Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2991/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı ilk, Cavabdeh X2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2991/2022 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən çıxarılma) Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “evin alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə ilk, Cavabdeh X2 qarşı “fərdi yaşayış evindən çıxarılma və zərər ödənilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı Əvəzğa qızının kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ümumi sahəsi 1397.97 kv/m olan 3 saylı fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 64.1 kv.m. olan hissəsi ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra “cavabdeh”) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan hissəni 69000 manata Cavabdeh (bundan sonra “cavabdeh”) satmışdır.
3. Mübahisə həmin alqı-satqı müqaviləsi üzrə öhədəliklərin qarşılıqlı olaraq icra edilməməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 50 saylı notariat ofisində cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Bakı şəhəri 50 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqı barəsində xx.xx.2020-ci il tarixli ******* nömrəli müqavilə bağlamış, daha sonra aldadıldığını başa düşmüşdür. Ev alan şəxs 1 həftə öncə qiymət danışmağa gələndə ondan evi niyə satmasını soruşmuş o da borcu olduğuna görə satdığını demişdir. 3-4 gün sonra evi alan ailəsi ilə birlikdə evə gəlmişdir. Evi bəyəndiklərini demiş və qiyməti soruşmuşlar. İddiaçı da qiymətin 85.000 manat olduğunu demişdir. 2 gün sonra makler iddiaçıya evi almaq istəyən adamın 89.000 manata razılaşdığını deyərək notariusa gəlməsini bildirmişdir.
6. Notariusda alqı-satqı edəndən sonra iddiaçı çölə çıxmışdır. Vergi çox tutulmaması üçün iddiaçıya 69.000 manata qol çəkdirmiş, çöldə isə 26000 manat pul vermişlər. İddiaçı 26000 manatla razılaşmadığı bildirdikdə, makler demişdir ki, qalan pulun yerinə obyekt verilir. İddiaçı da razı olmadığını bildirmiş, aldadıldığını görüb notariusa geri qayıtmış, lakin notariat kontoru bağlı olmuşdur.
7. İddiaçı ertəsi gün səhər saat 10:00-da nota riusa getmiş, notariusa aldadıldığını söyləmişdir, notarius bunun mümkün olmamasını demişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 421-ci maddəsinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi Bakı şəhəri 50 saylı notariat ofisini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
10. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia verərək, sonuncunun Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı fərdi yaşayış evindən məcburi çıxarılması, xx.xx.2020-ci il tarixindən mənzildən çıxdığı günədək hər ay üçün 400 manat məbləğində vəsaitin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehin mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci maddəsinə görə, alıcı (cavabdeh) bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan 69.000 manat məbləği satıcıya (iddiaçıya) notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Həmin müqavilənin 16-cı bəndinə uyğun olaraq müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunu miqdarını tərəflər müəyyən edə bilirlər. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi hesab edilir. Lakin müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən hələ də icra edi lməmişdir. xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni şəkildə alqı-satqı müqaviləsinə əsasən notariat ofisində alınmasına baxmayaraq, iddiaçı tərəfindən cavabdehin mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır.
12. İddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etmir, evdən çıxmır. Həmin tarixdən etibarən cavabdeh mənzili ayı 400 manat olmaqla icarəyə verəcəkdi. İddiaçı evdən çıxmadığına görə cavabdeh həmin mənzili 5 aydır ki, icarəyə verə bilmir və bununla da ona maddi ziyan dəymişdir.
13. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 21.-ci maddəsinə istinad edilib.
14. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2913/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələ bi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev)
15. Birinci instansiya məhkəməsi işdəki sübutalarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında, birinciyə məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ümumi sahəsi 1397.97 kv/m olan 3 saylı fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 64.1 kv.m. olan hissəsinə dair xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanıb. İddiaçı mənzilin 89000 manata satılması, ona cəmi 26000 manat verilməsi ilə bağlı mötəbər sübutların təqdim etməyib.
16. Birinci i nstansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən ilkin iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir.
17. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının evdən çıxarılması hissəsində qarşılıqlı iddianın əsaslı olmasını, qalan hissədə qarşılıqlı iddianın kifayət qədər əsaslandırılmamasına istinad etmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra MM) 152.1, 157.2, 157.8, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 421.1, 421.2, 425-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - i ddiaçı cavabdeh ilə Bakı şəhər 50 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli 09000167 nömrəli daşınmaz əmlakın alqı-satqısı barəsində müqavilə bağlamış, daha sonra aldadıldığını başa düşmüşdür. Etibarından sui-istifadə edilmiş, adadılaraq əmlakı mənimsənilmişdir; - Mülki Məcəllənin 339-cu maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud Mülki Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd ( ağır şərtli) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd i mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; - lakin məhkəmə işin hallarını dərindən araşdrımamış, sübutlara qərəzli yanaşmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10536/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi),Tofiq Səmədov, İkram Şirinov)
22. Apellyasiya instansiyası məhkəməsi iddia və qarşılıqlı iddia tələbləri ilə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nətic ə ilə razılaşaraq, iddiaçının aldadılması, etibarından sui-istifadə edilməklə əmlakının mənimsənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız saymış və bunu onunla əsaslandrımışdır ki, iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni baxışa qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətininin dəlilləri: - iddiaçı apellyasiya şikayətini əsaslandırarkən MM-nin 339.2-ci maddəsinə istinad edib, aldadıldığını bildirsə də, apellyasiya istansiyası məhkəməsi şikayətlə əlaqədar olmayan MM-in 324.1, 324.2, 324.5, 337.1, 337. 2, 421.1, 421.2-ci maddələrinə istinad edərək maddi hüquq normasını düzgün tətbiq etməmiş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan səhv nəticəyə gəlmişdir; - iddiaçı aldadılması faktını təsdiq edən əlavə sübutları təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi belə sübutların təqdim olunmamasını əsas gətirərək aldadılma halına göz yummuşdur. Halbuki iddiaçının etdiyi şikayət nəticəsində Xətai rayon prokuroru tərəfindən aldatma faktı üzrə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq davam etdirilir; - iddiaçı mənzilini 89000 manata satmağa dair alıcı ilə sövdələşsə də, müqavilədə mənzilin dəyərinin nə üçün 69000 manat olmasının mübahisəsini etdikdə alıcı və onun ətrafındakı maklerlər bu məsələdən narahat olmamağı, bunun vergidən yayınmaq məqsədi daşıdığını və qalan 20000 manatın ona alqı-satqıdan sonra daşınmaz əmlakın satışından əldə edəcəkləri gəlirlə veriləcəyini bildirmişlər. Lakin sonradan cavabdeh belə bir halı təkzib etmiş və hər hansı daşınmaz əmlakı satmaq planının olmadığını bildirmiş, əvvəlcə dediklərinin isə uydurma olduğunu boynuna alaraq iddiaçını aldatdığını etiraf etmişdir. İddiaçı aldadıldığını bilən kimi, Notariat kontoruna müraciət etmiş, Notarius alıcının razılığı olmadan müqaviləni ləğv edə bilməyəcyini bildirmişdir. Alıcı isə artıq evi aldığını və bir aydan sonra evin boşaldılmasını tələb etmişdir; - bundan sonra iddiaçı hüquq-mühafizə orqanlarına və məhkəməyə aldadıması ilə bağlı müraciət etmişdir. Xətai rayon Prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə fakt üzrə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və istintaqın aparılması hadisə yeri üzrə Nizami rayon Polis İdarəsinə tapşırılmışdır. Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi tərəfindən xx.xx.2022-ci il tarixli, ********* saylı Cinayət İşinin icraata qəbul olunması barədə qərar qəbul edilərək istintaq aparılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 421.1 Müqaviləni n dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissəsində yalnız iddiaçı mübahisələndirib, apellyasiya baxışının predmeti də həmin hissə olub. Bu baxımdan qaəıtnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışnın predmeti olan hissə başa düşülür.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün ə həmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçın ın aldadılması ilə bağlı sübutların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası bununla razılaşır. Çünki Mülki Prosessual Məcllənin 77.1-ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələbinin və etirazını əsası kimi istibad etdiyi halları sübut etməlidir. Ümumiyyətlə, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
31. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə üzrə apellyasiya məhkəməsinin dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır.
32. Məhkəmə kollegiyası iddiaçının aldadılması faktı üzrə Xətai rayon Prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işini başlanması və apellyasiya instansiyası məhkəməsinin buna qiymət verməməsi barədə kassasiya şikayətin in dəlillərini qəbul etmir. Belə ki, bu dəlil yeni dəlildir, nə apellyasiya şikayətində, nə də apellyasiya baxışında şfahi olaraq irəli sürülməyib. Baxmayaraq ki, tarix baxımından iddiaçı apellyaisya şikayəti verərkən fakt üzrə cinyət işinin başlanması barədə qərar artıq var idi. Belə olan halda, apellyasiya baxışında bildirilməyən xüsusata apellyasiya məhkəməsi tərəfindən qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Həmçinin kassasiya instansiyasına işə mahiyyəti üzrə baxan məhkəmlərin baxış predmeti olmayan dəlillərin irəli sürülməsi istisna olunduğu üçün məhkəmə kollegiyası bu dəlilə qiymət verməyə zərurət görmür. Üstəlik, bu dəlil işin yeni faktiki hallarının araşdrılmasına yönəlib ki, kassasiya instansiyası da işin faktiki hallarını araşdırmır.
33. M əhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əvəzğa qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.