Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2991/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı, vəkili Sadıqov Qardaşxan Dadaş oğlunun, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 30 noyabr 2020-ci il tarixli, 2(103)7063/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 01.10.2018-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsi əsasında cavabdeh təşkilatda “9-cu dərəcəli əşya geyim üzrə mütəxəssis” vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" ASC-nin "xxxx" MMC-nin fəaliyyətinin yenidən təşkil edilməsi haqqında” əmrinə əsasən, MMC-də 11 nəfər işçinin çalışdığı 8 ştat vahidi ləğv olunmuş, o cümlədən iddiaçının işlədiyi “əşya-geyim mütəxəssisi” ştatı ləğv edilmişdir. İddiaçı işəgötürən tərəfindən təklif edilmiş atıcı vəzifəsində işləməyə razı olmamış və 28.04.2020ci il tarixli əmrlə iddiaçı ilə bağlan mış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 01.10.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28.04.2020-ci il tarixli, ** nömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “əşya geyim üzrə mütəxəssis” vəzifəsində 2 il qüsursuz xidmət etmiş, işinə məsuliyyətlə yanaşmış və heç zaman qanunsuz hərəkətlərə yol verməmişdir. 28.04.2020-ci il tarixdə MMC-nin direktoru qanunsuz olaraq 9-cu dərəcəli “əşya geyim üzrə mütəxəssis” vəzifəsinin ixtisar olunması adı altında onu işdən kənarlaşdırmışdır. Halbuki, MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında 28.02.2020-ci il tarixdə **/kş nömrəli əmrdə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq, ümumi ştat sayı saxlanılmaqla bəzi sahələrlə yanaşı, “təsərrüfat sahəsi” xidmətinin də yaradılması qeyd olunmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(011)-3291/2020 saylı qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının izahatına görə işəgötürən ona qarşı qərəzli olmaqla onu işdən azad etmişdir. Lakin iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etm əmişdir. Digər tərəfdən məhkəmə, iddiaçının yalnız təsərrüfat sahəsində yeni iş verildiyi təqdirdə işləməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, işəgötürən işçini işdən azad edərkən yalnız yeni açılmış ştat vahidlərindən birini təklif etməkdə haqlı olmuşdur.
6. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından, İddiaçı müharibə veteranı olması iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68, 70, 71,77, 80, 79-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə y eni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7063/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən əmək qanunvericiliyinin pozulmasına yol verilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı işəgötürənin ona başqa iş təklif etməsini, lakin bunu 19 mart 2020-ci il tarixdə deyil, daha sonrakı tarixdə etməsini bildirsə də, iş materiallarında olan bildirişin alınmasından imtina edilməsinə dair tərtib edilmiş aktla bu təkzib edilir. Bundan başqa, eyni tarixdə ona vəzifəsinin ixtisar edilməsi barədə və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə yazılı xəbərdarlıq da edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin 28.02.2020ci il tarixli, **/kş saylı əmri ilə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq ümumi ştat saylı saxlanılmaqla Heyətlə işin təşkili şöbəsi, Xidmətin təşkili şöbəsi, Mühasibatlıq şöbəsi, Təsərrüfat sahəsi, Mərkəzi-Aran, Şimal, Qərb, Bakı, Abşeron, Aran, Cənub, Şimal-Qərb və Şirvan regionları üzrə mühafizə xidmətləri yaradılmışdır. Həmin əmrlə cəmiyyətdə heç bir ixtisar aparılmadığı, ümumi ştat sayı saxlanıldığı və İddiaçı işlədiyi “əşya geyim üzrə mütəxəssis” vəzifəsinə uyğun iş “Təsərrüfat sahəsi”nin tərkibində yaradıldığı halda, iddiaçıya həmin vəzifələrdən birini deyil, 4-cü dərəcəli növbəli iş rejimində “atıcı” vəzifəsi təklif edilmişdir. Lakin bu təklif ona 28.04.2020-ci il tarixdə edildiyi halda, iş materiallarına əlavə edilmiş 19 mart 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, guya o, "xxxx" MMC-nin inzibati binasında komissiyanın iclasına dəvət edilmiş və ona təklif edilmiş böyük atıcı vəz ifəsindən imtina etmişdir və imtina barədə hər hansı bir sənədin imzalamayacağını bildirməklə, iş təklifi haqqında bildirişi imza etməmişdir. İddiaçı heç bir komissiyanın iclasına dəvət edilməmiş, ona atıcı vəzifəsi 28.04.2020-ci il tarixdə direktor tərəfindən edilmiş və həmin gündə də işdən çıxmaq əmri verilmişdir. Həmin sənəd sonradan tərtib edilib, məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin nizamnaməsi ilə cəmiyyətin strukturu və işçilərin normativ sayının təsdiq edilməsi cəmiyyətin təsisçisi olan “AzərenerjiASC-nin müstəsna səlahiyyətinə aid olduğu halda bu barədə verilmiş "xxxx" MMC-nin 28.02.2020-ci il tarixli, **/kş saylı və 02.03.2020-ci il tarixli, ** saylı əmrləri və bunun əsasında ştatların ixtisar edilməsi barədə verilmiş əmrlər də qanunsuz olmuşdur. Cavabdeh tərəfindən iddia çının tutduğu ştat ixtisar edilərkən və işdən azad edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı "xxxx" MMC-nin direktoru V.İskəndərov tərəfindən 02.03.2020-ci il tarixli, ** saylı əmrə istinad edilməklə onun vəzifəsinin ixtisar olunması və ona 4 həftə xəbərdarlıq müddətinin verilməsi barədə 19 mart 2020-ci il tarixli “xəbərdarlıq” göndərildiyi halda, "xxxx" MMCnin Həmkarlar ittifaqı komitəsinə onun işdən azad edilməsinə razılıq verilməsi barədə məktubu 20 aprel 2020-ci il tarixdə göndərilmiş, HİK-nin 23.04.2020-ci il tarixli, ** nömrəli protokolundan göründüyü kimi heç bir araşdırma aparmadan və əsaslandırılmadan artıq ştat ixtisar edilmiş və haqqında qərar qəbul edilmiş şəxsin işdən azad edilməsinə razılıq verilmişdir. Cavabdeh İddiaçı tutduğu ştatı ixtisar edərkən və onu işdən azad edərkən HİK-nin qabaqcadan razılığını almamaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin hüquq normasını səhv təfsir etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi 2 il ərzində qüsursuz xidmət etməsini, işinə məsuliyyətlə yanaşmasını, heç zaman qanunsuz hərəkətlərə yol verməməsini, xüsusən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etməsini, müharibə veteranı olmasını və göstərilən əsaslara görə işdə saxlanılmağına üstünlüyünün olmasını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanı lmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı və vəkili Sadıqov Qardaşxan Dadaş oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işç ilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfind ən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə
78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədəistehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;xüsusi məcburi köçkünonlara bərabər tutulan şəxsvə qaçqın statusu olan şəxslərə;kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən f aktlarla və hallarla əlaqədardır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi v ə prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Sadıqov Qardaşxan Dadaş oğlunun, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
24. Belə ki, işin hallarından göründüyü kimi "xxxx" ASC-nin «"xxxx" MMC-nin fəaliyyətinin yenidən təşkil edilməsi haqqında» əmrinə əsasən, MMC-də 11 nəfər işçinin çalışdığı 8 ştat vahidi ləğv olunmuş, 13 nəfər işç inin çalışdığı 7 ştat vahidi yaradılmışdır. Ləğv olunan ştat vahidlərindən biri də “Əşya-geyim mütəxəssisi” ştatı olmuşdur. Göründüyü kimi yeni yaradılan ştatlarda işçi sayı, əvvəlki ştatlarda olduğundan çox idi. Bu halda yeni yaradılan iş yerlərində (ştatlarda) iddiaçının peşə ixtisasına uyğun işlə təmin olunmasının qeyri-mümkünlüyü əsaslandırılmalıdır.
25. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, MMC-də heç bir ixtisar aparılmadığı, ümumi ştat sayı saxlanıldığı və onun işlədiyi “əşya geyim üzrə mütəxəssis” vəzifəsinə uyğun işin başqa sahənin tərkibində yaradıldığı halda, ona həmin vəzifələrdən biri təklif edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilini tam araşdırmamışdır.
27. İddiaçının bu dəlilinə qiymət verilməsinin zə ruriliyi həm də Əmək Məcəlləsinin 78ci maddəsindən irəli gəlir. Çünki iddiaçı ali təhsilli əmtəəşünasdır və dediyinə görə müharibə iştirakçısıdır. Əmək Məcəlləsinin 78-ci maddəsi işçilərin ixtisarı zamanı ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanmasını, habelə müharibə iştirakçılarının işdə saxlanmasının üstünlüyünü müəyyən edir.
28. İddiaçı ilə bağlanmış əmək müqaviləsində onun əmək funksiyaları aşağıdakı kimi müəyyən olunmuşdur; a) mühasibatlıqla birlikdə şəxsi heyətin geyim forması üçün sifarişlər hazırlamaq; b) dəstənin anbarında və istismarda olan əmlakların dəqiq uçotunun aparılması; c) Şəxsi heyət tərəfindən qəbul edilmiş geyim formasının düzgün daşınmasına və daxili intizam qaydalarının gözlənilməsinə nəzarət etmək.
29. İşəgötürənin əmri ilə iddiaçının ştatı ləğv edildikdən sonda ümumiyyətlə həmin funksiyaların saxlanması, saxlanıbsa bu funksiyaların hansı ştatda olan işçiyə həvalə edildiyi müəyyən edilməmiş, bu hal vəzifə təlimatları üzrə yoxlanmamışdır. Əmək müqaviləsində iddiaçının MMC-nin idarə heyətində işə qəbul edilməsi qeyd olunub. Eyni zamanda müdiriyyətin 02.03.2020-ci il tarixli əmrində MMC-nin idarə heyətində 29 nəfərlik struktur təsdiq edilmişdir. Cavabdehin iddiaçıya təklif etdiyi atıcı vəzifəsinin ləğv edilmiş paltar üzrə mütəxəssis vəzifəsi ilə eyniliyi araşdırılmamışdır.
30. Kassatorun ştat vahidi ləğv edilərkən həmkarlar təşkilatının razılığının alınmadığı barədə dəlilləri əsassızdır.
31. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hər əkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır.
33. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruril iyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(103)-7063/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.