Məhkəmə qərarları › İş №2(102)-2990/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2990/2024

31.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2990/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1rş iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin nümayəndə tərəfindən elektron qaydada imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə X3 X5 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiyasının mümkünlüyünü yoxlayara q, Müəyyən etd: Cavabdeh X3 Publik Hüquqi Şəxsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə “E lektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətini iş materialları və Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlarla birlikdə nəzərdən keçirərək, qeyd edir ki, kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron qaydada X3 X5 vəkili Vəkil2 tərəfindən imzalansa da, şikayət işə etibarnaməsi əlavə edilmiş nümayəndə tərəfindən elektron qaydada imzalanmamış, bununla da cavabdeh tərəfindən MPM-in 10-1.3, 10-1.7 və 407.3-cü maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmiş nüsxəsi isə cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən fiziki imzalanmaqla, skan edilərək yerləşdirilmişdir ki, bu da prosessual qanunvericiliyin tələbinə görə şikayətin elektron qaydada imzalanması hesab oluna bilməz. Başqa sözlə, kassasiya şikayəti verilməsi üçün Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddələrində müəyyən edilmiş qaydaya riayət olunmayıb. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstəri lməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitd ikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (nümayəndə tərəfindən elektron qaydada imzalanmadığı üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 Publik Hüquqi Şəxsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar