Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3003/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət və digər əşya hüquqlarının, sahibliyin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-110/2023 saylı iş üzrə 3 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin h allarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarının və qərara əlavə edilmiş cizginin surətinə əsasən, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı) mülkiyyətinə verilmişdir.
3. Torpaqların alqı-satqına dair aktına əsasən iddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında ona ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi üçün 672 manat haqq ödəmişdir.
4. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 25 oktyabr 2019-cu il tarixli arayış ın surətindən görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən iddiaçıya Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 300m2 ( hər m2 üçün 2 manat 24 qəpik, cəmi 672 manat ödəməklə) torpaq sahəsi ayrılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı qərardadı ilə iddiaçı “X15” Şirkətinin cavabdeh Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocasən Bələdiyyəsinin İddiaçı istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması tələbinə dair iddiası mümkün sayılmamış, qeyd olunan qərardad 22 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyənin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Xocəsən Bələdiyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torpağın satış qiyməti nə uyğun məbləğ bələdiyyə büdcəsinə ödənilmişdir. Bu günə qədər Xocasən Bələdiyyəsinə torpaq vergisi ödənilir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 sentyabr 2019-cu il məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılması Dövlət Arxivinin Bakı filialında mövcuddur. Torpaq sahəsinin bir hissəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. 2019-cu il tarixdə, müəyyən işlərin görülməsi ilə əlaqədar torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmiş, yarı qalmış hasarı tamamlayaraq torpağı zəbt etmişdir. Cavabdeh cizgi-planı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 3 sot torpaq sahəsinə giriş-çıxış yollarını bağlamış, dəfələr lə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuş, araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan ələ keçirib özbaşına tutmuş, həmin torpaq sahəsində qanunsuz tikinti işləri apararaq onun torpaq üzərində sahiblik, istifadə, mülkiyyət hüququnu pozmuşdur.
8. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun torpaq sahəsi iddiaçıya məxsus deyil. 2014-cü ildə həmin torpaq sahəsi X11 tərəfindən hasarlanmış və darvaza qoyulmuşdur. O da həmin hasarın və darvazanın xərcini, yəni 3.500 manat məbləğində vəsaiti X9 ödəmişdir. O, hazırda hasarlanmış həmin torpaq s ahəsinə sahiblik edir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2020-ci il tarixli, 10/88 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mübahisə li torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi ilə hazırki iş üzrə Cavabdeh istifadəsində olan hasarlanmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Müt əxəssis rəyinin verilməsinə çəkilən xərc 75,68 manat, məhkəmə ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil edir.
10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 22 sentyabr 2020-ci il tarixli, 2(001)-1975/2020 qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi həticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olduğu iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə müəyyən olnur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sənayə təyinatlı torpaq kateqoriyasına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələbi torpaq sahəsinin mülkiyyətçisi və ya ona qanuni əsaslarla sahiblik edən şəxs irəli sürə bilər, iddiaçının isə belə subyektiv hüququ mövcud deyil.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5 157.8-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır.
15. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, M.Məmmədov və R.Həsənov) 2(10 3)-988/2021 nömrəli, 25 yanvar 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsə di ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apelyasiya şikayətinin təmin olunması mümkün deyildir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə ona Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikntisi üçün 300 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torağın satış qiymətinə uyğun məbləği bələdiyyə büdcəs inə ödəmişdir. Torpaq sahəsinin ona ayrılmasına dair sənədin surəti Dövlət Arxivində mövcuddur. Məhkəməyə yenidən ekspertiza keçirilməsi xahiş olunmuş olsa da vəsatəti təmin olunmamışdır. Cavabdeh göstərir ki, mübahisəli torpaq sahəsini X6 2014-cü il tarixdə hasarlanmış və darvaza ilə birlikdə 3500 manata almış, lakin buna dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Şəfiyev) 4 noyabr 2021-ci il tarixli, 2(102)5385/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Lakin işin araşdırılmış halları onu təsdiq edir ki, apelyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququnun olub-olmamasının araşdırılması istiqamətində, iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə heç bir prosessual imkanlardan istifadə etməmişdir.
21. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyind ə isə göstərilir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmaması qeyd edilmişdir. Ekspert öz növbəsində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir. Lakin hər iki rəylə müəyyən olunur ki, torpaq sahəsinin əlavəsi olan sənədlə torpaq sahəsinin yerləşmə yeri hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyi üçün rəy verilməsi m ümkünsüz olmuşdur. Torpaq sahəsinin iddiaçıya ayırmış müvafiq bələdiyyədən torpaq sahələrinin ayrılma koordinatlarının əldə edilməsi zəruri olmuşdur. Hazırkı mübahisə müvafiq bələdiyyə qərarlarına əsaslanaraq torpaq sahəsinə sahiblik və istifadə hüquqları əldə etdiklərini iddia edən iddiaçı və cavabdeh arasında yaranmışdır. Belə olan halda işin düzgün və hərtərəfli həll edilməsini şərtləndirən amil məhz hər iki tərəfə torpaq sahəsinin ayrılmasına əsas olan sənədi verən Bələdiyyənin işə cəlb edilməsi mütləq və zəruri olmuşdur. Bütün bunlar isə baxılan iş üzrə iddiaçı tərəfin iddiasında və cavabdeh tərəfin etirazında istinad etdiyi dəlillərin araşdırılmaması və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş və mübahisə faktiki olaraq həll edilməmiş qoyulmuşdur. Hüquqi müəyyənli k prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin yerləşmə yeri, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərinə uyğun yerləşib-yerləşməməsi, cava bdehin faktiki istifadə üçün imkanlarının olub-olmaması, bu halların araşdırılması üçün müvafiq bələdiyyənin işə cəlb edilərək torpaq sahəsinin yerdə quruluşunu müəyyən edən sənədləri əldə edərək, yenidən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 158.4, 165.1, 239.2, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, 16.1, 16.2, 16.4, və MP Mnin 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraatın iddiaçı “X15” Şirkətinin cavabdeh Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocasən Bələdiyyəsinin İddiaçı istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması tələbinə dair inzibati iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılması qərara alınmışdır.
24. Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı məktubuna əsasən iddiaçı “X15” Şirkətinin cavabdeh Binəqədi rayon Xocasən Bələdiyyəs inə qarşı İddiaçı AğaHüseyn oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qanunsuzluğun tanınması tələbinə dair inzibati iş məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Qeyd olunan qərardad 22 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə işin icraatı təzələnmişdir.
26. Məhkəmə Ekspertiza Mərkəzinin № 10/4461 saylı, 01 noyabr 2022-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 saylı qərarı ilə Həsənzadə X13 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin, faktiki torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin Cavabdeh istifadəsində olan, hasarlanmış torpaq sahəsi olduğu və iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X15” Şirkətinin ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətində olduğu müəyyən olunmuşdu.
27. Məhkəmə kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərardadı ilə Azərb aycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin X5 mütəxəsis qismində işə cəlb edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi alınmışdır.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin № 10/8631 saylı, 15 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçü n ayrılmış 300 kv.m torpaq sahəsinə dair Xocasən Bələdiyyəsi tərəfindən tərtib edilmiş peyk çəkilişi və mövcud vəziyyətə uyğun planda göstərilən koordinatların, Cavabdeh faktiki istifadəsində olan, hasarlanmış mübahisəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmçinin müəyyən olundu ki, mübahisələndirilən 300 kv.m torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən “X15 S.A” Şirkətinin ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətindədir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdiyev və F.H.Qasımov) 3 may 2023-cü il tarixli, 2(103)-110/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, i ddia təmin edilərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə fərdi ev tikmək üçün ayrılmış 300 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş hasar, o cümlədən darvaza Cavabdeh hesabına sökülməsi, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
30. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhs ili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
31. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilir ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında iddiaçı X2 ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan, hasarlanmış mübahisəli torpaq sahəsi ilə üst-üstə düşür.
32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi ilə bağlı müvafiq subyektiv hüququ olmaqla, onun bu hüququ cavabdeh tərəfindən pozulmuşdur. İddiaçının ba rəsində mübhisəli torpaq sahəsi ilə bağlı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı olsa da, cavabdehin həmin torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir.
33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsində hasar tikilisi və darvaza mövcuddur. Cavabdeh tərəf hasar daxilində heç bir tikinti işləri aparılmadığını bildirmiş, iddiaçı tərəf isə hasarın və darvazanın özbaşına tikili olmaqla, sökülməsini xahiş etmişdir. Buna görə də, kollegiya hesab edir ki, özbaşına tikili olan hasar və darvaza cavabdehin hesabına sökülməli, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır.
34. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən mübahisəli torpaq sahəsi “X15 S.A” Şirkətinin ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətindədir.
35. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Mülki Məcəlləsinin 139.1, 157.2, 157.8, 158.4, 165.1, 239.2, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2, 16.1, 16.2, 16.4, 43.2.1, torpaq Məcəlləsinin 55, 56, 111, və MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırmış dır ki, Bakı Apelyasiya Məhkəməsi qərar verərkən Bakı İnzibati məhkəməsinin yuxarıda göstərilən iddianın qeyri-mümkün hesab edilməsi barədə qərarını nəzərə almamışdır. Həmin qərarda birbaşa göstəriri ki, Xocasən Bələdiyyəsinin qərarı qanunsuzdur və qüvvədə deyildir. Çünki həmin akt artıq qüvvədən düşdüyü üçün həm iddiaçının yalnız Xocasən Bələdiyyəsindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ vardır. İddiaçının torpaq sahəsi üzərində hər hansı bir hüququ yoxdur. Belə ki, torpaq dövlət mülkiyyətində olmaqla sənaye təyinatlı torpaqdır. İnzibati məhkəmənin də qərarından görünür ki, iddiaçının mülkiyyət hüququ yoxdur və hətta onun gözlənti hüququ da yoxdur. Qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alındıqdan sonra həmin əmlaka hüququ tanına bilərdi. Lakin qanunun bu normasına da əməl olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
39. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 X7:
40. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əməl ə gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
44. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
45. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
46. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
47. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
48. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
49. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhru metmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
50. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
51. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
55. Maddə 217.1. Məhk əmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar m üvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
62. İşə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsası kimi Mülki Məcəllənin həm mülkiyyətin, həm də sahibliyin müdafiəsinə dair normalarına istinad etsə də, konkret normanın dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğa (uyğunsuzluğa) dair təhlil aparmamış, iddianın məhz hansı norma əsasında təmin edildiyi konkret göstərilməmişdir.
63. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından belə görünür ki, mübahisəli torpaq sahəsinə tərəflərdən heç birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh faktiki olaraq torpaq sah əsinə sahiblik edir. İddiaçı isə Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən ona fərdi ev tikmək üçün ayrılmış 300 kv.m torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini və cavabdehin sahədən çıxarılmasını tələb edir.
64. Belə olan halda iddia tələbinin qanuni əsası kimi həm əşya hüquqlarının, həm də sahibliyin müdafiəsinə dair normalar nəzərdən keçirilə bilər.
65. Apellyasiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 158.4-cü maddələrinə istinad etmişdir.
66. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (§ 42-45).
67. Göründüyü sadalanan normaların tətbiq edilməsi üçün birinci dispozisiya şərti iddiaçının əşya üzərində müəlkiyyət və digər əşya hüququna malik olmasıdır. Bu həm də sözügedən normalarla tələb irəli sürülməsi üçün iddiaçının subyektiv hüququna dəlalət edir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında v urğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
69. Qanuna əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır (§ 41).
70. İddianın obyekti olan torpaq sahəsinin dövlət reyestrində mülkiyyət və ya digər əşya hüququ ilə qeydə alınmadığı hazırkı işdə mübahisəsizdir.
71. Belə olan halda, bu qərarın 65-ci maddəsində qeyd olunan normaların hazırkı işə hansı əsasla təbiq edilməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.
72. Həmin məhkəmə iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasını Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə izah etmişdir (§ 32).
73. Bununla belə, işdə olan və qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı qərardadında açıqca qeyd olun muşdur ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarı öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir.
74. Belə olan halda, apellyasiya məhkəməsinin qüvvədə olmadığı məhkəmə aktı ilə təsdiq edilmiş bələdiyyə qərarına istinadən iddiaçının hazırkı tələblərini irəli sürmək üçün subyektiv hüququa malik olması barədə qənaəti iş materiallarına və qanunvericiliyə uyğun bir yanaşma hesab edilə bilməz.
75. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddiaçının tələbinin mülkiyyət və digər əşya hüququ ilə haqlı olması apellyasiya məhkəməsi tərəfindən düzgün əsaslandırılmamışdır.
76. Kassasiya kollegiyası onu da vurğulamağı vacib sayır ki, qətnamədə MM-in 165.1-ci maddəsinə istinad olunmuşdur.
77. Sahibliyin mahiyyəti v ə müdafiəsinə dair mülki hüquq qaydaları ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 46). Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
78. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər (§ 47).
79. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1- ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir (§ 48).
80. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (§ 49).
81. O da nəzərə alınmalıdır ki, sahiblik əşya üzərindəki faktiki hakimiyyəti təmin edən və üçüncü şəxslərə açıqlayan vəziyyət olduğu üçün onun pozuntusunun aradan qaldırılması üçün iddianın sürətli şəkildə (dərhal və ya bir il ərzində) qaldırılması tələb olunur. Bu müddət keçdikdən sonra sahiblik vəziyyəti ilə bağlı status-kvo (mövcud vəziyyət) tanınmış olur və pozulmuş hüququn sahibliyə dair qaydalar çərçivəsində müdafiəsi mümkün sayılmır (h ətta mülki hüquq ədəbiyyatında bu müddətin mahiyyəti etibarilə kəsici müddət olduğu qeyd olunur).
82. Bu səbəbdən MM-in 165.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir (§ 51).
83. Beləliklə, məhkəmə tərəfindən iddianın bu norma əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar).
84. Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.
85. Kassasiya məhkəməsi onu da vurğulayır ki, iddianın sahibliyin müdafiəsi qaydasında təmin edilməsi barədə məhkəmə qərarı yalnız sahiblik vəziyyətinin özbaşına pozuntusunun aradan qaldırılmasını təmin edir. Başqa sözlə, həmin qərar daşınmaz əşyaya hüququ olan şəxs(lər)in eyni predmetə dair hüquq haqqında mübahisə açmasını istisna etmir və hüquq haqqında mübahisə üçün preyudisial əhəmiyyət daşımır.
86. Beləliklə, məhkəmə tərkibi bildirir ki, əgər iddia apellyasiya məhkəməsinin istinad etdiyi MM-in 165.1- ci maddəsi baxımından təmin edilə biləndirsə, o zaman işin faktiki halları üzrə yuxarıda qeyd olunan normalar çərçivəsində hüquqi dəyərləndirmə aparılmalı idi. Belə bir əsaslandırma isə aparılmamışdır.
87. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
88. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət ve rmədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
89. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X8 X3 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 39-40).
90. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
91. İnsan Hüquqları üzrə Avropa Məh kəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
92. Qeyd edilənləri nəzərə almaqla kassasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual normaların tələblərinə əməl olunmadan çıxarıldığı üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
93. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsi n. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-110/2023 saylı iş üzrə 3 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.