Məhkəmə qərarları › İş №2(102)-2994/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2994/2022

06.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2994/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X11 və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2994/2022 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızından (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X11 və Bakı şəhəri 38 saylı Notariat kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6528/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Bakı şəhər 38 saylı Notariat kontoru tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Fikrət Əmirov küçəsi ev 2-də yerləşən 31 saylı mənzili X5 mülkiyyətində olmuşdur. 2. 24 aprel 2018-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X9 bütün ona məxsus olan bütün daşınmaz və daşınar əmlakını Cavabdeh1 vəsiyyət etmişdir.

3. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 210 saylı ölüm haqqında akt qeydi ilə X5 ölümü qeydə alınmışdır.

4. İddiaçı mərhum X2rdaşı oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Bakı şəhər 38 saylı Notariat kontoruna (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, 38 saylı Notariat kontorunda rəsmiləşdirilən 7E-4813 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi və onun mərhum X6 miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının bibisi Azərbaycan Respublikasının xalq-artisti X9 xx.xx.2019-cu il tarixdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Bibisi rəhmətə getdikdən sonra iddiaçı dərhal bibisindən miras qalan Bakı şəhəri, Fikrət Əmirov küçəsi ev 2-də yerləşən 31 saylı mənzili (bundan sonra müba hisəli mənzil) vərəsəlik qaydasında qəbul etmək üçün notoriat kontoruna müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, guya bibisi ölümündən bir müddət əvvəl Bakı şəhəri 38 saylı DNK-da vəsiyyətnamə hazırlatmış və öz əmlakını cavabdehə vəsiyyət etmişdir. Cavabdeh mərhum Çimnaz Babayevanın baxıcısı olmuş, buna görə əmək haqqı almışdır. Həmin şəxs bibisinin aşkar köməksiz və anlaqsız olmasından öz xeyrinə istifadə edərək 24 aprel 2018-ci il tarixdə Bakı şəhəri 38 saylı DNK-da 2V-21 reyestr nömrəli vəsiyyətnamə hazırlatmış, hətta bibisinin xəstə və anlaqsız olmasına görə ona imza atdıra bilməmiş, yalnız vəsiyyətnaməyə məcburi barmaq basdırmışlar. Hazırki iddia ərizəsinə əlavə edilən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının 05 fevral 2020-ci il tarixli 7 nömrəli məktubu bir daha sübuta yetirir ki, bibisi xalq artisti olmaqla savadlı olmuş və incəsənət sahəsində fəaliyyət göstərmişdir. Xalq artisti olan bir insanın öz sağlam düşüncəsi ilə vəsiyyətnamə yazdırmaq üçün notoriat kontoruna getməsi, lakin həmin vəsiyyətnaməni imzalamaması üstəlik də imza əvəzinə barmaq izi basması bir daha sübut edir ki, vəsiyyətnamə bibisinin iradə ifadəsinin ziddinə rəsmiləşdirilmiş, cavabdehlərin qanunsuz əməlləri nəticəsinə bibisinin xəstəliyindən və köməksiz vəziyyətindən istifadə edilmişdir. Bibisinin xəstə və köməksiz olmasını hazırki iddia ərizəsinə əlavə edilən 1 saylı şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 33 nömrəli məktub və bu məktuba əlavə ediln arayışlarda tam olaraq sübuta yetirir. Həmin məktubda açıq aydın qeyd edilir ki, poliklinikanın sahə hək imləri A.Həsənova və S.Namazova tərəfindən xx.xx.2019. xx.xx.2019, xx.xx.2019. xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə bibisinin yaşadığı ünvana getmiş, bu gedişlər zamanı bağlı qapı arxasında xəstə, nitqi aydın olmayan bibisi evdə heç kimin olmadığını rəfiqəsinin ancaq axşamlar evə gəldiyini bildirmişdir. Həmçinin həmin tibbi sənədlərdə o da görünür ki, bibisinin ölümünə səbəb “ağ ciyər ödəmi” və “atero skleroz serebral” xəstəliyi olmuşdur. Məhz həmin xəstəlik nəticəsində bibisi öz hərəkətlərinə nəzarət edə bilməmiş, Cavabdeh1 isə bibisinin bu vəziyyətindən istifadə etmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 12 may 2020-ci il tarixli 617 saylı saylı sorğuya cavabından görünür ki, bibisi 1977-ci ildə qeydiyyata alınmış onda 1999-cu ildən kəskin baş beyin pozulmas ı işemik insult xəstəliyi, bunda əlavə 2003-cü ildə təkrar insult, 2004-cu ildə gərginlik stenokardiyası, 2019-cu ildə sağ tərəfin parezi Serebral atereskleroz diaqnozu qoyulmuşdur.

7. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmənin qərardadına əsasən təyin edilən məhkəmə psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 2232 saylı rəyinə əsasən mərhum X4 psixi vəziyyətini təsvir edən hər hansı tibbi sənəd təqdim olunmadığından onda qeyd edilən nevroloji xəstəliklərin fonunda hər hansə psixi pozuntunun olub-olmamasını, həmçinin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olub-olmamasını müəyyən etmək mümkün deyildir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, cavabdeh İvetta Borisovna onun qonşusudur. Dəfələrlə İvetta xanım ondan xahiş edib, Çimnaz xanımgildə İvetta ilə bərabər olsun ona kömək etsin. Çimnaz xanım sağlığında həmişə söhbət edəndə bildirirdi ki, ona qulluq etdiyi üçün evi İvettaya vermək istəyir. Vəsiyyətnaməyə qol çəkdiyi tarix yadında deyil. O da İvettaya kömək edib, hətta Çimnaz xanımın altını dəyişmişdir. Mərhumun evində olmuşdur. Vəsiyyətnaməyə şahidlik etməsi birinci dəfə idi. Çimnaz xanımın evində mebel, divan, plazma televizor kimi əşyalar var idi. Notariusda imza çəkəndə yanında ik i kişi var idi, kim olmağını bilməmişdir. Mərhumun evinə hətta İvetta ilə bərabər gecə də getmişdir. Mərhum ölən dəqiqəsinə qədər ağlı başında idi. Həmişə sənətindən həvəslə danışardı, səfərlərindən danışardı. Mərhumun sağ əli işləmirdi, bu səbəbə barmağına mürəkkəb vurdular. Notarius onların iştirakı olmadan Çimnaz xanımla söhbət etmişdir, sonra onları çağırdılar, Çimnaz xanım dedi ki, ona qulluq etdiyi üçün evi İvetta xanıma vermək istəyir. Çernel sol əlinə vurulub. İddiaçını tanımır, yoldaşının iş yerinə gedib disk verib, həmin diskə baxanda görmüşdür. İlk dəfə məhkəmə iclasında canlı görür. Yoldaşı Səbail rayonunda icraçı işləyir. Çimnaz xanımın notarius kitabına qol çəkməyi dəqiq yadında deyil, amma barmağı ilə basmağını görmüşdür. Notariusa barmağı ilə mürəkkəbə basan günü getməmiş, başqa vaxt getmişlər. Çimnaz xanım ona deyirdi ki, ona qulluq etdiyi üçün, evi İvetta xanıma vəsiyyət etmək istəyir. İvetta rus dilində bilir, azərbaycan dilində bilmir ona kömək etsin. Çimnaz xanım onunla söhbət edəndə bildirirdi ki, həmin evi ona Heydər Əliyev verib, onu qastrollara göndərib, Çimnaz xanıma və həyat yoldaşına Heydər Əliyevin yaxşı münasibəti olub. Çimnaz xanım və həyat yoldaşı hər ikisi balet oynayan olub. Balet teatrında aparıcı qüvvələr olublar. Çimnaz xanımın ərinin ayağı kəsiləndən sonra Heydər Əliyevə məlumat çatıb ki, Valodyanın (Çimnaz xanımın yoldaşı) ayağı kəsilib, gəzə bilmir. Ona görə Heydər Əliyev həmin evi Çimnaz xanıma bağışlamışdır. Xalq artisti adını da Çimnaz xanıma Heydər Əliyev vermişdir. Çimnaz xanım Heydər Əliyevin istəkli aktrisalarından biri olmuşdu r. Bütün bunların hamsını Çimnaz xanım özü ona danışmışdır. Bütün qastrollarından, Hindistana gedən vaxtlarından danışırdı. Ona əlavə 4 ədəd kaset də bağışlayıb bildirmişdir ki, ondan yadigar olsun. Həmin kasetlər hazırda da ondadır. Məhz evini İvettaya vəsiyyət etməsi ilə bağlı barmaq basmağı Çimnaz xanıma izah olunmuşdu.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirir ki, o, cavabdeh X7 vasitəsilə tanımışdır. Mətanətgilə gedəndə İvettanı orada görmüşdür. O, özü də Mətanətlə və İvetta ilə birlikdə Çimnaz xanıma kömək etməyə getmişdir. Notariusda olmuşdur. Onlara izah olunmuşdur. Qol çəkib çıxmışdır. Çimnaz xanımın yaddaşı yerində idi, yaddaş pozğunluğu yox idi. Çox dəqiq danışırdı. Notariusa Mətanət, o, İvetta birlikdə getmişdir. Çimnaz xanım otura bilirdi, sağ tərəfi işləmirdi, sol tərəfi isə işləyirdi, amma əqli gözəl və yerində idi. Rus dilində başa düşür. Notariusa gedəndə oranın notarius olduğuna əmin olmuşdur, üzərində notarius yazılan rəsmi orqan olmuşdur və hər şey ona izah olunmuşdur. Çimnaz xanımın imza çəkməyini görməmişdir. O, Notariusdan sonra Çimnaz xanımın evinə getməmişdir, birbaşa evə qayıtmışdır. İddiaçını tanımır. Göstərilən imzanın biri onun, digəri Mətanət xanımın, digəri isə İvetta xanımın ola bilər. Çimnaz xanımın İvetta xanıma pul ödənişi barədə məlumatı yoxdur. Çimnaz xanımın yaddaşında pozğunluq yox idi, çox dəqiq danışırdı.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) (bundan sonra – birinci instansiya məhkəməsi) 6 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya m əhkəməsi iddianı əsassız hesab etmişdir. Çünki, mərhum X5 anlaqsız olması, onun öz əmlakını iradəsi xaricində Cavabdeh1 vəsiyyət etməsi təsdiqini tapmır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166, 1167-ci maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şir inov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6528/2021 saylı mülki iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri 38 saylı Notariat Ofisində rəsmiləşdirilən 7E-4813 reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab edilmiş, ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi hissəsində rədd edilmiş, İddiaçı X6 miras qalan əmlak üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair hissədə icraata xitam verilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir.

18. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1179.2, 1180.1, 1180.2, 1182-ci maddələrində təsbit olunmuş notarius tərəfindən vəsiyyətnamənin tərtib edilməsi qaydası və şətlərinə, həmçinin Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 62-ci və 64-cü bəndlərinə əsasən işdə olan şahid ifadələrinə qiymət verərək müəyyən etmişdir ki, işdə olan şahid ifadələrində onlar vəsiyyət olunan şəxsi yaxından tanıdıqlarını, onunla birlikdə vəsiyyətnaməni imzalamaq üçün 38 saylı notariat ofisinə getdiklərini, vəsiyyətnamə imzalanan gün miras qoyanın yanında olmadıqlarını, şahid kimi imzalamaq üçün bir neçə gün sonra notariat ofisinə getdiklərini bildirmişlər. Həmçinin, iş üzrə şahidlər miras qoyanın sağ tərəfinin işləmədiyini və onun vəsiyyətnaməyə imza etdiyini görmədiklərini bildirmişlər.

19. Həmçinin apellyasiya məhkəməsi X5 sağlamlıq vəziyyəti ilə bağlı təqdim edilən sənədlərə əsasən onun uzun müddət xəstə olduğunu, poliklinikanın sahə həkimləri A.Həsənova və S.Namazova tərəfindən xx.xx.2019. xx.xx.2019. xx.xx.2019. xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə xəstənin səhhətinin öyrənilməsi üçün yaşadığı ünvana gedərkən Çimnaz Babayeva xəstə olduğunu, ona baxan cavabdeh X10 Ç.Babayevanı evdə köməksiz vəziyyətdə qoyaraq, qapını bağlayıb çıxıb getdiyini müəyyən etmiş, həmçinin X5 müxtəlif vaxtlarda ona məxsus plastik kartın, pensiya pullarının alınması, Sosial Müdafiə mərkəzində sosial yardımın başqa şəxslər tərəfindən alınması barədə 1 saylı Notariat ofisində x x.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli etibarnamələr verdiyini, həmin etibarnamələrin X5 fiziki qüsurlu olduğu səbəbdən onun xahişi ilə başqa şəxslər tərəfindən imza edildiyini, mübahisə predmeti olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin isə 38 saylı notariusda latın hərifləri ilə imza edildiyi və barmaq izi qoyulduğunu müəyyən etmişdir.

20. Məhkəmə kollegiya bununla bağlı qeyd etmişdir ki, Ç.Babayevanın xx.xx.2012ci il, xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il tarixlərdəki etibarnamələri imza etməsi və xx.xx.2018-ci il tarixli vəsiyyətnamədə isə barmaq izindən istifadə etməsi, eyni zamanda bundan əvvəlki etibarnamələri həmişə 1 saylı notariusda verməsi, məhz vəsiyyətnamənin başqa notariusda, yəni 38 saylı Not aiusda verilməsi şübhə doğuran hallardandır.

21. İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, X8 şikayəti əsasında xx.xx.2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon Polis İdarəsində aparılmış ilkin araşdırma materialları üzrə keçirilmiş X5 vəsiyyətnaməsinin saxtalaşdırılması haqqında xx.xx.2021-ci il tarixli 4/1022-5Ə782-3Ə1297 saylı Məhkəmə-Xətşünaslıq ekspertizasının rəyi alındığından, həmin rəy və digər materiallar əsasında Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin İstintaq şəbəsində cinayət işi başlanılmışdır.

22. Bakı şəhər Nərimanov rayon Polis İdarəsində aparılmış ilkin araşdırma materialları üzrə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli Rəyinə əsasən ekspertizaya təqdim edilmiş X5 adından olan 24 aprel 2018-ci il tarixli vəsiyyətnamədə imza qrafasında olan imzanın - Ç.M. Babayevaya tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, vəsiyyətnamədən yaranan hərhansı bir hüquqi nəticənin mövcud olması ilə bağlı sübut təqdim edilmədiyindən, iş materiallarında hər hansı bir dəlil aşkar edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

24. Həmçinin iddia tələbinin İddiaçı mərhum X6 miras qalan əmlak üzərində vərəsəlik hüququnun tanınması dair hissəsinə münasibət bildirərək vurğulamışdır ki, hazırki mərhələdə bu tələbə məhkəmədə baxıla bilməz. Ona görə də kollegiya hesab etmişdir ki, MPM-nin 261.01-ci maddəsinin tələbini rəhbər tutaraq, hazırki mərhələdə iddia tələbi qeyd edilən hissədə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı iddia qaldırmaqda məqsədi heç vaxt maraqlanmadığı bibisi Çimnaz xanımın öləndən sonra evini ələ keçirməkdir. Bir dəfə o X1 zaman notarius ora gəlmiş, Çimnaz Babayeva ilə təklikdə söhbət etmiş, sonra isə notarius Çimnaz Babayeva, Mehriban və ehribanın tanıdığı qadınla birlikdə qalmış, o isə başqa otaqda olmuşdur. SONRADAN Çimnaz bildirmişdir ki, evi on a vəsiyyət etmişdir. Vəsiyyətnamə 24 aprel 2018-ci ildə verilmişdir. Vəsiyyətnaməni sol əllə imzalamışdır, yadındadır ki, o, şəxsiyyət vəsiqəsini də sol əllə imzalamışdı. Çimnaz Babayeva isə 23 dekabr 2019-cu ildə vəfat etmişdir. O vəsiyyətnamə verəndən sonra 1-il 8-ay yaşamışdır. Bu müddətdə iddiaçı harada olmuşdur. Məhkəmə buna sübutlara qiymət verən zaman əhəmiyyət belə verməmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman onun xəbəri olmamış, apellyasiya məhkəməsində işə baxılan zaman yıxıldığı üçün yeriyə bilmədiyinə görə məhkəmədə iştirak edə bilməmişdir. Məhkəmə isə nümayəndəyə iş materialları ilə tanış olmaq, sübutların surətlərini çıxarmaq üçün şərait yaratmamışdır. Nümayəndə 29 oktyabr 2021-ci il tarixdə məhkəmə baxışı zamanı məhkəməyə işə əlavə olunmuş ekspert rəyinin v erilməsini xahiş etsə də, ona ekspertin rəyi verilməmiş, ekspert rəyinin elektron məhkəmə portalında olduğu bildirilmişdir. Məhkəmə elektron portalında isə ekspertin rəyinin tam mətni yerləşdirilməmişdir. Nümayəndəsi 05 noyabr 2021-ci il tarixdə məhkəməyə vəsatət verərək ekspert rəyinin tam mətninin verilməsini xahiş etsə də məhkəmə ekspert rəyinin tam mətnini verməkdən imtina edərək məhkəmə çıxışlarına keçmişdir. Nümayəndə və vəkilə işdə olan sübutlar tam verilmədiyinə görə o, məhkəmə çıxışı üçün vaxt istəmiş, lakin ona vaxt verilməkdən imtina edilmiş və məhkəmə tələmtələsik müşavirə otağına gedib gəlməklə əvvəlcədən hazırlanmış məhkəmə aktını nəticə hissəsini elan etmişdir. Hətta nümayəndənin iş üzrə izahat verilməsinə belə şərait yaradılmamışdır.

27. Şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2, 88, 217.2, 218.2-ci maddələrinə istinad etmişdir.

28. Cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinin xüsusi notariusu Kassator (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, notarius tərəfindən tam qanuni olaraq yazılı qaydada vəsiyyət edənin ifadə iradəsinə tam uyğun olaraq hamılıqla qəbul olunmuş texniki vasətədən istifadə olunaraq vəsiyyətnamə tərtib olunmuş və daha sonra 2 şahidin iştirakı ilə vəsiyyət edən Ç.Babayevaya imzalatdırılmışdır. Lakin məhkəmə kollegiyası bütün bunları rəhmən şübhə altına qoyaraq, Yasamal Rayon Məhkəməsinin qətnaməsini tamamilə ləğv edərək, iddianın qismən təmin olunması haqqında yeni qətnamə qəbul etmişdir. Qətnamənin ləğv olunması üçün əsaslardan biri kimi, məhz Nərimanov Rayon Polis İdarəsində iddiaçının şikayəti əsasında aparılmış araşdırma gətirilir. Daha sonra apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilir ki, Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işi başlanılmışdır. Lakin nədənsə, apellyasiya instansiyası məhkəməsini başlanılmış cinayət işinin gedişatı, onun nəticəsi belə ümumiyyətlə maraqlandırmayıb. Amma nədənsə, araşdırma icraatı zamanı keçirilmiş məhkəmə ekspertizasının rəyi əsas sübut kimi tanınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmuşdur. Həmçinin araşdırma zamanı təyin olunmuş və keçirilmiş məhkəmə ekspertizası nət icəsində qəbul olunmuş rəyə əsaslanır. Amma bildirmək istəyirəm ki, bu ekspertiza məhkəmə çəkişməsi zamanı keçirilməmiş və işdə iştirak edən şəxslər onun keçirilməsindən xəbərsiz olmuşdur.

30. Həmçinin qətnaməni əsaslandıraraq, məhkəmə qeyd etmişdir ki, əvvəllər vəsiyyət edən Ç.Babayeva Cavabdeh1 adına verdiyi etibarnamələr əsasən Bakı şəhəri 1 saylı Notariat Ofisində (Notariat Kontorunda) verildiyini, eləcə də o dövrdə səhhətində olan problem səbəbindən onun əvəzinə digər şəxslərin imza etməsi kimi əsaslar gətirilmişdir. Halbuki, hesab edir ki, bu əsaslar da mötəbər və qanuni deyildir. Çünki, o dövrdə ola bilsin ki, səhhətində olan problemlər pik vəziyyətinə çatmış, lakin vəsiyyətnamə təsdiq olunduğu zaman səhhətində olan problemlər mövcud olmamışdır. Bu haqda da məhkəmədə dindirilmiş şah idlər də onun faktiki fiziki və psixoemosional vəziyyətini vəziyyətnamənin tərtib olunmasında iştirak etməyə imkanı olmuş, eləcə də onun dərk etməsinə ümumi səhhəti də imkan vermişdir. Əgər həqiqətən nümayəndəsi və vəkili olduğu şəxs qətnamədə şübhə edilən qanunsuz hərəkətlərə yol vermiş olsaydı, yaqin ki, vəsiyyətnaməni digər prosessual hərəkətlərlə təsdiq edərdi. Məhkəmənin vəsiyyətnamənin niyə Bakı şəhəri 1 saylı Notariat Ofisində yox, məhz Bakı şəhəri 38 Notariat Ofisində təsdiq olunmasına dair gətirdiyi dəlili də əsassızdır və qanunsuzdur. Hamıya bəllidir ki, bütün notariat ofislərində müxtəlif vaxtlarda işin həcmi azala və ya çoxala bilər. Vəsiyyətnamənin təsdiq olunma vaxtı günün 2-ci yarısına təsədüf edib və o zaman, Bakı şəhəri 1 saylı (və ya başqa bir Ofisdə) Notariat Ofisində iş in həcmi bir qədər çox olmuş və əksinə nümayəndəsi və vəkili olduğu şəxsdə iş günün sonunda isə ofis daxili işi olmamış və ya az olmuşdur.

31. Şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179, 1180.1, 1180.2, “Notariat haqqıda” Qanunun 35.1, 35.2, 43.1, 43.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.2, 97.3 –cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 1179.1 Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat forma sında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

35. Maddə 1179.2 Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

36. Maddə 1180.1 Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

37. Maddə 1180.2 Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

38. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətn aməni imzalaya bilmədiyi göstərilməlidir.

39. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

40. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

41. Bənd

62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir.Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

21. Bənd

64. Vəsiyyət ed ən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. İddia qismən yalnız vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edildiyindən, cavabdehlərin kassasiya şikayəti əsasında qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxıla n zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

55. Mülki Məcəllənin 1180-ci maddəsinin tələbinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında im zalamalıdır.

56. Məhkəmə araşdırmaları zamanı tədqiq edilmiş ekspert rəyi ilə vəsiyyətnamədəki imzanın mərhuma məxsus olmadığı, işdə dindirilən şahidlərin ifadələri ilə vəsiyyətnamənin şahidlərin yanında mərhum tərəfindən imzalanmadığı müəyyən edilmişdir.

57. Cavabdehlərin kassasiya şikayətinin dəlilləri də qətnamənin ləğvinə əsas verimir. Belə ki, şahidlər ifadələrində notariat kontorunda vəsiyyətnaməyə imza etdiklərini göstərsələr də, Cavabdeh1 kassasiya şikayətində notariusun Çimnaz Babayevagilə gəldiyini və orada mərhumla təklikdə, sonra isə şahidlərlə birlikdə başqa otaqda söhbət etdiyini bildirmişdir.

58. Göründüyü kimi, vəsiyyətnamənin harda tərtib edilməsi və necə imzalanması ilə bağlı ziddiyyətli izahatlar verilmiş, vəsiyyətnamə Mülki Məcəllənin yuxarıda qeyd edilən tələbləri pozu lmaqla tərtib edilmişdir. Bu isə Mülki Məcəllənin 1225.3-cü maddəsinə əsasən vəsiyətnamənin etibarsızlığı üçün əsasdır.

59. Həmçinin kassasiya şikayətlərinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli xətşünaslıq ekspertizası rəyinin məhkəmə çəkişməsi zamanı keçirilmədiyi və işdə iştirak edən şəxslərin onun keçirilməsindən xəbərsiz olması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, bu halar həmin ekspert rəyinin mötəbərliyini şübhə altına almağa əsas vermir.

60. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

61. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

62. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

63. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilm əsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir.

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalı, k assasiya şikayətləri isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Bakı şəhər 38 saylı Notariat kontoru tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6528/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar