Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3022/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər “xxxx” KFT-yə, “X2” FM-nə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxx” KFT və “X2” FM tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları 1. 25.10.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən cavabdeh «xxxx» KFT-nə illik 6 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 600.000 manat məbləğində kredit verilmişdir. Daha sonra 26.09.2013-cü il tarixli 120.LN.2004.260913.0001 saylı kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən cavabdeh «xxxx» KFT-nə illik 5 faiz ödənilməsi şərti ilə 84 ay müddətinə 2.100.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ilə «xxxx» KFT arasında bağlanmış 25.10.2011-ci il tarixli 103.CL.251011.0001/a saylı ipoteka müqaviləsi və ona 1 saylı əlavə razılığa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsi, 25.10.2 011-ci il tarixli 103.CL.251011.0001/b saylı ipoteka müqaviləsi və ona 1 saylı əlavə razılığa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Eyni zamanda İddiaçı ilə «X2» FM arasında bağlanmış 26.09.2013-cü il tarixli İ-152/af saylı ipoteka müqaviləsinə və 5 saylı əlavə razılığa əsasən ünvan 4, 1 saylı mənzil İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Əlavə olaraq kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 30.09.2013-cü il tarixli, İ-1389 saylı ipoteka müqaviləsinə və 2 saylı əlavə razılığa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evi bank ın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Qeyd olunan ipoteka müqavilələri dövlət qeydiyyatına alınmış, bununla bağlı müvafiq çıxarışlar verilmişdir.
6. «xxxx» ASC, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin pozulmasına istinad edərək, borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi barədə aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər “xxxx” KFT-yə, “X2” FM-nə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” KFT-dən İddiaçı-nin xeyrinə 25.10.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə 17.05.2016-cı il tarixə olan 305.800 manat əsas borcun, 61.555,92 manat faiz borcunun, 30.295,43 manat cərimə borcunun, c əmi 397.651,35 manat borcun, 26.09.2013-cü il tarixli, 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə 17.05.2016-cı il tarixə olan 2.100.000 manat əsas borcun, 146.125 manat faiz borcunun, cəmi 2.246,125 manat məbləğində borcun tutulması, “xxxx” KFT-yə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsi, “X2” FM-ə məxsus ünvan 4, 1 saylı mənzilə, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin açıq hərracda satılması, qeyd olunan əmlakların satışından əldə olunmuş pul vəsaitləri “xxxx” KFT-nin İddiaçı-yə olan 25.10.2011-ci il tarixli 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə ümumi olaraq 397.651,35 manat, 26.09.2013-cü il tarixli 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə isə ümumi olaraq 2.246,125 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, “X2” FM-ə məxsus ünvan 4, 1 saylı mənzilin və Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin 01 ay müddətində boşaldılması, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu günədək «xxxx» KFT tərəfindən kredit müqavilələrinin şərtlərini dəfələrlə yer inə yetirilməmiş və kreditlər üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur.
9. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 27 fevral 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” KFT-dən 25.10.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə 301.100,42 manat əsas, 24.491,42 manat faiz və 10.000 manat cərimə borcu, ümumilikdə isə 335.591,84 (üç yüz otuz beş min beş yüz doxsan bir manat səksən dörd qəpik) manat məbləğində borc İddiaçı-nin xeyrinə tutulması, cavabdeh “xxxx” KFT-dən 26.09.2013-cü il tarixli, 120.LN.2004.260913.0001 saylı kredit müqaviləsi üzrə 2.100.000,00 manat əsas və 146.12 5 manat faiz borcu, ümumilikdə isə 2.246.125 (iki milyon iki yüz qırx altı min yüz iyirmi beş) manat borcun İddiaçı-nin xeyrinə tutulması, tutulan məbləğlər ilkin satış qiyməti 3.137.960 (üç milyon yüz otuz yeddi min doqquz yüz altmış) manat məbləğində müəyyən edilməklə cavabdeh “xxxx” KFT-nə məxsus və banka girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 2.2414 ha torpaq sahəsinə, ilkin satış qiyməti 8.374.520 (səkkiz milyon üç yüz yetmiş dörd min beş yüz iyirmi) manat məbləğində müəyyən edilməklə cavabdeh “xxxx” KFT-nə məxsus və banka girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 5.9818 ha torpaq sahəsinə, ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 məxsus və banka girov qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivin də xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə və ilkin satış qiyməti 500.000 (beş yüz min) manat məbləğində müəyyən edilməklə cavabdeh “X2” firmasına məxsus və banka girov qoyulmuş ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əşyaların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin cavabdehlərə (müvafiq olaraq ipoteka qoyan şəxslərə) qaytarılması, ipoteka predmetləri olan Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.mdən ibarət 77 4 nömrəli bağ evi və ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonar ən geci 1 (bir) ay ərzində cavabdehlərin həmin daşınmaz əşyalardan çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun müştərək qaydada cavabdeh “xxxx” KFT-dən ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın cavabdeh “xxxx” KFT-dən dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) 04 mart 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, x saylı qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414ha torpaq sahəsinin bazar dəyərinin 840.000 (səkkiz yüz qırx min) manat, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsinin bazar dəyərinin 2.250.000 (iki milyon iki yüz əlli min) manat, ünvan 4, 1 saylı mənzilin bazar dəyərinin 300.000 (üç yüz min) manat, Sumqayıt şəhər i, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyərinin 107.000 (yüz yeddi min) manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh3 və “xxxx” KFT tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, x saylı qətnaməsinin 25.10.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.mdən ibarət 774 nömrəli bağ evinə yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin 25.10.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə yönəldilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin şişirdilməsi ilə bağlı tərəfin dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, cavabdeh tərəfin isə ipoteka predmetlərinin dəyərinin yuxarı olması ilə bağlı dəlilləri öz təsdiqini tapmadığından və cavabdeh tərəf bununla bağlı qiymətləndirmə rəylərini təkzib edən heç bir sübut təqdi m etmədiyindən, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri 14. “X2” FM kassasiya şikayəti verərək qətnamənin qismən - “İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin xsaylı, 27 fevral 2019-cu il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsinin bazar dəyəri 840.000 (səkkiz yüz qırx min) manat, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsinin bazar dəyəri 2.250.000 (iki milyon iki yüz əlli min) manat, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin bazar dəyəri 300.000 (üç yüz min) manat, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107.000 (yüz yeddi min) manat müəyyən edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi yuxanda qətnamən qəbul edərkən prosessual hüquq normalarım pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin məlumatı olmadan yenidən qiymətləndirmə ekspertizası təyin etmi ş və sonradan “xxxx”xxxx“xxxx” MMCdən hər hansı bir əsası olmayan rəylər almışdır. Bu rəylər “Qiymətləndirmə Fəaliyyəti» Haqqında Qanunun tələbləri pozulmaqla verilmişdir. Belə ki, nə “xxxx” Firmasının, nə də “xxxx” MMC-nin əməkdaşları və mütəxəssisləri (beh mütəxəssislər həqiqətən mövcuddursa) ipoteka predmeti olan əmlakların heç birinə baxış keçirməmişlər. Əmlaka baxış keçirmədən, əmlakın təmir vəziyyətini, torpaq sahələrinin təyinatını müəyyənləşdirmədən, həmin sahələrdə olan bir sıra tikililəri görmədən isə onu real olaraq qiymətləndirmək mümkün deyildir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətlərin şişirdilmiş qiymətlər olduğu qənaətinə gəlsə də, hazırki kassasiya şikayətinə əlavə edilmiş hələ 12.11.2012-ei il tarixli “xxxx” MMC tərəfindən tərtib edilmiş “Əmlakın Qiymətləndirilməsi” barədə Hesabatdan görünür ki, Abşeron rayonu. Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsinin və Abşeron rayonu. Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsinin ümumilikdə qiyməti 10.362.472 manatdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəylərdə isə torpağın sotu 37 manata qiymətləndirilmişdir. Bu isə reallıqdan tamami ilə uzaq qiymətlərdir. Bu qiymətlər hələ ipoteka müqavilələri bağlanan dövrlərdə mövcud olan qiymətlərdən aşağı göstərilmişdir. Halbuki, həmin dövrdən artıq 10 il vaxt keçmişdir. Bundan başqa məhkəmə “İpoteka Haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələblərini pozaraq, ipoteka predmeti olan əmlakların likvid qiymətləri deyil, yalnız bazar qiymətləri müəyyən edilmişdir. “X2” fərdi müəss isəsinə (hazırda Turoperator Kurorti.ru) məxsus ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil isə səndlərdə mənzil olsa da, əslində qeyri-yaşayış sahəsidir və sahəsi sənədlərdəkindən qat-qat artıqdır. “xxxx”xxxx“xxxx MMC- nin ümumiyyətlə bundan xəbərləri olmamışdır. Belə ki, həmin hüquqi şəxslərin əməkdaşları əmlaklara baxış keçirməmişlər. 16. “xxxx” KFT kassasiya şikayəti verərək qətnamənin qismən - “İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin xsaylı, 27 fevral 2019cu il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsinin bazar dəyəri 840.000 (səkkiz yüz qırx min) manat, Abşeron rayonu, Hökməli qəsəbəs i ərazisində yerləşən 5.9818 ha torpaq sahəsinin bazar dəyəri 2.250.000 (iki milyon iki yüz əlli min) manat, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin bazar dəyəri 300.000 (üç yüz min) manat, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107.000 (yüz yeddi min) manat müəyyən edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri “X2” fərdi müəssisəsinin verdiyi kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətlərinə etiraz edərək onların rədd olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üç ün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. 23. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
24. Maddə 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şərait ində ipoteka predmetinin satış (likvid) qiymətidir.
25. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
26. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
27. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Məhkəmə kollegiyası, qətnaməni cavabdehlərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.
31. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya məhkəməsi ipoteka predmetlərinə dair 09 oktyabr 2019-cu il tarixli qərardadı əsasında “xxxx Firması” və “xxxx” MMC-dən rəylər alımışdır. 34. “xxxx Firması”-nın 11.02.2020-ci il tarixli, 29 saylı rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsinin bazar dəyəri 840800 manat, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən5.9818 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, ünvan 4, 1 saylı mənzilin bazar dəyəri 300000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.3 1 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107000 manat təşkil edir. Cəmi bazar dəyəri ******* manat təşkil edir. 35. “xxxx” MMC-nin 10.02.2020-ci il tarixli, QXM/283M saylı rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414ha torpaq sahəsinin bazar dəyəri 828800 manat, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən5.9818 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, ünvan 4, 1 saylı mənzilin bazar dəyəri 300.000 manat,X i mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107.000 manat təşkil edir. Cəmi bazar dəyəri ******* manat təşkil edir.
36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müxtəlif qiymətləndiricilər tərəfindən daşınmaz əşyaların müəyyən edilmiş bazar d əyərləri bir-birinə uyğundur. Qiymətləndirmə ilə bağlı rəylər kifayət qədər əsaslandırılmış, əşyaların mövcud bazar dəyəri kifayət qədər aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Kassasiya şikayətlərinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığı ndan və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.