Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3021/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, müqavilə azadlığı, kreditorun tələblərinin zaminə keçməsi şərtləri, zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-932/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29 faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq bağlanmış 23 av qust 2023-cü il tarixli SMS kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. 3. 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh2 arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3 arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc lunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən isə Borclu Kreditor qarşısında öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər.
4. İddiaçı ASC-nin Şəki filialının “Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” 19 sentyabr 2024-cü il tarixli Arayışına əsasən, borcalan Cavabdeh1 23 avqust 2023-cü il tarixdə 23 avqust 2027-ci il tarixədək müddətə bağlanmış kredit müqaviləsi üzrə göstəricilər belədir: kreditin məbləği - 20.000 manat; kreditin faiz dərəcəsi- 15 faiz; kreditin (o cümlədən faizlərin) ödənilməsinin hər dövr üçün məbləği- 561,83 AZN; ödənilmiş əsas kredit məbləği- 2.875,44 AZN; əsas kredit borcunun məbləği- 17.124,56 AZN; faiz borcunun məbləği- 745,17 AZN; cərimə məbləği31,86 AZN; borc üzrə iddia tələbinin cəmi məbləği 17.901,59 AZN.
5. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2024-cü il tarixdə verilmiş AZ-İİ № 427198 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən, Cavabdeh1 13 may 2024-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində kəllədaxili travmalar nəticəsində ölmüşdür.
6. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli Pretenziyadan görünür ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 illik 15,5 faiz ödəmək və xx.xx.2027-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan borcun məbləği: a) Əsas borc üzrə 17.124,56 manat; b) faiz borcu üzrə 745,17 manat: c) cərimə üzrə 31,86 manat olmaqla cəmi 17.901,59 manat təşkil edir. Həmin borcun Banka ödənilməsi təklif edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.124,56 AZN əsas borc, 745,17 AZN faiz borcu və 31,86 AZN cərimə borcunun, cəmi 17.901,59 AZN kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 AZN dövlət rüsumunun tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi Bankla digər cavabdehlər Cavabdeh2 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3 ilə 23 avqust 2022ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhd əliklərin icrasını öz üzərlərinə götürmüşlər. “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq 23 avqust 2023-cü il tarixli SMS razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23dək ödənilmək şərti ilə) 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsi şərtlərinə əməl etmədiyindən, Cavabdeh2 özünə, eləcə də öhdəlik üzrə zaminlərcavabdehlər Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. “Əsas kredit limiti razılaş ması” üzrə öhdəliklərini Bank qarşısında icra etməyən Cavabdeh1 19 sentyabr 2023-cü il tarixə iddiaçıya 17.124,56 AZN əsas borc, 745,17 AZN faiz borcu və 31,86 AZN cərimə borcu, cəmi 17.901,59 manat məbləğdə kredit borcu qalmaqdadır.
9. İddiaçı Bankın nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə, iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vəfat etməsi səbəbindən, həmin vəfat etmiş cavabdehə qarşı iddia tələbindən imtina etmək zərurəti yarandığından, hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.124,56 AZN əsas borc, 745,17 AZN faiz borcu və 31,86 AZN cərimə borcu, cəmi 17.901,59 manat kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 manat dövlət rüsumunun tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-1237/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Həsən Qəniyev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbin dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.
11. Həmçinin Kəlbəcər Rayon Məhkəməsinin e-16(040)-19/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Həsən Qəniyev) iddiaçı Bankın müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəsi təmin edilərək, mülki iş üzrə məhkəmə aktı qəbul edilənədək Cavabdeh2 adına qeydiyyatda olan “Mersedes Benz E200 minik” markalı **BH-***dövlət qeydiyyat nişanlı və “Vaz-2101 minik” markalı **-BD-*** dövlət qeydiyy at nişanlı avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir.
12. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş, izahatında qeyd etmişdir ki, mərhum övladı- borcalan Cavabdeh1 kredit öhdəliyi ilə bağlı Bankla aralarında 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı zaminlik müqaviləsi bağlansa da, əslində zaminlik müqaviləsi bağlanarkən həmin müqavilənin mahiyyətinin ona izah edilməmişdir. Müqaviləyə görə zamin olaraq borcalanla birlikdə öhdəlik daşıyır. Borcalanın vəfat etməsi ilə zamin ayrıca öhdəlik daşımır. Həmçinin övladı Cavabdeh1 13 may 2024-cü il tarixdə vəfat etməsindən sonra daşınmaz miras əmlakı qalmış və o, mirası qəbul etməmişdir. Buna görə də mərhum övladının vərəsəsi olaraq da kredit borcu öhdəliyini daşımır. İddia mərhum borcalan Cavabdeh1 mirası qəbul etmiş vərəsəsinə (vərəsələrinə) qarşı qaldırılmalıdır. Odur ki, iddianın ona qarşı hissədə rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh3 da iddianı qəbul etməmiş, izahatında qeyd etmişdir ki, mərhum qohumu (qaynı)- borcalan Cavabdeh1 kredit öhdəliyi ilə bağlı Bankla aralarında 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqaviləsi bağlansa da, əslində zaminlik müqaviləsi bağlanarkən həmin müqavilənin mahiyyətinin ona izah edilməmişdir. Müqaviləyə görə zamin olaraq borcalanla birlikdə öhdəlik daşıyır. Borcalanın vəfat etməsi ilə zamin ayrıca öhdəlik daşımır. İddia mərhum borcalan Cavabdeh1 mirası qəbul etmiş vərəsəsinə (vərəsələrinə) qarşı qaldırılmalıdır. Odur ki, iddianın ona qarşı hissədə rədd edilməsini xahiş etmişdir.
14. Kəlbəcər Rayon Məhkəməsinin (bun dan sonra-birinci instansiya məhkəməsi) e2(040)-79/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia tələbi rədd edilmiş, birinci instansiya məhkəməsinin bu mülki işlə əlaqəldar qəbul etdiyi e-16(040)-19/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadının isə qətnamənin qanuni qüvvəyə mindiyi gündən ləğv edilməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbindən, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il t arixli qərarından görünür ki, zamin borclu (və ya borcun ödənilməsi öhdəliyini daşıyan vərəsə) ilə birlikdə öhdəlik daşıyır. Bundan başqa, həmin qərarın 3-cü bəndində xüsusi olaraq qeyd edilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İddiaçı tərəfindən mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı cəhdlər edilməmiş, habelə məhkəmə icraatında tədqiq edilmiş iş materiallarından görünür ki, borcalan Cavabdeh1 23 avqust 2023-cü il tarixdə krediti götürdükdən sonra yalnız səkkiz ay iyirmi gün yaşamış və həmin müddət ərzində kredit məbləği üzrə ə sas borcdan 2.875,44 manat pul vəsaiti ödənilmişdir. Belə olan halda (o cümlədən borclunun mirası qəbul etmiş vərəsələri aşkar edilmədiyi halda) zaminlərə qarşı iddia təmin edilə bilməz.
16. Məhkəmə həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsinin bu mülki işlə əlaqəldar müvəqqəti təminat tədbirinin tətbiqi (zamin Cavabdeh2 məxsus avtomobillərin özgəninkiləşdirilməsinin müvəqqəti qadağan edilməsi) ilə bağlı qəbul etdiyi e-16(040)19/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı bu qətnamənin qüvvəyə minməsi ilə öz qüvvəsini itirməli olduğundan, qətnamənin qanuni qüvvəyə mindiyi gündən ləğv edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 472.1, 739.1, 742.1, 743.1, 743.2 və 744.1-ci maddələrinə, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cımaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 88 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, gö ründüyü kimi, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək, yalnız 2 halı, yəni- 1) mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı bank tərəfindən cəhdlərin edilmədiyini (başqa sözlə desək, Bank tərəfindən əsas borclunun vərəsələrini müəyyən etmədən birbaşa zaminlərə qarşı iddia irəli sürülməsini); 2) mərhum borclunun krediti götürdükdən sonra 8 ay 20 gün yaşamaqla 2.875,44 manat məbləğində borcundan ödəniş etməsini əsas gətirməklə iddianı rədd etmişdir. İlk öncə, məhkəmənin iddianın rədd edilməsinə əsas hesab etdiyi ikinci hala münasibətdə vurğulamaq istəyirik ki, “mərhum borclunun krediti götürdükdən sonra 8 ay 20 gün yaşadığı müddətdə borcundan ödəniş etməsi”nin hüquqi baxımdan ümumiyyə tlə iddianın rədd edilməsinə əsas ola biləcək hal kimi qəbul edilə bilməz və bu cür əsaslandırmanın iddianın hazırkı nəticəsinə hər hansı aidiyyəti yoxdur. Məhkəmənin iddianın rədd edilməsinə əsas hesab etdiyi birinci hala, yəni “mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı bank tərəfindən cəhdlərin edilməməsi”nə münasibətdə isə hesab edirik ki, aşağıdakı məqamların müvafiq ardıcıllıqla qeyd olunması zəruridir: Birincisi, bildirirlər ki, mülki iş üzrə xx.xx.2024-cü il tarixdə ilk və yeganə məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə isə Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən icraat dayandırılmışdır. Cavabdeh1 vəfat etməsi ilə ba ğlı iddia tələbinin azaldılması barədə xx.xx.2024-cü il tarixdə tərəfimizdən verilmiş ərizə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərkən nəzərə alınmamışdır. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, şikayət təmin edilmiş, “icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardad ləğv edilmiş və e-2(040)-79/2025 nömrəli mülki iş üzrə icraat təzələnmiş və işə baxılması xx.xx.2025-ci il tarixə saat 12:45-ə təyin edilmişdir. Həmin tarixdə də qətnamə qəbul edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə xx.xx.2025-ci il tarixdə iş üzrə icraatı dayandıran zaman iddia tələbinin azaldılmasına dair verilmiş ərizənin mülki iş materiallarında olduğundan belə xəbəri olmamışdır. Digər tərəfdən idd iaçı xx.xx.2024-cü il tarixli “iddia tələbinin azaldılması” barədə ərizədə sadəcə vəfat etmiş Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla, borcun digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasını tələb etməkdə davam etmişdir. Məhkəmə isə xx.xx.2025-ci il tarixli qətnamənin “təsviri əsaslandırıcı” hissəsində 2-ci səhifənin 2-ci abzasında - iddiaçının xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizəsini təhrif edərək, vəfat etmiş Cavabdeh1 qarşı iddia tələbindən imtina etmək zərurəti yarandığından iddiaçının verdiyini göstərmişdir. Halbuki, tərəflərindən sözügedən ərizədə iddia tələbindən həmin cavabdehə münasibətdə “imtina edilməsi” qeyd edilməmiş, sadəcə iddia tələbinin həcmi azaldılmaqla, borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasını t ələb etməkdə davam edilmişdir. İkincisi, borclu Cavabdeh1 vəfat etməsi banka məlum olduqdan sonra, vəkil sorğusu ilə Oğuz rayon notariat ofisinə müraciət edilmişdir. Notariat ofisi xx.xx.2024-cüil tarixli, 437 nömrəli məktubla sorğuya cavab vermiş, məktubuna vərəsəlik işi ilə bağlı sənədləri əlavə etmişdir. Həmin notariat işinin materialları içərisində mərhum Cavabdeh1 hər hansı daşınar və ya daşınmaz əmlakın məxsus olması haqqında sənəd, o cümlədən Elektron sistemdən çıxarışı olmamışdır. Yəni, miras kütləsinə daxil ola biləcək, vərəsələr arasında bölünə biləcək əmlaklar barədə sübut vərəsəlik işində mövcud olmamışdır. Notariat ofisinin verdiyi materiallar içərisində “xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vardır. Həmin şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi- həyat yoldaşı X5 miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 329-42/2-2218/2024 saylı məktubuna əsasən mərhum Cavabdeh1 dəfn xərci üçün ödəniləcək müavinət orta aylıq əmək haqqı 443 manat olmaqla, cəmi 1.329 manat pul vəsaitindən ibarətdir.” Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məlumdur ki, dəfn xərci üçün ödəniləcək müavinət-mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbi baxımından ümumiyyətlə miras kütləsinə daxil deyildir. Düzdür, notarius tərəfindən bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də, bu o demək deyildir ki, dəfn xərci miras əmlakdır və şəhadətnamədə göstərilmiş şəxs “həmin miras”ın çatdığı vərəsədir. Həmin şəhadətnamə dəfn xərclərinin ödənilməsini təmin etmək məqsədilə, notarius tərəfindən mərhumun həyat yoldaşına aidiyyəti orqana təqdim etm əsi üçün verilmişdir ki, o, dəfn xərcini alarkən çətinliklərlə üzləşməsin. Qeyd olunmalıdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış əsas borclunun həyat yoldaşı X1 dəfn xərci üçün ödəniləcək müavinət aldığından və mülki qanunvericiliyin tələbinə əsasən dəfn xərci üçün ödəniləcək müavinət “miras kütləsi”nə daxil olmadığından, notarius tərəfindən isə təqdim edilmiş vərəsəlik işində mərhumun adına hər hansı əmlakın olması və yaxud həmin əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı sənəd olmadığından tərəflərindən əsas borclunun həyat yoldaşına - X4 qarşı iddia qaldırılmamışdır. Bu səbəbdən borcun cavabdehlərdən - birgə borclu olan zaminlərdən müştərək qaydada tutulması xahiş edilmişdir. Lakin, məhkəmə xx.xx.2025-ci il tarixli qətnaməsində iddia tələbinin rədd edilm əsinə əsas kimi istinad etdiyi ilk mövqeyində “iddiaçı tərəfindən mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı cəhdlərin edilmədiyi”ni qeyd etmişdir. Halbuki, iddiaçı “tərəfindən sözügedən “cəhd”lərin edilibedilməməsi qənaətinə gəlinməsi üçün, məhkəmə tərəfindən sözügedən məqamlar araşdırılmamış, məhkəmə araşdırmasına səthi yanaşılmışdır. Məlumdur ki, iddiaçı tərəfindən bu məqam aydınlaşdırılsa idi və miras kütləsinə daxil olan hər hansısa əmlaka dair vərəsəlik işinin açılmadığı müəyyən olunsa idi, bu hal, məhkəmə tərəfindən iddiaçının sözügedən istiqamətdə cəhd etməməsi kimi qəbul edilib qiymətləndirilə bilməzdi. Çünki, vərəsəlik işi ilə bağlı notariusa sorğusu nəticəsində əldə edilmiş notariat işi sənədlərinin arasında hər hansı vərəsəliklə bağlı sənədlər olmamış, mərhuma məxsus hansısa əmlakın qəbul edilməsinə dair şəhadətnamə olmamışdır. Yuxarıda sadalanan hallardan aydın olduğu kimi məhkəmə işə səthi yanaşmış, keçirilmiş məhkəmə iclaslarında vacib əhəmiyyətli hallar ilə bağlı iş üzrə araşdırma aparmaq istəməmişdir. Məhkəmə xx.xx.2025ci il tarixli qətnaməsində iş materiallarını sadalayarkən, mərhum Cavabdeh1 adına mülkiyyət hüququ əsasında iki torpaq sahəsi qeydə alındığını “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müəyyən etdiyini göstərsə də, nəzərə alınmalıdır ki, notarius tərəfindən təqdim edilmiş sənədlərdə həmin iki torpaq sahəsi ilə bağlı hər hansı sənəd, habelə notariusun elektron sistemdən çıxarışı da mövcud olmamışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən mərhum borclunun adına hər hansı əmla kının və ya həmin əmlakı qəbul etmiş vərəsəsinin olub-olmamasını bilə bilməzdi. Hansı ki, məhkəmənin özü də Elektron sistem vasitəsilə borclunun adına iki torpaq sahəsi olmasını qeyd etsə də, real imkanı olduğu halda, yenə də eyni qaydada Elektron sistem vasitəsilə həmin əmlakların miras əmlak qismində hansısa vərəsə tərəfindən qəbul edilibedilməməsini, həmin əmlaklarla bağlı vərəsəlik işinin açılıb-açılmamasını araşdırmamışdır. Həmçinin, məhkəmə sözügedən əmlakların mövcudluğunu iddiaçının diqqətinə çatdırmadan, bununla bağlı iddiaçının mövqeyini öyrənmədən yekun məhkəmə aktı qəbul etmişdir. Bu da məhkəmənin işin obyektiv həllində maraqlı olmadığının və əsassız qərar qəbul edilməsinin göstəricisidir. Çünki iddiaçının əsas borcluya münasibətdə iddia tələbini azaltmasına və borclu ilə birgə məsuliyyət daşıyan zaminlərə tələbini yönəltməsinə səbəb - notarius tərəfindən hər hansı əmlakla bağlı vərəsənin müəyyən edilməməsi olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edilən hal ilə bağlı iddiaçıya məlumat vermədiyindən iddiaçı hazırkı apellyasiya şikayətinə əlavə etdiyi notariusun məktubunu və notariat işi ilə bağlı sənədləri məhkəməyə təqdim etmək hüququndan və iddianı müdafiə etmək hüququndan məhrum olmuşdur. Qeyd edilən qətnamə ilə maddi və prosessual normalar pozulmuşdur.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 2(104)-932/2025 nömrəli, 7 may 2025-ci il tarixli (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, bir inci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən kredit borcu ilə bağlı zaminlərə qarşı iddia irəli sürülsə də, borcalan şəxsin vəfat etməsi və mirası qəbul edən vərəsələrin mövcudluğu barədə lazımi prosessual tədbirlər görülmədiyindən, iddianın birbaşa zaminlərə yönəldilməsi hüquqi baxımdan əsassız hesab edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə təqdim olunan sənədlərə əsasən, mərhum borcalan Cavabdeh1 vərəsəsi kimi həyat yoldaşına yalnız dəfn müavinəti çatdığı göstərilsə də, eyni zamanda “Elektron məhkəmə” sistemində borcalanın adına daşınmaz əmlakın qeydə alındığı müəyyən edilm işdir. Bu isə mirasın faktiki olaraq mövcudluğunu istisna etmir. Lakin, hazırkı stiuasiyada isə bank tərəfindən borc məbləğinin zaminlərin tutulması mübahisələndirilir. Zaminin tam məsuliyyəti yalnız o halda aktuallaşır ki, vərəsələrin borcu qəbul etmədiyi və ya miras əmlakın öhdəlikləri icra etməyə imkan vermədiyi sübut olunsun. İddiaçı bu halların mövcudluğunu tam şəkildə sübut etmədiyindən zaminə qarşı tələbin təmin edilməməsi qanunidir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunan “vərəsə müəyyən olunmadığı üçün zaminlərə yönəlmiş iddia qanunidir” arqumenti əsassızdır, çünki istinad edilən notariat sənədləri miras əmlakın tam yoxluğu barədə hüquqi əminlik yaratmır və borcalanın adına qeydiyyatda olan daşınmaz əmlakların mövcudluğu bu iddianı tə kzib edir. Zaminlərin məsuliyyəti Mülki Məcəllənin 472.1 və Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının müddəalarına əsaslansa da, həmin qərarda qeyd edilir ki, vərəsələr öhdəliyi icra etmədikdə və ya miras əmlak öhdəliyi yerinə yetirməyə yetmədikdə zamin məsuliyyət daşıyır. İddiaçı tərəfindən bu hallar sübuta yetirilməmişdir.
24. Məhkəmə kollegiyası tərəfindən iddiaçının notariat orqanına müraciətini qiymətləndirmiş, lakin həmin müraciətin nəticələrinin zaminin birbaşa məsuliyyətini aktuallaşdırmağa kifayət etmədiyi qənaətinə gəlinmişdir.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətində əsas borclunun vərəsəsi kimi qeyd edilən şəxsin yalnız dəfn müavinəti aldığı bildirilmiş, lakin həmin şəxsə qarşı iddianın irəli sürülməməsi, eyni zamanda daşın maz əmlakla bağlı hüquqi araşdırmanın aparılmaması sübutedici vəzifənin icra olunmadığını göstərir. Zaminin tam məsuliyyəti yalnız o halda aktuallaşır ki, vərəsələrin borcu qəbul etmədiyi və ya miras əmlakın öhdəlikləri icra etməyə imkan vermədiyi sübut olunsun. Baxılan işdə iddiaçı tərəf bu halların mövcudluğunu tam şəkildə sübut etmədiyindən zaminə qarşı tələbin təmin edilməməsi əsaslı olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 460.1, 470.1, 470.2, 472.1, 472.2, 739.1, 742.1, 743.1, 743.2, 744.1, 1133.1, 1133.2, 1151.1, 1159.1.1, 1243.1, 1243.2 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 77.1, 88, 191.3, 217.3, 217.4, 218.1, 218.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı Bank (Vəkil) apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda olmaqla belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda, sonuncuların öhdəliklərinin icrasından yayınmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçının kredit öhdəliklərini icra etməyən zaminlərdən – cavabdehlərdən tələb etmək hüququ olsa da məhkəmənin qəbul etdiyi qətnamə iddiaçının borclulardan vəzifəsinin icrasını tələb etmək hüququnun pozulması ilə nəticələnmişdir. Qeyd edilən maddi normalar məhkəmə tərəfindən pozulmuşdur. Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edi lməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə nəticəsində öhdəliyini icra etməyən borclulara münasibətdə tələb hüququ yaranmış iddiaçının (kreditorun) hüquqları pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırılıb ki, iddia tələbi üzrə cavabdehlərdən Cavabdeh2 mərhum borclu Cavabdeh1 atasıdır, sonuncu miras əmlaklarları qəbul etməkdən imtina etmədiyindən, mirası qəbul etmiş sayılır. İşə baxmış apellyasiya instansiyası isə qətnaməni dəyişdirmə dən saxlayarkən, ümumiyyətdə həmin cavabdehin vərəsə olmasını nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiyası hazırkı tarixədək kredit öhdəliklərinin icra edilmədiyini, kredit üzrə ödəniş edilməməsinin gecikmədə olduğunu nəzərə almamışdır. Halbuki bu işin mübahisəsiz halı olmuşdur.
29. Məlumdur ki, qanunvericiliyə görə birinci növbədə vərəsələr mərhum borclunun atası, anası, arvadı, uşaqları (ailə üzvləri) olur. Borclunun vərəsəsi ola biləcək həmin şəxslər barədə məlumat əldə etmək isə, bəhs olunan iki torpaq sahəsinin qəbul edilməsi ilə bağlı hər hansı vərəsəlik işi açılmaması nəzərə alınmaqla, İddiaçı olan Bankın imkanı xaricindədir. Belə ki, hamıya bəllidir ki, şəxsin həmin ailə üzvləri barədə məlumatlar ailə sirri olduğundan qeydiyyat orqanları da şəxsin ailə üzvü barədə məlum at verməkdən imtina edirlər. Buna görə də, tərəflərindən həmin ailə sirrinə dair məlumatların əldə edilməsi iddiaçı olaraq imkan xaricindədir. Lakin apellyasiya instansiyası bunu banka aid vəzifə olaraq qiymətləndirmişdir.
30. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunan mövqedən belə aydın olur ki, mirasdan imtina ilə bağlı halı və mərhumun vərəsəsi olmaması halını sübut etmək vəzifəsi vərəsələrin sübutetmə yükünə aiddir. Yəni hazırkı işdə iddiaçının sübutetmə yükünə aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarından göründüyü kimi, əsas borclunun ölümü zaminliyin xita mına səbəb olmur, habelə zaminin cavabdeh olduğu risklər dairəsinə daxildir, həmçinin zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır.
31. Bundan başqa, əsas borclu olan cavabdeh vəfat etmiş, borclunun həyat yoldaşı X4 verilmiş vərəsəlik şəhadətnamələri isə dəfn xərci üçün ödəniləcək müavinət və yol nəqliyyat hadisəsində nəticəsində mərhumun ölməsi ilə bağlı sığorta ödənişi haqqındadır. Məlumdur ki, dəfn xərci üçün ödəniləcək müavinət, həmçinin yol nəqliyyat hadisəsində nəticəsində mərhumun ölməsi ilə bağlı olan sığorta ödənişi - mülki qanunvericiliyin tələbi baxımından ümumiyyətlə miras kütləsinə daxil deyildir. Həmin şəhadətnamələr dəfn xərclərinin ödənilməsini təmin etmək, sığorta ödənişini almaq məqsədilə, notarius tərəfindən mə rhumun həyat yoldaşına aidiyyəti orqana təqdim etməsi üçün verilmişdir ki, o, dəfn xərcini və sözügedən sığorta ödənişini alarkən çətinliklərlə üzləşməsin. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin vərəsəlik şəhadətnamələrinə - miras əmlaka aid olan vərəsəlik şəhadətnamələri kimi qiymət verməmişdir. (yeganə düzgün qiymətləndirməsi budur)
32. Həmçinin iddiaçının qeyd edilən vərəsəlik işində torpaq sahələrindən ümumiyyətlə məlumat olmamışdır. Təbii ki, belə olan halda mərhumun adına həmin torpaq sahələrinin olması haqqında iddiaçıda hər hansı bir məlumat olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya təqdim edildikdən sonra Oğuz rayon Bucaq Bələdiyyəsinə sorğu verilmiş, sonuncunun xx.xx.2025-ci il tarixli 35 nömrəli məktubundan görünür ki, Cavabdeh1 Oğuz rayon Bucaq kəndində 0,05 ha torpaq sahəsi mövcuddur. Həmin ərazidə yarım tikili var və heç kimin istifadəsində deyildir. O cümlədən Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-59/2-437/2025 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh1 vəfat etməmişdən əvvəl Qəbələ rayonu Corlu kənd sakini X3 məxsus xüsusi mülkiyyət sahəsindən 0,06 ha torpaq sahəsi almışdır. Halhazırda həmin torpaq sahəsi əvvəlki mülkiyyətçi X2 istifadəsindədir. Göründüyü kimi Cavabdeh1 mülkiyyətində olan əmlakın (daşınmaz əmlakların) vərəsələr tərəfindən faktiki olaraq qəbul edilməsə də, formal olaraq həmin miras əmlaklara dair vərəsəlik işi olmamış, həmçinin həmin torpaq sahələrindən (mirasdan) imtina edilməmişdir. Beləliklə bütün hallarda məhkəmənin qətnaməsi şikayətdə qeyd edilmiş maddi normaların pozulm ası ilə qəbul edilmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərilmiş hüquqi mövqeyə uyğun olmamışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Miras əmlaklar olan iki torpaq sahəsi qəbul etməkdən imtina etməmiş hazırkı cavabdeh (zamin, mərhumun atası) Cavabdeh2 vərəsə olması məhkəmə tərəfindən nəzərə alınmamış, vərəsə olmadığını sübut etmək yükünün isə məhz həmin cavabdehin üzərinə düşməsi ilə bağlı qanunvericiliyin normasına əhəmiyyət verilməmişdir. Eyni zamanda kredit öhdəliklərinin gecikmədə olmasına, uzun zamandır icra edilməməsinin işin mübahisəsiz halı olmasına əhəmiyyət verməmişdir. Məhkəmə sübutlar əsasında deyil, mülahizə və ehtimallar əsasında yekun nəticəyə gəlmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxaraq müvafiq hüquqi qiymət verməmiş və ədalətli qətnamə qəbul edilməmişdir.
33. Kassasiya şikayətində sadalananlardan da görünür ki, məhkəmə keçirilmiş məhkəmə iclaslarında vacib əhəmiyyətli hallar ilə bağlı iş üzrə araşdırma aparmaq istəməmişdir. Belə ki, qeyd olunan iş üzrə cəmi 1 dəfə xx.xx.2024-cü il tarixdə hazırlıq iclası keçirilmiş, işin məhkəmə baxışına hazırlanması mərhələsində heç bir araşdırma aparılmamış, yalnız iş üzrə bütün sübutlar və lazımı hərəkətlər edilməklə tam araşdırma aparıldıqdan sonra mülki iş üzrə məhkəmə baxış iclası təyin edilməli olduğu halda, elə ilk hazırlıq iclası keçirildikdən sonra mülki iş üzrə xx.xx.2025-ci il tarixə məhkəmə baxış iclası təyin edilmişdir. Bundan sonra, ilk məhkəmə baxış iclasında iddiaçının vəfat etmiş borcluya münasibətdə iddia tələbinin həcminin azaldılması barədə ərizəni xx.xx.2024-cü il tarixdə sistemə yükləməsinə baxmayaraq, həmin mülki işə məhkəmə səthi yanaşmış, ərizəni nəzərə almamış vəfat etmiş şəxs cavabdehlər sırasında olmasa da onun vərəsələrinin müəyyən edilməsi məqsədilə iş üzrə icraatı dayandırmışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmiş və şikayət xx.xx.2025-ci il tarixdə təmin edilmiş, iş üzrə icraat təzələnmiş və ikinci baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və elə həmin gün də qətnamə qəbul edilmişdir. O cümlədən, borclunun adına iki torpaq sahəsi olması barədə məlumat iş materiallarından görünür ki, baxış iclasında, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra sorğulanmış və AZEMİS-dən çıxarış qətnamə qəbul edilərkən iş materiallarında olmasa da tərtib edilmiş qətnam əyə həmin məlumatı əlavə etmiş və iddianı rədd edərkən məhz həmin çıxarışa istinad etmişdir. (bu hal qətnamə çıxarıldıqdan sonra nümayəndəmiz tərəfindən iş materialları ilə tanış olarkən aşkara çıxarılmış və AZEMİS-dən çıxarışın müvafiq fotosu çəkilmişdir.) Göründüyü kimi, məhkəmə iş üzrə araşdırma aparılması istiqamətində heç bir hərəkət etməmiş, işə səthi yanaşmışdır. Apellyasiya instansiyası şikayətə baxarkən göstərilən məqamları nəzərə almamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
34. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılar ı arasında müqavilə olmalıdır.
37. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
39. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
40. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
41. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtləri nə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
44. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
45. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şə rtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
46. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
47. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəm əyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
51. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
52. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
53. Maddə 472.1. Bor clu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
54. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
55. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin bor cludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
56. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
57. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
58. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarı.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də mir as əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar; borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər; vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
60. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;
67. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılma q üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
72. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
76. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29 faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti xx.xx.2032-ci il tarixdən artıq olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmış, onların arasında həmin kredit limiti razılaşmasına uyğun olaraq bağlanmış 23 avqust 2023-cü il tarixli SMS kredit razılaşmasına əsasən isə iddiaçı Bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 20.000 manat məbləğində kredit verilmişdir. 23 fevral 2022-ci il tarixli kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabde h3 arasında 23 avqust 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmış, müqaviləyə görə zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər. Zaminlik müqavilələrin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən isə Borclu Kreditor qarşısında öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. Əsas borclu Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 13 may 2024-cü il tarixdə ölmüşdür. Bankın 19 sentyabr 2024-cü il tarixli Arayışına əsasən, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği- 17.124,56 AZN; faiz borcunun məbləği- 745,17 AZN; cərimə məbləği- 31,86 AZN; borc üzrə iddia tələbinin cəmi məbləği 17.901,59 AZN.
77. İddiaçı Bank əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin cavabdehlərdən müştərək qaydada 17.124,56 AZN əsas borc, 745,17 AZN faiz borcu və 31,86 AZN cərimə borcunun, cəmi 17.901,59 AZN kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 AZN dövlət rüsumunun tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə məhkəməyə i ddia həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh1 vəfat etməsi səbəbindən, həmin vəfat etmiş cavabdehə qarşı iddia tələbindən imtina etmək zərurəti yarandığından, hazırda qeyd olunan borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
78. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə iddia tələbinə qarşı etiraz edərək, borcalan Cavabdeh1 kredit öhdəliyi ilə bağlı Bankla aralarında 23 avqust 2022-ci il tarixli zaminlik müqaviləsi bağlansa da, əslində zaminlik müqaviləsi bağlanarkən həmin müqavilənin mahiyyətinin onlara izah edilmədiyini, müqaviləyə görə zamin olaraq borcalanla birlikdə öhdəlik daşımalarını, borcalanın vəfat etməsi ilə zamin kimi ayrıca öhdəlik daşımadıq larını, həmçinin Cavabdeh1 vəfatından sonra daşınmaz miras əmlakı qalmasını, buna görə də iddianın mərhum borcalan Cavabdeh1 mirası qəbul etmiş vərəsəsinə (vərəsələrinə) qarşı qaldırılmalı olmasını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişlər.
79. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı tərəfindən kredit borcu ilə bağlı zaminlərə qarşı iddia irəli sürülsə də, borcalan şəxsin vəfat etməsi və mirası qəbul edən vərəsələrin mövcudluğu barədə lazımi prosessual tədbirlər görülmədiyindən, iddianın birbaşa zaminlərə yönəldilməsi hüquqi baxımdan əsassızdır. İş üzrə təqdim olunan sənədlərə əsasən, mərhum borcalan Cavabdeh1 vərəsəsi kimi həyat yoldaşına yalnız dəfn müavinəti çatdı ğı göstərilsə də, eyni zamanda “Elektron məhkəmə” sistemində borcalanın adına daşınmaz əmlakın qeydə alındığı müəyyən edilmişdir. Bu isə mirasın faktiki olaraq mövcudluğunu istisna etmir. Zaminin tam məsuliyyəti yalnız o halda aktuallaşır ki, vərəsələrin borcu qəbul etmədiyi və ya miras əmlakın öhdəlikləri icra etməyə imkan vermədiyi sübut olunsun. İddiaçı bu halların mövcudluğunu tam şəkildə sübut etmədiyindən zaminə qarşı tələbin təmin edilməməsi qanunidir.
80. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi zaminlərə qarşı yönəlmiş iddianı rədd etməsini, vərəsələrin borcu qəbul etmədiyi və ya miras əmlakın öhdəlikləri icra etməyə imkan vermədiyinin sübut olunduğu halda zaminin tam məsuliyyətinin yaranması ilə əlaqəndirmişdir.
81. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
82. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçı Bankın nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə, iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vəfat etməsi səbəbindən, həmin vəfat etmiş cavabdehə qarşı iddia tələbindən imtina edərək, tələbi yalnız iş üzrə zamin olan digər iki cavabdehə Cavabdeh2 və Cavabdeh3 yönəltsə də, birinci instansiya məhkəməsi 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı Bankın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbin dair iddia ərizəsini mərhum Cavabdeh1 münasibətdə də cavabdeh kimi məhkəmə icraatını mümkün hesab etmiş, bu halda prosessual hüquq normalarını pozub mərhum Cavabdeh1 münasibətdə iddia tələbi üzrə icraata xitam verilməsi məsələsini həll etməmişdir.
83. Halbuki birinci instansiya məhkəməsi əvvəl 8 yanvar 2025-ci il tarixli qərardadı ilə cavabdeh kimi Cavabdeh1 hüquqi varisi müəyyən edilərək Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən iş üzrə icraatı dayandırsa da, 16 yanvar 2025-ci il tarixli qərardadı ilə məhz iddiaçı Bankın iddia həcminin azaldılmasına dair xx.xx.2024-cü il tarixli ərizəsini əsas götürərək, əvvəlki qərardadını ləğv etmişdir.
84. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birin ci instansiya məhkəməsi tərəfindən yol verilmiş həmin pozuntuya hər hansı münasibət bildirilməmiş, mərhum Cavabdeh1 hazırkı iş üzrə cavabdehlər siyahısından çıxarılmasına, cavabdehlər kimi yalnız kredit müqaviləsi üzrə zaminlər olan Cavabdeh2 və Cavabdeh3 saxlanılmasına baxmayaraq, iddiaçı tərəfindən mərhum Cavabdeh1 vəfat etməsi və mirası qəbul edən vərəsələrin mövcudluğu barədə lazımi prosessual tədbirlərin iddiaçı tərəfindən görülməməsinə əsaslanmaqla, birinci instansiya məhkəməsinin ziddiyyətli mövqeyi nəzərdən qaçırılaraq, iddia rədd olunması qanuni hesab edilmişdir.
85. Bundan başqa məhkəmə kollegiyasl qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasındakı izahatlarında göstərmişlər ki, Cavabdeh1 ölməsi ilə əlaqədar olaraq onun borcu üzrə məsuliyyət daşımırlar və kred iti zamin kimi onlar deyil, mərhum Cavabdeh1 vərəsələri ödəməlidirlər.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin iddia tələbinə qarşı qeyd olunan etirazlarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qeyd olunduğu kimi əsas borclu Cavabdeh1 13 may 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum Cavabdeh1 iddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehlər siyahısından çıxarıldığından, ondan qalmış mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsinə də zərurət qalmamışdır. 87. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına görə, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etm iş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr ö hdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
88. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə, miras qoyanın ölümündən sonra qalmış öhdəlikləri, hər hansı üsullarla (girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və s.) təmin edilməmiş borc münasibətlərinə dair hallara şərh verilmişdir.
89. Lakin qeyd edildiyi kimi hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır.
90. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iqtisadi dövriyyənin normal fəaliyy ət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məs uliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cı maddələrini n əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarı)
91. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
92. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: birgə məs uliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqaviləd ən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
93. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor bo rclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
94. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xit am verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir.
95. Bundan başqa qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əs asını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir.
96. Qeyd olunduğu kimi 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi iddiaçı Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 və 43FİZAM144056001 saylı zaminlik müqavilələri başlanmış zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərlərinə götürmüşlər. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərə rin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən isə Borclu Kreditor qarşısında öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər.
97. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması” və 23 avqust 2023-cü il tarixli SMS kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliyinin icrasını öz üzərlərlərinə götürmələrinə, kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşımalarına düzgün hüquqi q iymət verilməmiş, Bank ilə həmin cavabdehlər arasında bağlanmış 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 və 43FİZAM144056001 saylı zaminlik müqavilələrinin şərtləri nəzərə alınmamış, zaminlərin məsuliyyəti səhvən subsidiar məsuliyyət kimi qiymətləndirilmişdir.
98. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və işdə olan subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
99. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
100. Ədalətli məhkəmə baxışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
101. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
102. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar.
103. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
104. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə aid hüquqi faktların tam və obyektiv araşrırılıb qiymət verilməklə əsaslandırılması təl əbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
105. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliyinin icrasını öz üzərlərlərinə götürmələrinə, kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşımalarına düzgün hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlar a Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-932/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.