Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2983/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, vindikasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-1581/2025 nömrəli, 2025-ci il 27 may tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı 99 il müddətinə Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Həmin sahənin 700 kv.m hissəsi cavabdehin faktiki sahibliyində və istifadəsində olmaqla üzərində tikili inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə tikinti və sahibkarlıq məqsədi ilə istifadəsinə ayrılmış 2 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m torpaq sahəsinin boşaldılması, ilkin vəziyyətə qaytarılması və torpaq sahəsinin təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə Abşeron rayonunun X22 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 2.0 hektar 99 il müddətinə ic arə qaydasında İddiaçı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi tam qanuni formada onun istifadəsinə verildikdən sonra o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2008-il tarixli 189a saylı rəyə əsasən X17 ərazisində 2 hektar torpaq sahəsinə dair sənədləşmə işlərini rəsmiləşdirmişdir. Həmin rəy X11 Komitəsinin Abşeron Rayon şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlənmişdir. X18 saxlanılmış torpaqda icarə qaydasında sahibkarlıq və tikinti məqsədi ilə 99 il müddətinə torpaq sahəsinin seçilməsinə dair Komissiyanın sədri Abşeron rayon İcra Hakimiyyəti başçısı, komissiyanın üzvləri DTXK-nın Abşeron rayon şöbəsinin müdiri tərəfindən akt imzalanaraq möhürlə təsdiq edilmişdir. Abşeron rayonu X3 Yerquruluşu Planından çıxarışda qeyd edilən miqyasda əks etdirilərək Natura və Xəritəyə keçirilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2008-ci il tarixli 705 saylı sərəncama əsasən torpaq İcarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi ilə tam qanuni yolla iddiaçının istifadəsinə verilmişdir. Lakin iddiaçı bir müddət sonra torpaq sahəsinə gedib baxdıqda oranın qanunsuz olaraq zəbt edilib tikinti işləri aparıldığını görmüşdür. Belə olan halda iddiaçı məcbur qalaraq polisə müraciət etmiş və polis tərəfindən araşdırılma aparılmışdır, lakin həmin hallar təkrar davam etmişdir. İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2008-ci il tarixli Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsa sən Abşeron rayonunun X22 Fonduna daxil olan torpaq sahəsindən 2 (iki) ha 99 illik iddiaçının icarəsinə verilmişdir. Sərəncam verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq verilməsi göstərilsə də, sərəncamda sahibkarlıq məqsədi ilə istifadə üçün verildiyi göstərilir. Yəni, sahibkarlıq məqsədi ilə verilməsi və Nazirlər Kabinetinin qərarında göstərilən məqsədlər tamamilə fərqlidir. Nazirlər Kabinetinin qərarına istinad olunan örüş, otlaq və biçənək torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmçinin 2 ha ərazi Bakı şəhəri üçün böyük bir ərazidir və oranın ətrafında fərdi yaşayış evləri var. Bel ə olan halda 99 illiyə sahibkarlıq məqsədi ilə verilməsi qeyri-mümkün bir haldır. Bu kimi sərəncamlar saxta sərəncamlardır və əksər hallarda sonradan ləğv edilir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2023-cü il 15 mart tarixli, 2(010)437/2023 nömrəli qətnaməsi ilə (hakim X5) iddia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəf indən zəbt edilmiş 700 kv.m hissəsinin boşaldılması, torpaq sahəsinin cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması və İddiaçı təhvil verilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron rayonunun X19 aid olmuşdur. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən 2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsininin 700 kv.m-ni zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə ara şdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihəsmeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edildiyi müəyyən edilmişdir.. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Hövsan Südçülük müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı tərəflərin izahatları ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan faktı inkar etməmiş və yalnız iddiaçının sənədlərinin əsassız olduğunu, subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 705 nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi cavabdeh t ərəfindən mübahisələndirilməmiş və qüvvədədir. Cavabdeh tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının birbaşa maraqlarına toxunur və bu səbəbdən iddia əsaslıdır.
8. Cavabdehin iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı arqumentinə münasibət bildirən məhkəmə hesab etmişdir ki, bu dəlil əsassızdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da belə, qanuni əsasla ona sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakdan qanuni əsasla istifadə onun faydalı xassələrindən yararlanmaqla yanaşı, ondan istifadəyə üçüncü şəxslərin yaratdığı maneələrdən qorunmaqla bağlı subyektiv hüquq da verir. Odur ki, hazırkı iddia əsaslıdır və təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllə sinin 157.8, 180.1, 180.2, 180.3, 180.4, 706.1, 706.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12, 14, 9, 84, 111-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məsələni araşdırarkən məhkəmə işə birtərəfli baxmış, cavabdeh tərəfindən təqdim olunmuş sübutları, vəsatətləri nəzərə almamışdır. Həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müv afiq reyestr xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı icarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasında icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlir. İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 1 və X2) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-473/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən faktiki olaraq iş üzrə cavabdehin istifadəsində olan, mübahisə predmetini təşkil edən tikililərin Abşeron Rayon İcra Hakimiyyətinin 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə iş üzrə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən torpağa və ya tikiliyə dair hüquq-müəyyənedic i sənəd əldə etmədən və heç bir hüququ müəyyən edilmədən, apellyasiya şikayətində digər tərəfin subyektiv hüququna istinad etməsi əsassız olmuşdur. Belə ki, bu dəlili irəli sürmək torpağın mülkiyyətçisinə və ya digər hüquq sahibinə mənsubdur və torpağın mülkiyyətçisi ilə istifadəçi arasında olan münasibətlərdən irəli gələn mübahisələrə aiddir. Bundan əlavə, cavabdehin həmin torpaq sahəsində məskunlaşması illər öncə müəyyən razılıq əsasında baş tutması sübuta yetirilməmişdir. Belə razılıq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməli, habelə bu razılığın qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçinin icarəyə verənə münasibətdə razılığı olmalıdır. Qeyd edilən və digər dəlillərin hüquqi və faktiki əsası olmadığından, habelə təyin edilmiş ekspertiza da i ddia tələbi üzrə dəlilləri təsdiq etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 139-1.1, 158.1, 158.2, 158.3, 158.4, 162, 163.1, 164.1, 165.1, 168, 178, 179, 180.1, 180.4, 241.1, 241.2, 242.2, 560-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 55, 111, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-229/2024 saylı qətnaməsinin ləğ v edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2(102)-3698/2024 nömrəli qərarı ilə (hakimlər - Əliyev Zaur Əli oğlu (məruzəçi), X8 və Babayev Zəki Baba oğlu) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə iddiaçının tələbinin apelyasiya məhkəməsi tərəfindən hansı qanun normasının (dispozisiya şərtləri) əsasında yoxlanıldığı və həll edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, qətnamənin “Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində Mülki Məcəllənin 139-1, 158, 164, 165, 180, 241, 242-ci, Torpaq Məcəlləsinin 48.5, 55, 111-ci maddələrinin mətni yazılaraq məhkəmənin gəldiyi nəticə qeyd olunmuşdur. Göründüyü kimi, apelyasiya məhkəməsinin bir iddianın həlli üzrə eyni qətnamədə istinad etdiyi maddi hüquq normaları bir-birindən mahiyyətcə əhəmiyyətli şəkildə fərqlənən müxtəlif iddia tələblərinin qanuni əsaslarını təşkil edirlər. Məsələn, Mülki Məcəllənin 158-ci maddəsi məhdud əşya hüquqları və onların müdafiəsinə dair, 164 və 165-ci maddələri sahibliyin müdafiəsinə dair tələbləri, 180-cı maddəsi isə özbaşına tikili və onun maraqlı tərəfin müraciəti üzrə sökülməsi tələbini ehtiva edir. Hazırkı iş üzrə iddiaçının tələbinin göstərilənl ərdən hansı hüquqi əsasa görə təmin edildiyi, yəni iddiaçının bildirdiyi faktiki halların hansı normanın dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Odur ki, iddia tələbinə aidiyyəti hüquq normasının şərtləri əsasında qiymət vermədən, sadəcə işin hallarını, qanunvericilik n ormalarını və iddianın həlli barədə ümumi qənaəti özündə əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X7 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir. Odur ki, baxılan işdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olubolmaması, eləcə də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu iddiaya uyğun gələn qanun normalarının şərtləri əsasında yoxlanılmalıdır.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi mübahisəli torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 705 nömrəli sərəncamı ilə icarə qaydasında ona ayrılmasına, həmin sərəncam əsasında onunla torpaq icarə müqaviləsinin bağlanmasına, habelə X11 Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsünün qeydə alınmasına istinad edir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı təmin edərkən həmin sənədləri işin müəyyən edilmiş halı kimi göstərmiş, cavabdehin torpağa və ya tikiliyə dair hüquqmüəyyənedici sənədinin olmamasına əsaslanmışlar. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, torpaq sahəsinin ayrılması barədə inzibati akt (o cümlədən sahənin planı və ölçüsü) mülki hüquq münasibətləri baxımından deyil, şəxslə inzibati orqanlar arasındakı hüquq münasibətlərində əhəmiyyət kəsb edir. Mülki hüquq münasibətlərinin iştirakçıları, o cümlədən iddiaçının icarəçi statusunun tanınması üçün torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında müqavilə əsas götürülür. Odur ki, məsələyə mülki hüquqi aspektdə qiymət verilməsindən ötrü əvvəlcə həmin müqavilənin qüvvədə olub-olmaması, hüquqi nəticə (o cümlədən sahəni icarəyə götürən şəxsə icarəçi statusunu) yaradıb-yaratmaması müəyyən edilməli, belə nəticə yaradırsa, həmin müqavilədən irəli gələn hüquqların kim(lər)ə qarşı irəli sürülə biləcəyinə qiymət verilməlidir. İş materiallarında olan, Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə...icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir....Bu müqavilə Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır”. Göründüyü kimi, müqavilənin qüvvəyə minməsi və etibarlı bir əqd kimi hüquqi nəticə yaratması onun dövlət reyestrindəki qeydiyyatından asılı edilmişdir. Buna baxmayaraq, apelyasiya məhkəməsi həmin halın sübuta ye tirilibyetirilmədiyini əsaslandırmamış, dolayısı ilə iddiaçının istinad etdiyi icarə müqaviləsinin qüvvədə (buna müvafiq iddiaçının icarəçi hüquqlarının) olub-olmamasına qiymət verməmişdir. Halbuki, bu xüsusatlar iddiaçının subyektiv hüququ baxımından özünün istinad etdiyi halın müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edirdi.
20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60(İ)-cı, İnsan Hüquqlarının və X7 X1 6(1)-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.1, 158.2, 158.4, 164.1, 164.2, 165.1, 165.2, 180.1, 180.4, 700.1, 706.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.1, 66.2, 67.1, 68, 111.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 416.1-ci maddələrinə, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1581/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X13 və X16) apellyasiya şikayəti qisimən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(010)- 437/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Süd çülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m hissəsinın boşaldılması, torpaq sahəsinin Cavabdeh vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması və İddiaçı təhvil verilməsi, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin qüvvəyə m inməsi və etibarlı bir əqd kimi hüquqi nəticə yaratmasının dövlət reyestrindəki qeydiyyatından asılı edilməsi sərəncamda göstərilsə də, etibarlılıq şərti məhz bu haldan asılı edilə bilməz. Etibarlılıq şərti və subyektiv hüquqla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, Torpaq Məcəlləsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair istifadə və icarə müqaviləsi üçün notarial forma, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün isə sadə yazılı forma məcburi forma kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun göstərişləri kirayəçinin (icarəçinin) əşyadan istifadə hüququnun əşya hüququ olduğunu təsdiq edir. Belə ki, Qanunun 19.1- ci maddəsinə görə, müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Qanunun preambulasında qeyd olunub: “Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının... dövlət qeydiyyatı... qaydalarını müəyyən edir”. Göründüyü kimi, “əşya hüquqları” ifadəsindən istifadə olunub, bu isə onu təsdiq edir ki, həmin qanun icarə və istifadə hüququnu əşya hüququ kimi tanıyır, əks təqdirdə bu hüquq qeydə alınmalı deyildi. Mülki Məcəllənin 399.1-ci maddəsində bütün müqavilələr baxımından belə bir ümumi tənzimləmə nəzərdə tutulmuşdur: “Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur”. Mülki Məcəlləyə görə icarə münasibətlərinin əmələ gəlməsi, yəni icarə münasibətləri üzrə haqq (hüquq) və öhdəliklər icarə müqaviləsi qüvvəyə mindiyi anda yaranır. "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa görə də "İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir". Həmçinin "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində torpaq icarəsi anlayışı "Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir" şəklində açıqlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsində də torpaq icarəsi anlayışı "Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir" şəklində açıqlanmışdır. İcarə münasibətlərinin əsası və özəyi bir tərəf (icarəçi) üçün icarə predmetini istifadə etməklə bağlı haqqın, digər tərəf (icarəyə verən) üçün isə, bunun müqabilində ondan əvəz almaq haqqının yaranmasıdır. Başqa sözlə, icarə müqaviləsinin bağlanmış hesab olunmasının ən əsas hüquqi nəticəsi tərəflər üçü n sözügedən bu haqq və öhdəliklərin yaranmasıdır. İcarə müqaviləsi bağlanmış olmasına baxmayaraq, bir tərəfin torpaqdan istifadə haqqı, digər tərəfin də bunun əvəzində pul almaq haqqı yaranmazsa, onda hüquqi baxımdan ümumiyyətlə müqavilədən danışmaq mümkün olmazdı. Çünki icarə müqaviləsinin əmələ gətirdiyi hüquqi nəticə məhz bir tərəfin torpaqdan istifadə haqqı, digər tərəfin də bunun əvəzində pul almaq haqqıdır. Burada hər bir tərəfin haqqı qarşı tərəf (kontragent) üçün öhdəliyi əmələ gətirir. Aydın məsələdir ki, bir tərəfin torpaqdan istifadə haqqı, digər tərəfin də bunun əvəzində pul almaq haqqı yaranmadığı müddətcə tərəflər barəsində heç "icarəçi" və "icarəyə verən" anlayışlarından da bəhs etmək mümkün deyildir. Bütün bunlar da açıqca və şübhəsiz olaraq onu göstərir ki, icarə müqaviləs i bağlanıldığı andan etibarən "icarəçi" və "icarəyə verən" statusları yaranır. "İcarəçi" və "icarəyə verən" statusları ona görə yaranır ki, icarə müqaviləsi bağlanıldığı andan etibarən bir tərəfin qarşı tərəfdən (kontragentdən) icarə predmeti olan torpaq sahəsini icarə müqaviləsində nəzərdə tutulan qaydada onun istifadəsinə verilməsini istəmək haqqı, digər tərəfin isə, bunun (istifadə və faydalanmanın) müqabilində ondan əvəz almaq haqqı yaranır. İcarə müqaviləsi üzrə yaranan əsas hüquqi nəticə odur ki, bir tərəf üçün icarə predmetini qarşı tərəfin istifadəsinə vermək öhdəliyini öz üzərinə götürməsi müqabilində qarşı tərəfdən əvəz (icarə pulu) almaq haqqı, qarşı tərəf üçün də pul vermək öhdəliyini öz üzərinə götürmək müqabilində icarə predmetindən istifadə etmək haqqı yaranır. Əgər tərəflər üçün bu haqq (hüquq) və öhdəliklərdən biri yaranmazsa onda bu o deməkdir ki, ya müqavilə bağlanmayıb, yəni müqavilə ümumiyyətlə hələ heç mövcud deyil, ya da ki, müqavilə bağlanmış olmasına baxmayaraq əhəmiyyətsizdir. Başqa sözlə, torpaq icarəsi müqaviləsinin etibarlı şəkildə bağlanmış olması demək, bir tərəf (icarəyə verən) üçün torpağı icarəçinin istifadəsinə vermək öhdəliyinin yaranması və bu öhdəliyinin müqabilində isə qarşı tərəfdən (icarəçidən) əvəz (icarə pulu) almaq haqqının yaranması, icarəçi üçün isə pul vermək öhdəliyinin yaranması müqabilində torpaqdan icarəçi kimi istifadə etmək haqqının yaranmış olması deməkdir. Məhz icarə müqaviləsi bağlanıldığı andan etibarən icarəyə verənin və icarəçinin haqq (hüquq) və öhdəlikləri yarandığı üçün həmin andan (icarə müqaviləsi bağlanıldığı andan) etibarən də “icarəyə verən” və “icarəçi” statusları da hüquqi baxımdan əmələ gəlmiş olur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı ilə Abşeron İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi və 15 il ərzində icarədara bir dəfə də olsun icarə haqqının ödəməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli torpaq icarə müqaviləsinin qüvvədə olub – olmaması, icarə haqlarının ödənilib – ödənilməməsi ilə bağlı məhkəmə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 12 mart 2025-ci il tarixli məktubunda Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin qüvvədə olduğu, 22 aprel 2025-ci il tarixli məktubunda isə İddiaçı tərəfindən icarə haqlarının tam ödənilməsi və icarə haqqı borcunun olmadığı qeyd olunmuşdur. Göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi üzrə münasibətlərin davam etdirildiyi, sonuncu tərəfindən icarə haqlarının ödənildiyi və torpaq sahəsindən istifadə olunduğu halda müqavilənin qüvvəyə minməsinin və etibarlı bir əqd kimi hüquqi nəticə yaratmasının sərəncama əsasən onun dövlət reyestrindəki qeydiyyatından asılı edilməsinin heç bir hüquqi əsası yoxdur, yəni, icarə müqaviləsi bağlanıldığı andan etibarən icarəyə verənin və icarəçinin haqq (hüquq) və öhdəlikləri yarandığı üçün həmin andan (icarə müqaviləsi bağlanıldığı andan) et ibarən də “icarəyə verən” və “icarəçi” statusları da hüquqi baxımdan əmələ gəlmiş, icarə münasibətləri hal – hazırda da davam etdirilir.
24. Apellyatorun digər dəlili olan kommunal xidmətlərə görə sayğacların cavabdehin adına qeydə alınması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu barədə hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların tə qdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin, bu sənədlərin torpaq sahəsi üzərində hər hansı bir hüququnu müəyyən edən sənəd kimi qiymətləndirilməsi mümkün deyildir.
25. Mülki Məcəllənin 157.8-ci maddəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu maddə mahiyyət və funksiya etibarı ilə yalnız əşya hüquqları ilə bağlıdır və elə buna görə də MM-in 3-cü bölməsində yer almaqdadır. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. “İcarə haqqında” Azərbaycan Respublik asının Qanunu 15.1-ci maddəsində qeyd olunmuşdur ki, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
26. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin normaların düzgün tətbiq olunmaması barədə arqumentləri ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bir iddianın həlli üzrə eyni qətnamədə istinad etdiyi maddi hüquq normaları bir-birindən mahiyyətcə əhəmiyyətli şəkildə fərqlənən müxtəlif iddia tələblərinin qanuni əsaslarını təşkil edən normalar tətbiq olunmuş və iddiaçının tələbinin göstərilənlərdən hansı hüquqi əsasa görə təmin edildiyi, yəni iddiaçının bildirdiyi faktiki halların hansı normanın dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi əsaslandırılmamışdır və bu hallar Mülki – Prosessual Məcəllənin 385.1.1-ci maddəsinin tələbi baxımından qətnamənin ləğvi üçün əsasdır.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8, 158.1, 158.2, 158.4, 180.1, 180.4, 706.1, 706.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 12, 14, 84, 111.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 22-ci, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 37 2.7, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4, 180.1, 180.2, 560.2-ci maddələri üzrə Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən tətbiq edilmiş maddi və prosessual hüquq normaları işin faktiki hallarına uyğun deyildir. Belə ki, cavabdeh hal-hazırda istifadəsində olan torpaq sahəsini 2003-cü ildə almışdır. Əvvəllər həmin ərazinin sahibi Seyidov Kazım adlı şəxs olmuşdur. Cavabdehə və həmin küçədə yaşayan dig ər şəxslərə Seyidov Kazım və Seymur adlı şəxs satmışdır. Cavabdeh 2015-ci ildən həmin torpaq sahəsində ev tikib ailəsi ilə birlikdə yaşayır. Həmin torpaq sahəsi formal olaraq İddiaçı adına sənədləşdirilib. Sonradan torpaq sahəsinin sahibləri arasında problem yaranmışdır. Seyidov Kazım da 2022-ci ildə vəfat etdikdən sonra Seymur cavabdehdən və digər şəxslərdən torpağa görə yenidən pul və ya torpağı tələb etməyə başlamışdır. Seymurun İddiaçı adına olan icarə müqaviləsindən də başqa şəxslərə aid icarə müqavilələri ilə torpaq sahəsi vardır. Məsələn, X9 aid icarə müqaviləsi ilə olan torpaq sahəsinə də Seymur rəhbərlik edir. Suraxanı RPİdə araşdırma zamanı da müəyyən olunur ki, həmin işdə şikayətçi olan Tehran adlı şəxs torpaq sahəsinin Seymur adlı şəxsdən aldığını bildirir. Abşeron rayon İcra H akimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı əsasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsində torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq reyestr xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. Lakin İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi mübahisəli olsa da, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi Cavabdeh tərəfindən tikilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahibliyinin qanuni olub-olmamasını, həmin torpaq sahəsinə əmlak hüquqlarının mövcud olduğunu araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan, yalnız iddiaçının formal tələblərinə istinad etməklə iddian ın təmin edilməsi barədə qərarı ədalətli hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmamış, sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları lazımı şəkildə araşdırmamış və həmin sübutlara lazımı hüquqi qiymət verməmişdir və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə b ilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
34. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
35. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
37. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
38. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqla rın pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
40. Maddə 111
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 1 Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
42. Maddə 2 Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir...
43. İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;... “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 15 1.İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldır ılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul edilmiş əvvəlki qərarındakı göstərişləri üzrə apellyasiya şikayətinin dəlilləri yenidən araşdırılmaqla işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına düzgün hüquqi qiymət verilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
51. Kassasiya şikayətində qeyd edilmiş hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin əsaslandırma ilə razılaşır.
52. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən şikayətin sübutlara düzgün qiymət verilməməsi bağlı dəlilləri kassasiya baxışının predmetini təşkil etmir.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1581/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədə