Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2999/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X4 Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr,kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-444/2025 nömrəli, 17 iyun 2025-ci il tarix li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li sərəncamı ilə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 57000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M83 ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli sərəncamının icrası zamanı iddiaçı tərəfindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi v ətəndaşlar, eləcə də cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir. Ərazidə heç bir tikinti norma və qaydalarına uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikilib. Həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı digər vətəndaşlarla bərabər cavabdehlə də dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Sahə istifadəçilərinin əksəriyyəti ilə razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Cavabdeh isə, hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hüquqlarından sui-istifadə e tməklə, sərəncamın icrası ilə razılaşmayıb, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir. Cavabdehin bu hərəkətləri digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd edilən tikililərin real qiyməti və sahəsi barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2024 cü il tarixli rəyə əsasən cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 57000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsızdır və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilik də istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Bununla belə, ASC-nin öhdəliyi olmasa da, humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, digər sakinlərin evləri onun evinin vəziyyətindən də pis vəziyyətdə idi, lakin onlara ev veriblər. O da evinin sahəsi ölçüsündə ev istəyir, pul istəmir. Özü evdə nadir hallarda olur, Goranboy rayonunda qayınanasının evində yaşayır, ordan şəhərə m al gətirib bazarda satır, dincəlmək istəyəndə gəlib bu evdə istirahət edir, sonra yenidən bazara gedir. O, iddiaçıdan pul istəmir və veriləcək məbləği mübahisələndirmir. Yəni, nə qədər məbləğ verilməsindən asılı olmayaraq o, kompensasiya verilməsinin tərafdarı deyil. O evlə təmin olunmasını istəyir.
5. X1 xx.xx.2024-cü il tarixli, 82 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilmişdir ki, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 57000 manat təşkil edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(004)3476/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC tərəfindən Cavabdeh 57000 manat ödənilməklə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qər b hissəsi) yerləşən özbaşına tikilinin boşaldılaraq sökülməsi, kompensasiya ödənilməsi ilə özbaşına tikilinin boşaldılıb sökülməsinin eyni vaxtda icra olunması qət edilmişdir (hakim Toğrul Axundov).
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini uzun illərdi qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonra da sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırki mübahisəyə MM-in 178-ci maddələrinin dispozitiv şərtlə ri tətbiq edilə bilməz.
8. Məhkəmə mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab etmişdir.
9. Məhkəmə həmçinin iş materiallarında olan fotoşəkillərə baxaraq, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyini ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabde h apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20 ildən artıqdır mübahisəli evdə yaşayır və kommunal xərclər onun tərəfindən ödənilir. Yaşamağa onun adına başqa ev yoxdur, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Evin sahəsi 97,61 kv.m təşkil edir. Məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirici rəyi ilə kifayətlənərək evin hər kv.m-nə görə 300-350 manat hesablamışdır. Tərəfindən Qiymətləndirmə və X3 rəyi alınmışdır, xx.xx.2024-cü il tarixə bazar dəyəri 212500 manat hesablanmışdır. Məhkəmə iclasında eyni kvadratda evin ona verilməsini iddiaçıdan tələb etsə də, məhkəmə bu fakta heç bir qiymət verməmişdir. Onun istifadəsində olan torpaq sahəsinin bazar qiymətini müəyyən etmək üçün həmin ərazidə n otarial qaydada təsdiq olunmuş torpağın alqı-satqısı barədə 3 müqavilə götürülməli və onların içində ən yüksək qiymət müəyyən olunmalı idi, lakin məhkəmə ancaq iddiaçı tərəfindən təqdim olunmuş rəyə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi həmin torpaq sahəsində 10 ildən artıq yaşadığına görə iddiaçı tərəfindən ona 10 faiz əlavə kompensasiya verməli idi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir ki, həqiqətən bəzi sakinlərlə əvəzləşdirməni mənzillə etmişlər, ancaq həmin sakinlərin sökülən evləri daha abad olmuşdur. Cavabdehin evi isə heç bir şəraiti olmayan evdir, həmin evə görə əvəzində mənzil verilməsinə şirkət razı deyildir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2024-cü il tarixli qərard adı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti, ərazi üzrə analoji tikililər barədə məlumat olmadığından tədqiqat aparmaqdan imtina etmişdir.
15. Məhkəmə kollegiyasının 11 mart 2025-ci il tarixli qərardadı ilə mübahisə predmetini təşkil edən əmlakın qiymətləndirilməsi təyin edilmişdir. Qiymətləndirmənin aparılması eyni vaxtda məhkəmə tərəfindən cəlb olunan "xxxx" MMC-yə, iddiaçının təklifi ilə cəlb edilən "xxxx" MMC-yə və cavabdehin təklifi ilə cəlb edilən "xxxx" MMC-yə həvalə edilmişdir.
16. Qeyd edilən MMC-lərin nümayəndələrinin, iş üzrə tərəflərin və məhkəmə tərkibinin iştirakı ilə tikiliyə baxış keçirilmiş və müvafiq tədqiqat işləri aparılmışdır. 17. "xxxx" MMC tərəfindən tikilinin bazar dəyəri 74000 mana t, "xxxx" MMC tərəfindən tikilinin bazar dəyəri 72800 manat, "xxxx" MMC tərəfindən tikilinin bazar dəyəri 75400 manat göstərilmişdir.
18. İddiaçının nümayəndəsi cavabdehə qiymətləndiricilər tərəfindən müəyyən olunmuş ən yüksək məbləğdə - 75400 manat kompensasiya verməyə razı olduqlarını bildirmiş, cavabdeh isə evinin pulla kompensasiyasına razı olmamış və əvəzində həmin yerdə inşa olunan binaların birində eyni ölçülü mənzil tələb etmiş, idiaçı bu tələbi qəbul etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-444/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir (hakimlər - Vahid Sadıqov (sədrlik ed ən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının 11 mart 2025-ci il tarixli qərardadı ilə mübahisə predmetini təşkil edən əmlakın qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirməni aparmış "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təxminən eyni qiymət müəyyən etmişdir.
21. Məhkəmə kollegiyası həmin qiyməti ağlabatan hesab etmiş, internet resurslarından əldə olunmuş məlumatlardan da müəyyən olunmuşdur ki, həqiqətən də yaxın ərazidə (xüsusilə də 3 saylı Asan Xidmət Mərkəzinin arxasında) analoji sənədsiz evlərin real bazar qiyməti təmir vəziyyətindən və s. şəraitdən asılı olaraq təqribən 70-80 min manat civarındadır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, normal vəziyyətdə, yəni "xxxx" ASC həmin ərazidə t ikinti işləri aparmasaydı və cavabdeh evini sərbəst şəkildə satmaq istəsəydi, çətin ki, göstərilən qiymətdən baha sata bilərdi. Odur ki, ilk baxışdan iddiaçının təklifi ədalətli görünür.
23. Lakin qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası nəzərə almışdır ki, sökülməsi tələb olunan ev cavabdeh və ailəsinin yeganə yaşayış yeridir və cavabdehin başqa yaşayış yerinin olması müəyyən olunmur. Cavabdeh artıq uzun illərdir (37 ildir) həmin evdə yaşayır və məhz həmin ev hesabına ailəsinin mənzil tələbatını ödəyə bilmişdir. İddiaçının nümayəndəsi həmin evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən təklif olunan 75400 manata Bakı şəhərində ümumi sahəsi 97,61 kv.m təşkil edən evin alınması real deyil. Nəzərə alınmalıdır ki, sakinlərin yaşayış səviyyəsi nə qədər aşağı olsa belə, onlar illər boyu həmin ərazidə yaşamaqla öz mənzil tələbatlarını ödəyirlər.
25. Məhkəmə kollegiyası onu da xüsusi olaraq nəzərə almışdır ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının gördüyü iş (binaların inşası) dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən bir kvadrat metr üçün 772 manat kompensasiya vermək ayrı-seçkilik və hüquqdan sui-istifadə hesab olunur.
27. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlara əsasən evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 43-cü maddəsinin 1 və 2-ci hissələrinə, Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 180.4, 560.3.4, 560.3.5.1-ci ma ddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, sakinlərin bir qisminə “evlərinin daha yaxşı” olmasına görə deyil, həmin sakinlərin evlərinin onların mülkiyyətində olması, mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışların olmasına, həmin tikililərin qəzalı olmalarına baxmayaraq, tikinti qanunvericiliyinə uyğun inşa olunmasına və rəsmi mülkiyyətdə olduğu üçün onlar mülkiyyətlərində olan mənzilin (evin) qarşılığında yeni mənzillə təmin olunublar. Bu vəziyyət heç bir halda hüquqdan sui-istifadə hesab oluna bilməz. Əksinə, tam olaraq ədalətli və ağlabatandır.
32. Bundan başqa, apellyasiya məhkəməsinin “qanunsuz tikilinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasının, yəni naturada və ya pulla ödənilməli olmasının seçiminin birtərəfli qaydada yalnız cavabdehin istəyinə görə həyata keçirilməsinin özü tam əsassız və ədalətsiz olmaqla yanaşı, tərəflərin bərabərliyi prinsipinə ziddir.
33. Həmçinin qanunsuz tikilinin yerləşdiyi ərazinin iddiaçıya kommersiya məqsədli ayrılması, eləcə də həmin ərazidə iddiaçı tərəfindən hündürmərtəbəli yaşayış kompleksinin inşa edilməsi heç bir halda “qanunsuz” tikiliyə münasibətdə kompensasiya formasının həmin qanunsuz tikilinin sahibinin istəyinə uyğun (yən i onun həmin ərazidə yeni mənzillə təmin olunması) həyata keçirilməsi üçün əsas ola bilməz. Qanunsuz tikililərə münasibətdə söküntünün qarşılığında həmin qanunsuz tikilinin bazar dəyərinin ödənilməsi tam ağlabatan və ədalətlidir.
34. Kassator şikayətini Mülki Məcəllənin 180-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
38. Maddə 43 (hissə 1). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
39. Maddə 43 (hissə 2). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi v ə xitamı dövlət qeydiyyatına alınmalıdır.
42. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
43. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
44. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzr ə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
46. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
47. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
48. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciət i üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
49. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
50. Maddə 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
52. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qa nunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Madd ə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və peosessual hüquq normaları pozulduğuna görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilm əli və iş yenidən baxılması üçün göndərilməlidir.
67. Belə ki, işin məhkəmlər tətəfindən müəyyən olunan hallarına görə Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li sərəncamı ilə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.
68. Həmin ərazidə Cavabdeh yaşadığı özbaşına tikili mövcuddur. İddiaçı cavavdehə kompensasiya verilməklə həmin evdən çıxarılmasını tələb edir. Cavabdeh isə ona pul şəklində kompensasiya ödənilməsinə razı deyil və sökülən evin əvəzində ona iddiaçı tərəfindən inşa ediləcək binalardan mənzil verilməsini tələb edir. Cavabdeh bu mövqeyini onunla izah edir ki, iddiaçı həmin ərazidə qanunsuz tikili inşa etmiş başqa şəxslərlə mənzil vermək şərti ilə razılaşmışdır.
69. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən bir kvadrat metr üçün 772 manat kompensasiya vermək ayrı-seçkilik və hüquqdan suiistifadə hesab olunur. Evinin sökülməsi müqabilində ona ödənilə cək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. İddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.
70. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi cavabdehə bir kvadrat metr üçün 772 manat kompensasiya verilməsini ədalətli saymamışdır. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır.
71. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçməyin cavabdehin hüququ olmasına əsasən iddianı rədd etməsi, maddi hüquq normalarının, habelə işi n hallarının tam, hərtərəfli və obyektiv araşdırılması barədə prosessual hüquq normalarının tələblərinə uyğun gəlmir.
72. Baxılan mübahisə Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 180-ci, Konvensiyanın 8-ci (yaşayış sahəsinə müdaxilə), 1 saylı Protokolun 1-ci maddəsinin, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2021 tarixli qərarının müddəaları işığında həll olunmalıdır.
73. Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinin ümumi mənasına görə özbaşına tikili, qanuni əsas olmadan tutulmuş torpaq üzərində, icazəsiz inşa edilən, tikinti qaydalarına uyğun olmayan, gələcəkdə təhlükəli ola bilən tikilidir.
74. Bu baxımdan cavabdehin evi özbaşına tikilidir və buna görə də cavabdeh, sözügedən tikiliyə tam mülkiyyət hüququna malik deyil.
75. Analoji mübahusə ilə bağlı Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 23 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
76. Göründüyü kimi Konstitusiya Məhkəməsi bu növ mübahisələr üzrə çox mühüm meyar müəyyən etmişdir: özbaşına tikili ilə qanuni əsaslarla mülkiyyətdə olan tikililər eyni əsaslarla kompensasiya edilə bilməz, bu, hüquqdan sui-istifadə və ədalətin pozulması ilə nəticələnər.
77. Buradan birmənalı olaraq o nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilməlidir.
78. Apellyasiya məhkəməsi isə faktiki olaraq belə qənaətə gəlib ki, “kompensasiya formasını seçmək cavabdehin hüququdur”.
79. Nəzərə alınm alıdır ki, yaşayış sahəsinə olan hüquq müdafiə olunur, lakin şəxsin bu sahə üzərində qanuni mülkiyyət hüququnun olmaması, həmin sahə ilə bağlı təminatların səviyyəsi baxımından fərqli yanaşmaya səbəb olur. Bu vəziyyətdə mütənasiblik prinsipi, şəxsin özbaşına tikilidə yaşamaq hüququnun sonsuz müdafiəsi kimi qəbul oluna bilməz. Deməli, cavabdehin 37 il yaşaması kompensasiya formasını seçmək hüququ yaratmır, sadəcə kompensasiyanın əhəmiyyətsiz olmamasını, mövcud vəziyyətlə müqayisədə adekvat olmasını tələb edir. Cavabdehin “mütləq şəkildə mənzil” tələb etməsi hüquqi cəhətdən birmənalı şəkildə müdafiə edilə bilməz. Bu, yalnız analoji hüquqi statusda olan digər şəxslərə də iddiaçı tətəfindən eyni yanaşma nümayiş etdirildiyi hallarda mümkün ola bilər. Əks halda özbaşına tikili ilə mülkiyyət hüqu qu olan tikili arasında təhlükəli eyniləşdirmə təcrübəsi yaranmış olar.
80. Buna görə də apellyasiya instansiyası məhkəməsinin kompensasiyanın formasını cavabdehin “seçmək hüququ” kimi dəyərləndirməsi əsassızdır.
81. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
82. Konstitusiyanın qeyd edilən normaları məhkəmələrdə işlərə baxılarkən prosessual qaydalara dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
83. Ədalətli məhkəmə araşdırması hüququ geniş anlayışdır və işə baxılmasının yekununda qəbul olunmuş məhkəmə qətnaməsi, mübahisənin həlli baxımından səmərəli olmalı, mübahisəni yarımçıq həl l etməməli, mübahisəyə hüquqi müəyyənlik gətirməli, həmin mübahisə ilə bağlı təkrar müraciətlərə və ya əlavə məhkəmə mübahisələrinə səbəb olmamalıdır. Başqa sözlə, məhkəmələrin konstitusion təyinatından və MPM-nin məhkəməyə yüklədiyi vəzifələrin məcmusundan birbaşa o məna hasil olur ki, məhkəmə işi həll etmə funksiyasının daşıyıcısıdır. Həqiqətin müəyyən edilməsi baxımından məhkəmə işin həllinə mane olan boşluqları aradan qaldırmalı, ziddiyyətli sübutlar şəraitində faktiki vəziyyəti özü müəyyən etməli, mübahisəni hüquqi müəyyənliklə yekunlaşdırmalıdır.
84. Buna görə də baxılan iş üzrə məhkəmə, kompensasiya verilməklə tikilinin sökülməsininin mümkünlüyü barədə qənaətə gəldiyi halda, əlavə araşdırma aparmaqla, kompensasiyanın məbləğini də müəyyən etməli idi. Cavabdeh tərəfindən tikilinin Mül ki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq “gözləntilərinin” olub-olmamasını, həmin ərazidə analoji vəziyyətdə olan sakinlərlə əldə edilmiş razılaşmaları, torpaq və evə mülkiyyət hüququ qeydiyyata alınmamış şəxslərə həqiqətən də mənzil verilib-verilməməsini, verilmişdirsə nəyə görə cavabdehlə bu cür razılaşmanın mümkün olmadığını, analogi vəziyyətdə olan digər şəxslərə ödənilən kompensasiya məbləğinin meyarları, məbləği və s. (eyni statusda olan başqa şəxslərə nə verilib, kompensasiya meyarları nədən ibarət olub, kompensasiyanın naturada verilməsi iddiaçı tərəfindən hansı hallarda tətbiq edilib, cavabdehlə digərləri arasında fərq hansı hüquqi meyarlara əsaslanır və s.) kimi hallar araşdırılmalı, kifayət sayılan kompensasiya məbləği müəyyən edilməli idi. Lakin bu istiqamətdə araşdırma aparılmamışdır.
85. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
86. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
87. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
88. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
89. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
90. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məh kəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
91. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
92. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 17 iyun tarixli 2(103)-444/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.