il tarixindən 22 iyun 2021-ci il tarixinədək olan müddə t üçün 6.000 manatın ikinci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, 01 iyul 2021-ci il tarixindən mübahisəli əmlak ikinci cavabdeh tərəfindən iddiaçıya təhvil verilənədək hər ay üçün 500 manat hesablanmaqla dəymiş zərər olaraq ikinci cavabdehdən iddiaçının xeyrinə tutulması, ikinci cavabdehin iddiaçıya və birinci cavabdehə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının birinci cavabdehə aid hissədə rədd edilməsi və qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova, Günay Axundova)

34. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, həmin hissədə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.5-ci, 1092.1-ci maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır.

35. İş materiallarına əsasən iddiaçıya məxsus olan fərdi yaşayış evinin ikinci cavabdehin və ya təsisçisi olduğu MMC-nin sahibliyində və istifadəsində qalmasını mümkün edən hər hansı hüquqi əsas mövcud olmadığı halda sonuncunun qanunsuz sahib olaraq əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir. Belə ki, sözügedən fərdi yaşayış evi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı obyekt kimi birinci cavabdeh tərəfindən ikinci cavabdehin icarəsinə verilmiş və mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan halhazıradək ikinci cavabdehin qanunsuz sahibliyindədir. İkinci cavabdehin həmi n sahədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla istifadə etməsi əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır, qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Beləliklə hazırki halda ikinci cavabdeh qanunsuz sahib kimi iddiaçıya məxsus əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etməklə onun əmlakı hesabına varlanmış olur. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin birinci cavabdehlə ikinci cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncu tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 500 manatdır. təşkil etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, müqavilə üzrə icarəçi kimi ikinci cavabdeh tanındığından o nun mübahisəli əmlakdan gəlir mənbəyi olaraq faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 500 manat real olaraq maddi zərərin dəyməsi halı öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçının xeyrinə məhz ikinci cavabdehdən 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat, həmçinin 01 iyul 2021-ci il tarixdən sözügedən fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilənədək, aya 500 manat hesablanmaqla dəymiş zərər tutulmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, hazırki iddia tələbinin ikinci hissəsinin qeyri-müəyyən olması onun rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, əks nəticə iddiaçının pozulmuş hüquqlarının bərpasına xidmət etməyəcəkdir, onun məhkəməyə müra ciət etməsini əhəmiyyətsiz etməklə dispozitiv hüququnu pozacaqdır, əlavə məhkəmə çəkişmələrinə məruz qalmasına, yenidən məhkəməyə müraciət etməsinə məcbur olmasına zəmin yaradacaqdır. Bu, həm də mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə də uzlaşır.

38. Apellyasiya instansiyası məhkəməsi 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı ikinci cavabdehin icarə müqaviləsində 500 manat qeyd edilməsinə baxmaraq aylıq 700 manat məbləğinə pul ödəməsini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq göstərmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndi rilməlidir. Birinci cavabdehlə ikinci cavabdeh arasındakı iş materiallarında olan bir illik müddətinə bağlanmış 08 fevral 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəçi icarəyə götürdüyü mübahisəli əmlakdan istifadəyə görə icarəyə verənə hər ay icarə haqqı olaraq 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

39. İkinci cavabdehin (qarşılıqlı iddiaçının) apelyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçdiyi tarixdən onunla ikinci cavabdeh arasında nə şifahi, nə də ki yazılı formada icarə münasibətləri yaranmadığı üçün sonuncu ilkin iddia üzrə iddiaçıya münasibətdə vicdansız sahib olmuşdur.

40. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, hazırki işdə ikinci iddiaçının əmlaka dair, əmlak iddiaçının m ülkiyyətinə keçdikdən sonra zəruri xərclər çəkdiyi, bunun nəticəsində ilkin iddia üzrə iddiaçının varlandığı hallarının işdə olan sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Əmlak iddiaçının mülkiyyətinə keçənədək mübahisəli əmlaka ikinci cavabdeh tərəfindən çəkilən xərclərin isə iddiaçıya aidiyyəti yoxdur. Əmlaka zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmaların (avadanlıqlar və s.) ikinci cavabdeh tərəfindən götürülməsi ilk iddiada da tələb olunur.

41. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, apellyasiya şikayəti digər hissədə, yəni qeyri-yaşayış sahəsindən çıxarılma ilə pulun verilməsinin eyni anda icra edilməli olması hissəsində də rədd edilməlidir.

42. Birinci cavabdehin apellyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qarşılıq lı iddianın birinci cavabdehə münasibətdə hüquqi dəyərləndirilməsi, iddiaçı ilə müqavilə münasibətlərində olduğu üçün, Mülki Məcəllənin 21.2, 448.1 və 448.2ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci cavabdehin istinad etdiyi müqavilənin 8-ci bəndinə uyğun olaraq ehtimal etmişdir ki, ikinci cavabdehin tərəfindən təşkil edilən hazırlıq kurslarına sahəni uyğunlaşdırmaq məqsədilə təmir işləri aparılıbsa, bu, birinci razılığı ilə olmuşdur. Lakin ikinci cavabdeh həmin xərcləri öz təşəbbüsü ilə etmişdir. Belə ki, “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsi icarəçiyə hüquq verir ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Qeyd edilən normaya əsasən icarəyə götürülmüş əmlakın yaxşılaşdırılmasına çəkilmiş xərclərin icarəyəverəndən tutulması üçün icarəçi aşağıdakıları sübut etməlidir: yaxşılaşdırmaların onun tərəfindən həyata keçirildiyini; bu işlərin görülməsinə icarəyəverənin razılığı olduğunu; yaxşılaşdırmalara çəkilmiş xərcin tələb etdiyi məbləğ dəyərində olduğunu.

44. Apellyasiya instansiyası məhkəməsi icarəçinin təmir işlərinin icarəyə verənin razılığı ilə aparması faktının sübuta yetirilmiş olduğunu qəbul etsə də onu da qeyd etmişdir ki, görülmüş bu işlərin təyinatı fərdi yaşayış evi olan əmlakı məşğul olduğu sahibkarlıq fəaliyyətinə uyğunlaşdırmaq məqsədi daşımış, bunun əksini, o cümlədən ikinci cavabdeh tərəfindən aparılmış təmir işlərinin əmlakın ümumi vəziyyətini yaxşılaşdırdığını, bunun evin ümumi dəyərinin artmasına, daha yüksək qiymətə satılmasına təsiri olduğunu, smetada göstərilən bütün işlərin məhz onun tərəfindən edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

45. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı olan birinci cavabdeh özünə məxsus əmlakı qeyri-yaşayış sahəsi (obyekt) olaraq deyil, məhz təyinatına uyğun şəkildə fərdi yaşayış evi kimi alıcı olan iddiaçıya (VÖEN-i aşkar edilməyib) satmışdır. Bundan başqa, iş materiallarına əsasən mübahisə predmeti olan fərdi yaşayış evindən kommersiya obyekti kimi istifadəsi ilə bağlı bir sıra iş lər (təmir işləri və s.) bir neçə il ərzində ikinci cavabdeh tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsi bir qayda olaraq onun mənafeyinə uyğun olmuş və o, özü göstərilən xidmətlərdən yararlanmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq vurğulamışdır ki, icarə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinin ikinci cavabdehin istinad etdiyi qaydada olacağını, yəni icarəyə verilmiş əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzinin icarəyəverən tərəfindən qaytarılacağı və s. kimi qarşılıqlı iddianın əsaslı olduğunu təsdiq edə biləcək şərtlərin mövcudluğu tərəflər arasında bağlanmış icarə müqaviləsindən müəyyən edilmir, halbuki müqavilənin bir illik müddətinə bağlanması ikinci cavabehdən yuxarıda qeyd edilən şərtlərin müzakirə edi lməsinə, bu şərtlərin müqaviləyə daxil edilməsinə dair müqavilə tərəfi olaraq daha ehtiyatlı davranış tələb edirdi.

47. Apellyasiya instansiyası məhkəməsi birinci cavabdeh tərəfindən icarə müqaviləsinin hər hansı şərtinin pozulması, öhdəliyin pozulmasına səbəb ola biləcək qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də, onun müqavilə münasibətlərindən irəli gələn məsuliyyət daşıması faktını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmadığından qarşılıqlı iddia ikinci cavabdehə münasibətdə də rədd edilməlidir. Belə ki, birinci cavabdeh qeyd edilən vəsaiti qaytarmaq üzrə hər hansı vəzifə daşımır.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ bənd), 29 (İ və İİ bənd), Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 157.2, 157.5, 386.1, 389.1, 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 1091, 1092.1, 1096.1, 1096.2-ci, “İcarə haqqında” Qanununun 9.5, 9.7-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

49. İkinci cavabdeh (qarşılıqlı iddiaçı) kassasiya şikayəti vermişdir.

50. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4286/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələbinə dair ilkin iddiasının “01 iyun 2020-ci il tarixdən 22 iyun 2021ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8.400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qismən təmin edilməsi, 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat məbləğində pulun Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməsi, 01 iyul 2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən İddiaçı təhvil verilənədək, hər ay üçün 500 manat hesablanmaqla dəymiş zərər olaraq Cavabdeh3 İddiaçı xeyrinə tutulmasına dair hissələrdə ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılm aq üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti ilə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

51. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən ünvan 3 ünvanında fəaliyyət göstərən “STEP ACADEMY” hazırlıq kursunun məsul şəxsinə ünvanlanmış xəbərdarlıq məktubunda 03 may 2021-ci il tarixədək ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi bildirilmişdir; - apellyasiya instansiyası məhkəməsi iddiaçının alq-satqı müqaviləsi ilə yaşayış evini birinci cavabdehdən əldə edərkən həmin yaşayış evinin sonuncu ilə ikinci cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtlərinə müvafiq olaraq ikinci cavabdehin icarə hüququ ilə yüklü olub-olmaması, yüklü olduğu təqdirdə yuxarıda göstərilən xəbərdarlıq məktubu da nəzərə alınmaqla müqaviləyə hansı tarixdən xitam verilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT (103)-36/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinə daxil olmağın ikinci cavabdehə qadağan edilməsi məsələlərini araşdıraraq hüquqi qiymət verməli, bundan sonra tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normalarını tətbiq etməklə yekun məhkəmə aktı qəbul etməli idi; - lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma və hüquqi qiymətl əndirmə aparmamışdır; - həmçinin ikinci cavabdehin əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını götürmək hüququ vardır; - kassasiya şikayəti ilə mübahisələndirilən digər hissələrdə (qarşılıqlı iddianın rədd edilməsinə aid) apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

52. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1591/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia həmin hissədə qismən təmin edilərək xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət üçün 4215,98 manat icarə haqqı, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət üçün 833 manat dəymiş zərər, cəmi 5048,98 manat ikinci cavabdehdən iddiaçının xeyrinə tutulmuş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək olan müddət üçün 1632,68 zərər ikinci cavabdehdən iddiaçının xeyrinə tutulmuş, ilk iddia mübahisələndirilən qalan hissədə təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov)

53. Apell yasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə birinci mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci və ikinci cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən birinci cavabdeh mübahisəli əmlakı ikinci cavabdehə aylıq 500 manata icarəyə vermiş, müqavilə 1 il müddətinə bağlanmış, müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflərin həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədikləri halda, onun müddətinin daha 1 il müddətinə uzadılması qeyd edilmişdir.

54. Birinci cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən birinci cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini iddiaçıya 170000 manata satmışdır. xx.xx.2020-ci ildə iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır.

55. İddiaçının səlahiyyətli nümayəndəsi Vəkil1 tərəfindən ünvan 3 ünvanında fəaliyyət göstərən “STEP ACADEMY” hazırlıq kursunun məsul şəxsinə ünvanlanmış xəbərdarlıq məktubunda 03 may 2021-ci il tarixədək ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi bildirilmişdir.

56. Göründüyü kimi, xx.xx.2020-ci ildə birinci cavabdehlə ikinci cavabdeh arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci ildə birinci cavabdehlə iddiaçı arasında aparılmış alğı-satqı müqaviləsi əsasında iddiaçı kirayəyə verəni əvəz edərək kirayə hüquq münasib ətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuşdur (MM, 699.1)

57. Belə olan halda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (iddiaçı tərəfindən xəbərdarlıq məktubu əsasında əmlakın boşaldılması tələb olunmuşdur) olan müddətdə iddiaçı müqavilə şərtlərinə əsasən 500 manat aylıq icarə haqqı ilə öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Həmin müddət 11 ay 3 gün təşkil etdiyindən, icarə haqqı 5549,98 manatdır (11 ay x 500=5500 manat; 3 gün x 16,66 bir günün icarə haqqı=49,98 manat; 5500+49,98=5549,98 manat).

58. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, ikinci cavabdeh tərəfindən 1334,0 manat ödəniş edilməsi (İİ cild, 206-cı səhifə) halında, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müqavilə öhdəliyi üzrə ödənilməli məbləğ 4215,98 manat ( 5549,98- 1334,0=4215,98 manat) təşkil edir.

59. Apellyasiya instansiyası məhkəməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddətdə müqavilə xəbərdarlıq əsasında xitam olunduğundan iddiaçıya məxsus olan fərdi yaşayış evinin ikinci cavabdehin və ya təsisçisi olduğu MMC-nin sahibliyində və istifadəsində qalmasını mümkün edən hər hansı hüquqi əsas mövcud olmadığından, sonuncunun qanunsuz sahib olaraq əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir. İkinci cavabdehin həmin sahədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla istifadə etməsi əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Belə liklə, ikinci cavabdeh qanunsuz sahib kimi iddiaçıya məxsus əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etməklə onun əmlakı hesabına varlanmış olur. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

60. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci cavabdehlə ikinci cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncu tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 500 manat təşkil etmişdir. Müqavilə üzrə icarəçi kimi ikinci cavabdeh tanındığından onun mübahisəli əmlakdan gəlir mənbəyi olaraq faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 500 manat real olaraq maddi zərərin dəyməsi halı öz təsdiqini tapır. Buna görə də iddiaçının xeyrinə məhz ikinci cavabdehdən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 50 gün üçün 833 manat (50 gün x 16,66 bir gün üçün icarə haqqı=833 manat) zərər tutulmalıdır.

61. Həmçinin məhkəmə araşdırması zamanı ikinci cavabdeh tərəfindən təqdim olunmuş Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 17/68No230000-4 saylı məktubuna əsasən icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan ünvana baxış keçirilərkən, ön giriş qapısının bağlı olması müəyyən edilmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişi (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(103)-36/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbə li fərdi yaşayış evinə daxil olmağın ikinci cavabdehə qadağan edilməsi məsələlərinə qiymət verilməsi) araşdıraraq ikinci cavabdehin xx.xx.2021-ci il tarixdən əmlakdan istifadəsinin məhdudlaşdırılmasını müəyyən etmişdir.

63. Həmin hala əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia mübahisələndirilən 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutulması” hissəsində qismən təmin edilməli xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 98 gün üçün 1636,68 manat (98 x 16,6616,66 bir günün icarə haqqı=1636,68) zərər ikinci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

64. Apellyasiya instansiyası məhkəməsi 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı ikinci cavabdehin icarə müqaviləsində 500 manat qeyd edilməsin ə baxmayaraq aylıq 700 manat məbləğinə pul ödəməsini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq göstərmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci və ikinci cavabdeh arasında bir illik müddətinə bağlanmış 8 fevral 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə icarəçi icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 7D saylı evdən istifadəyə görə icarəyə verənə hər ay icarə haqqı olaraq 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

65. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152. 1, 152.5, 157.5, 157.7, 386.1, 389.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 699.1, 700.1, 700.3, 1091, 1092.1, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

66. İkinci cavabdeh (Vəkil7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul ediməsini xahiş etmişdir.

67. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zər ərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahib liyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzi ni ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliy in icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəy yən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

69. Kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti ilk iddia tələbinin təmin edilməyən hissəsi olub, qətnamə də həmin hissədə qəbul edilməklə, ilk iddia qismən təmin edilib. Qarşılıqlı iddia üzrə təl əb apellyasiya baxışında predmet olmayıb. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülməlidir.

71. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.

73. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

74. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 5365-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

75. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ilk iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

76. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

77. Kassasiya şikayətinin dəlilləri də ikinci cavabdehin qarşılıqlı iddiasının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həmin dəlillərə də müvafiq olaraq birinci və apellyasiya instansiyaları məhkəmələri qiymət verib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.

78. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar