Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-30/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə və cavabdehin yaşayış sahəsindən çıxarılması) Kateqoriya: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və cavabdehin sahədən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4994/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən mübahisəli ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Cavabdeh iddiaçının mərhum əri Mehdiyev Vahid Tofiq oğlunun ilk evliyindən olan oğludur. İddiaçı cavabdehin atası vəfat edən günədək mübahisəli yaşayış evində birgə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünv an 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehin həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi-15/10C ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci ildən İddiaçı məxsusdur. Cavabdeh onun mərhum həyat yoldaşı Mehdiyev Vahid Tofiq oğlunun ilk evliliyindən olan oğludur. İddiaçı Mehdiyev Vahid Tofiq oğlu ilə 2018-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı Mehdiyev Vahid Tofiq oğlu 2023-cü ilin sentyabr ayında vəfat etmiş və ölən günə kimi bir ailə kimi yaşamışdır. O, ailə həyatı qurana kimi Gəncə şəhərində yaşamış, 2018-ci ildə ailə həyatı quraraq yaşamaq üçü n Bakı şəhərinə Mehdiyev Vahid Tofiq oğlunun yaşadığı evə gəlmişdir. Həyat yoldaşı ilə Cavabdeh münasibətləri çox pis idi. Cavabdeh dəfələrlə iddiaçının yanında həyat yoldaşı Mehdiyev Vahid Tofiq oğlunu döymüşdür. İddiaçı mübahisəli fərdi yaşayış evini X3 13000 manata almış, evi aldıqdan sonra evin daxilini və çölünü təmir etdirmişdir. Hal-hazırda evin dəyəri 23700 manat olmuşdur. Həyat yoldaşı vəfat etdikdən 3 gün sonra Cavabdeh onu evindən çıxartmışdır. İddiaçı 35-ci polis bölməsinə şikayət etmişdir və orada onlardan izahatlar alınmışdır. İddiaçı yaşlı insan olaraq kirayələrdə qalmağa məcbur olmuşdur. O, dəfələrlə evinə getmiş, cavabdeh onu öz evinə girməyə qoymamışdır. Evin bütün kommunal xərclərini də iddiaçı ödəyir. İddiaçı qeyd etmişdir ki, cavabdeh onun hüququnu məhdudlaşdırır, bu s əbəbdən də cavabdeh ona məxsus evdən çıxarılmalı və o evinə köçürülməlidir.
4. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, mərhum Mehdiyev Vahid Tofiq oğlu insult, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkmişdir, sağ qolu və bədəninin müxtəlif üzvləri amputasiya olunmuşdur. Bu səbəbdən ona baxması və gündəlik işlərdə köməklik etməsi məqsədilə iddiaçı ilə dayə qismində gəlib ona baxması üçün razılığa gəlinmişdir. Ona dayəlik elədiyi müddətdə onların yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin kommunal ödənişlərini cavabdeh ödəmiş, bütün təmir və digər xərclərini cavabdeh qarşılamışdır. Bir müddət sonra müvafiq fərdi yaşayış evinin kommunal xərclərinin ödənilməsini asanlaşdırmaq məqsədilə kommunal xidmət müqavilələrini formal olaraq İd diaçı adına rəsmiləşdirilmişdir, lakin müvafiq ödənişlər yenə də cavabdeh tərəfindən İddiaçı bu məqsədlə verdiyi pul vəsaitləri hesabına edilmişdir. Mehdiyev Vahid Tofiq oğlu vəfat etdikdən sonra iddiaçı mübahisəli fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxmışdır. Mərhum ilə İddiaçı arasında hər hansı nikah və ya ailə faktı mövcud olmamış, hal- hazırkı iddiası isə iddiaçının öz hərbiçi yaxın qohumunun sifarişi üzrə cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz şəkildə ələ keçirilməsi məqsədilə irəli sürülmüş əsassız iddiadır. İddiaçı müvafiq fərdi yaşayış evi ilə bağlı hər hansı subyektiv hüququ mövcud deyildir.
5. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 12 il Vahid Mehdiyevlə qonşu olmuşdur. Mərhum 2018-ci ildə qəzaya düşmüş, həmin qəzada onun həyat yoldaşı ölmüşdür. Qəzaya görə Vahidin məhkumluğu olmuşdur. Bir qolu olmadığına görə Vahidi həbs edilməmişdir, amma məhdudiyyəti olduğuna görə rəsmi nikaha daxil ola bilmirdi. Qəzadan sonra Vahid əlil olmuş ona baxan olmadığı üçün Vahid qonşusu Bəstidən ona adam tapmağı xahiş etmişdir. Bəstinin vasitəsi ilə Gülnaz 2020-ci ildə Gəncə şəhərindən Vahidin oğlu Cavabdeh ailəsi ilə qaldığı mənzilə yaşamağa gətirmişlər. Cavabdehin ailəsi ilə birlikdə yaşamaq onlara çətin idi. Vahid Mehdiyevin təqaüdü ailənin kommunal ödənişlərinə çatmırdı. Məcbur olub Gülnaz xanım əlində olan öz pulu ilə bir otaqlı yaşayış evi almışdır. Daha sonra Vahidlə Gülnaz ora köçmüş və orada yaşamışdılar. Cvabdeh atasına əl qaldıran və ona baxmayan övlad idi.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsini n 2(011)-2089/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbi qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. İşin faktiki hallarını araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə köçüb cavabdehin mərhum atası ilə birgə yaşamışdır, yaşayış evinin kommunal ödənişləri iddiaçının adından sonuncunun adına quraşdırılmış sayğac göstəricilərinə əsasən ödənilmişdir. İddiaçının cavabdehin mərhum atası ilə rəsmi nikahı olmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının yaşadığı sahədən məhrum olunmasına yönəlmiş hərəkətləri qanunsuzdur. Hazırkı iş üzrə c avabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunmuşdur ki, mübahisəli sahə özbaşına tikili olmaqla tərəflərin mübahisəli sahəyə dair əmlak hüquqları qeydə alınmamışdır.
9. Yaşayış evinin özbaşına tikili olması özü-özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərar lar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
10. Cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə iddia tələbinə isə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə rədd olunmalıdır.
11. Belə ki, yuxarıda qeyd edilmiş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd etmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, bununla da mübahisəli evə dair tərəflərdən hər hansı birinin üstün hüququ müəyyən edilmədiyindən, iddia tələbi cavabdehin mübahisəli sahədən çıxarılması hissəsində təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 1 1.1, 11.2, 27, 146.1, 146.2, 164.1, 164.2, 180.1 və 180.2-ci maddələrinə, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsi və Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddiaya etiraz ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə öz qətnaməsini əsaslandırarkən müvafiq sübutlara düzgün qiymət verməmiş, onlardakı məlumatları təhrif edilmiş formada qeyd etmişdir. Belə ki, iş materiallarında olan, Xətai rayon İcra Hakimiyy ətinin 2 saylı Mənzil Kommunal İstismar Sahəsindən əldə edilmiş müvafiq arayışdan və digər sənədlərdən də görünür ki, müvafiq fərdi yaşayış evinin X2 məxsusluğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçının həmin ev üzərində hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə əsas kimi təqdim etdiyi kommunal xidmət müqavilələrinə münasibətdə isə bildirmişdir ki, kommunal xidmət müqavilələrinin kimin adına bağlanması özlüyündə mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən hal kimi dəyərləndirilə bilməz. Eyni zamanda məhkəmənin kommunal müqavilə adı ilə istinad edilən və heç bir orijinal sənəd mahiyyəti daşımayan sürətlərdən ibarət, mötəbərliyi olmayan sürət vərəqlərə istinad edib sübut qismində dəyərləndirməsi, məhkəmənin yol verdiyi kobud qanun pozuntulardandır. Mə hkəmənin iddianın təmin edilməsində mötəbər sübut qismində dəyərləndirdiyi X1 şahid ifadəsinə münasibətdə bildirmişdir ki, həmin şahidin işin icraatına cəlb edilməsi və dindirilməsi qaydaları kobud surətdə pozulmuşdur. Belə ki, həmin şəxsin şahid qismində dindirilməsi məqsədilə “məhkəmə hazırlıq iclas”larında iddiaçı tərəfindən vəsatət təqdim edilməmiş, şahid birbaşa baxış iclasına gətirilmiş və dindirilmişdir. Bununla yanaşı, iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclası zamanı iddiaçının evi aldığını irəli sürdüyü şəxslərin şahid qismində iş üzrə icraata cəlb edilməsi və dindirilməsinə dair vəsatət təqdim edilmiş, məhkəmə tərəfindən həmin vəsatət təmin edilsə də, həmin şəxslər məhkəmə baxışında iştirak etməmiş və dindirilməmiş, onları yerinə müvafiq vəsatətdə irə li sürülməmiş Haqverdi Tapdıqov məkhəmə baxışında iştirak edərək ifadə vermişdir. Ona görə də cavabdeh hesab etmişdir ki, həmin şahidin ifadələri etibarsız hesab edilməli və iş materiallarından çıxarılmalıdır. Eyni zamanda hakim AR DƏDKR- in reyesterdə hazırkı əmlakın iddiaçının adına qeydiyyata alınmamasına dair ciddi sənəd məlumatlarına istinad etsə də, iddianın təmin edilməsini heç bir səlahiyyət və balansaxlayıcı olmayan MİS qurumun mötəbərliyi olmayan məktubuna əsaslandırmışdır. Hansı ki, Mənzil Təsərrüffat Kommunal Birliyinin fərdi yaşayış sahəsinə iddiaçının sahiblik hüququnu tanıma səlahiyyətinin olmadığını məhkəmə kifayət qədər məlumatlı idi və bu saxta məktuba görə aidiyyatı qurumun səlahiyyətlisi barədə “xüsusi qərardad” qəbul etməli idi. Bütün bunlarla yanaşı, iş materiallarınd a olan sənədlərdən müəyyən olunmuşdurki, iddiaçı öz iddiasında müvafiq evi 13.000 manat müqabilində aldığını qeyd etmiş, lakin məhkəmə zalında ifadə verərkən evi 17.000 manata aldığını qeyd etmişdir.Göründüyü kimi, iddiaçı tərəfindən işin halları ilə bağlı verilmiş məlumatlar da ziddiyyət təşkil edir və bu da iddianın əsassız və uydurma olduğunu bir daha təsdiq edir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4999/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışında i ştirak edən tərəflər və onların nümayəndə-vəkillərinin iddiaçının mübahisəli evdə konkret olaraq hansı səbəbdən yaşamağa başladığına dair izahatları bir-birini təkzib etsə də, (iddiaçı tərəf cavabdehin mərhum atası ilə qeyri-rəsmi nikah münasibətlərində olduğunu, cavabdeh tərəf isə atasına qulluq etməsi məqsədilə gəldiyini) İddiaçı cavabdehin mərhum atası V.Mehdiyevlə sonuncunun vəfat etməsi gününədək mübahisəli yaşayış evində birgə yaşamaqları işin mübahisəsiz halıdır.
17. Bundan əlavə iş materiallarında olan sənədlərdən də məlum olmuşdur ki, mübahisəli evin kommunal xidmətləri ilə bağlı (su, qaz, elektrik enerjisi) quraşdırılan sayğacların hər biri İddiaçı adına olmaqla, ödənişlər də iddiaçı tərəfindən məhz onun adına quraşdırılmış sayğac göstəricilərinə əsasən ödənilmişdir.
18. Həmçinin məhkəmə hesab etmişdir ki, iş materiallarındakı MKİS arayışları, o cümlədən Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlində də mənzilin mülkiyyətçisi qismində məhz İddiaçı adı qeyd edilmişdir.
19. Beləliklə, məhkəmə araşdırılması zamanı tərəflərin vermiş olduğu izahatlar və iş materialları əsasında iddiaçının mübahisəli mənzildə davamlı olaraq yaşaması və həmin mənzildən onun mülkiyyətçisinə mənsub olan hüquqlarla istifadə etməsi öz təsbitini tapmışdır.
20. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiy i məhrumetmə qanunsuzdur. Bu səbəbdən necə ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşayır, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin evdə yaşamaq hüququ vardır.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 11.1, 11.2, 152.2, 157.8, 158.1, 158.2, 158.4, 159,164.1, 180.1 və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Mehdiyev Vəkil1 Namiq qızı) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın bütünlükdə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli, Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
25. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
26. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
27. Maddə 152.2. Sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar.
31. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın m ülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir
34. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin m ülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkə mə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və məhkəmə iclaslarında irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4994/2024 nömrəli iş üzrə 28 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.