Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3032/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, cavabdehlərin vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1879/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, C avabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 24 avqust 2015-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını 02 dekabr 2015-ci ildə qeydə aldırmışlar. Ailə qurduqdan sonra iddiaçı Cavabdeh1 valideynlərinə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Birgə nikahdan uşaqları olmamışdır.
2. Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli. qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 02 dekabr 2015-ci il tarixdə bağlanmış nikah pozulmuşdur 3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyy ətinin 02 sentyabr 2019-cu il tarixli rəyindən görünür ki, ağ qızıldan brilyant qaşlı qarnitur dəsti (boyunbağı, bilərzik, sırğa-üzük) - 55.82 qram çəkidə (15,50 karat), 750 əyarlı İtaliya istehsalı olan qızılın qiyməti 10.000 manat, ağ qızıldan brilyant qaşlı ziqzaq üzük -5 qr çəkidə (1.50 karat) 750 əyarlı, İtaliya istehsalı olan qızılın qiyməti 1.200 manat, kəpənək formalı brilyant qaşlı üzük 7 qram çəkidə 750 əyarlı, İtaliya istehsalı olan qızılın qiyməti 560 manat, brilyant qaşlı üzük 7,5 qram çəkidə (1 karat) 750 əyarlı. İtaliya istehsalı olan qızılın qiyməti 850 manat, bilərzik 5,5 qram çəkidə, 750 əyarlı, İtaliya istehsalı olan qızılın qiyməti 400 manat, fionit qaşlı üzük 4 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 200 manat, sadə qaşlı üzük 4,5 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 250 manat olmaqla, cəmi 13.460 manat qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olub Cavabdeh1 ilə evlənib ailə qurduqdan sonra cavabdehlərə məxsus olan və onlarla birlikdə yaşadıqları evlərinə yerləşdirilmiş və hazırda cavabdehlərdə qalmış qızıl-zinət əşyalarının və digər əmlaklarının, onlar olmadıqda və ya yararlı olmadığı təqdirdə dəyərinin, həmçinin dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri qiyməti 1.300 manat olan 1 ədəd Acer markalı notebook kompyuterinin yarı dəyərinin, yəni 650 manatın, qiyməti 600 manat olan 1 ədəd LG Led markalı 82 ekran televizorun yarı dəyərinin, yəni 300 manatın və qiyməti 4.000 manat olan yataq üçün mebel dəstinin yarı dəyərinin, yəni 2.000 manatın Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 24 avqust 2015-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh1 valideynlərinə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə köçmüş və valideynləri və cavabdehlər tərəfindən ona hədiyyə şəklində verilmiş cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Cavabdeh X3 ilə aralarındakı nikahı 02 dekabr 2015-ci ildə Daşkəsən rayon Qeyd iyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdehlər Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olsalar da, Abşeron rayonunun Xırdalan şəhərində yaşayırlar. Ailə qurduqdan sonra Cavabdeh1 ilə 4 ay mehriban yaşamışlar. Lakin qayınanası olan digər Cavabdeh3 həmişə ona “oğlu ilə xoşbəxt olmağa qoymayacağını, beş uşağı da olsa boşatdıracağını, öz bacısı qızının ona kimi böyüyəcəyini və oğluna onu alacağını” deyərək ailə həyatına mütəmadi müdaxilə etmiş, son nəticədə ailənin dağılmasına gətirib çıxarmışdır. Cavabdeh1 ilə evliliklərinin 7-ci ayında hamilə qalmış, qayınanası Cavabdeh3 ona yaşatdığı strestdən vəziyyəti pisləşmiş, qayınatası onu həkimə aparmış, həkimlər 9 həftəlik uşağını götürmək məcburiyyətində qalmışlar. Cavabdehlər onun valideynləri ilə əlaqə saxlamasına qadağa qoymuşlar. Qayınanasının göstərişi ilə əri Cavabdeh1 8 noyabr 2016-cı ildə anasına zəng edərək “qızınızı telefonla danışmağa qoymayacağıq istəyirsiniz gəlin görün” demişdir. 09 noyabr 2016-cı ildə valideynləri onu yaşadığı Xırdalan şəhərinə ər evinə gəlmişlər. Atası qayınatası ilə telefon əlaqəsi saxlamağa çalışsa da, qayınatası telefona cavab verməmişdir. Qayınanası anasını görən kimi “X gələnə kimi aparın, əgər X X saxlasa, onu şərləyib göndərəcəm evinizə. Vaxtında qızınızı aparın, mən bu qızı istəmirəm” demiş və onu evdən çıxarmışdır. Bütün cehiz əşyaları və qızılları ər evində qalmışdır. Cavabdehlər ona planlaşdırılmış formada onu evdən qovmuşlar. Hal-hazırda qayınanası və qayınatası 05 avqust 2019-cu ildə 16 yaşlı Günel ilə Cavidanı evləndirmişlər. Ağdaş Rayon Məhkə məsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış, 02 dekabr 2015-ci il tarixli nikah pozulmuşdur. Ayrıldıqdan sonra ona məxsus 1 ədəd 1400 manat dəyərində “LG” markalı 127 ekran televizor, 200 manat dəyərində 1 ədəd “LG” markalı DVD, 1100 manat dəyərində 1 ədəd “LG” markalı qapağı nikel olan 6 kq-lıq paltaryuyan 200 manat dəyərində 1 ədəd “Samsunq” markalı tozsoran, 200 manat dəyərində yataq otağı üçün 1 ədəd pultla işlədilən çilçıraq, 450 manat dəyərində qonaq otağı üçün 1 ədəd çilçıraq, 400 manat dəyərində 2 ədəd zal üçün çilçıraq 150 manat dəyərində mətbəx üçün çilçıraq, 400 manat dəyərində 1 ədəd yataq otağı üçün 2x3m. ölçüdə xalça, 550 manat dəyərində 1 ədəd qonaq otağı üçün 2x3m ölçüdə xalça, 400 manat dəyərində zal üçün qaşlı pərdə tülü, 30 manat dəyərində 1 ə dəd zal üçün ağ rəngli günkeçirməz, 1000 manat dəyərində 2 ədəd 2 pəncərəlik yataq otağı üçün üstünün qolu şabalıdı rəngdə olan qaşlı pərdə tülü, 60 manat dəyərində 2 ədəd yataq otağı üçün ağ rəngli günkeçirməz, 800 manat dəyərində Çex istehsalı olan 2 ədəd iri səbət meyvə qabı, 500 manat dəyərində Çex istehsalı olan 1 ədəd böyük güldan, 260 manat dəyərində çex istehsalı olan 2 ədəd konfet qabı (səbət), 250 manat dəyərində 1 ədəd ağ rəngli böyük farfurumlu meyvə qabı, 300 manat dəyərində 2 ədəd ağ rəngli balaca farfurumlu meyvə qabı, 200 manat dəyərində kamot üçün 1 ədəd güldan, 2 ədəd səbət, 60 manat dəyərində Çex istehsalı olan 2 ədəd qapaqlı balaca qənd qabı, 80 manat dəyərində 2 ədəd xurustal qənd qabı, 200 manat dəyərində 1 dəst qrafinka yanında 6 ədəd ayaqlı stəkan, 300 manat dəyərin də Çex istehsalı olan 6 ədəd iri bakallar, 100 manat dəyərində 6 ədəd xrustal orta bakallar, 80 manat dəyərində 6 ədəd ayaqlı rumka, 300 manat dəyərində l dəst nahar servisi, 200 manat dəyərində 1 dəst çay servisi, 200 manat dəyərində 1 dəst kofe servisi, 60 manat dəyərində 1 ədəd ütüaltı, 40 manat dəyərində 2 ədəd cod və yumşaq həyət şotkası, 60 manat dəyərində 1 dəst döşəmə silən, uxlov, sarımsaq əzən, yuxa yayan, 400 manat dəyərində 1 dəst mətbəxt kombaynı (şirə çəkən, koktel düzəldən), 40 manat dəyətrində 1 ədəd düyüçəkən, 300 manat dəyərində 1 ədəd elektrik ətçəkən (Arnica firması), 50 manat dəyərində 1 ədəd blender, 300 manat dəyərində 2 ədəd üstü iri çətirli gecə lampası, 80 manat dəyərində bıçaq dəsti, 30 manat dəyərində 1 ədəd iri qoz çəkən, 25 manat dəyərində 1 ədəd tuj çaydan, 60 manat dəyərində 1 ədəd taxtalı çörək qabı, 120 manat dəyərində 1 dəst qablı mikser, 10 manat dəyərində 1 ədəd paltar səbəti, 50 manat dəyərində qablı fırlanan hamam döşəmə siləni, 20 manat dəyərində böyük zibil qabı, 15 manat dəyərində kiçik zibil qabı, 10 manat dəyərində 1 ədəd süpürgə, 30 manat dəyərində 1 ədəd iki qaşıqlı plasmas krem qabı, 20 manat dəyərində 1 ədəd plasmas ləyən, 5 manat dəyərində 1 ədəd kətə kəsən, 5 manat dəyərində 1 ədəd yumurta çalan, 5 manat dəyərində 1 ədəd sarımsaq əzən, 5 manat dəyərində 1 ədəd katlet çevirən, 10 manat dəyərində 2 ədəd qənd qayçısı, 10 manat dəyərində 2 ədəd göyərti doğrayan taxta, 10 manat dəyərində 1 ədəd iri çaynik, 10 manat dəyərində 1 ədəd balaca çaynik, 10 manat dəyərində 1 ədəd tyorka, 40 manat dəyərində 2 ədəd xrustal kül qabı, 6 ma nat dəyərində 6 ədəd dəmir asılqan, 8 manat dəyərində 1 ədəd düşbərə kəsən, 8 manat dəyərində 1 ədəd xəmirkəsən, 4 manat dəyərində 1 qutu paltar şpilkası, 8 manat dəyərində 1 ədəd ələk, 25 manat dəyərində 1 dəst, 12 ədədlik bıçaq dəsti, 40 manat dəyərində 1 ədəd tuj ləyən, 80 manat dəyərində 2 ədəd nikel ləyən, 30 manat dəyərində 12 ədəd qaşıq, 30 manat dəyərində 12 ədəd çəngəl, 30 manat dəyərində 12 ədəd çay qaşığı, 15 manat dəyərində 6 ədəd bıçaq, 30 manat 12 ədəd limon çəngəl, 50 manat 1 ədəd tefal tava, 50 manat dəyərində 1 ədəd ləmpə, 150 manat dəyərində 1 ədəd nikel aş qazanı, 250 manat dəyərində 1 dəst qazan dəsti (tefal kül rəngli və qaşıqlı), 40 manat dəyərində 4 ədəd boşqabla tort qabı, 100 manat dəyərində 1 ədəd 3 mərtəbəli ləbləbi qabı, 30 manat dəyərində 12 ədəd içi göy ləpə q abı, 4 0 manat dəyərində T3 mərtəbə fındıq qabı, 30 manat dəyərində 12 ədəd limon qabı, 30 manat dəyərində 1 dəst 6 ədəd ağ rəngli çaşqa nəlbəki dəsti, 30 manat dəyərində 12 ədəd göy razetka, 300 manat dəyərində 1 dəst 48 predmetli qara rəngli dördbucaq servis dəsti, 250 manat dəyərində yarım dəst göy rəngli nahar servisi, 150 manat dəyərində yarım dəst madonna çay servisi, 30 manat dəyərində 12 ədəd göy rəngli iri güllü nəlbəki, 50 manat dəyərində 12 ədəd rumka, 70 manat dəyərində 1 dəst duz, şəkər tozu və kofe qabı, 60 manat dəyərində 12 ədəd xrustal stəkan, 180 manat dəyərində 1 dəst 3 ədəd nikel podnos dəsti, 10 manat dəyərində 1 ədəd dəstəkli plasmas podnos, 35 manat dəyərində 1 ədəd tefal çaydan, 8 manat dəyərində 2 ədəd ağ rəngli çörək qabı, 30 manat dəyərində 1 ədəd torlu çörək qab ı, 20 manat dəyərində 4 ədəd qapaqlı və ayaqlı qənd qabı, 80 manat dəyərində 12 ədəd qara rəngli bokal ayaqlı, 20 manat dəyərində 1 ədəd göy rəngli yumurta qabı, 25 manat dəyərində 2,5 metr stolüstü klyonka (krem), 20 manat dəyərində 1 dəst mətbəxt üçün qaşıq dəsti, 20 manat dəyərində 3 ədəd soyuducu içi, 6 manat dəyərində 1 ədəd paltaryuyan üçün üzlük, 10 manat dəyərində 2 ədəd qozsındıran, 10 manat dəyərində 1 ədəd qiyməkeş, 8 manat dəyərində 1 ədəd ətdöyən, 120 manat dəyərində 1 dəst tuj qazan dəsti, 35 manat dəyərində 1 ədəd gül səbəti (suvenir), 30 manat dəyərində 4 ədəd salfet qabı, 60 manat dəyərində 6 ədəd sarı zərli kompot stəkanı, 40 manat dəyərində 2 ədəd hamam üçün balaca xalça, 490 manat dəyərində 1 dəst qaşlı örtük, 80 manat dəyərində 1 ədəd qalın adyal, 30 manat dəyərində 1 ədəd nazik adyal, 50 manat dəyərində 1 ədəd ikiqat yay yorğanı, 150 manat dəyərində 2 ədəd kül rəngli yun döşək, 120 manat dəyərində 2 ədəd yun yorğan, 250 manat dəyərində 1 ədəd krem rəngli ikiqat döşək 28 kq, 150 manat dəyərində 1 ədəd çəhrayı rəngli ikiqat yorğan, 150 manat dəyərində 1 ədəd yataq örtük dəsti (ikiqat üstü ağ işləməli), 280 manat dəyərində 4 ədəd ikiqat çexol dəsti (Türkiyə), 64 manat dəyərində 8 ədəd sadə dəsmal, 80 manat dəyərində 4 ədəd dəsmal, 160 manat dəyərində 8 ədəd qaşlı əl üz dəsmalı (Türkiyə), 80 manat dəyərində 18 ədəd çay dəsmalı (Türkiyə), 50 manat dəyərində 4 ədəd dörd künc tül süfrə, 300 manat dəyərində 6 ədəd süfrə, 20 manat dəyərində 3 ədəd tozsilən dəsmal, 160 manat dəyərində 8 ədəd tək çexol, 120 manat dəyərində 8 ədəd tək prostina, 80 manat dəyərind ə 8 ədəd balınc üzü, 80 manat dəyərində 2 cüt tək adamlıq ağ çexol, 40 manat dəyərində 2 cüt ağ rəngli mələfə, 20 manat dəyərində 2 cüt ağ rəngli balınc üzü 34 manat dəyərində 4 ədəd mətbəxt dəsmalı, 180 manat dəyərində 1 dəst zəngli çaydan çaynik dəsti, 210 manat dəyərində 3 dəst kitab formalı iki nəfərlik yataq dəsti, 6 manat dəyərində 1 ədəd keks qabı, 80 manat dəyərində 2 ədəd ayaqlı xrustal konfet qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı konfet qabı, 20 manat dəyərində 1 ədəd iynə, sap, qayçı qabı, 50 manat dəyərində 1 ədəd alma formalı qaşlı saat, 60 manat dəyərində 1 ədəd qış üçün prastina, 30 manat dəyərində 1 dəst ağ-qırmızı güllü çay servisi, 390 manat dəyərində 1 ədəd qara rəngli LG markalı mikrodalğalı soba, 100 manat dəyərində 4 ədəd tük balınc, 100 manat dəyərində 4 ədəd sintet ik balınc, 250 manat dəyərində 1 qaşıq dəsti (Çamadan 3 mərtəbə), 120 manat dəyərində 12 ədəd Çex istehsalı olan xrustal stəkan, 150 manat dəyərində 2 ədəd işləmə balınc üzü, 30 manat dəyərində 6 ədəd göy rəngdə iki gözlü duz qabı, 40 manat dəyərində 1 ədəd nikkel aşsüzən, 400 manat dəyərində 1 ədəd Samsung J-7 markalı xxxx telefon, uşaqlıq albomu, tələbə venetkası, 1800 manat dəyərində 1 ədəd qara şuba “Karolina” orta, 900 manat dəyərində 1 ədəd qısa qara rəngli şuba “Karolina”, 100 manat dəyərində 1 ədəd hündürdaban uzun çəkmə, 80 manat dəyərində 1 ədəd hündürdaban yarım çəkmə, 50 manat dəyərində 1 ədəd uzun altı düz çəkmə, 35 manat dəyərində 1 ədəd sandal, 50 manat dəyərində 2 ədəd hündür sandal, 50 manat dəyərində 1 ədəd qara rəngli hündür ayaqqabı, 35 manat dəyərində 1 ədəd altıdüz ay aqqabı, 60 manat dəyərində 2 dəst qış üçün idman paltarı, 30 manat dəyərində 1 ədəd idman şalvarı, 100 manat dəyərində 4 ədəd qolu qısa ağ rəngli kofta, 120 manat dəyərində 5 ədəd cins şalvar, 50 manat dəyərində 2 ədəd düyməli-qolu uzun cins kofta, 40 manat dəyərində 1 ədəd qolu uzun nazik ağ rəngli kofta, 50 manat dəyərində 1 ədəd gödək pencək 40 manat dəyərində 1 ədəd qara rəngli gödəkçə, 60 manat dəyərində 1 ədəd ağ rəngli gödək don. 60 manat dəyərində 1 ədəd göy rəngli jiletli don, 45 manat dəyərində 3 ədəd domaşnik, 60 manat dəyərində 1 cüt tangetka ayaqqabı (zamuj), 60 manat dəyərində 2 ədəd qara rəngli qış üçün kofta, 50 manat dəyərində 1 cüt hündür daban göy rəngli sandal, 70 manat dəyərində 1 ədəd qolu torlu ağ rəngli don, 70 manat dəyərində 2 ədəd qara rəngli çanta, 35 manat dəyə rində 1 ədəd ağ rəngli çanta, 70 manat dəyərində 1 ədəd fen, 40 manat dəyərində 1 ədəd saçburan fen qırmızı rəng, 80 manat dəyərində 1 ədəd qaşlı pul kisəsi, 70 manat dəyərində 1 ədəd pünyar, 10000 manat dəyərində 750 əyarlı, 15.50 karat, 55.82 qram çəkidə İtaliya istehsalı olan ağ qızıldan brilyant qaşlı qarnitur dəsti (qızıl boyunbağı, bilərzik, sırğa-üzük), 1200 manat dəyərində 750 əyarlı, 1.50 karat, 5.0 qram çəkidə İtaliya istehsalı olan ağ qızıldan brilyant qaşlı ziqzaq üzük, 560 manat dəyərində 750 əyarlı, 5.0 qram çəkidə İtaliya istehsalı olan kəpənək formalı brilyant qaşlı üzük, 850 manat dəyərində 750 əyarlı, 1.0 karat, 7.5 qram çəkidə brilyant qaşlı üzük, 400 manat dəyərində 750 əyarlı, 5.5 qram çəkidə İtaliya istehsalı olan bilərzik, 200 manat dəyərində 585 əyarlı, 4.0 qram çək idə Rusiya istehsalı olan fionet qaşlı üzük, 250 manat dəyərində 585 əyarlı, 4.5 qram çəkidə Rusiya istehsalı olan sadə qaşlı üzük, 360 manat dəyərində 570 əyarlı, 6.0 qram 1 ədəd alyans formalı qızıl üzüyü cavabdehlərdə qalmışdır. 360 manat dəyərində 570 əyar 6.0 qram 1 ədəd alyans formalı qızıl üzük özünə məxsus olmuş, atası hədiyyə almış, üzüyün içində X və X sözləri yazılmışdır. Qız toyunda X qohumları ona 560 manat dəyərində 750 əyarlı 5.0 qram çəkidə kəpənək formalı brilyant qaşlı üzük hədiyyə almışdır. Oğlan toyunda 250 manat dəyərində 585 əyarlı 4.5 qram çəkidə sadə qaşlı üzüyü X xalası, indiki qudaları X, 200 manat dəyərində 585 əyarlı 4.0 qram çəkidə fionet qaşlı üzüyü X əmisi X, 400 manat dəyərində 750 əyarlı 5.5 qram çəkidə bilərziyi X dayısı arvadı hədiyyə almışlar. Bundan ba şqa Cavabdeh1 ilə birgə nikah dövründə 1300 manat dəyərində 1 ədəd “Acergerinası” markalı notbook, 600 manat dəyərində 1 ədəd “LG” markalı 82 ekranlı televizor və 4000 manat dəyərində yataq otağı üçün mebel dəsti alaraq istifadə etmişlər. Mebel dəsti onlara toy hədiyyəsi olaraq qayınatası tərəfindən alınmışdır. Ona məxsus olan qızıl-zinət əşyaları həmişə qayınanasında olmuşdur. Toya və ya qonaqlığa gedən zaman qayınanası taxmaq üçün ona vermiş, qayıtdıqdan sonra isə əlindən alıb götürmüşdür. Qayınanası onu evdən qovduğu üçün ev paltarında çıxmış, boynunda yalnız X ona hədiyyə aldığı nazik boyunbağı olmuşdur. Həmin əmlakları cavabdehlərdən tələb etməsinə baxmayaraq, könüllü qaytarılmamış və qanunsuz olaraq özlərində saxlamışlar.
6. Daşkəsən Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(030)-429/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Azad Əliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ədəd 1.400 manat dəyərində “LG” markalı 127 ekran televizor, 200 manat dəyərində 1 ədəd “LG” markalı DVD, 1.100 manat dəyərində 1 ədəd “LG” markalı qapağı nikel olan 6 kq-lıq paltaryuyan, 200 manat dəyərində 1 ədəd “Samsunq” markalı tozsoran, 200 manat dəyərində yataq otağı üçün 1 ədəd pultla işlədilən çilçıraq, 450 manat dəyərində qonaq otağı üçün 1 ədəd çilçıraq, 400 manat dəyərində 2 ədəd zal üçün çilçıraq, 150 manat dəyərində mətbəx üçün çilçıraq, 400 manat dəyərində 1 ədəd yataq otağı üçün 2x3 m ölçüdə xalça, 550 manat dəyərində 1 ədəd qonaq otağı üçün 2x3 m ölçüdə xalça, 400 manat dəyərində zal üçün qaşlı pərdə tülü, 30 manat dəyərində 1 əd əd zal üçün ağ rəngli günkeçirməz, 1.000 manat dəyərində 2 ədəd, 2 pəncərəlik yataq otağı üçün üstünün qolu şabalıdı rəngdə olan qaşlı pərdə tülü, 60 manat dəyərində 2 ədəd yataq otağı üçün ağ rəngli günkeçirməz, 800 manat dəyərində Çex istehsalı olan 2 ədəd iri səbət meyvə qabı, 500 manat dəyərində Çex istehsalı olan 1 ədəd böyük güldan, 260 manat dəyərində Çex istehsalı olan 2 ədəd konfet qabı (səbət), 250 manat dəyərində 1 ədəd ağ rəngli böyük farfurumlu meyvə qabı, 300 manat dəyərində 2 ədəd ağ rəngli balaca farfurumlu meyvə qabı, 200 manat dəyərində kamot üçün 1 ədəd güldan, 2 ədəd səbət, 50 manat dəyərində Çex istehsalı olan 2 ədəd qapaqlı balaca qənd qabı, 80 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 200 manat dəyərində 1 dəst qrafinka yanında 6 ədəd ayaqlı stəkan, 300 manat dəyərin də Çex istehsalı olan 6 ədəd iri bakallar, 100 manat dəyərində 6 ədəd xrustal orta bakallar, 80 manat dəyərində 6 ədəd ayaqlı rumka, 300 manat dəyərində ldəst nahar servisi, 200 manat dəyərində 1 dəst çay servisi, 200 manat dəyərində 1 dəst kofe servisi, 60 manat dəyərində 1 ədəd ütüaltı, 40 manat dəyərində 2 ədəd cod və yumşaq həyət şotkası, 60 manat dəyərində 1 dəst döşəmə silən, uxlov, sarımsaq əzən, yuxa yayan, 400 manat dəyərində 1 dəst mətbəxt kombaynı (şirə çəkən, kokteyl düzəldən), 40 manat dəyərində 1 ədəd düyüçəkən, 300 manat dəyərində 1 ədəd elektrik ətçəkən (Arnica firması), 50 manat dəyərində 1 ədəd blender, 300 manat dəyərində 2 ədəd üstü iri çətirli gecə lampası, 80 manat dəyərində bıçaq dəsti, 30 manat dəyərində 1 ədəd iri qoz çəkən, 25 manat dəyərində 1 ədəd tuj çaydan, 60 manat dəyərində 1 ədəd taxtalı çörək qabı, 120 manat dəyərində 1 dəst qablı mikser, 10 manat dəyərində 1 ədəd paltar səbəti, 50 manat dəyərində qablı fırlanan hamam döşəmə siləni, 20 manat dəyərində böyük zibil qabı, 15 manat dəyərində kiçik zibil qabı, 10 manat dəyərində 1 ədəd süpürgə, 30 manat dəyərində 1 ədəd iki qaşıqlı plasmas krem qabı, 20 manat dəyərində 1 ədəd plastmas ləyən, 5 manat dəyərində 1 ədəd kətə kəsən, 5 manat dəyərində 1 ədəd yumurta çalan, 5 manat dəyərində 1 ədəd sarımsaq əzən, 5 manat dəyərində 1 ədəd katlet çevirən, 10 manat dəyərində 2 ədəd qənd qayçısı, 10 manat dəyərində 2 ədəd göyərti doğrayan taxta, 10 manat dəyərində 1 ədəd iri çaynik, 10 manat dəyərində 1 ədəd balaca çaynik, 10 manat dəyərində 1 ədəd tyorka, 40 manat dəyərində 2 ədəd xrustal kül qabı, 6 mana t dəyərində 6 ədəd dəmir asılqan, 8 manat dəyərində 1 ədəd düşbərə kəsən, 8 manat dəyərində 1 ədəd xəmirkəsən, 4 manat dəyərində 1 qutu paltar şpilkası, 8 manat dəyərində 1 ədəd ələk 25 manat dəyərində 1 dəst, 12 ədədlik bıçaq dəsti, 40 manat dəyərində 1 ədəd tuj ləyən 80 manat dəyərində, 2 ədəd nikel ləyən, 30 manat dəyərində 12 ədəd qaşıq 30 manat dəyərində 12 ədəd çəngəl, 30 manat dəyərində 12 ədəd çay qaşığı, 15 manat dəyərində 6 ədəd bıçaq, 30 manat 12 ədəd limon çəngəl, 50 manat 1 ədəd tefal tava, 50 manat dəyərində 1 ədəd lampa, 150 manat dəyərində 1 ədəd nikel aş qazanı, 250 manat dəyərində 1 dəst qazan dəsti (tefal kül rəngli və qaşıqlı), 40 manat dəyərində 4 ədəd boşqabla tort qabı, 100 manat dəyərində 1 ədəd 3 mərtəbəli ləbləbi qabı, 30 manat dəyərində 12 ədəd içi göy ləpə qabı, 40 manat dəyərində T3 mərtəbə fındıq qabı, 30 manat dəyərində 12 ədəd limon qabı, 30 manat dəyərində 1 dəst 6 ədəd ağ rəngli çaşka nəlbəki dəsti, 30 manat dəyərində 12 ədəd göy razetka, 300 manat dəyərində 1 dəst 48 predmetli qara rəngli dördbucaq servis dəsti, 250 manat dəyərində yarım dəst göy rəngli nahar servisi, 150 manat dəyərində yarım dəst madonna çay servisi, 30 manat dəyərində 12 ədəd göy rəngli iri güllü nəlbəki, 50 manat dəyərində 12 ədəd rumka, 70 manat dəyərində 1 dəst duz, şəkər tozu və kofe qabı, 60 manat dəyərində 12 ədəd xrustal stəkan, 180 manat dəyərində 1 dəst 3 ədəd nikel podnos dəsti, 10 manat dəyərində 1 ədəd dəstəkli plastmas podnos, 35 manat dəyərində 1 ədəd tefal çaydan, 8 manat dəyərində 2 ədəd ağ rəngli çörək qabı, 30 manat dəyərində 1 ədəd torlu çörək qabı, 20 manat dəyərində 4 ədəd qapaqlı və ayaqlı qənd qabı, 80 manat dəyərində 12 ədəd qara rəngli bokal ayaqlı, 20 manat dəyərində 1 ədəd göy rəngli yumurta qabı, 25 manat dəyərində 2,5 metr stolüstü klyonka (krem), 20 manat dəyərində 1 dəst mətbəxt üçün qaşıq dəsti, 20 manat dəyərində 3 ədəd soyuducu içi, 6 manat dəyərində 1 ədəd paltaryuyan üçün üzlük, 10 manat dəyərində 2 ədəd qozsındıran, 10 manat dəyərində 1 ədəd qiyməkeş, 8 manat dəyərində 1 ədəd ətdöyən, 120 manat dəyərində 1 dəst tuj qazan dəsti, 35 manat dəyərində 1 ədəd gül səbəti (suvenir), 30 manat dəyərində 4 ədəd salfet qabı, 60 manat dəyərində 6 ədəd sarı zərli kompot stəkanı, 40 manat dəyərində 2 ədəd hamam üçün balaca xalça, 490 manat dəyərində 1 dəst qaşlı örtük, 80 manat dəyərində 1 ədəd qalın adyal, 30 manat dəyərində 1 əd əd nazik adyal, 50 manat dəyərində 1 ədəd ikiqat yay yorğanı, 150 manat dəyərində 2 ədəd kül rəngli yun döşək, 120 manat dəyərində 2 ədəd yun yorğan, 250 manat dəyərində 1 ədəd krem rəngli ikiqat döşək 28 kq, 150 manat dəyərində 1 ədəd çəhrayı rəngli ikiqat yorğan, 150 manat dəyərində 1 ədəd yataq örtük dəsti (ikiqat üstü ağ işləməli), 280 manat dəyərində 4 ədəd ikiqat çexol dəsti (Türkiyə), 64 manat dəyərində 8 ədəd sadə dəsmal, 80 manat dəyərində 4 ədəd dəsmal, 160 manat dəyərində 8 ədəd qaşlı əl-üz dəsmalı (Türkiyə), 80 manat dəyərində 18 ədəd çay dəsmalı (Türkiyə), 50 manat dəyərində 4 ədəd dörd künc tül süfrə, 300 manat dəyərində 6 ədəd süfrə, 20 manat dəyərində 3 ədəd tozsilən dəsmal, 160 manat dəyərində 8 ədəd tək çexol, 120 manat dəyərində 8 ədəd tək prostina, 80 manat dəyərində 8 ədəd balmc üzü, 80 manat dəyərində 2 cüt tək adamlıq ağ çexol, 40 manat dəyərində 2 cüt ağ rəngli mələfə, 20 manat dəyərində 2 cüt ağ rəngli balmc üzü, 34 manat dəyərində 4 ədəd mətbəxt dəsmalı, 180 manat dəyərində 1 dəst zəngli çaydan-çaynik dəsti, 210 manat dəyərində 3 dəst kitab formalı iki nəfərlik yataq dəsti, 6 manat dəyərində 1 ədəd keks qabı, 80 manat dəyərində 2 ədəd ayaqlı xrustal konfet qabı, 20 manat dəyərində 2 ədəd ayaqlı konfet qabı, 20 manat dəyərində 1 ədəd iynə, sap, qayçı qabı, 50 manat dəyərində 1 ədəd alma formalı qaşlı saat, 60 manat dəyərində 1 ədəd qış üçün prostina, 30 manat dəyərində 1 dəst ağ-qırmızı güllü çay servisi, 390 manat dəyərində 1 ədəd qara rəngli “LG” markalı mikrodalğalı soba, 100 manat dəyərində 4 ədəd tük balmc, 100 manat dəyərində 4 ədəd sintetik b almc, 250 manat dəyərində 1 qaşıq dəsti (Çamadan 3 mərtəbə), 120 manat dəyərində 12 ədəd Çex istehsalı olan xrustal stəkan, 150 manat dəyərində 2 ədəd işləmə balmc üzü, 30 manat dəyərində 6 ədəd göy rəngdə iki gözlü duz qabı, 40 manat dəyərində 1 ədəd nikel aşsüzən, 400 manat dəyərində 1 ədəd Samsung J7 markalı xxxx telefon, uşaqlıq albomu, tələbə vinetkası, 1.800 manat dəyərində 1 ədəd qara şuba “Karolina” orta, 900 manat dəyərində 1 ədəd qısa qara rəngli şuba “Karolina”, 100 manat dəyərində 1 ədəd hündürdaban uzun çəkmə, 80 manat dəyərində 1 ədəd hündürdaban yarım çəkmə, 50 manat dəyərində 1 ədəd uzun altı düz çəkmə, 35 manat dəyərində 1 ədəd sandal, 50 manat dəyərində 2 ədəd hündür sandal, 50 manat dəyərində 1 ədəd qara rəngli hündür ayaqqabı, 35 manat dəyərində 1 ədəd altıdüz ayaqqabı, 60 manat dəyərində 2 dəst qış üçün idman paltarı, 30 manat dəyərində 1 ədəd idman şalvarı, 100 manat dəyərində 4 ədəd qolu qısa ağ rəngli kofta, 120 manat dəyərində 5 ədəd cins şalvar, 50 manat dəyərində 2 ədəd düyməli qolu uzun cins kofta, 40 manat dəyərində 1 ədəd qolu uzun nazik ağ rəngli kofta, 50 manat dəyərində 1 ədəd gödək pencək, 40 manat dəyərində 1 ədəd qara rəngli gödəkçə, 60 manat dəyərində 1 ədəd ağ rəngli gödək don, 60 manat dəyərində 1 ədəd göy rəngli jiletli don, 45 manat dəyərində 3 ədəd domaşnik, 60 manat dəyərində 1 cüt tangetka ayaqqabı (zamuj), 60 manat dəyərində 2 ədəd qara rəngli qış üçün kofta, 50 manat dəyərində 1 cüt hündür daban göy rəngli sandal, 70 manat dəyərində 1 ədəd qolu torlu ağ rəngli don, 70 manat dəyərində 2 ədəd qara rəngli çanta, 35 manat dəyərind ə 1 ədəd ağ rəngli çanta, 70 manat dəyərində 1 ədəd fen, 40 manat dəyərində 1 ədəd saçburan fen qırmızı rəng, 80 manat dəyərində 1 ədəd qaşlı pul kisəsi, 70 manat dəyərində 1 ədəd pünyar, 10.000 manat dəyərində 750 əyarlı, 15.50 karat, 55.82 qram çəkidə İtaliya istehsalı olan ağ qızıldan brilyant qaşlı qarnitur dəsti (qızıl boyunbağı, bilərzik, sırğa-üzük), 1.200 manat dəyərində 750 əyarlı, 1.50 karat, 5.0 qram çəkidə İtaliya istehsalı olan ağ qızıldan brilyant qaşlı ziqzaq üzük, 560 manat dəyərində 750 əyarlı, 5.0 qram çəkidə İtaliya istehsalı olan kəpənək formalı brilyant qaşlı üzük, 850 manat dəyərində 750 əyarlı, 1.0 karat, 7.5 qram çəkidə brilyant qaşlı üzük, 400 manat dəyərində 750 əyarlı, 5.5 qram çəkidə İtaliya istehsalı olan bilərzik, 200 manat dəyərində 585 əyarlı, 4.0 qram çəkid ə Rusiya istehsalı olan fionet qaşlı üzük, 250 manat dəyərində 585 əyarlı, 4.5 qram çəkidə Rusiya istehsalı olan sadə qaşlı üzük, 360 manat dəyərində 570 əyarlı, 6.0 qram 1 ədəd alyans formalı qızıl üzük və 2.500 manat dəyərində yataq mebelinin dəyərinin yarısı kimi 1.250 manat məbləğin alınıb İddiaçı qızma verilməsi, əmlak olmadıqda onun 34.395 (otuz dörd min üç yüz doxsan beş) manat məbləğində dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 26 (iyirmi altı) manat məbləğin alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 04 (dörd) manatının İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qə bul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı məxsus cehiz əmlakının və geyim əşyalarının onlarda olduğunu və halhazırda Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində qaldığını etiraf etmiş, lakin 2500 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1300 manat dəyərində 1 ədəd “Acergerinası” markalı notbuku və 600 manat dəyərində 1 ədəd “LG Led” markalı 82 ekran televizoru özü üçün aldığını və həmin əmlakın ona məxsus olduğunu bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1 ədəd “Acergerinası” markalı notbuk və 1 ədəd “LG Led” markalı 82 ekran televizor həqiqətən Cavabdeh2 şəxsi vəsaiti hesabına əldə edilməklə onun özü üçün alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əşyalar Cavabdeh2 fərdi əşyaları olmaqla şəxsi mülkiyyə ti hesab olunmalıdır.
8. Eyni zamanda, iş üzrə müəyyən olunmuşdur ki, toy ərəfəsində tərəflərin ümumi razılığına uyğun olaraq Cavabdeh2 tərəfindən 2500 manat dəyərində yataq mebeli alınmış və gənc ailəyə, yəni Cavidan ilə İnciyə hədiyyə edilmişdir. Həmin dəst gənc ailənin yataq otağına yerləşdirilmiş və onların daimi istifadəsinə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2500 manat dəyərində yataq dəsti Cavabdeh1 ilə İddiaçı birgə mülkiyyəti olmaqla yarı bölünməli və mebel dəstinin 2500 manat məbləğində dəyərinin yarısı, yəni 1250 manat məbləği cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.
9. Həmçinin, iş üzrə müəyyən olunmuşdur ki, İddiaçı toy hədiyyəsi kimi cavabdehlər tərəfindən 10000 manat dəyərində 750 əyarlı, 15.50 karat, 55.82 qram çəkidə İtaliya istehsalı olan ağ qızıldan bril yant qaşlı qarnitur dəsti (qızıl boyunbağı, bilərzik, sırğa-üzük), 1200 manat dəyərində 750 əyarlı, 1.50 karat, 5.0 qram çəkidə İtaliya istehsalı olan ağ qızıldan brilyant qaşlı ziqzaq üzük, 850 manat dəyərində 750 əyarlı, 1.0 karat, 7.5 qram çəkidə brilyant qaşlı üzük alınmışdır. Bundan başqa, İddiaçı atası Nizami tərəfindən 360 manat dəyərində 570 əyarlı 6.0 qram 1 ədəd alyans formalı qızıl üzük hədiyyə alınmış, üzüyün içində Cavidan və İnci sözləri yazılmışdır. Qız toyunda Cavidanın qohumları İnciyə 560 manat dəyərində 750 əyarlı 5.0 qram çəkidə kəpənək formalı brilyant qaşlı üzük hədiyyə almışdır. Oğlan toyunda 250 manat dəyərində 585 əyarlı 4,5 qram çəkidə sadə qaşlı üzüyü Cavidanın xalası, indiki qudaları X, 200 manat dəyərində 585 əyarlı 4.0 qram çəkidə fionet qaşlı üzüyü X əmisi X, 400 manat dəyərində 750 əyarlı 5.5 qram çəkidə bilərziyi X dayısı arvadı hədiyyə almışdır. Bu iddiaçının, cavabdehin izahatları, şahidlərin ifadələri, habelə işin digər faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir.
10. Cavabdeh2 həmin qızıl-zinət əşyalarından yalnız ağ qızıldan brilyant qaşlı qarnitur dəsti (qızıl boyunbağı, bilərzik, sırğa-üzük) və ağ qızıldan brilyant qaşlı ziqzaq nişan üzüyünün onlarda olduğunu, qalan zinət əşyaları barədə dəqiq məlumatı olmadığını bildirsə də, məhkəmə cavabdehin izahatının inkar hissəsini mülki məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirərək onu səmimi, məntiqə uyğun, inandırıcı hesab etmir. Belə ki, göstərilən xüsusatlar məhkəmə iclasında iddiaçının və şahidlərin məntiqə uyğun izahat və ifadələri ilə tam təkzib olunmuşdur. Belə ki, idd iaçı 09 noyabr 2016-cı ildə cavabdehdən faktiki olaraq ayrıldığı vaxt, tərəflər arasında son dərəcə kəskin münasibət olmuş, iddiaçı qayınanası tərəfindən evdən qovulduğu üçün yalnız ev paltarında evi tərk etmiş, həmin vaxt onda yalnız əri X tərəfindən alınmış nazik boyunbağı olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, bütün qızıl-zinət əşyaları iddiaçının şəxsi mülkiyyəti hesab olunmaqla cavabdehlərin qanunsuz sahibliyində qalmışdır. Odur ki, həmin qızıl-zinət əşyaları da cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106.2, 106.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindək i icraat
12. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1879/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(030)-429/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin izahatları ilə apelyasiya şikayətinin dəlilləri arasında ziddiyyətlər olduğundan iddiaçının izahatı daha inandırıcı və səmimidir. Belə ki, cavabdehlərin əsas dəlilləri iddiaçının qabaqcadan özünəməxsus qızıl-zinət əşyalarını yığaraq və valideynlərinə məl umat verməklə onlarla birlikdə getməsi olmuşdur ki, bu hal işdəki şahid ifadələri ilə təkzib olunur. Belə ki, şahidlər X6, X7 və X8 öz ifadələrində göstərmişlər ki, cavabdehlər onların İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlamalarına icazə vermədikləri və cavabdeh X iddiaçıdan xəbərsiz onun valideynlərinə zəng edərək “qızınızı telefonla danışmağa qoymayacağıq, istəyirsiniz gəlin görün” dediyi üçün onlar qızları ilə görüşmək üçün məcbur qalaraq həmin günün səhəri Xırdalan şəhərinə gəlmişlər, lakin Cavabdeh3 iddiaçının valideynlərinə sərt münasibət göstərdiyi və iddiaçını özləri ilə aparmasını tələb etdiyi üçün İddiaçım ev paltarında özləri ilə götürüb aparmışlar. Bu zaman İncinin üzərində Cavabdeh1 ona hədiyyə etdiyi nazik sep olmuşdur.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci in stansiya məhkəməsində iş üzrə ifadə vermiş şahidlər X6 iddiaçının anası, X7 iddiaçının atası və X8 iddiaçının əmisi arvadı olsalar da, bu hal onların düzgün ifadə vermələrini istisna etmir. Belə ki, həmin şahidlər tərəflər arasındakı mübahisənin xronoloji və məntiqi ardıcıllığını öz ifadələrində göstərə bilmiş, bununla da birinci instansiya məhkəmə kollegiyasında ifadələrinin doğruluğu barədə daxili inam yaratmışdır.
16. İddiaçı həm birinci instansiya məhkəməsinin, həm məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarında, həmçinin kollegiyaya ünvanladığı etiraz ərizəsində qayınanası olan Cavabdeh3nm toydan sonra qızılları onun əlindən aldığını və ancaq toydan toya taxmağa ona verdiyini, onun özünə məxsus qızılların harada saxlanmasından belə heç vaxt xəbərinin olmadığını göstərmişdir ki, bununla da iddiaçının cavabdehlər tərəfindən həmin qızıl-zinət əşyalarından məhrum edilməsi halı öz təsdiqini tapır.
17. Bundan başqa, cavabdehlər apelyasiya şikayətində iddiaçı tərəfindən əşyaların sayının və dəyərinin artıq yazılmasını göstərsələr də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır. Belə ki, iş materiallarının 53-cü vərəqində olan birinci instansiya məhkəməsinin 11.12.2019-cu il tarixli iclas protokolundan görünür ki, iclas zamanı sədrlik edənin sualına cavab olaraq, Cavabdeh2 göstərmişdir ki, iddiaçıya cehiz kimi nə verilibsə, hamısı yerində, olduğu kimi evdə bağlı durur. Siyahıda göstərilən hər bir əmlakla razıdır və əmlaklar yerindədir. Lakin siyahıda göstərilən iki əmlak ona məxsusdur, iddiaçının dediyi kompüteri o, özü üçün kreditlə almışdır. Lakin ailə üzvləri d ə həmin kompüterdən istifadə etmişdir, ikincisi isə, iddiaçının dediyi mebeldir ki, onu hələ iddiaçı gəlin gəlməzdən əvvəl evi üçün almışdır. Mebelin yerləşdiyi otaq iddiaçı gəlin gəldiyi zaman gəlin otağı hazırlanmışdır. Digər Cavabdeh1 da məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının iddiasında göstərdiyi qızıl-zinət əşyalarının həqiqətən mövcud olduğunu göstərmişdir.
18. Göründüyü kimi, cavabdehlərdən Cavabdeh1 iddiaçının iddiasında göstərdiyi qızıl-zinət əşyalarının, digər Cavabdeh2 isə siyahıda göstərilən bütün cehiz əşyalarını həqiqətən də mövcud olmasını etiraf etmişlər. Həmçinin, Cavabdeh2 həmin vaxt əmlakların qiymətlərini mübahisələndirməmiş, bununla əlaqədar ekspertiza təyin edilməsini tələb etməmişdir, iddiaçı isə iddia ərizəsinə “xxxx” MMC-nin 02 sentyabr 20 19cu il tarixli, 62 saylı rəyini əlavə etmişdir ki, həmin rəyin mötəbərliliyi məhkəmə kollegiyasında şübhə doğurmamışdır.
19. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasın a keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
20. Bundan başqa, cavabdehi ər qətnamənin 2.500 manat dəyərində yataq mebelinin dəyərinin yarısı kimi 1.250 manat məbləğin alınıb İddiaçı qızma verilməsi hissəsi ilə də razılaşmayaraq, həmin mebeli iddiaçı onlara gəlin gəlməzdən əvvəl Cavabdeh2 aldığını göstərmişlər.
21. İddiaçının özü də həm iddiasında, həm izahatında yataq otağı üçün mebel dəstinin həqiqətən də keçmiş qayınatası olan Cavabdeh2 aldığını bildirmiş, həmçinin göstərmişdir ki, Ağdaş rayonunda mövcud olan adət-ənənəyə görə oğlan evi qız evinə başlıq pulu verməlidir, cavabdehlər də həmin yataq dəstini başlıq pulu əvəzi alaraq, ona hədiyyə etmişlər.
22. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarında göstərdiklərinə əsasən, Cavabdeh2 hə min yataq dəsti mebelini nişandan bir az əvvəl almasını, mebelin yerləşdiyi otağın iddiaçı gəlin gəldiyi zaman gəlin otağı hazırlanmasını və respublikanın bəzi rayonlarında, o cümlədən Ağdaş rayonunda oğlan evinin qız evinə başlıq pulu verməsi kimi adətin mövcud olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının həmin mebelin başlıq pulu əvəzində qayınatası tərəfindən İddiaçı və Cavabdeh1ya hədiyyə edildiyi üçün onların mülkiyyəti hesab edilir və birinci instansiya məhkəməsi də haqlı olaraq, həmin mebelin dəyəri olan 2.500 manat məbləğindəı pulun yarısının iddiaçıya ödənilməli olmasına dair nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehlər kassasiya şikayəti verərək apelyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdehlər və onların vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
27. İddiaçı və onun vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
32. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)
33. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
34. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiy yə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (maddə 225.2)
35. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1) Ailə Məcəlləsi
36. Nikaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. (maddə 34.1) Mülki Prossesual Məcəllə
37. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 104)-1879/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.