Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3037/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X1rşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2714/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X5 tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2009-cu il tarixində Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. 2. 01.11.2019-cu il tarixində “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinin tələblərinə (dövlət orqanının ləğv edilməsi) əsasən, onunla başlanmış əmək müqaviləsinə xitam verilmiş və İddiaçı xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsinin tələblərinə (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xət ai rayon şöbəsinin Sosial xidmət sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. 3. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. 4. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinin tələblərinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən, İddiaçı ilə bağlanmış əmək müqavilə sinə xitam verilmişdir.
5. İddiaçı ilə həmin Agentlik arasında xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanılmış və o, Agentliyin 5 saylı filialına aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Agentliyin Bakı filialına aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir.
6. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-1670/2024 nömrəli əmrinə əsasən, İddiaçı ilə xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərb aycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X4 (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün xx.xx.2024-cü il tarixdən işə bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, daim qüsursuz xidmətə görə vəzifədə irəli çəkilmiş və heç vaxt barəsində intizam tədbiri görülməmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun bir sıra səlahiyyətləri cavabdehə verilmişdir. Bununla əlaqədar, bir çox əməkdaşlar kimi o da ərizə yazaraq DSMF-dən işdən çıxmaqla cavabdehə işə qəbul olunmuşdur. Həmin ərizələr və işdən çıxma, işə qəbul əmrləri formal xarakter daşımış, əslində isə o, fasilə vermədən faktiki olaraq öz işinə eyni qaydada davam etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər cavabdehdə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Ümumilikdə sosial xidmət sahəsində uzun illər ərzində təcrübəli və peşəkar işçi kimi fəaliyyət göstərmişdir. Öz işinin peşəkarı olduğu, öz əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyi, heç bir nizam-intizamı qaydasını pozmadığı halda kollektivdə yaranmış bir sıra münaqişələr, işçilərlə rəhbərlik arasında mövcud olan anlaşılmazlıqların “araşdırılması” nəticəsində onun işdən kənarlaşdırılması barədə “qərar qəbul olunmuşdur. xx.xx.2024- cü il tarixli, 317-3/3-4-1670/2024 saylı əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilərək tutduğu vəzifədən azad edilmişdir. Müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi tamamilə formal xarakter daşımışdır. Onun əmək müqaviləsinə faktiki olaraq işəgötürənin təşəbbüsü əsasında xitam verilmişdir. Lakin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin heç bir qanuni əsası olmamışdır. Cavabdeh hüquqdan sui-istifadəyə yol vermiş, işdən çıxarılma əsası kimi əmək müqaviləsinin müddətinin bitməsinə istinad etmişdir. Cavabdehin həmin əmri qanunsuzdur və ləğv olunmalıdır.
9. Cavabdeh, iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olması iddiaçıya aydın olmuş və müqavilə onun tərəfi ndən imzalanmışdır. Bu isə iddia ərizəsində göstərilənlərin əksini sübut etmiş olur. İşçi ilə əmək münasibətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla xitam verilmişdir. Cavabdeh əvvəlki Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Tərəflər arasında əvvəllər də müddətsiz əmək münasibətləri olmadığından onunla ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanılması zamanı qanun pozuntusuna yol verilməmiş və bu səbəbdən iddiaçı ilə ƏM-in 73-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi də qanuni hesab edilməlidir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)1241/2025 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilərək, işəgötürənin xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-167 0/2024 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının cavabdehin Bakı filialında aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü ildən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq ” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi 2009-cu ildən işlədiyi qurumda xx.xx.2020-ci il tarixdə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci ildə cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçı 2009-cu ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı halda, xx.xx.2020-ci ildə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi müəyyən deyil, ağlabatan motivi yoxdur. Ona görə də işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. İşəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müdd ətli bağlanmasına əsas verir.
13. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşıması və.s) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. Əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh quruma 2020-ci ilin avqust-sentyabr aylarında bağlanmış anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələrinin təqdim edilməsi təklif edilmiş, lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab etmişdir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırkı mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir. Bundan əlavə, iddiaçı uzun illər cavabdeh qurumla (hüquqi varislik nəzərə alınmaqla) əmək müna sibətlərində olmuş, barəsində heç zaman intizam tənbehi tətbiq edilməmiş işçinin hazırkı şəraitdə işdən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. Müddətli əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququ olsa da, hüquqdan suiistifadə etmək qadağandır. Müqaviləyə xitam verilmənin əsası pərdələnməməli, işçinin əmək hüquqları işəgötürənin sərhədsiz mülahizə sərbəstliyi çərçivəsində pozulmamalıdır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə dispozitiv imkandan istifadə etmiş işəgötürən hakimiyyət subyekti olmaqla həm də müqavilə üzrə faktiki olaraq üstün tərəfdir. İşçi ilə işəgötürən arasında faktiki olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Lakin hazırkı mübahisə üzrə hüquqi baxımdan fasiləsizlik mövcud deyildir. Belə ki, fasiləsiz (günə-gün) 5 illik müddə t xx.xx.2025-ci il tarixdə tamam olacaqdır. Struktur dəyişiklikləri ilə əlaqədar iddiaçının əmək münasibətlərinə xitam verilməsi formal xarakter daşısa belə, qanunun normasının hərfi mənasına şərtsiz əməl edilməli, normanın mənası hədsiz formada genişləndirilməməlidir. Qanunun normasının şərhi isə qarşıya qoyulan məqsədlərə uyğun aparılmalı, normanın mahiyyətinə zidd şəkildə gərəksiz genişləndirmə və ya məhdudlaşdırılmaya yol verilməməlidir. Əks halda, “hüquqi müəyyənlik” prinsipinin şərtləri pozulmuş olacaq. O da nəzərə alınmalıdır ki, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı əmək münasibətlərinin qanunun tələbi əsasında öz-özlüyündə müddətsiz xarakterə keçid etməsi barədə hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmi n edilmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni məhkəmə qətnaməsində qeyd edilib-edilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdikdə müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırkı mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 47-ci, 68-ci, 73-cü, habelə MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti ver ərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanının 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, cavabdehə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Cavabdeh əvvəlki Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyil. İddiaçının müraciəti əsasında xx.xx.2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən, (dövlət qulluqçusunun öz arzusu ilə) Dövlət Sosial Müdafiə Fondunda işlədiyi vəzifəsindən azad edilmişdir. Bundan sonra 1 aya yaxın bir müddət keçdikdən sonra iddiaçının ərizəsi əsasında cavabdehlə arasında xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında ilkin olaraq 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq cavabdehin 5 saylı filialına (mövcud Bakı filialına) aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra, həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 4 il 3 ay olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinə və iddiaçının iradə ifadəsinə düzgün qiymət verməmişdir. Belə ki, əmək müqaviləsinə e dilmiş əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi müddət ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Müqavilə müddətinin hansı dövr üçün bağlanması əmək məcəlləsində göstərilməmişdir. Müqavilə müddəti tərəflərin razılaşdırıldığı müddətə bağlanılır. Birinci instansiya məhkəməsi əmək müqaviləsi bağlamasını əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qəbul edərək əsassız qətnamə qəbul edilmişdir. Belə ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi işçi ilə işəgötürən arasında əmək münasibətləri prosesində olan dövrü əhatə edir. Həmin şərtlərin əhatə dairəsi ƏM-nin 56-cı maddəsi ilə tənzimlənir. İddiaçının əvvəl Dö vlət Sosial Müdafiə Fondunda işləməsi və öz ərizəsi əsasında Dövlət Sosial Müdafiə Fondunun işəgötürəni tərəfindən işdən azad edilməsi və 1 aya yaxın müddət keçdikdən sonra cavabdehin işəgötürəni ilə əmək müqaviləsi bağlanması halı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab edilmir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi halları sübuta yetirməməsi ilə bağlı hər hansı bir mövqe bildirməmişdir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli və 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanlarında qeyd edilən Dövlət Sosial Müdafiə Fondu X3 Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasını düzgün araşdırmayaraq, cavabdehin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasını əsas götürərək əsassız qətnamə qəbul etmişdir. İddiaçının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda işləməsi və öz ərizəsi əsasında Dövlət Sosial Müdafiə Fondunun işəgötürəni tərəfindən işdən azad edilməsi və 1 aya yaxın müddət keçdikdən sonra cavabdehin işəgötürəni ilə əmək müqaviləsi bağlanması halı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab edilmir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2714/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən, məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası işin hallarına və apel lyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2020-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sahəsində işləmişdir. Cavabdeh iddiaçının əvvəl işlədiyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasa da, yaradıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə məhz cavabdehə keçmişdir. Bununla belə, 2009-cu il tarixdən etibarən Fondda sosial xidmət sahəsində çalışmış iddiaçı, bu xidmətlərin göstərilməsi ilə bağlı səlahiyyətlər ölkə başçısının xx.xx.2020-ci il tarixli müvafiq Fərmanı ilə cavabdehə keçdikdən sonra iddiaçı ilə Fond arasında bağlanmış müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam veri lmiş və xx.xx.2020-ci il tarixdə tərəflər arasında müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı 3 ay müddətinə 5 saylı filialına işə qəbul edilmiş, sonradan Bakı filialına keçirilmiş və hüquqi nəticə etibarı ilə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.
20. İddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onları n hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi, müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları (tərəflərin əsl niyyəti və iradəsi, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmaması) araşdırılmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilmə sinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
21. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2009-cu il tarixdən etibarən xx.xx.2020-ci il tarixədək fasiləsiz olaraq Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlərin göstərilməsi sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçının bu səlahiyyətlər cavabdehə keçdikdən sonra öz ərizəsi ilə Fondda tutduğu vəzifəsindən işdən azad edilməsi və həmin sahə üzrə fəaliyyət göstərməyə başlayan cavabdehin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz və bu müqavilənin müddətli hesab olunması üçün əsas yaratmır. Hər bir halda, belə uzun müddət ərzində qeyd edilən sahə üzrə çalışmış və müddətin bitməsi əsası ilə işdən azad edilməsindən kənar olan iddiaçının, sonradan əmək münasibətlərində olmaq imkanının 3 ay müddəti ilə məhdudlaşdırmaqla özünün bu əsasın təsiri altına salması heç bir halda onun həqiqi iradəsini ifadə edə bilməz. Nəzərə alınmalıdır ki, digər işçilər, o cümlədən cavabdehin nümayəndəsi ilə də eyni müddətə müddətli əmək müqavilələri bağlanmışdır. Halbuki xeyli sayda işçinin müddətlə bağlı hissədə iradə ifadəsi bu qaydada standart olmaqla eynilik təşkil edə bilməz. Bu da öz növbəsində həmin müddətin müəyyən edilməsinin işçinin deyil, məhz işəgötürənin iradə ifadəsi olduğunu təsdiq edir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verə rək (Vəkil2 Ələslan Qızı), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda işləməsi və öz ərizəsi əsasında Dövlət Sosial Müdafiə Fondunun işəgötürəni tərəfindən işdən azad edilməsi və 1 aya yaxın müddət keçdikdən sonra həmin orqanın hüquqi varisi olmayan Sosial Xidmətlər Agentliyinin işəgötürəni ilə aparıcı mütəxəssis vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanması halı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin pozuntusu kimi qiymətləndi rilə bilməz. Əvvəla, qeyd olunmalıdır ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən, Dövlət Məşğulluq və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə yanaşı Dövlət Sosial Müdafiə Fondu əsasında Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 və Nazirliyin tabeliyində yeni bir X5 olan Sosial Xidmətlər Agentliyi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən, həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu X5 Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı D övlət Sosial Müdafiə Fondu X4 keçmişdir. Fərmanın 5.2-ci bəndində qeyd edilən Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü bəndində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçməsi ifadəsində Sosial Xidmətlər Agentliyinin Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasını ehtiva etmir. Həmin bənddə yalnız Agentliyin sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görməsi nəzərdə tutulur. Göründüyü kimi, sözügedən Fərmanın 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Sosial Xidmətlər Agentliyinə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Beləliklə, Sosial Xidmətlər Agentliyi, Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyil. Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən X5dir. “X5lər haqqında” Qanununun 2.2-ci maddəsinə əsasən X5 – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və bələdiyyə orqanı olmayan təşkilatdır. Sosial Xidmətlər Agentliyində çalışan işçilər dövlət qulluqçusu sayılmadığıdan iddiaçı ilə əmək müqaviləsi “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun yox, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanmışdır. Məhkəmənin özü də qətnaməsində Sosial Xidmətlər Agentliyinin Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmadığını açıq şəkildə qeyd etməsinə baxmayaraq, əsassız olaraq işçinin Sosial Xidmətlər Agentliyində əmək fəaliyyətinə başladığı halda belə, müddətli əmək müqaviləsinin bağlanılmasında iradə ifadəsinin mövcud ola bilməyəcəyinə dair mövqe bildirmişdir. Məhkəmənin əmək müqaviləsinin müddətli bağlanmasını qanunvericiliyin tələblərini pozulması kimi qiymətləndirməsi üçün 2 hal birlikdə mövcud olmalıdır: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göst ərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmalı; 2) Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar mövcud olmamalıdır. Birincisi, cari iş üzrə tərəflər arasında əvvəlcədən müddətsiz əmək münasibətləri mövcud olmadığından müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İkincisi məhkəmə, Sosial Xidmətlər Agentliyindəki işin daimi xarakterli olduğuna istinad etdiyi halda belə, tərəflərin razılığı ilə əmək müqaviləsi müddətli bağlanılmışsa, bu əsas Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin pozulması kimi xarakterizə edilə bilməz. İddiaçının müraciəti əsasında xx.xx.2020-ci il tarixində “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə), Dövlət Sosial Müdafiə Fondunda iş lədiyi vəzifəsindən azad edilmişdir. Bundan sonra 1 aya yaxın bir müddət keçdikdən sonra iddiaçının ərizə ilə müraciəti əsasında tərəflər arasında xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında ilkin olaraq 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq Sosial Xidmətlər Agentliyinin 5 saylı filialına (mövcud Bakı filialına) aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 4 il 3 ay olmuşdur. İddiaçı əmək müqaviləsinin müddətli bağlanılmasından xəbərdar və razı olmuş, müqaviləni imzalamaqla bu halı təsdi q etmişdir. İddiaçı əmək müqaviləsinin onun razılığı olmadan bağlandığını, habelə müvafiq sənədləri xəbəri olmadan imzaladığını qeyd etdiyi zaman bu halları mütləq şəkildə sübut etməlidir. İşin faktiki hallarından aydın görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Bu isə iddiaçının iddia ərizəsində qeyd etdiyi halların əksini sübut etmiş olur. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şika yətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 12, 1-ci hissə, “b” bəndi. bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.
27. Maddə 45, 1-ci hissə. əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
28. Maddə 45, 4-cü hissə. əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
29. Maddə 45, 5-ci hissə. müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
30. Maddə 47, “f” bəndi. tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
31. Maddə 68, 2-ci hissə “b” bəndi. əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
32. Maddə 73, 1-ci hissə. müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı fo rmada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
33. Maddə 83, 1-ci hissə. əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
34. Maddə 300, 1-ci hissə. əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hal lara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024- cü il tarixli qərarı 35. “ əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibə tləri tənzimləyir Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Bu səbəbdən tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f ” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hal larını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2020-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sahəsində işləmişdir. Cavabdeh iddiaçının əvvəl işlədiyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasa da, yaradıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondu sosial xidmət göstərməsi ilə bağlı hüquq və öh dəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə məhz cavabdehə keçmişdir. Bununla belə, 2009-cu ildən etibarən Fondda sosial xidmət sahəsində çalışmış iddiaçı, bu xidmətlərin göstərilməsi ilə bağlı səlahiyyətlər ölkə başçısının xx.xx.2020-ci il tarixli müvafiq Fərmanı ilə cavabdehə keçdikdən sonra iddiaçı ilə Fond arasında bağlanmış müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və xx.xx.2020-ci il tarixdə tərəflər arasında müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı 3 ay müddətinə 5 saylı filiala işə qəbul edilmiş, sonradan Bakı filialına keçirilmiş və hüquqi nəticə etibarı ilə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir.
51. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlan masının 9 halı müəyyən edilmişdir. Lakin, bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.
52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək funksiyası öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiy i işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümu miyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi, müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları (tərəflərin əsl niyyəti və iradəsi, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmaması) araşdırılmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.
53. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hü quqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər.
54. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 2009- cu ildən etibarən xx.xx.2020-ci il tarixədək fasiləsiz olaraq Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlərin göstərilməsi sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçının bu səlahiyyətləri cavabdehə keçdikdən sonra öz ərizəsi ilə Fondda tutduğu vəzifəsindən işdən azad edilməsi və həmin sahə üzrə fəaliyyət göstərməyə başlayan cavabdehin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz və bu müqavilənin müddətli hesab olunması üçün əsas yaratmır. Hər bir halda, belə uzun müddət ərzində qeyd edilən sahə üzrə çalışmış və müddətin bitməsi əsası ilə işdən azad edilməsindən kənar olan iddiaçının, sonradan əmək münasibətlərində olmaq imkanının 3 ay müddətində məhdudlaşdırmaqla özünün bu əsasın təsiri altı na salması heç bir halda onun həqiqi iradəsini ifadə edə bilməz.
55. Nəzərə alınmalıdır ki, digər işçilər, o cümlədən cavabdehin nümayəndəsi ilə də eyni müddətə müddətli əmək müqavilələri bağlanmışdır. Halbuki xeyli sayda işçinin müddətlə bağlı hissədə iradə ifadəsi bu qaydada standart olmaqla eynilik təşkil edə bilməz. Bu da öz növbəsində həmin müddətin müəyyən edilməsinin işçinin deyil, məhz işəgötürənin iradə ifadəsi olduğunu təsdiq edir.
56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(103)-2714/2025 saylı qətnaməsi dəyişdirilmədə n saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.