Məhkəmə qərarları › İş №2(102)-3038/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3038/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3038/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Göygöl rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3038/2024 Açar sözlər: qeyri-müəyyən tələb, əqdlərin etibarsızlığı, müddətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Göygöl rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-362/2024 nömrəli, 12 mart 2023-cü il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 06 yanvar 2006-ci il 03 saylı sərəncamına əsasən 06 fevral 02 mart 2006-ci il tarixləri arasında "xxxx" ASCnin (hal hazırda "X10" ASC) səhmlərinin 15 faizi əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə satılmışdır. Həmin vaxt əmək kollektivinin üzvü olan İddiaçı (bundan sonra – iddiaçı) və anası Məmmədova Qiyafər qaşım qızı səhmlərin əmək kollektivinə güzəştli satışında iştirak edərək, özəlləşdirmə çekləri təqdim etməklə, hər biri 14 ədəd səhm əldə etmişlər. 2. 23 noyabr 2012-ci il tarixdə Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tə rəfindən təsdiq edilmiş AR-İ seriyalı, 189622 nömrəli etibarnamənin mətnində qeyd olunmuşdur ki, Göygöl şəhəri, H.Əliyev prospekti, ev 88-də yaşayan X5 həmin vəkalətnamə ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 23A, mənzil 35-də yaşayan X1 “X10” ASC-də onun adına olan 14 ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etməsini, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və s. bütün hərəkətləri etməyi vəkil etmişdir. Etibarnamə üç il müddətinə - xx.xx.2015-ci il tarixədək verilmişdir. Etibarnamədə, həmçinin notarius tərəfindən qeyd edilmişdir ki, X5 xəstə olduğuna görə onun əvəzindən X3 imza edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Göygöl rayon notariat of isinə və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnaməni saxta və qanunsuz olduğuna görə etibarsız hesab edilməsi, həmin etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və keçmiş notarius Cavabdeh2 Abuzar oğlundan 11 il ərzində ona vurulmuş və əldən çıxmış faydası olan 40.000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın alınaraq ona ödənilməsi, məhkəməyə ödədiyi dövlət rüsumunun Cavabdeh2 alınaraq ona ödənilməsi və keçmiş notarius Cavabdeh2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunda doğulub boyabaşa çatmış, müxtəlif idarə və təşkilatlarda əmək fəal iyyəti ilə məşğul olmuşdur. X8 öz ərizəsi əsasında 2009-cu il tarixdə işdən çıxmışdır. 2010-cu il tarixdən isə Rusiya Federasiyasına daimi getmişdir və orada yaşayır. 12 fevral 2013-cü il tarixədək guya zavodun səhmdarı olmuşdur. Lakin 2013-cü ildən sonra özü və anası guya öz səhmlərini hansısa Birjada satmışlar. Həmin alğı-satqılar saxtadır və onlar səhmdar kimi heç bir alğı-satqı prosesində iştirak etməmişlər. Hər hansı birjaya satış üçün və ya səhmlərin alğı-satqısı üçün hərrac və ya qeyri-hərrac yolu ilə satış üçün birjaya və ya alqı-satqı prosesinə dəvət edilməmişlər. Göygöl Dövlət Notariat Kontorunun keçmiş notariusu Cavabdeh2 iddiaçının razılığı və xəbəri olmadan iddiaçının adına olan səhmləri, başqa şəxsin adına alqı-satqı etdirmişdir. Başqa şəxs guya iddiaçının adından etibarnamə götürərək, iddiaçının səhmini X10 və "xxxx" MMC-yə satmışdır. İddiaçı özəlləşmə dövründən bu yana zavodun səhmdarı olmasına baxmayaraq, ona divident və ya gəlir verilməmişdir. İddiaçı bunun səbəblərini öyrənməyə başladıqda məlum olmuşdur ki, onun adından sui-istifadə edərək, notarius Cavabdeh2 saxtakarlığı və səhlənkarlığı nəticəsində səhmlər onun adından çıxarılmış və başqa şəxslərin adına keçirilmişdir. Hətta həmin məsələdə iddiaçının anasının adından istifadə olunmuş, halbuki anasının da bundan xəbəri olmamışdır. Etibarnamə verilən tarixdə Rusiya Federasiyasında olmuş, heç bir xəstəliyi və problemi olmamışdır. Etibarnamə saxtadır, onun iradəsini ifadə etmir, heç bir hüquqi əhəmiyyət daşımadığı halda həmin etibarnamə əsasında səhmləri başqa şəxslərin mülkiyyətinə verilmişdir.

5. Cavabd eh2 məhkəmədə izahat verərək, iddianı qəbul etməmiş və bildirmişdir ki, etibarnaməni iddiaçının əvəzinə, anası Qiyafət imzalamışdır.

6. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Göygöl Rayon Məhkəməsinə göndərilmiş 33/1690 nömrəli, xx.xx.2021-ci il tarixli məktub əsasında müəyyən edilmişdir ki, etibarnamənin verildiyi tarixdə iddiaçı Azərbaycan Respublikasının hüdudlarında olmamışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1305 nömrəli, 16 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 23 noyabr 2012-ci il tarixli, AN-İ 189622 nömrəli etibarnamədə “İmza” qrafasında “Məmmədova” yazısı və imza X3 tərəfindən icra olunmuşdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının anası X3 bildirmişdir ki, oğlunun adına verilmiş etibarnaməni o imzalamamışdır. Bu səbəbdən ekspert rəyi ilə də razı deyildir.

9. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)-42/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia təmin edilməmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, etibarnamənin verilməsindən səkkiz ildən artıq müddət keçmiş, həmçinin maraqlı şəxslər həmin etibarnamənin mövcudluğundan səkkiz ildən artıq müddətdə məlumatlı olmuşlar. Yəni maraqlı şəxs etibarsızlığa əsas verən halları bildiyi gündən bir il ərzində həmin etibarnamənin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olsa da, bu subyektiv hüququndan istifadə etməmişdir. İddiaçı cavabdehlərin onlara dəqiq olaraq nə q ədər maddi ziyan vurması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 324.1, 337.1, 337.4, 354.2, 362.1 və 362.2-ci maddələrinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsinin eyni tarixli xüsusi qərardadı ilə Göygöl rayon Dövlət Notariat Kontorunun notariusu işləmiş Cavabdeh2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətlərinin olubolmaması faktının araşdırılması üçün Göygöl rayon prokurorluğuna məlumat göndərilmişdir.

13. Göygöl rayon prokurorluğu 24 yanva r 2023-cü il tarixli məktubla bildirmişdir ki, xüsusi qərardadla bağlı aparılmış araşdırma zamanı Göygöl rayon Dövlət Notariat Kontorunun sabiq notariusu Cavabdeh2 əməlində hər hansı cinayət əməlinin mövcudluğunu təsdiq edən hallar müəyyən edilmədiyindən 21 yanvar 2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, işi düzgün araşdırmamışdır. Əsli ndə məhkəmə tərəfindən qəbul edilmiş xüsusi qərardad iş üzrə cavabdeh notarius Cavabdeh2 tərəfindən saxtakarlığa yol verilməsinin sübutudur. Saxtakarlıq nəticəsində ona məxsus səhmlər başqa şəxsə etibar edilmiş və həmin etibar edilmiş səhmlər başqa şəxsin mülkiyyətinə keçmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələb olunan məbləğ və əldən çıxmış fayda ilə bağlı mübahisə olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, bu barədə vəsatətə münasibət bildirməmişdir.

16. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, 23 noyabr 2012-ci il tarixdə Göygöl rayon Dövlət Notariat Kontorunda onun tərəfindən notarius kimi təsdiq edilmiş 189622 nömrəli etibarnamə iddiaçının anas ı X2 xahişinə əsasən, oğlu Mehmanın xəstə olmasına görə 14 ədəd əmlak çeklərinin satılması üçün Seminar Şahverdiyevə etibarnamə verilmiş və Qiyafət Məmmədova tərəfindən imzalanmışdır. X6 vəfat etdikdən sonra qaldırılmışdır.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-950/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2010-cu il tarixdən hazırkı vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çıxış-giriş istiqaməti üzrə qeydə alınmış məlumatlardan görünür ki, o, 27 dəfə dövlət sərhədini keçmişdir. Yəni iddiaçının sözügedən etibarnamədən məlumatı olmaması inandırıcı deyildir. Bundan başqa mülki qanunvericiliyin tələbinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Baxılan işdə iddiaçı bu müddəti də ötürmüşdür.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 324.1, 324.2, 337.1, 337.4, 354.1, 354.2, 362.1 və 362.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və iddia tələbinin təmin olunması, bu mümkün olmadığı halda, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, həmçinin aşağı instansiya məhkəmələrinin hakimləri barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh2 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3916/2023 nömrəli iş üzrə 24 oktyabr 2023cü il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov (məruzəçi), Z.B.Babayev və Ə.G.Nurməmmədov) iddiaçının kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

23. Məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının “etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə də mahiyyəti üzrə qiymət verərək həmin tələbi rədd edərkən, bu tələbin konkret olaraq nədə ifadə olunmasını dəqiqləşdirməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsinin iddia ərizəsinin məhkəməyə daxil olduğu dövrdə qüvvədə olmuş redaksiyasında deyilirdi ki, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinin pozulması ilə təqdim edilmiş iddia ərizəsini icraata qəbul etmiş, iddia tələbinə qeyri-müəyyən hissədə də mahiyyəti üzrə baxmış və iddianı rədd etmiş, qətnamə həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

24. Eyni zamanda mövcud qeyri-müəyyənlik məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərindən irəli gələn, işin hallarının işdə iştirak edən şəxslərlə müzakirə olunması vəzifəsinə riayət etməklə də aradan qaldırıla bilərdi.

25. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan qeyri-müəyyən iddia tələbinə mahiyyəti üzrə baxılmışdır.

26. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, etibarnamənin verilməsindən səkkiz ildən artıq müddət keçmiş, iddiaçı həmin müddətdə etibarnamənin mövcudluğundan məlumatlı olmuş, lakin buna baxmayaraq bir il ərzində etibarnamənin etibarsızlığı barədə iddia qaldırmamışdır. Məhkəmə bununla bağlı, Mülki Məcəllənin həm 354.1-ci, həm də 354.2ci maddəsinə istinad etsə də, qətnamədən mübahisəyə məhz hansı maddədə nəzərdə tutulmuş bir illik müddətin tətbiq edildiyi aydın deyil.

27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sözügedən etibarnamədən məlumatı olmaması inandırıcı deyildir. Mülki qanunvericiliyin tələbinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər, lakin baxılan işdə iddiaçı bu müddəti də ötürmüşdür. İfadə edilmiş əlavə əsaslandırmadan aydın olur ki, məhkəmə Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddətin keçməsini iddianın rədd olunmasına hüquqi əsası hesab etmişdir. Lakin baxılan iş üzrə Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində müəyyən edilmiş müddətlərin hazırkı mübahisəyə tətbiq edilməsi üçün hüquqi əsas olmamışdır.

28. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiq oluna bilməz. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş müddət iddia müddəti olduğu üçün Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən həmin müddət yalnız mübahisə tərəfinin birinci instansiya məhkəməsinin qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilə bilər. Halbuki baxılan iş üzrə cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Göründüyü kimi birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normaları – Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələri tətbiq edilmiş, iddianın mahiyyəti üzrə əsaslı olub-olmadığı ilə bağlı hər hansı başqa hüquqi dəyərləndirmə aparılmamışdır.

29. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hü quq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

30. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 337.1, 337.4,.54.1, 354.2, 362.1, 362.2 və 375.2, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 184.1, 217.2, 217.3, 387.2.8, 407.2, 416.1, 416.2, 418.1, 418.3-cü maddələrinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Təkrar apellyasiya baxışı zamanı 23 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan etibarnamə verilərkən İddiaçı ölkə ərazisində olmamışdır. İddiaçı heç kimə etibarnamə verməmiş, ha belə səhmlərini kiməsə satmamışdır. Etibarnamə əsasında iddiaçının hüquqları pozulub və səhm paylarından məhrum olub. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, “X10” ASC-dəki səhmləri qaytarmaq istəyirlər. Maddi və mənəvi zərərin əvəzini hazırkı iş üzrə cavabdeh olan keçmiş notariusdan tələb edir. Etibarnamədəki imza İddiaçı adından onun anası tərəfindən icra edilməmiş, habelə onun tərəfindən icra edilməsi təsdiqini tapsa belə, iddiaçı tərəfindən anasına belə bir səlahiyyətin verilməsi iş materialları ilə müəyyən olunmur. Mübahisə predmeti olan etibarnamə iddiaçının adından onun anası Qiyafət Məmmədova tərəfindən Seminar adlı şəxsə verilib və həmin şəxs artıq vəfat etmişdir. Seminar adlı şəxs etibarnamə üzrə verilən səlahiyyətlər əsasında “X10” ASC-dəki iddiaçıya məxsus olan səhmləri birja vasitəsilə satmışdır. 32. 23 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı anası notariat ofisinə gələrək oğlunun xəstə olduğunu, eləcə də ölkə ərazisində olmadığını və pulu olmadığından ölkəyə gələ bilmədiyini bildirərək etibarnamənin təsdiq olunmasını tələb etmişdir. O da əvvəlcədən İddiaçı və ailəsini tanıdığından etibarnaməni təsdiqləmişdir. 33. 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək əvvəlki izahatına əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan etibarnamə əsasında iddiaçıya məxsus səhmlər özgəninki ləşdirildiyindən sonuncuya maddi və mənəvi ziyan dəymişdir. İddiaçı “X10” ASC-nin səhmdəki payı 0,0061 (mində altmış bir) hissədən ibarət olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, etibarnamə verilməmişdən əvvəl, yəni 2012-ci ildən qabaq iddiaçı “X10” ASC-dən dividend götürməmişdir. Bunun səbəbi zavodun ziyanla işləməsi olmuşdur. 14 səhm olmuşdur və hər birinin dəyəri 2 manat göstərilmişdir. Lakin dəymiş maddi ziyan indeksasiya edildikdə 40000 manat məbləğində müəyyən edilir. 2019-cu ilidə məhkəmədə dividend tələbləri olmuş və həmin işə baxılan zaman iddiaçıya məlum olmuşdur ki, ona məxsus səhmlər onun xəbəri olmadan satılıb. 2019-cu ildən əvvəl də dividendlə bağlı məhkəməyə müraciət etməmişlər, çünki zavod yenə ziyanla işləyirdi. Səhmlər Bakı Fond birjasın da satılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-362/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “iddia tələbinin Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin saxta və qanunsuz olduğuna görə etibarsız hesab edilməsi, 11 il ərzində İddiaçı vurulmuş və əldən çıxmış faydası olan 40000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın keçmiş notarius Cavabdeh2 Abuzar oğlundan alınaraq İddiaçı ödənilməsinin təmin edilməməsi” hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, idd ia tələbi həmin hissədə təmin edilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin eynitarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçiyə izah olunmuşdur ki, iddia ərizəsinin tərtibində yol verilmiş nöqsanları aradan qaldırmaqla yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

36. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan tövsiyəni nəzərə alıb, birinci instansiya mə hkəməsinin gəldiyi mövqe ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermişdir. Ona görə də, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

37. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 20 may 2021-ci il tarixli 33/1690 nömrəli məlumatdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən dövlət sərhədindən hərəkəti barədə İAMAS baza sında xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ölkəyə çıxışgiriş istiqaməti üzrə məlumatlar qeydə alınmışdır. Həmin məlumatdan müəyyən olunur ki, İddiaçı 15 avqust 2011-ci il tarixdən 21 noyabr 2019-cu il tarixdək olan dövr ərzində müəyyən vaxt aralıqları ilə ümumilikdə 13 dəfə ölkə ərazinə giriş etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan etibarnamə 23 noyabr 2012-ci il tarixdə notariat ofisində təsdiqlənmişdir. İddiaçı isə həmin etibarnamənin mövcudluğundan, yəni “X10” ASC-dəki səhmlərinin başqa şəxsə satılmasından 7 il sonra xəbərdar olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, göstərilən müddət kifayət qədər uzun vaxt əhatə edir. Digər tərəfdən səhmdarın cəmiyyətin idarə edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş bir sıra hüqu q və vəzifələri vardır. Bu halda iddiaçının ötən 7 il ərzində sözügedən etibarnamədən məlumatsız olması inandırıcı və ağlabatan deyil.

38. Həmçinin kollegiya iddiaçının nümayəndəsinin 20 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında izahatında göstərdiyi “2019-cu ilidə məhkəmədə dividend tələbləri olmuş və həmin işə baxılan zaman iddiaçıya məlum olmuşdur ki, ona məxsus səhmlər onun xəbəri olmadan satılıb” xüsusatla bağlı qeyd ki, iddiaçının hazırkı etibarnaməni mübahisələndirməsi üçün əsas verən halları 2019-cu ildə öyrənmiş olması inandırıcı hesab edilə bilməz. Ona görə ki, kollegiyanın sorğusuna əsasən əldə edilmiş Göygöl Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(066)552/2019 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı və X3 tərəfindən cava bdeh “X10” ASC-yə qarşı səhmlərə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən sonra verilmiş hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair 2019-cu ildə məhkəmədə iddia qaldırılmış və Göygöl Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(066)-552/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

39. Yuxarıda sadalanan işin faktiki halları ağlabatan məhkəmə mühakiməsi əsasında iddiaçının mübahisə predmeti olan etibarnamədən daha da əvvəldən məlumatlı olmasına dəlalət edir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli etibarnamə səlahiyyəti olmayan şəxs tərəfindən verilsə belə, İddiaçı etibarnamənin (əqdin) mövcudluğu barədə məlumatı olduğu halda onu mübahisələndirməmiş və beləliklə etibarnamən in (əqdin) onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir.

40. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, 3 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamə etibarsız hesab edilmədiyindən, iddia tələbi digər hissələrdə də təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması, bu mümkün olmadığı halda, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, həmçinin aşağı instansiya məhkəmələrinin hakimləri barədə xüsusi qərar çıxarıl masını xahiş etmişdir.

42. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş, məhkəmə iclasını 2-3 dəfə təxirə salmaqla, nəticədə birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Cavabdeh2 kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

45. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şək lində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

48. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər

49. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

50. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər

51. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

52. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllə

53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir

58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:...387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olm aqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-362/2024 nömrəli, 12 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar