Məhkəmə qərarları › İş №2(102)-3024/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3024/2025

09.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; özbaşına tikililərin sökülməsi, neqator iddia ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-16/2025 nömrəli, 11 iyun 2025ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh qonşudurlar. 2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (68.70 kv.m ümumi torpaq sahəsi, 0.14 ha torpaq sahəsi) İddiaçı adına tam hüquqlu mülkiyyətçi kimi qeydə alınmışdır.

3. Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, ev 69 ünvanı Cavabdeh2 adına tam hüquqlu mülkiyyətçi kimi qeydə alınmışdır.

4. Tərəflər arasındakı mübahisə iddiaçıya məxsus torpaq sahəsinin giriş qapısının qarşısında cavabdeh tərəfindən fərdi yaşayış evinin pilləkəninin inşa edilməsi ilə əlaqədar giriş-çıxışın məhdudlaşdırılması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyət hüquqlarının bərpa edilərək, cavabdeh X1 onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi özbaşına tikililərin cavabdehin hesabına sökülməsinə və evinin qarşısının əvvəlki vəziyyətinə gətirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onların ata-baba yurdları olmuş, sonradan vərəsəlik qaydasında onun adına keçmiş və xx.xx.2021-ci il tarixdə evə dair adına çıxarış almışdır. Bir müddət əvvəl cavabdeh qonşuluqda tikili inşa etməyə başlamış və bu zaman monolit dəmir-beton pilləkənlə və qazdıqları zirzəmi ilə fərdi yaşayış evinin giriş darvazasını tam bağlamışdır. Cavabdeh tər əfindən tikinti işləri aparılan zaman evin əvvəlki mülkiyyətçisi - anası tərəfindən aidiyyəti üzrə Gəncə şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə müraciətlər edilərək, qeyri-qanuni tikintinin qarşısının alınması üçün qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilsə də, Gəncə şəhər İcra Hakimiyyəti ümumiyyətlə, onlara hər hansı cavab verilməmiş, digər qurumlar tərəfindən də hər hansı tədbir görülməmiş, nəticədə bu müddət ərzində cavabdeh tərəfindən qeyri-qanuni tikinti davam etdirilərək, orada artıq qanunsuz olaraq üçmərtəbəli ev inşa edilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

7. Gəncə Şəhər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2(125)-133/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililər Cavabdeh2 hesabına sökülməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir (hakim Gündüz Şirinov).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/6096 saylı rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi tikililərin inşası ilə əlaqədar məlumatlandırma icraatı olmadığı nəzərə alındıqda, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə riayət olunmadığı və rəyin tədqiqat hissəsində göstərilənləri, o, cümlədən Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının birbaşa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşaat edildiyini nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası “X5”nin xx.xx.2022-ci il tarixli 98 nömrəli mütəxəssis rəyində, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında inşa etdiyi tikililər tikinti normalarına uyğundur. Bu onunla izah olunur ki, Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti məcəlləsinin 80.1-ci maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. Bu haqda vətəndaşın Gəncə Rayon İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma icraatı haqqında xx.xx.2021-ci il tarixli məktubu və təsdiq edilmiş layihə sənədləri vardır. Bununla yanaşı DƏDK-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda sözügedən mübahisəli pilləkən qəfəsəsinin və fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan layihəyə uyğun inşa edilməsi və həmin pilləkən qəfəsinin İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin girişi-çıxışına maneçilik yaratmadığı göstərilmişdir. İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi i stiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, giriş-çıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu kimi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyada yolu kimi istifadəsi normalarda 1-1.5m göstərildiyi halda mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikili maneçilik yaratmır. Cavabdeh2 tərəfindən ünvan 5 ünvanda inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. Bu haqda vətəndaşın Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma icraatı haqq ında xx.xx.2021-ci il tarixli məktubu və təsdiq edilmiş layihə sənədləri vardır. Bununla yanaşı DƏDK-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, **********75 nömrəli məktubunda sözügedən mübahisəli pilləkən qəfəsinin və fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan layihəyə uyğun inşa edilməsi və həmin pilləkən qəfəsəsinin İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin giriş-çıxışına maneə yaratmadığı göstərilmişdir. İddiaçı məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi istiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, giriş-çıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu ki mi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyada yolu kimi istifadəsi normalarda 1-1.5 m göstərildiyi halda, mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 fərəfindən inşa edilmiş tikilinin maneəçilik yaratmadığı bildirilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4244 nömrəli ekspert rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi tikililərin inşası ilə əlaqədar məlumatlandırma icraatı olmadığı nəzərə alındıqda, həmin kütlənin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumat landırma icraatı) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının bir başa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşa edildiyini nəzərə alaraq, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyinin əsaslandırarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4244 nömrəli ekspert rəyinə istinad edərək işin faktiki halları baxımından müəyyən etmişdir ki, Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşə n fərdi yaşayış evinin qarşısında quraşdırılmışdır kı, bu da ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlanmasına səbəb olmuşdur.

12. Bu baxımdan məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, ekspert öz rəyində texniki məsələlərlə bağlı deyil, hüquqi məsələrlə bağlı, yəni məlumatlandırma icraatının olmaması ilə bağlı rəy vermişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış suallar birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinə dair qəbul edilmiş qərardadda qeyd edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, ekspert baxış zamanı ümumiyyətlə iş materialları olmadan, baxış protokolu tərtib edilmədən və Cavabdeh2 tərəf olaraq iştirak etməmələrinə baxmayaraq, birgə baxışlarını aktla rəsmiləşdirmədən gözlə, müvafiq ölçü cihazı olmadan baxış keçirməklə, rəyin təsviri hissəsi təhrif edilmiş şəkildə qeyd edilərək səhvə yol verilmişdir. Cavabdehə məxsus olan y aşayış evi ilə iddiaçının mülkiyyətində olan ev və onun giriş qapısı arasında kifayət qədər böyük bir məsafə vardır və iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin İddiaçı Adil oğluna aid olmasına dair hər hansı bir sübut yoxdur. Əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********09-1030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində 68.7 kv.m ev vardır və torpaq sahəsi 0.011 ha olmaqla bələdiyyə mülkiyyətindədir. İşdə olan digər reyestr nömrəli **********86-10301, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iş materiallarında olan 68.7 kv.m olan evin İddiaçı, altında yerləşən 0.14 ha torpaq sahəsinin isə işdə ölüm kağızı olan artıq 5 ildən də artıqdır ki, ölmüş Aqil Məmmədovun paylı mülkiyyətində olması qeyd e dilmişdir. Naməlum səbəblərdən iş materiallarında olan xx.xx.2021-ci il tarixdə bələdiyyə torpağı olan sahəsi 1 ay sonra artıq illər əvvəl ölmüş iddiaçı olmayan başqa bir şəxsin paylı mülkiyyətinə keçməsinə baxmayaraq, ekspert hansı sənədlər üzrə hansı texniki pasport üzrə iddiaçının mülkiyyətində olmayan torpaq sahəsini onun mülkiyyəti kimi təqdim edərək, iddiaçının evi qarşısında olmayan cavabdehə məxsus olan evin pilləkənlərinin hansı sənədə əsasən İddiaçı mülkiyyətində olan torpaq hesab edilərək pilləkənlərin iddiaçının 2-ci çıxışına maneçilik törətməsi rəyinə gəlməsi aydın deyil və mübahisəlidir. Məlumatlandırma icraatı ilə bağlı isə cavabdeh məlumatlandırma icraatına əməl edərək mülkiyyətində olan evi tikdirmiş və bu barədə sənəd rəsmi qaydada həm məhkəməyə, həm Məhkəmə Ekspertiza Mə rkəzinə təqdim edilmişdir. Ekspert rəyini şərt əsasında məlumatlandırma icraatı qaydasına əməl edilməmişdirsə tikinti norma və qaydalarına əməl edilməməsi kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixə kimi cavabdeh məlumatlandırma icraatına dair poçt qəbzi, məktub və layihə sənədləri məhkəməyə və ekspertizaya təqdim edilmiş və həmin sənədlərdən də görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinə cavabdeh tərəfindən müraciət edilmiş və müraciətdə məlumatlandırma icraatı qaydasında ünvan 10 ünvanda yerləşən 117 kv.m torpaq sahəsində 2020-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinin nəzərə alınması xahiş olunmuşdur. Bundan sonra, həmin evə dair **********58-10301 saylı texniki pasport və xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Bütün bu sənədlər idd iaçının mülkiyyətində olan evə mülkiyyət hüququ əldə edənə kimi baş vermişdir. Daşınmaz Əmlakın Dövlət Komitəsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********75 saylı məktubu ilə müəyyən, cavabdehə məxsus evin sözügedən qəfəsi və fərdi yaşayış evinin texniki pasportunda qeyd edilən layihəyə uyğun inşa edilmişdir. Həmin pilləkən qəfəsi İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin giriş çıxışına maneçilik törətməməklə onun evi layihəyə uyğun inşa edilmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli ekspert rəyini sübut kimi qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Ekspert öz rəyində texniki məsələlərlə bağlı deyil, hüquqi məsələrlə bağlı, yəni məlumatlandırma icraatının olmaması ilə bağlı rəy vermişdir. Halbuki, ek spert öz vəzifə səlahiyyətlərinə uyğun mübahisə ilə bağlı texniki məsələlərə dair rəy verməli idi. Lakin buna baxmayaraq məhkəmə həmin rəyi sübut kimi qəbul edərək, mülki işlə bağlı təkrar ekspertiza təyin etməmişdir. Hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən mülki işlə bağlı təkrar ekspertiza keçirildikdən sonra iş üzrə ədalətli qərar qəbul edilə bilər. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış suallar bririnci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinə dair qəbul edilmiş qərardadda qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası “X5”nin xx.xx.2022-ci il tarixli 98 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında inşa etdiyi tikililər tikinti norm alarına uyğundur. Bu onunla izah olunur ki, Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. İddiaçı məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi istiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, giriş-çıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu kimi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyadayolu kimi istifadəsi normalarda 1-1.5 m göstərildiyi halda, mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 fər əfindən inşa edilmiş tikili maneəçilik yaratmır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-16/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə).

17. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən işin faktiki halları baxımından ilk növbədə müəyyən etmişdir ki, Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında quraşdırılmışdır kı, bu da ünvan 9 ünvan da yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlanmasına səbəb olmuşdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh bundan əvvəl dəfələrlə vəsatətlə müraciət edərək digər məhkəmələrə iddia ərizəsi ilə müraciət etdiyini əsas göstərərək, həmin məhkəmələrdə iddiası təmin ediləcəyi təqdirdə qəbul ediləcək qərarın bu işin nəticəsinə təsir göstərə biləcəyini qeyd edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, cavabdehin vəsatəti təmin edilərək icraat dəfələrlə dayandırılmışdır. İddiaçı tələbinin ümumi məhkəmələrdə baxılmalı olmadığını, inzibati məhkəməyə verdiyi iddianın mümkünsüz olduğunu bildiyi halda məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnun olmasından istifadə edərək işin iki ildən artıq müddət də apellyasiya instansiyasının icraatında qalmasına nail olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin iş üzrə icraatın yenidən dayandırılmaına dair vəsatətini təmin etməmişdir.

19. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə istinad edən məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir. Belə ki, cavabdehin iş materiallarında olan Gəncə şəhər İcra hakimiyyətinə ünvanlandığı ərizədən görünür ki, o, İcra hakimiyyətinə tikinti niyyəti barədə yox, icra hakimiyyətini artıq mövcud olan (tikintisi başa çatdırılmış) tikinti barədə məlumatlandırmışdır ki, bu məlumatlandırma Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4- cü maddəsinin tələbinə uyğun məlumatlandırma sayıla bilməz. Digər tərəfdən Gəncə şəhəri Nizami bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən göründüyü kimi cavabdehə 0,0117 ha torpaq sahəsi satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 0,0117 ha torpaq sahəsində yerləşən 69 nömrəli evin mülkiyyətçisidir. Cavabdehin istinad etdiyi layihəyə görə həmin tikilinin ölçüləri 10400 x 11000 = 114.400 kv.m, pilləkən marşı isə 2500 x 1300 =3,25 kv.m olmalı idi. Cavabdehin mülkiyyətçisi olduğu Gəncə şəhəri İsmət Qayıbov küçəsi 69 nömrəli evin texniki pasportundan isə görünür ki, həmin evin ölçüləri 1070 sm x 1120 sm = 1198,40 sm2 təşkil edir (texniki pasportda pilləkən marşının ölçüləri ümumiyyətlə göstərilməmişdir).

20. Kollegiya həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən yerində baxış keçirilərkən cavabdehə məxsus evin pilləkən marşının iddiaçıya məxsus evin ikinci darvazasının girişinin qarşısında tikildiyi müəyyən olundu. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehin şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, ekspert öz rəyində texniki məsələlərlə bağlı deyil, hüquqi məsələrlə bağlı, yəni məlumatlandırma icraatının olmaması ilə bağlı rəy vermişdir.

21. Apellyasiya şikayətinin dəlili ilə razılaşmayan kollegiya qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakim iyyəti orqanının yaratdığı quruma məlumat verir. Cavabdehin ərizəsindən isə göründüyü kimi o, tikintiyə başlamazdan əvvəl yox, tikinti başa çatdıqdan sonra müvafiq orqanı məlumatlandırmışdır ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbinə uyğun deyildir. Ekspert rəyinin 2-ci sual üzrə cavabı ondan ibarətdir ki, Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının bir başa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşa edildiyini nəzərə alaraq, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, onun evinə aid bütün bu sənədlər iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüququ əldə edənə kimi baş vermişdir.

22. Kolleg iya daha sonra bildirmişdir ki, iddiaçının mülkiyyətinə həmin ev vərəsəlik qaydasında keçmişdir, əvvəlki mülkiyyətçi – atası isə xx.xx.2015-ci ildə vəfat etmiş, iddiaçı mirası atasının ölümündən sonra qəbul etmişdir, cavabdeh tərəfindən tikinti işləri isə 20202021-ci illərdə aparılmışdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikili maneəçilik yaratmamasına dair mütəxəssis rəyi məhkəmə tərəfindən iddia təmin edilərkən nəzərə alınmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Ona görə ki, iddiaçının həyətyanı torpaq sahəsinə giriş kimi nəzərdə tutulmuş darvaza evin texniki pasportunda göstərilmişdir və həmin darvaza cavabdeh tikinti işləri aparmamışdan illər əvvəl mövcu d olmuşdur. Mütəxəssisin həmin darvazanın avtomobil giriş-çıxışı üçün yox, piyada giriş-çıxışı üçün yararlı olması, piyada giriş-çıxışı üçün qapının normalarda 1-1.5m göstərildiyindən piyada giriş çıxışı üçün həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin maneəçilik yaratmaması kimi dəlili əsassızdır, çünki cavabdeh tərəfindən evinin yan hissəsində tikilmiş pilləkən marşının iddiaçıya məxsus evin ikinci girişinin qarşısında tikilməsi iş materialları ilə tam təsdiq olunur.

23. Apellyasiya şikayətinin digər bir dəlili olan məhkəmənin iş üzrə təkrar ekspertiza təyin edilməməsi ilə bağlı məhkəmə kollegiyası bildirmişdir ki, bu dəlil iş materiallarında olan təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təkzib olunur. Cavabdehin şikayətinin bir də lili isə iddiaçıya məxsus həmin evin yerləşdiyi torpaq sahəsinin İddiaçı Adil oğluna aid olmasına dair hər hansı bir sübutun mövcud olmaması ilə bağlıdır. İş materiallarında iddiaçının adına Gəncə şəhəri Nizami rayonu İsmət Qayıbov küçəsindəki 37 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış vardır.

24. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 16.1, 152.5, 157.4, 170.2, 184.5-ci; Mülki Prosessual Məcəlləsinin184.5 və 384.0.1-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2, 80.1, 80.2, 80.3, 80.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

25. Qətnam ədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-16/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri ilə kassasiya şikayətinin dəlilləri eynilik təşkil etmiş və əlavə olaraq şikayətdə qeyd olunmuşdur ki, məhkəmə iddiaçının məhz maneə yaranıb deyilən hissədə, yəni torpağa mülkiyyət hüquqlarını yalnız iddia tələbi verildikdən sonra əldə etdiyini məhkəmə nəzərə almamışdır. Cavabdeh2 pilləkən marşları onun mülkiyyətinə dair texniki pasportda öz əksini tapmaqla yanaşı, həmin marşların yerləşdiyi torpaq sahəsi iddiaçıya aid deyil və onun yolunun qarşısında deyil. İş üzrə Əhməd Talıblının ekspert rəyində həmin keçid yolu ilə bağlı ətraflı fotoşəkillərlə izah verilmiş və tam əksi sübuta yetirilmişdir. Bundan başqa, 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Cavabdeh2 məxsus olan evə baxış keçirilmiş və evin texniki pasportu və çıxarışı layihəyə uyğun tikilmişdir, evin bayır hissəsində qurulmuş açıq pilləkən texniki pasporta daxil edilmişdir. Eləcə də, həmin məktubda reyestr orqanı bildirmişdir ki, Cavabdeh2 texniki pasport və çıxarışı üzrə fərdi yaşayış evinin bayır hissəsində qurulmuş açıq pilləkən qonşu İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin giriş-çıxışına maneçilik törətmir. Məhkəmə nəzərə almamışdır ki, üzərində tikili həyata keçirilmiş istinad edilən ev vərəsəlik qaydasında Cavabdeh2 keçmiş və mövcud tikili üzərində artırma işləri aparılmışdır, tikinti h əcmi Cavabdeh2 tərəfindən müəyyən edilməmişdir, yəni evin zirzəmi və döşəmə hissəsi, dolayısı 1-ci mərtəbəsi mövcud olmuşdur. Məhkəmə isə AR MPM-nin maddi hüquq normalarını qəsdən və ciddi olaraq pozaraq dəfələrlə apellyasiya şikayətinə və araşdırma gedişində xüsusi bilik tələb edilən tikili və torpaqların ölçüləri barədə məhkəmə tikinti ekspertizasının keçirilməsini tələb etsək də, məhkəmə tərkibi hüquqşünaslardan ibarət olmasına baxmayaraq, Cavabdeh2 evinin arxiv məlumatları ilə (keçmiş texniki pasport) və yeni hüquqmüəyyənedici sənədləri müqayisə etmədən mütəxəssis qismində hesablamalar (müşavirə otağında) aparmaqla, eləcə də araşdırma bu barədə müzakirə olmadan nəticəyə gəlmişdir. Gəncə Nizami bələdiyyəsinin məktubundan görünür ki, həmin iddiaçının məhkəmə gedişində çıxarış aldığı torp aq bələdiyyə mülkiyyətində olsa da, bələdiyyə ilə iddia arasında torpaq alqısatqısı və ya hərracı ilə bağlı hər hansı hüquqi münasibət mövcud olmamışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən mülki işlə bağlı təkrar ekspertiza keçirildikdən sonra iş üzrə ədalətli qərar qəbul edilə bilər. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış suallar birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinə dair qəbul edilmiş qərardadda qeyd edilməmişdir.

27. Kassator həmçinin kassasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinə əlavənin dəlilləri belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına dair iş materiallarında olan sübutları nəzərə almadan işdə mövcud olmayan formal mülahizələrinə istinad edərək gəldiyi nəticəni əsaslandırmağa ça lışmışdır ki, bu da maddi hüquq normalarının pozulmasını təsdiq edən haldır. Vərəsəliklə keçən əmlak zirzəmi və birinci mərtəbədən ibarət olmuşdur. Pilləkən qəfəsinin yerləşdiyi yer isə əvvəlcədən də mövcud olmuşdur və bu barədə texniki pasportda qeydlər də mövcuddur. Həmin pilləkən həm zirzəmiyə düşüməyə həm də birinci mərtəbəyə giriş üçün nəzərdə tutulmuşdur. Həmin əmlakın giriş-çıxışı isə indiki evin birinci mərtəbəsindən olmuş və buna dair iş materiallarında sənədlər texniki pasportlar mövcuddur. Halbuki, iş materiallarında Cavabdeh2 mülkiyyətində olan evin vərəsəlik qaydasında keçdiyi işin mübahisəsiz halıdır. Sonradan onun tərəfindən evdə rekonstruksiya işləri aparılmış, 2-ci mərtəbə vərəsəlik qaydasında keçmiş evin üzərində tikilmiş və pilləkən qəfəsi də 2020-2021-ci illərdə evin üzərində olan torpağın özəlləşdirilməsindən sonra qurulmuş və texniki pasporta da iddiaçının həmin çıxarış almazdan illər öncə texniki pasporta daxil edilmişdir. “X5”nin xx.xx.2022-ci il tarixli 98 saylı rəyi ilə eyni suallar üzrə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında onun evi istiqamətində mübahisəli giriş-çıxış təyinatı üzrə avtomaşın yolu kimi istifadə normalarına uyğun deyil. Bu vəziyyət onunla izah olunur ki, giriş-çıxış qapısının evi 2,3 m, eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yoldan avtomaşın yolu kimi istifadəsinə imkan yaratmır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəll əsi

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsas ında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

39. İddiaçı cavabdeh tərəfindən onun fərdi yaşayış evinin 2-ci darvazasının qarşısında inşa edilmiş monolit dəmir-beton pilləkənin özbaşına tikinti olduğunu iddia edərək həmin pilləkən qəfəsinin onun giriş-çıxışını məhdudlaşdırması və mülkiyyət hüququna maneə yaradılması əsası ilə sökülməsini tələb etmiş, işə mahiyyəti üzrə baxmış məhkəmələr mübahisəli pilləkən qəfəsinin özbaşına tikili olduğuna dair iddiaçının dəlilləri ilə razılaşaraq iddianı təmin etmişlər. Məhkəmələr öz mövqeyini belə əsaslandırmışdır ki, ekspert rəyinə əsasən cavabdeh tərəfindən mübahisəli tikili inşa edilərkən məlumatlandırma icraatı ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələbinə riayət olunmadığından özbaşına tikili hesab edilir və iddiaçının fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərə fdən keçid yolunun qarşısının bağlanmasına səbəb olur.

40. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya kassasiya şikayətinin bu dəlili ilə razılaşır ki, daşınmaz əmlaka hüququ qeydə alınmış şəxsin məlumatlandırma icraatı qaydasına əməl edib-etmədiyinin araşdırılması xüsusi bilik tələb edən məsələ olmadığından bu halın araşdırılaraq hüquqi qiymət verilməsi ekspertin yox, məhkəmənin səlahiyyətinə aiddir.

41. İddia tələbinin qanuni əsası ilə bağlı qeyd edilməl idir ki, maraqlı tərəfin özbaşına tikintinin sökülməsi barədə tələbi ilk öncə MM-nin 180-ci maddəsi, iddianın mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması ilə bağlı qaldırıldığı və tərəflərin mülkiyyətində olan daşınmaz əmlakların qonşu torpaq sahələrində yerləşdiyi nəzərə alınarsa eyni zamanda MM-nin 152.5, 157.4-cü maddələri ilə yoxlanılmalıdır.

42. MM-nin 180.1-ci maddəsində özbaşına tikintiyə verilmiş anlayışdan aydın olur ki, aşağıdakı hallarda tikinti (yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak) özbaşına tikinti sayılır: -tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişsə; -inşasına icazə alınması zəruri olduğu halda lazımi icazələr alınmadan inşa edilmişsə; -şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozulması inşa edi lmişsə. Göründüyü kimi, məhkəmə tikintini özbaşına tjkinti kimi qiymətləndirməsi üçün bu üç haldan hər hansı biri təsdiq edilməlidir.

43. MM-nin 180.2-ci maddəsində özbaşına tikintinin daha bir əlaməti də qeyd edilir ki, özbaşına tikinti üzərində mülkiyyət hüququ qeydə alınmamış tikintidir.

44. Qeyd edilən normaların şərhi belə nəticəyə gəlməyə əsas verir ki, dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlaklar inşa edilənədək məlumatlandırma icraatına əməl edilib-edilməməsindən asılı olmayaraq artıq mülkiyyət hüququnun obyekti olduğundan özbaşına tikinti kimi qiymətləndirilə bilməz.

45. Hazırkı işin mübahisəsiz halıdır ki, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir. Məhkəmə iddia tələbinə mübahisə üzrə tətbiq edilməli olan maddi hüq uq normalarının tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün ilk növbədə cavabdehə məxsus fərdi yaşayış evinin mövcud vəziyyətdə (mübahisəli pilləkən qəfəsi ilə birgə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmadığını araşdırmalı idi.

46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, ev **********58-10301 saylı texniki pasporta və xx.xx.2021ci il tarixli layihəyə uyğun tikilmiş, evin bayır hissəsində qurulmuş açıq pilləkən texniki pasporta daxil edilmiş, texniki pasport və çıxarış verilərkən qonşuluqda olan digər şəxslərin mülkiyyətində ola n evlərin giriş-çıxışları nəzərə alınmışdır.

47. İş materiallarına cavabdehə məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu əlavə edilmiş, texniki pasportda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış vəziyyəti öz əksini tapmışdır.

48. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli pilləkən qəfəsinin özbaşına tikinti olub-olmadığına qiymət verilərkən cavabdehə məxsus fərdi yaşayış evinin daşınmaz əmlakın iş materia llarına əlavə edilmiş texniki pasportu nəzərə alınmamış, fərdi yaşayış evinin mövcud vəziyyətdə mülkiyyət hüququ ilə qeydə alınması barədə cavabdehin dəlillərinə hüquqi qiymət verilməmişdir. MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

49. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüquq un tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-16/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-16/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar