Məhkəmə qərarları › İş №2(102)-3028/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3028/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3028/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.12.2019-cu il tarixli 2(103)-14421/2019 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya ş ikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0027F1 nömrəli, 20.05.2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borcu üzrə 614.863,71 ABŞ dolları, faiz borcu üzrə 639.436,24 ABŞ dolları olmaqla, cəmi 1.254.299,95 (bir milyon iki yüz əlli dörd min iki yüz doxsan doqquz dollar doxsan beş sent) ABŞ dolları borcun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1 (bir) manat bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq İddiaçı-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, 0,195 ha torpaq sahəsinə və üzərində inşa edilmiş büt ün tikililərə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra həmin torpağın bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 355.428,99 (üç yüz əlli beş min dörd yüz iyirmi səkkiz dollar 99 sent) ABŞ dolları məbləğində pul ödəniş anı üçün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat haqqı, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat bank xidmət haqqının İddiaçı-nin xeyrinə tutulması, tutm anın ilkin satış qiyməti 1.020.000 (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, 0,195 ha torpaq sahəsinə və üzərində inşa edilmiş bütün tikililərə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 (yüz qırx beş) manat və 50 (əlli) manatın Cavabdeh dövlət nəfinə tutulması, iş üzrə aparılmış digər ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı-dən «xxxx» MMC-nin xeyrinə tutulmas ı qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Aida Hüseyn) 02 dekabr 2019-cu il tarixli 2(103)-14421/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.1 2.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən yalnız məhkəmə - mühasibatlıq ekspertizasının 05.07.2018-ci il tarixli, 9447 №-li rəyinə əsaslanılmış, bank tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışlarına və hesabdan çıxarışlara düzgün qiymət verilməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə alınmamışdır. Halbuki həmin vəsatətdə 05.07.2018-ci il tarixli, 9447 №-li ekspert rəyinə etiraz bildirilmiş və ekspertin kredit müqaviləsinin şərtlərini nəzərə almayaraq, eyni zamanda bir çox gün üzrə faiz məbləği hesablamayaraq və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faiz hesablaması açıq-aşkar izah edilmişdir. Buna baxmayaraq məhkəmə ekspert rəyində göstərilən məbləğin açıqaşkar iddia tələbindən dəfələrlə az olmasına, ekspert rəyinə əsaslı şübhələr olmasına baxmayaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmiş, vəsatətimizə heç bir qiymət verməyərək qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə özü sanki ekspert kimi çıxış edərək ekspertin rəyində verilən məbləği də azaltmış, kredit müqaviləsi üzrə edilmiş ödənişlərin müqavilənin tələbi üzrə hansı məbləğlərə silinməsini nəzərə almayaraq birbaşa hamısını əsas borcdan çıxmış və nəticədə yalnız 355.428,99 ABŞ dolları məbləğini təmin etmişdir. Faiz və cərimə borcu isə ümum iyyətlə nəzərə alınmamışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyinin düzgünlüyünə əsaslı şübhələr olduğu halda, məhkəmə tərəfindən həmin rəy mötəbər sübut kimi qəbul edilərək, digər heç bir sübutlara qiymət verilməyərək maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmaqla qətnamə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20.05.2012-ci il tarixə kimi müqavilə üzrə götürülmüş məbləğ artıqlaması ilə ödənilmiş, eyni zamanda 20.05.2012-ci il tarixdən 2014-cü il tarixədək əlavə olaraq təqribən 155000 ABŞ dolları məbləğində ödəniş aparılmışdır, ümumilikdə isə banka 1.200.000 ABŞ dollarından artıq ödəniş edilmişdir. İddiaçının və birinci instansiya məhkəməsinin sonuncu ödəniş kimi istinad etdiyi 03 iyul 2014-cü il tarixli ödəniş üzrə dəfələ rlə şərait yaradılmasına baxmayaraq ödəniş qəbzinin əslini iddiaçı məhkəməyə təqdim edə bilməmişdir və ümumiyyətlə belə bir ödənişin olmasını sübut edə bilməmişdir. Əgər belə bir ödəniş varsa həmin ödəniş cavabdeh tərəfindən ödənilməmişdir. Bank iddia müddətinin keçməməsi məqsədi ilə belə bir saxtakarlığa yol vermişdir. Müqavilə əsasında götürülmüş öhdəlikləri vaxtında və lazımi qaydada icra edilmirdisə, o zaman iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi, lakin göründüyü kimi iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün iddia müddətlərinidə ötürmüşdür. Lakin işə baxmış birinci instansiya və apellyasiya instansiya məhkəmələri bunların heç birini nəzərə almadan ədalətsiz və qanunsuz qətnamə çıxartmışdır. PROSESSUAL MƏSƏL ƏLƏR Cavabdehin vəkili məhkəmə iclasında tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayı r. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 0027F1 nömrəli, 20.05.2009-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 700.000 (yeddi yüz min) ABŞ doll arı məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, mülkiyyət hüququ ilə Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,195 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ipoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 900.000 (doqquz yüz min) ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına və bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. İş materiallarında olan 12.06.2017-ci il tarixli, 1760 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 20.05.2009-cu il tarixli, 002F1 saylı kredit müqaviləsi üzrə banka 12.06.2017-ci il tarixə 614.863,71 ABŞ dolları əsas, 64.228,48 ABŞ dolları faiz borcu olmaqla, cəmi 679.092,19 ABŞ dolları məbləğində borcu yaranmış, cavabdehə cəmi 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində kredit verilmiş, kreditin verilmə tarixi 20.05.2009-cu il, kreditin bitmə tarixi 20.05.2012-ci il, kredit üzrə faizlər 26%, kredit üzrə son ödəniş 03.07.2014-cü il tarixdə 31.786 (otuz bir min yeddi yüz səksən altı) ABŞ dolları məbləğində olmuş, 22.05.2012-ci il tarixdən 03.07.2014-cü il tarixədək cavabdeh tərəfindən banka 185.925,82 ABŞ dolları məbləğində kredit ödənişi edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.02.2018-ci il tarixli, 15579 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsind ə göstərildiyi kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 20.05.2009-cu il tarixli, 0027F1 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh 20.05.2012-ci il tarixədək banka olan borcu 541.354,81 (beş yüz qırx bir min üç yüz əlli dörd dollar 81 sent) ABŞ dolları təşkil edir. Bundan 541.354,81 (beş yüz qırx bir min üç yüz əlli dörd dollar 81 sent) ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcudur. 22.05.2012-ci il tarixdən 03.07.2014-cü il tarixədək Cavabdeh tərəfindən banka 185.925,82 (yüz səksən beş min doqquz yüz iyirmi beş dollar 82 sent) ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş sualda borc məbləğinin hesablanması 20.05.2012-ci il tarixədək qoyulduğundan sonradan, 22.05.2012-ci il tarixdən 03.07.2014-cü il tarixədək ödənilən 185.925,82 ABŞ dolları məbləğində kredit ödənişi hazırki tədqiqatla nəzərə alınmamışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçınin arasında bağlanmış 20.05.2009-cu il tarixli, 0027F1 saylı kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən cərimə məbləği 20.05.2012-ci il tarixdən sonra hesablanmalıdır. Ona görə də, Cavabdeh ilə İddiaçı-nin qarşısında bağlanmış 20.05.2009-cu il tarixli, 0027F1 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.07.2018-ci il tarixli, 9447 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 20.05.2009-cu il tarixli, 0027F1 saylı kredit müqaviləsi nin şərtlərini əsas götürməklə Cavabdeh 20.05.2012-ci il tarixədək banka olan borcu 541.354,81 (beş yüz qırx bir min üç yüz əlli dörd dollar 81 sent) ABŞ dolları təşkil edir. Bundan 541.354,81 (beş yüz qırx bir min üç yüz əlli dörd dollar 81 sent) ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcudur. 22.05.2012-ci il tarixdən 03.07.2014-cü il tarixədək Cavabdeh tərəfindən banka 185.925,82 (yüz səksən beş min doqquz yüz iyirmi beş dollar 82 sent) ABŞ Dolları məbləğində ödəniş edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş sualda borc məbləğinin hesablanması 20.05.2012-ci il tarixədək qoyulduğundan sonradan, 22.05.2012-ci il tarixdən 03.07.2014-cü il tarixədək ödənilən 185.925,82 ABŞ dolları məbləğində kredit ödənişi hazırki tədqiqatla nəzərə alınmamışdır. İş materiallarında olan Cavabdeh il ə İddiaçınin arasında bağlanmış 20.05.200-cu il tarixli, 0027F1 saylı kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən cərimə məbləği 20.05.2012-ci il tarixdən sonra hesablanmalıdır. Ona görə də, Cavabdeh ilə İddiaçı-nin qarşısında bağlanmış 20.05.2009-cu il tarixli, 0027F1 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. «xxxx» MMC-nin 07.05.2019-cu il tarixli, 38 nömrəli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,195 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 190.000 (yüz doxsan min) manat təşkil edir. Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,195 ha torpaq sahəsinin üzərində yerləşən tikililərlə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 1.020.000 (bir milyon iyirmi min) manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən 22.05.2012-ci il tarixdən 03.07.2014-cü il tarixədək ödənilən 185.925,82 ABŞ dolları məbləğində kredit ödənişi nəzərə almaqla, eyni zamanda ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirməklə birinci instansiya məhkəməsi düzgün olaraq 0027F1 nömrəli, 20.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 355.428,99 (üç yüz əlli beş min dörd yüz iyirmi səkkiz dollar 99 sent) ABŞ dolları (541.354,81 - 185.925,82) məbləğində əsas borc ödənilməmiş qalmışdır. Buna görə də, iddia həmin hissədə əsaslı hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irə li gələn öhdəliklər yaranmışdır. Borclu müqavilə üzrə iddiaçının müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçının məhkəməyə təqdim etdiyi 12.06.2017-ci il tarixli, 1760 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 20.05.2009-cu il tarixli, 002F1 saylı kredit müqaviləsi üzrə 12.06.2017-ci il tarixə 614.863,71 (altı yüz on dörd min səkkiz yüz altmış üç dollar 71 sent) ABŞ dolları əsas, 64.228,48 (altmış dörd min iki yüz iyirmi səkkiz dollar 48 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 679.092,19 (altı yüz yetmiş doqquz min doxsan iki dollar 19 sent) ABŞ dolları məbləğində borcunun yarandığı göstərilsə də, iş üzrə iki dəfə ekspertiza keçirilmiş və hər iki məhkəmə ekspertizasının rəyində müqavilə müddətinin sonuna cavabdehin 541.354,81 ABŞ dolları əsas borcunun olduğu müəyyən edilm iş, faiz borcu isə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən haqlı olaraq müqavilə müddətindən sonra aparılmış ödənişlərin 185.925,82 ABŞ dolları məbləği nəzərə alınmaqla, 355.428,99 ABŞ dolları əsas borcu qaldığı müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəylərinin yanlış olduğunu, cavabdeh isə kassasiya şikayətində kredit müqaviləsi üzrə götürdüyü kredit borcunu artıqlaması ilə ödədiyini qeyd etsə də, məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında iki ekspertiza keçirilmiş, hər iki ekspert rəyi ilə borcun hesablanması barədə maliyyə arayışında göstərilən rəqəmlər, həmçinin cavabdehin ümumiyyətlə borcunun olamaması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda, kredit müqaviləsi üzrə son ödəmə 03.07.2014-cü il tarixdə olduğundan iddia ərizəsi verilərkən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmamışdır. Cavabdeh kassasiya şikayətində bu ödənişin onun tərəfindən edilməd iyini və ödəniş qəbzinin əslinin məhkəməyə təqdim edilmədiyini bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, 31.786 ABŞ dolları məbləğində son ödəniş kifayət qədər yüksək məbləğ olduğundan həmin məbləğin iddia müddətinin keçməməsi məqsədilə ödənilməsi barədə cavabdehin qənaəti ağlabatan hesab edilə bilməz. Kassasiya şikayətlərində borcun ipotekaya yönəldilməsi, ipoteka predmetinin satış qiyməti ilə bağlı hər hansı dəlil göstərilmədiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissələri ilə bağlı araşdırma aparmır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdı rmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassas iya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.12.2019-cu il tarixli 2(103)14421/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar