Məhkəmə qərarları › İş №2(102)-3035/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3035/2024

27.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3035/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh X6 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri: Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-97/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli qərarı ilə X9, X3, X10, X8 və X7 mülkiyyətinə 2,29 ha torpaq sahəsi verilmişdir.

2. Bərdə rayonu, M.Əsədov adına Aqrofirmanın islahat komissiyasının 15 yanvar 2000ci il tarixli, 05 nömrəli iclas protokolu ilə Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisində yerləşən 423 nömrəli kontura düşmüş payçılardan X11, İddiaçı1 və X verilmiş pay torpaqlarının həmin konturdan çıxarılaraq 414 konturdan verilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarış Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 may 2007-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. 3. 10 iyun 2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bərdə rayonu, Qaraqoyunlu bələdiyyəsi tərəfindən bələdiyyə fondunda qalan 423-cü konturdan 4 ha və 414-cü konturdan 1 ha torpaq sahəsi ayrılıb əkin üçün 99 il müddətinə İddiaçı1 Məhərrəm oğluna verilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi ilə X4 iddiası təmin edilərək, İddiaçı1 X Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə verilmiş Bərdə rayonu, Qaraqoyunlu kənd ərazisində yerləşən 2,29 ha torpaq sahəsindən çıxarılması, X5 və onun ailə üzvlərinin mülkiyyətində olan 2,29 ha torpaq sahəsinin Azərbaycan Respublikası DT və XK Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi İddiaçı1 X4 mülkiyyətində 2,29 hektar torpaq sahəsinin başqa konturda olan 0,76 hektar və 414-cü konturda X2 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən çıxarılması hissəsində və X4 və onun ailə üzvlərinin mülkiyyətində olan 2,29 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin əməkdaşları tərəfindən ölçülərək mülkiyyətçilərin istifadəsinə verilməsi hissəsində ləğv edilmiş, X4 mülkiyyətində başqa konturda olan 0,76 hektar və X2 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsindən İddiaçı1 çıxarılması hissəsində rədd edilmiş, qətnamə İddiaçı1 X4 mülkiyyətində 414 nömrəli kontorda yerləşən 0,95 hektar torpaq sahəsindən çıxarılma hissəsində dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Bərdə rayon İcra və Probasiya şöbəsinin 14 fevral 2013-cü il tarixli aktına əsasən, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2013-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı1 istifadə etdiyi tələbkar X4 mülkiyyətində olan 414 saylı konturda yerləşən 0,95 hektar torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi X6 təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 X (bundan sonra- iddiaçı) Cavabdeh1 (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, c avabdehdən 7.632 ədəd yonca kipinin və ya dəyəri olan 22896 manat pulun tutulub ona ödənilməsi; habelə mülkiyyətində olan 1,59 hektar torpaq sahəsindən X4 qeyri-qanuni istifadəsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 1,59 hektar torpaq sahəsini cavabdeh zəbt edərək qanunsuz istifadə edir. Cavabdeh 8 ildir həmin ərazini əkib-becərir və ildə 4 dəfə məhsul (1 hektar torpaq sahəsindən 150 kip) əldə edir. Nəticədə cavabdeh ona ümumilikdə 7.632 ədəd kip olmaqla 22.896 manat ziyan vurmuşdur. 10.X1 09 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, mübahisələndirilən ərazi mülki iş materialların a əlavə edilmiş hüquq müəyyənedici sənədlərə əsasən JN-105 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə cavabdeh X6 və ailə üzvlərinin mülkiyyətinə verilən, həmçinin Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən 414 saylı konturun bölgü xəritəsindən çıxarış sənədində əks olunan 1,529 hektar torpaq sahəsi ilə eynilik təşkil edir. JN-105 saylı Dövlət Aktının planında qeyd olunan 0,76 hektar torpaq sahəsi mübahisə predmeti deyildir.

11. Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia təmin edilməmişdir. 12.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qeyri-qanuni istifadəsi sübut olunmadığından iddia hər iki hissədə təmin oluna bilməz.

13. Məhkəmə öz hüquqi möv qeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, habelə MPM-in 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 14.İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizasının 29 iyul 2022-ci il tarixli rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisinin rəyinə əsasən mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin iddiaçıy a məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri elektron məlumat bazasında qeydiyyata alınmadığından, cavabdehin sözügedən 1,59 hektar torpaq sahəsini zəbt edərək istifadə etməsini təyin etmək mümkün olmamışdır. 1,59 hektar torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi cavabdeh X9 tərəfindən istifadə edilir. 16.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsi ilə (hakimlər- R.B.Muradov sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 apr el 2021-ci il tarixli, 2(021)- 873/2021 nömrəli qətnaməsi iddia tələbinin “torpaq sahəsindən cavabdehin qeyri-qanuni istifadə etməsinin qadağan edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilərək, Bərdə rayonu, M.Əsədov adına X14 Komissiyasının 15 yanvar 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə pay torpağı 423-cü konturdan çıxarılaraq 414cü kontorda İddiaçı1 verilmiş torpaq sahəsinə Cavabdeh1 tərəfindən törədilən maneənin aradan qaldırılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 17.Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, Ali Məhkəmənin qərarı ilə ona 1,59 ha torpaq sahəsinin verildiyini və cavabdehin həmin torpaq sahəsini əkib-becərməsi ilə ona 22.896 manat zərər vurduğunu iddia etsə də, həmin qərarla ona 1,59 ha torpaq sahəsinin verilməsi müəyyən olunmur. Əksinə həmin qərardan görünür ki, hazırkı iş üzrə iddiaçı 414-cü konturda olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,95 ha hissəsini zəbt etmişdir. Habelə Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisinin rəyinə əsasən mübahisələndirilən 1,59 ha torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədləri ilə elektron məlumat bazasında qeydiyyata alınmadığından, cavabdehin sözügedən 1,59 ha torpaq sahəsini zəbt edərək istifadə etməsini təyin etmək mümkün olmam ışdır. Mübahisəli 1,59 ha torpaq sahəsinə aid elektron məlumat bazasında onun mülkiyyətində olması barədə heç bir hüquqi sənəd qeydə alınmasa da, naturada göstərdiyi torpaq sahəsi hal-hazırda cavabdeh tərəfindən istifadə edilir. Göründüyü kimi, iddiaçı işə əlavə olunmuş Ali Məhkəmənin Mülki kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarına əsaslansa da, həmin qərarda ona 1,59 ha torpaq sahəsinin verilməsi qərara alınmamışdır. 18.Mübahisələndirilən 1,59 ha torpaq sahəsindən cavabdehin qeyri-qanuni istifadə etməsinin qadağan edilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə tələbin əsasını Bərdə rayonu, M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə pay torpağı 423-cü konturdan çıxarılara q 414-cü konturda iddiaçıya verilmiş həmin torpaqdan istifadəyə cavabdeh tərəfindən qanunsuz olaraq maneçilik törətməsi ilə bağlıdır. İşin qeyd olunan halları apellyasiya icraatı zamanı iddiaçının izahatı ilə də müəyyən olunmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin bu hissəsinə 414cü kontora dəyişdirilmiş torpaqdan istifadəyə maneənin aradan qaldırılması kimi hüquqi qiymət verilməlidir. Torpaq sahəsinin 423-cü konturdan 414-cü kontura dəyişdirilməsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd mövcud olmasa da, lakin bundan əvvəldə qeyd olunduğu kimi Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli, 05 nömrəli qərarı ilə iddiaçının pay torpağı 423cü konturdan 414-cü kontura dəyişdi rilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.8-ci maddələrinin, habelə MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat 20.İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21.Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-804/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: Elşad Şamayev məruzəçi, Elşanə Vəliyeva və Aqil Abbasov) iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 23.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarının tam, hərtərəfli, tam və obyektiv araşdırılması i lə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinici icraat 24.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, habelə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bərdə rayon M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çxarışa əsasən, 414-cü konturda JN 157 saylı Dövlət Aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və həndəsi en ölçüləri naturada təyin edilmiş və məlum olmuşdur ki, M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdehin və ailə üzvlərinin JN-105 A və JN-105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. 25.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 may 2024-ci il tarixli, 2(104)97/2024 nömrəli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov sədrlik edən, məruzəçi, İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-873/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 26.Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir, iddia ərizəsindən müəyyən olunmuşdur ki, iddiaçı iki tələb irəli sürmüşd ür: a) ziyanın ödənilməsi; b) 1,59 ha torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan edilməsi. Hər iki tələb mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması ilə əsaslandırılmışdır. 27.Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işə əlavə edilmiş ekspert rəyi ilə mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı hüquq müəyyənedici sənədlər (Dövlət aktı, Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü sənədi) mövcud deyil və iddiaçı özü də həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmadığını göstərir. 28.Məhkəmə kollegiyası, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında ifadə etdiyi göstərişlərinə uyğun olaraq, Bərdə rayon M.Əsədov adına Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyəti kimi 414-cü konturda verilən torpaq sahəsi ilə cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməsinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli, 2(104)-1319/2023 saylı qərardadla iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 29.Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “M.Əsədov” adına Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdehin və ailə üzvlərinin JN-105A və JN105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. 30.Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona məxsusluğu, onun hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulması və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. 31.Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyas iya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 32.İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 33.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, iş üzrə alınmış ekspertiza rəyi ilə mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət Aktı, Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədlər i yoxdur. Bu əsasla da apelyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının faktiki yerin sxemi və İslahat Komissiyasının qərarı ilə 1999-cu ildən 2015-ci ilədək ona və ailə üzvlərinə verilməsi barədə sənədin olduğunu bilsə də, 1,59 ha torpaq sahəsinin qərarını nəzərə almamışdır. “M.Əsədov” adına Aqrofirmada 5000 yaxın payçıların torpaqları suvarmanın əksinə vurulduğuna görə bütün torpaqlar o cümlədən, onun ailə üzvlərinin torpağı islahat komissiyasının qərarı ilə yeni sxem əsasında verilmişdir. Bu günədək İslahat Komisisyasının qərarı əsasında bütün torpaqlar istifadə olunur, ancaq apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin qərarında şərh olunan göstərişlər araşdırılmayıb və nəticədə m addi və prosessual hüquq normalarının tələbləri pozulub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 34.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 35.Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 36.Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

37. Mad də

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 38.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 39.Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 40.Maddə.165.1 sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 41.Maddə. 5.1 Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət n övləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 42.Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 43.Maddə. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 44.Maddə. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 45.Maddə.111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 46.Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (z əbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin ii bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 47.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 51.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 53.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 54.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 55.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 56.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 57.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 58.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 59.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 60.Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı, Ali Məhkəmənin Mülki kollegiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə ona 1,59 ha torpaq sahəsinin verildiyini və cavabdehin həmin torpaq sahəsini əkib-becərməsi ilə ona 22.896 manat zərər vurduğunu iddia etsə də, həmin qərarla ona 1,59 ha torpaq sahəsinin verilməsi müəyyən olunmur. 61.Əksinə həmin qərardan görünür ki, hazırkı iş üzrə iddiaçı 414-cü konturda olan kənd təsə rrüfatı təyinatlı torpaq sahəsinin 0,95 ha hissəsini zəbt etmişdir. Habelə Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisinin rəyinə əsasən, mübahisələndirilən 1,59 ha torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı hüquq müəyyənedici (Dövlət aktı, çıxarış, Torpaq sahəsinin planı və ölçüsü) sənədlər elektron məlumat bazasında qeydiyyata alınmadığından, cavabdehin sözügedən 1,59 ha torpaq sahəsini zəbt edərək istifadə etməsini təyin etmək mümkün olmamışdır. 62.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı, hazırkı iş üzrə iki tələb irəli sürmüşdür: birincisi ziyanın ödənilməsi; ikincisi 1,59 ha torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan edilməsi. Hər iki tələb mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması ilə əsaslandırılmışdır. 63.Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, işə əlavə edilmiş sübutlarla, habelə ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən 1,59 hektar torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənədlər (Dövlət aktı, Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü sənədi) mövcud deyil və iddiaçı özü də torpaq sahəsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 64.Apellyasiya instansiyası məhkəməsi həmçinin işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, “M.Əsədov” adın a Aqrofirmanın İslahat Komissiyasının 15 yanvar 2000-ci il tarixli qərarı və torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən, 414-cü konturda JN-157 saylı Dövlət Aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə TEKUİS məlumat bazasına əsasən cavabdehin və ailə üzvlərinin JN-105 A və JN105 saylı Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri üst-üstə düşmür. İddiaçı mübahisəli torpaq sahəsinin ona məxsusluğu, onun hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulması və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi nəticəsində ona cəmi- 22.896 manat maddi zərərin dəyməsi barədə məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və proses sual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. 65.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 66.Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı1 X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 may 2024-cü il tarixli, 2(104)-97/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar