Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3031/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Quliyev Rafiq Əli oğlu, “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, «xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-ninBakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinəqarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş 2(011)-2422/2018) iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), hak imlər V.Baxışova və V.Həsənov, iş № 2(103)-8902/2018) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Xətai rayon məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, 09.01.2012-ci il tarixli, 002 №-li ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, ünvan 1 ünvanında ev № 21-də yerləşən 62 №-li mənzil üzərində ipotekaya xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: «xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMCkassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin ye nidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Quliyev Rafiq Əli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya ins tansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin h üquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev № 21-də yerləşən 62 №-li mənzilin ipotekası ilə bağlıdır (bundan sonra - mənzil). Mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı (ipoteka qoyan) ilə cavabdeh “xxxx” ASC (ipoteka saxlayan) arasında ipoteka müqaviləsi bağlanmış, iddiaçı başqa şəxsin (X2) bankdan aldığı kreditin qaytarılmasının təminatı üçün mənzili ipoteka ilə yüklü etmiş, tərəflərin arasında 09.01.2012-ci il tarixli, 002 №-li ipoteka müqaviləsi bağlanmışdır. Kredit qaytarılmadığına görə kredit verən “kredit borcunun tutulması və tutmanın mənzilə yönəldilməsi” barədə iddia vermiş, həmin iddianın əsasında Nərimanov Rayon Məhkəməsi kredit alandan borcun tutulması v ə tutmanın mənzilə yönəldilməsi barədə 18.09.2013-cü il tarixli qətnamənin qəbul etmiş, daha sonra icra vərəqəsinin verilmiş,lakin ötən 5 ildə mənzilin satılmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipotekaya xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “...mənzilin satılması üçün 2 dəfə hərrac təyin olunmuşdur: birinci hərrac (18.11.2014-cü il tarixinə); tək rar hərrac (22.06.2015-ci il tarixinə), birinci və təkrar hərrac barədə bildirişlər hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana və ipoteka saxlayana göndərilmiş, lakin birinci və təkrar hərrac baş tutmamış, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilmiş, təkrar hərrac 22.06.2015-ci il tarixində baş tutmamış elan edilmiş, lakin 30 təqvim günü ərzində - 22.07.2015-ci il tarixinədək ipoteka saxlayan mənzili əldə etməmiş, ipoteka saxlayan (bank) kreditlərin verilməsi üzrə ixtisaslaşmış hüquqi şəxs olmuş, təkrar hərracdan 3 ilə yaxın vaxt keçmiş, ağlabatan deyil ki, bu müddətdə o, hərracla maraqlanmasın və hərracın baş tutmamış elan edilməsind ən xəbərdar olmamış, əgər qətnamənin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə hissəsi 3 ilə yaxın müddət ərzində başqa hər hansı səbəbdən icrasız qalmışsa, bunu ipoteka saxlayan (bank) sübut etməli, lakin heç bir sübut təqdim olunmamış, ona görə də məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən edilir ki, 2015-ci ildə hərrac baş tutmamış elan edilmiş, ipoteka saxlayan bundan xəbərdar olmuş, lakin 30 təqvim günü ərzində mənzili əldə etməmiş, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipotekaya xitam verilmişdir”. Cavabdeh “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasının əsası kimi ona istinad etmişdir ki, “bank ləğvetmə prosesində olduğundan cavabdeh qismində “xxxx” ASC-nin l əğvedicisi “X1 Company” MMC cavabdeh qismində işə cəlb edilməli və ləğv proseduru çərçivəsində iddiaçı tərəfindən ləğvediciyə tələb irəli sürülməlidir. İddiaçı özü də iddia ərizəsində etiraf edir ki, hərracı həyata keçirən “xxxx” MMC tərəfindən hərracın sifarişçisi olan Xətai rayon İcra şöbəsinə təkrar hərrac baş tutmadıqdan yalnız 2 il sonra yəni 03.07.2017-ci il tarixdə 01/1859 saylı məktubla Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin satılması ilə bağlı hərracların baş tutmaması barədə məlumat vermiş, həmçinin hərracın baş tutmaması ilə bağlı hüquqi nəticələr izah edilmişdir. Bu tarixdən sonra da Xətai rayon İcra şöbəsindən banka ipoteka predmetinin əldə etməməyin hüquqi nəticələri barədə hər hansı bir rəsmi məlumat daxil olmamışdır. Belə olan surətdə ipoteka saxlayan olaraq “xxxx” ASC -ni təkrar hərrac baş tutmadıqdan bir ay müddətində ipoteka predmetini əldə etməməkdə günahlandırmaq fikrimizcə düzgün olmazdı.Sifarişçi təşkilat olan Xətai rayon İcra şöbəsi təkrar hərracın baş tutmadığını və tələbkarın bir ay müddətində ipoteka predmetini əldə etməməyin hüquqi nəticələri barədə tələbkarı xəbərdar etməyə borclu idi. Lakin bir halda ki, Xətai rayon İcra şöbəsinin özünə bu məlumat təkrar hərrac baş tutmadıqdan 2 ilə yaxın bir müddət keçdikdən sonra verilmişdirsə, sifarişçi təşkilat tələbkarı vaxtında necə xəbərdar edə bilərdi?”. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, “xxxx” MMC tərəfindən hərracın sifarişçisi olan Xətai rayon İcra şöbəsinə təkrar hərrac baş tutmadıqdan yalnız 2 il sonra yəni 03.07.2017-ci il tarixdə 01/1859 saylı məktubl a Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin satılması ilə bağlı hərracların baş tutmaması barədə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan satılmasının baş tutmaması barədə məlumat ipoteka saxlayan banka (“xxxx” ASC ) məlum olduqdan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün əsas yaradır. Apelyasiya instansiyası məhkəməsi bankın belə bir məlumatı nə vaxt əldə etməsini müəyyən etməli olduğu halda, bunu etməmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, yeni apelyasiya baxışında həmin xüsusat müəyyən edilməklə hüquqi cəhətdə qiymətləndirilməlidir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərini pozmuş dur. Həmin prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3031/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3031/2019
03.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver