Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-30/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5539/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan xxx saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, 07 yanvar 2005-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı xxx saylı mənzili 105.995.00 (yüz beş milyon doqquz yüz doxsan beş min) manata alıcı X1. 3. 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı X3 Bxxx saylı mənzili 186.354.000 (yüz səksən altı milyo n üç yüz əlli dörd min) manata alıcı Cavabdeh satmışdır.
4. Həmçinin işin mübahisə edilməyə hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 03 may 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından iki oğlan övladları 03.06.2006-cı il təvəllüdlü X və 14.12.2008-ci il təvəllüdlü X adlı uşaqları doğulmuşdur.
5. İddiaçı bildirir ki, X rayonunda anadan olmuş və məlum hadisələrlə əlaqədar olaraq valideynləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Cavabdeh onun doğma dayışı qızıdır. O,uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Bakıda doğulmuşdur. O, ŞX kəndində valideynlərinin yanında qeydiyyatda olsa da, həddi büluğa çatdıqdan sonra, yəni 1998-ci ildə Bakı şəhərinə gəlmiş və o vaxtdan daimi olaraq Bak ı şəhərində yaşamış və burada işləmişdir. O, Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində işə düzəlmiş və hal-hazıradək orada işləyir. O, işləyib pul topladıqdan sonra 2001-ci ilin 27 aprel tarixində xxx küçəsi, 5 saylı evin 29.1 kv.m sahəyə malik 1 otaqlı, 42-ci mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. Sonradan maddi imkanları genişləndiyindən və eləcə də ailə qurmaq niyyətində olduğundan daha geniş mənzil əldə etmək istəmiş və bu məqsədlə 2005-ci il yanvar ayında həmin 1 otaqlı mənzili 21.500 (iyirmi bir min beş yüz) ABŞ dollarına satmış və bu məbləğin üstünü düzəldib hazırda cavabdehin qeydiyyatda olduğu xxx küçəsi, ev 16-da yerləşən 3 otaqlı, 58 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Sözügedən mənzili əldə edərkən onun artıq 25 yaşı tamam olmuşdu və şəxsiyyət vəsiqəsinin d əyişdirilməsi vaxtından iki ay keçmişdi. Mənzilin satıcısı isə X getməli olduğundan tələsik bir vaxtda düşmüşdü. Həmin dövrdə isə şəxsiyyət vəsiqəsi təxminən bir ay müddətinə dəyişdirilirdi. Məhz bu səbəbdən o mənzili öz adına sənədləşdirə bilməmiş və hesab etmişdir ki, artıq cavabdehlə bir ailədirlər və ona görə də həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehlə o təxminən 2004-cü ildə dekabr ayında el adəti üzrə nişanlanmış və onların rəsmi nikahları 2005-ci ilin may ayında rəsmiləşdirilmişdir. Sözügeən mənzildə o 2015-ci ildə əsaslı təmir işləri həyata keçirmiş, mənzili “Evrotəmir” etdirmiş və mənzilin təmirinə təxminən həmin dövrdə 30-35 min ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət bir ailə kimi həmin mənzildə yaşamış, həmin mənzildə onlar cavabdehlə birgə nikahlarından iki oğlan övladları 03.06.2006-cı il təvəllüdlü Murad və 14.12.2008-ci il təvəllüdlü X adlı uşaqları doğulmuşdur. Həmin mənzildə onlar təxminən 2016-cı ilin ortalarınadək birgə yaşamış və sonradan cavabdeh onu qeyd edilən mənzildən qovmuşdur. 2014-cü ildə o xxx küçəsindəki 4 saylı evin 3 otaqlı 27 saylı mənzilini əldə etmişdir, həmin mənzil hal-hazırda onun mülkiyyətində və qanuni istifadəsindədir. xxxx saylı mənzili əldə etdiyi vaxt Cavabdeh məktəbi yeni qurtarmışdı, ATS-də operator işləyirdi və onun aylıq əmək haqqı təxminən 200-250 AZN təşkil edirdi ki, bu pula da hər hansı bir mənzil əldə etmək mümkün deyildi. Onun valideynlərinin isə belə bir məznili alıb qızlarına hədiyyə etməyə maddi imkanları yox idi. Hazırda cavabdehin adına olan mənzil yəni xxx saylı mənzil onun cavabdehlə birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzil kimi dəyərləndirilməli və həmin mənzil də onların arasında yarı bölünməlidir.
6. Cavabdeh bildirir ki, mənzil alınarkən müqavilə onun adına bağlanmışdır. İddiaçı onun atasının maddi imkanının olmadığını bildirsə də, atası X təsərrüfat müdiri, özü isə ATS-də operator deyil, mühəndis vəzifəsində çalışmışdır. Mübahisəli mənzil onun adınadır və birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli mənzilin təmirini isə 2015-ci ildən əvvəl atası,2015-ci ildə isə iddiaçı ilə birlikdə həmin mənzildə yaşayarkən birlikdə etdirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 05.03.2021-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bxxx saylı, 3 otaqlı mənzili tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla həmin mənzildən tərəflərin payları İddiaçı 5/2 hissədə, Cavabdeh 5/3 hissədə müəyyən edilmiş, qalan hissədə iddia təmin olunmamışdır.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzillin 07 yanvar 2005-ci il tarixdə nikahdan əvvəl alınmasına baxmayaraq, mənzilin təmiri tərəflər evləndikdən sonra həyata keçirilmişdir.Mənzili təmir edən ustanın məhkəmə iclasında verdiyi ifadə nəzərə alınmaqla təmirdən sonra mənzilin dəyərinin nəzərəçarpacaq dərəcədə 30-35 min ABŞ dolları civarında artması müəyyən olunur. İddiaçı mənzilin təmirinə vəsait sərf etmiş, bununla da əmlak nikahdan əvvəl əldə edilsə də onun təmir xərcləri ümumi (ailə) bü dcədən maliyyələşdiyindən tərəflərin birgə mülkiyyətinə çevrilmişdir. İddiaçı birgə mülkiyyətçi kimi əmlaka hüquqları yaranmışdır.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir, o cümlədən belə bir hal məhkəmə iclasında da müəyyən edilməmişdir. Bunun əksinə olaraq cavabdehlərin birgə nikahından doğulmuş hər iki uşaq Cavabdeh himayəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdəolan əmlakdakı payları Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə müəyyən edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 35, 36.1, 36.3, 37.1-ci, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 213.5, 225.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5539/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev -sədrlik edən və məruzəçi, X.Sarıyev və N.Cəfərov) Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.03.2021-ci tarixli, 2(007)-691/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan xxx saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab ed ilərək onların arasında bərabər paylara bölünməsinə dair iddiasının təmin olunmaması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl 07.01.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almış, 12.02.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətin in təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
18. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
24. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
25. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
26. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
27. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (25-26)
32. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində digər əsaslarla yanaşı öz vəsaiti hesabına mübahisə predmeti olan mənzili əsaslı təmir etd iyini və təmirə 30-35 min ABŞ dolları məbləğində vəsait xərclədiyini göstərmişdir.
33. Birinci instansiya məhkəməsi də məhz həmin əsasa istinad edərək iddianı qismən təmin etmişdir.
34. Apelyasya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və həmin dəlillə bağlı heç bir araşdırma aparmadan qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ərarvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl 07.01.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsinə əsasən almış, 12.02.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil nik aha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz.
35. Halbuki Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
36. Göründüyü kimi iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin əsaslı təmir edilib-edilməməsi faktının müəyyənləşdirilməsi ha zırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir.
37. Belə ki, araşdırma nəticəsində iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin dəyərini xeyli artıran əsaslı təmir edilməsi faktı sübut edildiyi halda bu hal hazırkı iş üzrə iddianın təmin edilməsinə əsas verə bilər.
38. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
39. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin.
40. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5539/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.