Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2998/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)3422/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsində 6-cı dərəcə üzrə atıcı peşəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmişdir.
2. İddiaçı 19 noyabr 2024-cü il tarixdə öz xahişi ilə 19 noyabr 2024-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2024-cü il tarixli əmrin etibarsız hesab edilməsi, işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, müəssisənin 05 noyabr 2021-ci il tarixli “SOCAR **********31500058X00016” nömrəli əmrinə əsasən həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar olaraq, iddiaçı xx.xx.2021 tarixli əmrlə 4 saylı Avtonəqliyyat və Xüsusi Texnika sahəsinə 7-ci dərəcəli av tomobil sürücüsü peşəsinə keçirilmiş, xx.xx.2024cü il tarixinə qədər həmin vəzifədə çalışmışdır. Göründüyü kimi iddiaçı 2011-ci ildən 2024cü il tarixinə qədər 13 il müddətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkətlərində çalışmışdır. İddiaçı əmək funksiyasını icra etdiyi həmin müddət ərzində nümunəvi işçi olmuş, müxtəlif tarixlərdə neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. 2021-ci ilin may ayından etibarən “Ford Cargo” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı manipulyator iddiaçının istifadəsinə təqdim olunmuş, işdə olduğu müddət ərzində manipulyatorla yalnız iddiaçı əmək funksiyasını icra etmişdir. İddiaçı işdə olduğu müddətdə başqa heç bir işçi sözügedən manipulyatordan istifadə etməmişdir. Eyni zamanda iddiaçı da istifadəsinə təqdim edildiyi tarixdən başqa manipulyatoru istifadə etməyib. Məlumat üçün bildirir ki, manipulyator özündə eyni anda iki xüsusi texnikanı birləşdirən universal texnikadır. Bu texnika müxtəlif növ yüklərlə işləmək üçün özündə kran və yük maşınını birləşdirir. Manipulyatorların çoxfunksiyalı olması inşaat zamanı yalnız bir texnika ilə bir çox işi həll etməyə imkan verir. Manipulyatorlar ağır yüklər qaldırır, materialların idarə edilməsinə və mürəkkəb işlərə kömək edir. Ağır yüklərlə iş gördüyü üçün təhlükəsizlik qaydaları da ciddi əhəmiyyət kəsb edir. İddiaçı xx.xx.2024-cü il tarixində, 8 noyabr “Zəfər günü” və 9 noyabr “Bayraq günü” ilə əlaqədar 6 günlük istirahət günlərində əlavə çağırış əsasında öz razılığı ilə i şə cəlb olunmuşdur. İddiaçının işlədiyi 6 saylı Nəqliyyat Departamenti, Dövlət Neft Şirkətinin digər idarə və təşkilatlarının nəqliyyat öhdəliklərini yerinə yetirir. 11 noyabr 2024-cü il tarixində, səhər saatlarında Komplekt Qazma işləri X1 Bölümünün Nəqliyyat sahəsi üzrə rəis müavini Ehtibar bəy iddiaçıya zəng edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən 609 saylı quyuda plitə betonların traler tipli avtomaşına yüklənməli olduğu bildirmişdir. İddiaçı isə həmin şəxsə betonların kifayət qədər ağır olduğunu, məsafənin isə uzaq olduğunu, onun idarə etdiyi manipulyator vasitəsi ilə uzaq məsafədən ağır yüklərin götürülməsinin həmin manipulyatorun təyinatına uyğun olmadığını bildirsə də, Ehtibar bəy həmin ərazidə kran olmadığını, ona görə də manipulyatorun təyinatına uyğun olmasa da yükləri traler tipli avtomaşına yükləməli olduğunu və Lökbatan “Buta” sahəsində həmin yükləri kranın boşaldacağını bildirmişdir. İddiaçı 609 saylı quyuya gedərək, mümkün qədər bütün təhlükəsizlik tədbirlərini həyata keçirmiş və verilən tapşırığı yekunlaşdırıb nahar fasiləsinə yollanan zaman Ehtibar bəy ona yenidən zəng edərək, Qaradağ rayonu, Lökbatan ərazisində yeni quyuda kran olmadığını bildirmiş, iddiaçıya həmin betonları nahar fasiləsindən sonra boşaltmağı tapşırmışdır. Nahar fasiləsini tez bir zamanda yekunlaşdırdıqdan sonra iddiaçı sürücü yoldaşlarından biri ilə Qaradağ-Lökbatan ərazisinə yollanmış, həmin ərazidə yerləşən yeni buruğa gəldikləri zaman quyuda yük qaldırmaq üçün heç bir köməkçi vasitənin olmadığını görmüşlər. İddiaçı Ehtibar bəyin təkidlə verdiyi göstə rişlərinə görə məcbur qalaraq özündə olan bir ədəd trosu çarpazvari qoşaraq, çətinliklə də olsa, təhlükəsiz şəkildə beton plitələri yerə düzmüşdür. Məlumat üçün bildirir ki, həmin beton plitələrin qaldırılması üçün təhlükəsizlik baxımından köməkçi vasitələr lazım olsa da, həmin yerdə köməkçi vasitələr olmamışdır. Daha sonra Ehtibar bəy iddiaçıya zəng vuraraq yenidən 609 saylı quyuda plitə betonların traler tipli avtomaşına yüklənməli olduğu bildirmişdir. Saat 16:12 radələrində sözü gedən növbəti traler Lökbatan sahəsinə çatan zaman iddiaçı sürücüyə, daha gec olduğunu, traleri boşaltmaq üçün 2 saatdan artıq vaxt lazım olduğunu bildirmişdir. Saat 17:00-da iş vaxtının bitməsi, köməkçi vasitənin olmaması, beton plitələrinin işlənmiş-köhnə olması, qoşqu yerlərinin zədəli olması və bu səbəbdən d ə dörd qoşqu yerinə 2 qoşqu qoşaraq çarpazvari şəkildə də olsa həmin beton plitələrinin yerə düzülməsinin çox təhlükəli olması səbəbindən Ehtibar bəyə məlumat verərək həmin tapşırılan işin görülməsindən imtina etmişdir. Saat 16:18 radələrində 6 saylı Nəqliyyat Departamentinin 4 saylı Avtomobil və Xüsusi Texnika Sahəsinin İstismar (AXTS) rəisi Xəqani bəy, onun ardınca saat 16:22 radələrində 6 saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS rəisi Rəşad bəy iddiaçıya zəng edərək, hansı səbəblə işi görməkdən imtina etdiyini soruşmuş, o isə mövcud səbəbi həmin şəxslərə izah etmişdir. İddiaçının izahı onunla əlaqədar olmuşdur ki, Ehtibar bəyin göstərdiyi qaydada işin görülməsi həm ətrafdakı insanların həyatı üçün çox təhlükəlidir, həm yükqaldırma qaydalarına uyğun deyil, həm də işin görülməsinə ən azı 2 saat vaxt lazım olacağından o iş vaxtından sonra da işləməli olacaqdır. xx.xx.2024-cü il tarixində yenidən işə gələrkən 6 saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS-nin İstismar rəisi Xəqani bəy iddiaçıya zəng edərək 6 Saylı Nəqliyyat Departamentinin rəisi cənab Ağaxan Əsədovun ona göstəriş verdiyini, iddiaçının sahəyə qayıtmalı olduğunu və avtomobilin açarlarını və sənədlərini təhvil verməli olduğunu bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində avtomobilin açarlarını və sənədlərini 6 Saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS-nin rəisi Rəşad bəyə təhvil vermişdir. 2021-ci ilin may ayından etibarən iddiaçının istifadəsinə təqdim edilmiş “Ford Cargo” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarları və sənədləri həmin tarixə qədər onun məzuniyyətdə olduğu hallar istisna olmaqla iddiaçıdan heç vaxt götürülməmişdi. İddiaçı yükqaldırma qaydalarına, təhlükəsizlik qaydalarına zidd şəkildə və iş vaxtından artıq vaxtda işləməyi qəbul etmədiyi üçün cavabdeh tərəfindən ona sanki işəgötürənin bu tələbinin yerinə yetirilməsindən imtina etməsi qanunsuzmuş kimi xx.xx.2024-cü il tarixində izahat da yazdırılmışdır. Əlavə olaraq, izahat yazdırıldığı gündən, yəni xx.xx.2024-cü il tarixindən ona heç bir iş tapşırılmamış, qəsdən əmək funksiyasını icra etməsinə şərait yaradılmamış, 2021-ci ilin may ayından istifadəsinə ayrılmış “Ford Cargo” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı manipulyator başqa əməkdaşların istifadəsinə verilmişdir. Beləliklə iddiaçı iş yerində boş dayanmış və həmin tarixdən etibarən ona boşdayanma qaydasında əmək haqqı hesablanmışdır. İddia çı qanunsuz göstərişlərə əməl etmədiyi üçün o qəsdən boşdayanmaya məcbur edilərək ondan əvəz çıxılmasına məruz qalmışdır. Uzun illər ərzində çalışdığı Dövlət Neft Şirkətində heç vaxt belə bir vəziyyətlə qarşılaşmamış, 2021-ci ilin may ayından etibarən ona təqdim edilmiş manipulyator heç vaxt ondan alınmamışdı. Nəticədə iddiaçı 19 noyabr 2024-cü il tarixində ərizə yazmağa məcbur edilərək elə həmin gün də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu məsələ ilə bağlı öz pretenziyasını işdən çıxdığı zaman ona təqdim edilən sorğuanket vərəqəsində qeyd etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 3-17- 5/1-Ş60529/2024 nömrəli məktub ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət etmişdir. 5 nəfərlik ailə başçısı olan iddiaçı, işin faktiki hallarından da göründüyü kimi xərclərinin çox olduğu üçün əmək haqqı kifayət etmədiyinə görə hətta istirahət günlərini də işləmişdir. Bununla yanaşı işin faktiki halları aşkar surətdə göstərir ki, iddiaçının qətiyyən işdən çıxmaq istəyi olmamışdır və o psixoloji təzyiqə məruz qalmışdır. Belə ki, 2021-ci ilin may ayından istifadəsinə ayrılmış manipulyator heç bir yazılı səbəb göstərilmədən işin faktiki halları bölməsində göstərilən məlum hadisələr cərəyan edəndən sonra 14 noyabr 2024-cü ildən başqa işçinin istifadəsinə verilir və həmin manipulyatorun əvəzinə iddiaçıya avtomobil təqdim olunmur, o müqaviləyə xitam verilənə qədər boş dayanır. Əmək müqaviləsi də müddətsiz idi və işçinin ərizəsi olmadan müddətin bitməsi əsası ilə də ona xitam vermək mümkün deyildi. Ərizə iddiaçı tərəfindən şəxsən yazılmamış, cavabdehin əməkd aşı tərəfindən hazır şəkildə kompüter vasitəsilə yazılıb çap edilmiş versiyada ona təqdim olunmuş, iddiaçı imza çəkməyə məcbur edilmişdir. Müqavilə xitam olunan gün iddiaçı sorğu-anketdə işdən çıxmaq istəmədiyini bildirir, cəmi 2 gün sonra ölkə başçısına pozulmuş əmək hüquqlarının müdafiəsi məqsədilə məktub ünvanlayır. Daha sonra əmək hüquqlarının pozulduğuna dair dəfələrlə aidiyyəti quruma müraciətlər göndərir. “Öz istəyi” ilə 2011-ci ildən çalışdığı iş yerindən çıxan əməkdaş işdən çıxdığı gündən hal-hazıradək işsizdir və heç bir qazancı yoxdur. İddiaçının atası X2 da halhazırda Dövlət Neft Şirkətində çalışır. İddiaçının demək olar ki, bütün əmək fəaliyyəti sonuncu iş yeri-Dövlət Neft Şirkəti ilə bağlıdır. Həyatın adi şərtlərində öz istəyi ilə işdən ayrılan şəxsin daha çox gəlir əldə edəc əyi, daha yaxşı vəzifədə çalışacağı, ümumilikdə daha yaxşı əmək şəraitinin olduğu iş yerinə gedəcəyi şübhəsizdir. Ancaq mövcud hal baxımından iddiaçının heç bir işi, gəliri yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, müqavilənin ləğvindən öncə və ləğvindən sonra tərəflərin hərəkətlərini nəzərə aldıqda, onların davranışları ilə sənədlər arasında ağlabatan mühakimə əsasında müqayisə aparıldıqda rahatlıqla başa düşülür ki, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin -2(009)-584/2025 nömrəli, 19 mart 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim İlkin Rüstəmli).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.
7. Bundan başqa, işçi işdən çıxma ilə bağlı 19 noyabr 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 19 noyabr 2024-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 19 noyabr 2024-cü il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixoloji təzyiqə məruz qaldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 68, 69.3-cü maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e2(009)-584/2025 saylı, 19 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən yalnız işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsi halına istinad etmiş, lakin ərizənin verilmə şəraiti, məcburi boşdayanma, təzyiq elementləri və əmək funksiyasının icras ına maneələrin törədilməsi kimi halları araşdırmamışdır. Həmçinin yazılı ərizə işçinin iradə ifadəsini ifadə etməli, onun tərəfindən, onun xətti ilə yazılmalı olduğu halda, sözügedən ərizə işəgötürənin kadrlarla iş üzrə işçisinin komputerində hazır yazılmış formada işçiyə təqdim edilmiş, işçi isə məcburiyyət qarşısında qalaraq, həmin ərizəni imzalamışdır. İşçinin əmək müqaviləsinə xitam veriləndən dərhal sonra etdiyi şikayətlər, sorğu-anketdəki qeydləri, Prezident Administrasiyasına və digər dövlət qurumlarına göndərdiyi ərizələr onun işdən çıxmaq istəmədiyini açıq şəkildə ortaya qoyur. Bütün bu hallar əmək müqaviləsinin qanunsuz ləğv edildiyini təsdiqləyir. Bu səbəbdən, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsini tətbiq etməli, əmək müqaviləsinə qanunsuz xitam verildiyi üçün iddiaçını əvvə lki vəzifəsinə bərpa etməli və ona məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə qətnamə çıxarmalı idi. İşəgötürənin əmək müqaviləsinə qanunsuz və prosedura zidd xitam verməsinə baxmayaraq, məhkəmə işçinin bərpası ilə bağlı heç bir tədbir görməmişdir. Qətnamədə bu maddənin tətbiqinə dair hüquqi qiymətləndirmə aparılmamış, işə bərpa hüququ əsassız yerə rədd edilmişdir. Göründüyü kimi məhkəmə işçinin verdiyi ərizəni avtomatik və könüllü iradə ifadəsi kimi qəbul etmiş, onun iradəsinin sərbəst, təzyiqsiz, aydın və qəti olub olmamasını araşdırmadan müqaviləyə xitamı qanuni saymışdır. Halbuki, əqdlərin, o cümlədən əmək müqavilələrinin birtərəfli ləğvi yalnız real və sərbəst iradə ifadəsi əsasında mümkün ola bilər. İşçi isə həmin gün anketdə narazılığını bildirmiş, cəmi iki gün sonr a ölkə başçısına şikayət etmiş və bu hal onun iradəsinin könüllü olmadığını göstərir. Əgər işçi real olaraq işdən çıxmaq istəyirdisə, bu qədər qısa müddətdə müxtəlif qurumlara müraciət etməsi məntiqsiz və həyatın normal gedişinə ziddir. Deməli, məcburiyyət, təzyiq və ya təşviqlə verilmiş iradə ifadəsi hüquqi nəticə doğura bilməz. Məhkəmə bu qiymətləndirməni aparmadan, ərizəni mexaniki olaraq hüquqi əsas kimi qəbul etmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin həqiqi məzmunu təkcə yazılı sözlərə deyil, ağlabatan mühakiməyə əsasən müəyyən olunmalıdır. İşçinin iradəsinin doğrudan da işdən çıxmağa yönəlib-yönəlmədiyini aydınlaşdırmaq üçün məhkəmə onun davranışını, sonrakı müraciətlərini, təzyiq və ya məcburiyyət olubolmadığını araşdırmalı idi. Lakin məhkəmə bu normanı nə tətbiq etmiş, nə də onun tətbiq edilməməsini əsaslandırmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının Vahid Sadıqov və Sabit Bəhrəmzadə) 2(103)-3422/2025 nömrəli iş üzrə 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)584/2025 saylı, 19 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Xumar Mərdanova (sədrlik edən və məruzəçi).
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətini əsaslandırarkən, ona ərizə yazıılmasına psixoloji təsir edildiyini bildirsə də, bu cür təzyiq olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qe yd olunan hissədə əsaslandırmamışdır. Həmçinin iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən hər hansı hal da müəyyən edilmir. Ümumiyyətlə işin araşdırılmış halları baxımından işəgötürən tərəfindən məhz qeyd olunanlar ilə bağlı ona qarşı qərəzlilik nümayiş etdirilməsinə səbəb ola biləcək hallar müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd hər hansı bir hər əkət olmamışdır.
13. Apellyasiya şikayətində işçinin verdiyi ərizəni avtomatik və könüllü iradə ifadəsi kimi qəbul etməsi, onun iradəsinin sərbəst, təzyiqsiz, aydın və qəti olub-olmamasını araşdırmadan müqaviləyə xitamının qanuni saymasını, iddiaçının həmin halların əsası kimi həmin gün anketdə narazılıq bildirməsinə, cəmi iki gün sonra ölkə başçısına şikayət etməsinə istinad etməklə bu halın onun iradəsinin könüllü olmadığını göstərməsi dəlillərinə qiymət verərək qeyd edib ki, Əmək Məcəlləsinə əsasən, işçi öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazdıqda, bu qərar onun şəxsi iradəsi kimi qəbul edilir. Lakin əgər işçi iddia edirsə ki, bu qərarı psixoloji təzyiq altında verib, o zaman bunu sübut etmək üçün konkret faktlar və şahidlər lazımdır. Sübutlar olmadığı halda, işəgötürən ərizəni etiba rlı hesab edə bilər və işçinin işdən çıxmasını qanuni şəkildə həyata keçirə bilər. Hazırki vəziyyətdə isə iddiaçı ərizə yazdıqdan sonra narazılığını bildirməklə şikayətlər etməsini bildirsə də, həmin hallar iddiaçının işdən çıxma barədə ərizəsi yazılan zaman onun iradə ifadəsinin zədələnməsi üçün əsas olmamışdır. Bundan başqa iddiaçı qanunsuz göstərişlərə əməl etmədiyi üçün qəsdən boşdayanmaya məcbur edilərək ondan əvəz çıxılmasına məruz qalmasını bildirsə də, bu halda da mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə qeyd edilən dəlillər öz təsdiqini tapmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 68.1, 68.2, 69.1, 69.2, 69.4, 69.7, 87.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 1 06.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2025 nömrəli iş üzrə 12 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu işdə iddiaçının əmək hüquqlarını qoruyan və təfsiri onun mənafeyinə uyğun şəkildə aparılmalı olan müddəaları formal yanaşma ilə şərh etmiş, hüququn məqsədyönlü təfsiri prinsipini pozmuşdur. Əmək münasibətləri sahəsində minimum normaların təmin olunması və işçinin hüquqlarının üstün qorunması prinsipi nəzər ə alınmamışdır. Əmək Məcəlləsinin işçinin təşəbbüsü ilə müqavilənin ləğvini tənzimləyən normalara əsasən işçinin əmək hüquqlarının qorunmasına yönəlsə də, azı 1 ay qabaqcadan işəgötürənin xəbərdar edilməsi şərti onun müəssisəsinin normal ahənginin qorunmasına xidmət edir. Həmin tələbdən görünür ki, işçinin ərizədən imtina hüququ işəgötürənin yeni işçi ilə razılıq əldə etməsi barədə ona rəsmi qaydada yazılı xəbərdarlıq etməsi ilə məhdudlaşır. Buradan hasil olan nəticəyə görə, işçi tək tərəfli qaydada əmək müqaviləsini ləğv edə bilər. Bu cür ləğvetmə müəssisənin normal ahəngini poza biləcəyi üçün o azı 1 ay qabaqcadan məlumat verməlidir. İşçinin ərizəsini geri götürmək hüququ da mövcuddur, çünki bu halda işəgötürənin işinin normal ahəngi pozulmuş olmur. İşəgötürənin əmək müqaviləsinə qanunsu z və prosedura zidd xitam verməsinə baxmayaraq, məhkəmə işçinin bərpası ilə bağlı heç bir tədbir görməmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin həqiqi məzmunu təkcə yazılı sözlərə deyil, ağlabatan mühakiməyə əsasən müəyyən olunmalıdır. İşçinin iradəsinin doğrudan da işdən çıxmağa yönəlib-yönəlmədiyini aydınlaşdırmaq üçün məhkəmə onun davranışını, sonrakı müraciətlərini, təzyiq və ya məcburiyyət olub-olmadığını araşdırmalı idi. Lakin məhkəmə bu normanı nə tətbiq etmiş, nə də onun tətbiq edilməməsini əsaslandırmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının ərizə ilə bərabər blank doldurması və izahat yazması faktı bildirilmiş, həmin blank və izahatın məhkəməyə təqdim olunması barədə şifahi vəsatət veril mişdir. Vəsatət məhkəmə tərəfindən təmin edilmiş, həmin sənədlərin təqdim edilməsi cavabdehə həvalə edilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələr gətirməklə, sözügedən sənədlərin məhkəməyə təqdim edilməsindən yayınmışdır. İşə Apellyasiya Məhkəməsində baxılarkən, iddiaçı yenə eyni məzmunda – blank və izahatın məhkəməyə təqdim olunması barədə şifahi vəsatət vermişdir. Lakin sözügedən sənədlər nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində məhkəməyə təqdim edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmişlər. Bununla yanaşı, məhkəmə, çıxardığı qətnamədə işin halları ilə bağlı yalnız formal və zahiri sübutlara istinad etməklə kifayətlənmiş, təqdim edi lmiş vacib sənədləri, kontekstdə baş verən hadisələri və iddiaçının iradəsinin formalaşmasına təsir edən şəraitləri tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəsinin onun real və sərbəst iradəsini ifadə etmədiyi barədə təqdim etdiyi faktiki sübutlar – o cümlədən sorğu-anketdə yazılmış qeydlər, cəmi iki gün sonra ölkə rəhbərliyinə ünvanladığı şikayət, ərizənin onun tərəfindən yazılmaması, iş yerində psixoloji təzyiqlər, işsizlik statusu və uzun müddətli əmək stajı kimi faktlar məhkəmə tərəfindən nəzərə alınmamış və qiymətləndirilməmişdir.
17. Kassasiya şikayətində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 69.1, 69.4, 300, Azərbaycan Respublikası Mülki Məcəllənin 2.3, 324.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 88, 218.1-ci maddələrinə və Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında işəgötürən tərəfindən qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixol oji təzyiqə məruz qaldığını bildirir, lakin bunu təsdiq edə biləcək hər hansı sübutu təqdim edə bilməmişdir. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-3422/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 19.... Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;... əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhd əliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
20. Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
21. Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İş çilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
22. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;... q) əmək hüquqlarının müdafiəsi üçün m əhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;...
23. Maddə
11. İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
24. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a. əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b. bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c. əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
25. Maddə
68. Əmək m üqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; …
26. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, b aşqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində ə mək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
27. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
28. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri m əqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin əsaslandırmasının əsasını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
39. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
40. İddia tələ binin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir.
41. Bu normada qeyd olunmuş Əmək Məcəlləsinin 68 və 69-cü maddələri, işçinin öz təşəbbüsü (yazılı şəkildə ifadə olunmuş iradəsi) əsasında əmək müqavi ləsinə xitam verilməsinin mümkülüyünü nəzərdə tutur. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi barədə yazdığı ərizəyə istinad edilmişdir. İşəgötürənin əmək müqaviləsinə xitam verərkən istinad etdiyi ərizəni iddiaçı özü imzalamışdır.
42. Buna görə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya mə hkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3422/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan