Məhkəmə qərarları › İş №2(102)-2990/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2990/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2990/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İ(Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-56/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnamə sindən iddiaçı "xxxx" ASC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana istehlak məqsədilə illik 21% dərəcəsi ilə 48 ay müddətinə 11.500 manat məbləğində kredit verilmiş.

2. Ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 165128 nömrəli şəhadətnaməyə əsəsən, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ürək damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir.

3. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindan açılmış vərəsəlik işindən müəyyən edilir ki, Maraqlı şəxs mirası qabul etmiş vərəsəsi (arvadı) Cavabdeh notariat ofisinə müraciət etmiş və Notariat Ofisi tərəfindən vərəsəyə 26 may 2021-ci il tarixli 2V-64 reyestr nömrəli “Qanun üzrə vərəsəllik hüququ haqqında” şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak MSK-nın xx.xx.2021-ci il tarixli 07/Q-9 saylı arayışına əsasən orta aylıq əmək haqqının üç misli miqdarında müavinətdən ibarətdir.

4. Azərbaycan Respublikası Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının xx.xx.2024cü il tarixli, 73/Q-3 nömrəli məktubundan müəyyən olunur ki, 2021-ci ilin iyun ayında sabiq işçi Maraqlı şəxs vərəsəsi Cavabdeh verilən müavinətin ödənişinə dair cədvəldə müavinətin məbləği 1.310,42 manat qeyd olunmuşdur. 5. "xxxx" ASC-nin Naxçıvan Filialı tərəfindən təqdim edilmiş 31 avqust 2024-cü tarixli maliyyə arayışına əsasən, Maraqlı şəxs 25 dekabr 2019-cu il tarixli, BPM**********40 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka ödənilməmiş 8.869,78 manat əsas, 159,39 manat faiz borcu olmaqla, cəmi 9.029,17 manat borcu qalmışdır. 6. "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, Maraqlı şəxs kredit borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Maraqlı şəxs vərəsəsi Cavabdeh iddiaçı Bankın xeyrinə 8.869,78 manat əsas, 159,39 manat faiz borcu olmaqla, cəmi 9.029,17 manat borcun və ödənilmiş 110,3 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təşkilatla cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixli BPM**********40 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Maraqlı şəxs illik 21%-lə, 48 ay müddətinə 11.500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Maraqlı şəxs mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, cavabdehə vərəsəlik hüquq u haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, mərhum Maraqlı şəxs xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 8.869,78 manat əsas, 159,39 manat faiz borcu olmaqla, cəmi 9.029,17 manat borcu qalmışdır. Cavabdeh mərhum Maraqlı şəxs qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/230143/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

9. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 1.310,42 manat ona mərhum ərinin son əmək haqqı kimi ödənilmişdir. 4 il bundan qabaq sığorta sənədlərini və ölüm kağızını a pararaq 8.869,78 manat borcunu sildirmişdir. Ondan əvvəl isə hələ yoldaşının sağlığında onun xərçəng xəstəliyi ilə əlaqədar müalicəsi üçün yenidən kredit götürmüşdür və hələ də ödəyir. Ancaq ayda 50 manat borcu hissə-hissə ödəyə bilər. Ancaq onun yoldaşını Bank kredit verərkən sığorta etdirmişdir. Vəfat etdiyi üçün pul sığorta ilə silinməli idi. Məhkəmədən ədalətli qətnamə çıxarmasını xahiş etmişdir.

10. Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(078)-89/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) iddianın qismən təmin edilməsi, cavabdehdən 25 dekabr 2019-cu il tarixli, BPM**********40 kredit müqaviləsinə görə 1.310,42 manat məbləğində gecikdirilmiş kredit borcu tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsi, iddia tələbin in qalan hissədə rədd edilməsi, iddiaçı xx.xx.2024-cü il tarixdə “Hökumət ödəniş portalı”nda və ya “AsanPay” vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 110,70 manat dövlət rüsumunun 33,1 manatının cavabdehdən alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı təşkilat iddiaçı Bank ilə Maraqlı şəxs arasında kredit müqaviləsi üzrə mülki hüquq münasibətləri yaranmışdır. Kreditor olaraq iddiaçı təşkilat müqavilədə nəzərdə tutulan pul vəsaitinin borcluya verilməsi öhdəliyini yerinə yetirmişdir. Borclunun vəfat etməsi ilə onun müqavilədə nəzərdə tutulan qaydada və vaxtda öhdəliyi tam icra olunmamışdır. Kredit müqaviləsi əsasında zaminlik müqaviləsi bağlanmamışdır. Bu halda borclunun və fatı ilə önün öhdəliyi vərəsələrinə münasibətdə müəyyən edilmişdir. Maraqlı şəxs vəfatından sonra ondan qalan miras aktivi üç aylıq əmək haqqı həcmində müəyyən edilərək birinci növbəli vərəsəsi-arvadı Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borclu Maraqlı şəxs başqa miras aktivi müəyyən edilməmiş, vərəsəsi hər hansı daşınar və daşınmaz əmlakının olmadığını bildirmişdir. Bu halda isə borclu Maraqlı şəxs miras passivinin həcmi miras aktivində xeyli çox olması nəzərə alınaraq vərəsənin mirası qəbul etdiyi həcmdə miras passivi üçün məsuliyyəti müəyyən edilməlidir.

12. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, cavabdeh miras qoyan-borclu Maraqlı şəxs qanun üzrə vərəsəsi olaraq ona çatan 1.310,42 manat həcmində iddiaçı təşkilat qarşısında məsuliyyət daşımalıd ır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 222.2, 217.3, 217.4, 217.5-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehdən iddiaçı Bankın xeyrinə 8.869,78 manat əsas, 159,39 manat faiz borcu olmaqla, cəmi 9.029,17 manat borcun və ödənilmiş 110.3 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Maraqlı şəxs mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmiş, iddiaçı Bank tərəfindən ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən pulun tutulması barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmişdir. Vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, məhkəmə iddiaçının tələbini qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə heç bir sübut təqdim etməmiş, bu isə mülki və mülki prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1307-ci maddəsinin tələbinə ə sasən miras notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh Naxçıvan şəhər 3 saylı notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyildir. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi öz mülahizəsinə əsasə n iddianı qismən təmin etmişdir. Qətnaməni əsassız hesab edirlər. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırılmadan və sübut olunmadan mülki iş üzrə qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarından da vərəsələri miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludurlar. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iddia tələbini qismən təmin edərək, qanunsuz məhkəmə aktı qəbul etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini qəbul etm əyərək izahatında göstərmişdir ki, həyat yoldaşı rəhmətə gedəndən sonra 1.310,42 manat ona mərhum ərinin son haqq hesabı kimi ödənilmişdir. O, ərinin kredit götürdüyünü bilmişdir. Əri rəhmətə gedəndən sonra banka getmişdir. Orada ona bildirmişlər ki, “gedə bilərsən, Allah rəhmət eləsin, artıq borcun silindi.” Bankda ondan sənədləri almışlar. Ölüm kağızının surətini də onlara vermişdir. Bankdan borcun silinməsi barədə ona heç bir sənəd verilməmişdir. O, da həmin vaxtdan heç nə etməmişdir. Məhkəmədən sənəd gələndə bilmişdir ki, bank bu məsələni yenidən qaldırıb. Tərəfindən banka hər hansı bir ödəniş edilməyib, ancaq mərhum həyat yoldaşı 17 ay ödəniş etmişdir. Ərinin ölümündən sonra borcu onun ödəməli olduğu ona deyilməyib. Ona bank hesabı da verilməyib. Yoxsa ayda 100-100, 50-50 manat ödəyər di, ya da son haqq-hesabı alaraq onlara verərdi. Hazırda kirayədə yaşayır və ərindən hər hansı əmlak qalmayıb.

17. Bundan başqa cavabdeh məhkəmə kollegiyasının iclasında, məhkəməyə təqdim etməli sənədlər olduğu halda hazırlaya bilmədiyini, X5 İdarəsinə şifahi olaraq müraciət etdiyini, ona yazılı qaydada müraciət etməli olduğunun, yəni məhkəmədən sorğu verilməli olduğunun bildirildiyini, həmçinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən də müvafiq sənədləri ala bilmədiyini, bu sənədləri də ala bilmədiyi üçün notariusa da müraciət edə bilməyəcəyini fikirləşdiyini, ona görə də əmlakın siyahıya alınması ilə bağlı notariusa müraciət etmədiyini qeyd edərək, ona sözügedən sənədlərin təqdim edilməsinə şərait yaradılması məqsədi ilə vaxt ver ilməsini xahiş etmiş, bununla bağlı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir.

18. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı EMİS vasitəsi ilə cavabdehin və onun mərhum həyat yoldaşı Maraqlı şəxs qohumluq məlumatları, əmlak məlumatlarının əldə edilməsi, notariat əməliyyatları və açılmış vərəsəlik işləri üzrə sorğular verilməsi və müvafiq sorğuların nəticələrinin iş materiallarına əlavə edilməsi barədə məhkəmə iclas katibinə göstəriş vermişdir.

19. Məhkəmə kollegiyasının mərhum Maraqlı şəxs adına daşınmaz əmlakın və avtonəqliyyat vasitəsinin olub-olmaması barədə 28 aprel 2025-ci il tarixli sorğularına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Maraqlı şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış sahəsində qeydiyyatda durmur, həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 may 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs adına daşınmaz əmlak qeydiyyata alınmamışdır.

20. Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2025-ci tarixli çıxarışdan Maraqlı şəxs adına xx.xx.2021-ci ildə qeydə alınmış, Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş cavabdeh ilə X2 arasında bağlanmış 2 mart 2022-ci il tarixli, cavabdeh ilə X1 arasında bağlanmış 18 yanvar 202 5-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqavilələrdən (kirayə müqaviləsi) Cavabdeh kirayədə yaşaması müəyyən edilmişdir.

21. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(108)-56/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vera Kuimova (sədrlik edən və məruzəçi), Mehman Allahverdiyev və Zamiq Əliyev) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, müqavilə üzrə borclu şəxs Maraqlı şəxs vəfat etdiyindən, həmçinin Maraqlı şəxs miras qalmış pay onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edildiyindən, hazırkı iş üzrə qanun üzrə vərəsə Cavabdeh iddiaçı Bank ilə Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə ona çatan miras payı həcmində cavabdehdir. Bu səbəbdən də iddiaçı Bankın 25 dekabr 2019cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsi üzrə yaranmış borc, cavabdeh - hazırkı iş üzrə mirası qəbul etmiş vərəsə Cavabdeh yalnız Maraqlı şəxs ona miras qalmış 1.310,42 manat məbləğinə dair hissədə ödənilməsini tələb etmək hüququ vardır.

23. Apellyasiya şikayətinin vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olduğu halda cavabdehin məhkəməyə heç bir sübut təqdim etmədiyi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)3729/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsinin kassasiya qaydasında ləğv edilməsinin əsası kimi apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almaması, faktiki olaraq borcun mirasdan çox olduğunu sübut etmək yükünün iddiaçının üzərinə qoyulması, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli olması, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulması kimi hallar qeyd edilmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi tərəfindən 26 may 2021-ci ildə verilmişdir. Bankın isə dörd il sonra borclunun vərəsəsinə qarşı iddia qaldırması özlüyündə isə miras qoyandan qalmış miras kütləsinin siyahıya alınmasını və ya miras kütləsini dəqiq müəyyənləşdirməsini çətinləşdirməklə yanaşı, gələcəkdə vərəsəni ona qarşı olan iddia üzrə zəruri sübutdan da məhrum etmiş olur ki, məhkəmə kollegiyası bunu hüquqdan sui-istifadə kimi qiymətləndirməklə, mülki dövriyyə iştirakçılarının vicdanlılıq prinsipi baxımından düzgün hesab etməmişdir.

25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mərhum Maraqlı şəxs miras qalmış əmlak kimi onun ailə üzvlərinə verilən orta aylıq əmək haqqının üç misli miqdarında müavinət miras kütləsinə daxil deyil. Lakin hazırkı iş üzrə cavabdeh birinci instansiyası məhkəməsinin 8 yanvar 2025-cü il tarixli qətnaməsini mübahisələndirmədiyindən, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni prosessual qanunvericiliyin tələbləri baxımından qanuni hesab etmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 1115.1, 1146, 1255, 1306.1, 739.1, 739.2, 442, 448.1, Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 14.2, 372.1 372.6-ci maddələrinə, “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin 77.1, 217.4, 218.1, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçı Bank (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsin i və iddianın tam təmin edilərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 8.869,78 manat əsas, 159,39 manat faiz borcu olmaqla, cəmi 9.029,17 manat borcun və ödənilmiş 110,3 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh miras əmlakını, yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək miras passivlərini də tam həcmdə qəbul etmiş sayılır. Belə olduğu təqdirdə tam pay almış vərəsə olan cavabdeh miras qoyanın öhdəliyi üzrə də tam şəkildə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir. Bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 130 7-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Yuxarıda qeyd edilən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktının (üç ulduzlu qərar) əsaslandırılma hissəsindən də göründüyü kimi, yuxarı məhkəmənin mövqeyi ondan ibarətdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı işdən isə aydın olur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlmişdir.

31. Məhkəmə iddianın qismən təmin olunmasının əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1- ci maddəsini əsas gətirmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq iddiaçının tələbini qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır.

32. Maraqlı şəxs mülkiyyətində daşınar və daşınmaz əmlakın olmaması vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmir. Belə ki, mərhumun adına dövlət reyestrində qeydiyyatda olmayan əmlakları ola bilər. Bu əmlaklara miras qoyanın bank hesablarındakı vəsait, qiymətli kağızlar, qızıl-zinət əşyaları, dəyərli suvenir və əşyalar, telefon, ev əşyaları və s. daxildir və qeyd olunanlar notarius tərəfindən siyah ıya alınmalı idi. Notarius tərəfindən yuxarıda qeyd olunan əmlaklar siyahıya alınmadığından, vərəsə Cavabdeh məhkəmə prosesi zamanı bu əmlakların mövcud olmadığını sübut etməli idi. Lakin, göründüyü kimi vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməmiş, məhkəmə isə əsassız olaraq həmin hissədə qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırılmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsi nə götürür.

36. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.

37. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

38. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

39. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. (xx.xx.2025-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyada)

40. Maddə 13 06.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. (xx.xx.2025-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyada)

41. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı.

42. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr mira s açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.......Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsinməhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, o cümlədən sübutetmə yükününün tərəflər arasında düzgün bölüşdürməməsi, apellyasiya instansiyası məhkəməsinin iş üzrə sübutetmə yükününü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlməsi barədə dəlilləri əsassızdır.

60. Belə ki, hazırkı iş üzrə hüquq münasibətinin yarandığı zaman, yəni xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

61. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən tələbin və etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü müvafiq olaraq iddiaçının və ya iddiaya etiraz edən cavabdehin üzərinə düşür.

62. Qeyd olunan normalardan aydın olur ki, hazırkı halda miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsi vərəsənin, yəni cavabdehin üzərinə düşür. Cavabdeh istinad etdiyi halları sübut etdiyi halda isə, həmin halların əksini sübut etmək vəzifəsi etiraz edən tərəfin, yəni bu halda iddiaçının üzərinə düşür.

63. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qeyd olunan normanın tələbinə uyğun olaraq araşdırma aparılmış, miras notarius tərəfindən siyahıya alınmadığından, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyulmuş, cavabdeh məhkəmə kollegiyasının iclasında, məhkəməyə təqdim etməli sənədlər olduğu halda hazırlaya bilmədiyini, X 5 İdarəsinə şifahi olaraq müraciət etdiyini, ona yazılı qaydada müraciət etməli olduğunun, yəni məhkəmədən sorğu verilməli olduğunun bildirildiyini, həmçinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən də müvafiq sənədləri ala bilmədiyini, bu sənədləri də ala bilmədiyi üçün notariusa da müraciət edə bilməyəcəyini fikirləşdiyini, ona görə də əmlakın siyahıya alınması ilə bağlı notariusa müraciət etmədiyini qeyd edərək, ona sözügedən sənədlərin təqdim edilməsinə şərait yaradılması məqsədi ilə vaxt verilməsini xahiş etmiş, bununla bağlı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 78.2-ci maddəsinə uyğun olaraq cavabdehə sübutun əldə edilməsi üçün, mərhum Maraqlı şəxs adına daşınmaz əmlakın v ə avtonəqliyyat vasitəsinin olub-olmaması barədə sorğular vermiş, həmin sorğulara Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Maraqlı şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış sahəsində qeydiyyatda durmur, həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 may 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2025-ci tarixli çıxarışdan isə, Maraqlı şəxs adına xx.xx.2021-ci ildə qeydə alınmış, Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş cavabdeh ilə X2 arasında bağlanmış 2 mart 2022-ci il tarixli, cavabdeh ilə X1 arasında bağlanmış 18 yanvar 2025-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqavilələrdən (kirayə müqaviləsi) Cavabdeh kirayədə yaşaması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasında miras qoyanın borcunun mirasdan çox olduğunu sübut etmişdir.

65. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

66. Bu baxımdan kassasiya instansiya sı məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

67. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ape llyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

69. Məhkəmə kollegiyası onu da qeyd e dir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bən dinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-56/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar