Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2998/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması” tələbinə dair ilkin və Cavabdeh “xxxx” BOKT MMCyə qarşı “mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, “xxxx” BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli xxxx saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh “xxxx” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borca görə 15426,14 ABŞ dollarının, faiz borcuna görə 3230,9 ABŞ dollarının və 3000 manat cərimənin, cəmi 21657,04 ABŞ dolları məbləğində kredit borcunun və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan **-KG-*** dövlət nömrə n işanlı, “Kia Sorentominik” markalı ilkin satış qiyməti 38000 manat müəyyən olunmuş nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılmaqla əldə olunan vəsaitdən Cavabdeh “xxxx” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcun ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin (həmin Məhkəmənin xx xxxx 2019cu il tarixli qərardadı nəzərə alınmaqla) ilkin iddiaya aid olan hissədə ləğv edilməsi və iş üzrə həmin hiss ədə yeni qətnamə qəbul edilməklə, iddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin iddiasının qismən təmin edilməsi, “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, xxxx №-li kredit müqaviləsinə əsasən ödənilməmiş 15383,68 ABŞ dolları məbləğində əsas, 9256,22 ABŞ dolları faiz borcunun, cərimə borcu tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 25139,90ABŞ dolları pulun (iyirmi beş min bir yüz otuz doqquz ABŞ dolları doxsan sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun Cavabdeh “xxxx” Bank Olmaya n Kredit Təşkilatı MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “KİA Sorento - minik” markalı, **GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ilkin iddianın qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin iddiaçı Cavabdeh qarşılıqlı iddiaya aid olan hissədə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apelyatora aid edilməsi, keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının xərci hesabına Cavabdeh 170 (bir yüz yetmiş) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hüquqi məsələlər: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Cavabdeh kasasiya şikayəti kasasiya icraatına qəbul edilərək mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı “xxxx” BOKT MMC yazılı ərizə verərək Cavabdeh ilə barışığa gəldiyi üçün iddiadan imtina edərək mülki işə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh yazılı ərizə verərək iddiaçı “xxxx” BOKT MMCilə barışığa gəldiyi üçün qarşılıqlı iddiadan imtina edərək mülki işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.1-cı maddəsinə əsasən idd iaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası iddiaçı “xxxx” BOKT MMC-nin iddia ərizəsindən imtinaya dair və Cavabdeh qarşılıqlı iddiadan imtinaya dair ərizələrini araşdıraraq hesab edir ki, “xxxx” BOKT MMC-nin və Cavabdeh imtinaları başqa şəxslərin hüquqularını və qanunl a qorunan mənafelərini pozmadığından onların imtinaları qəbul edilməli, qətnamə ləğv edilməli, iddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması” tələbinə dair ilkin və Cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı “xxxx” BOKT MMC-nin iddia ərizəsindən imtinası və Cavabdeh qarşılıqlı iddia ərizəsindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması” tələbinə dair ilkin və Cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2998/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2998/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver