Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3041/2022 19.04.2022 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bərdə Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 2(021)-174/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank ASC Cavabdeh1 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci il 07 aprel tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialında 72 ay müddətinə 15.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, 3 otaqlı, 195.6 kv.m ümumi, 94.1 kv.m yaşayış, 101.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi 2015-ci il 07 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər 05 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 07 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 11.835,84 manat əsas, 1986,04 manat faiz, 6283,42 manat cərimə borcu və kredit müqaviləsi üz rə 30.04.2018-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1833,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 21.938,35 manat borcu vardır. Bərdə rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 2(021)-174/2022 nömrəli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti qaydasında Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bərdə rayon Məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla adına ********** qeydiyyat nömrəli VÖEN vardır. Cavabdeh Bərdə rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 2(021)-174/2022 nömrəli qərardadından şikayət vermiş və ona məxsus ********** qeydiyyat nömrəli VÖEN- nin bağlandığını, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını qeyd etmiş və Bərdə rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 2(021)-174/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Bərdə Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayət vəkil tərəfindən deyil, Cavabdeh1 tərəfindən tərtib olunmuş və imzalanmış, kassasiya şikayətinə cavabdehin hüquqlarının Azərbaycan Res publikası Ali Məhkəməsində müdafiə etməsi üçün səlahiyyət verən vəkil orderi əlavə edilməmişdir, iş materiallarında olan vəkil orderi Bərdə rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümay əndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydad a və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti h aqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 403-1.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 403- 1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. (bənd 9) Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 403-1.3, 407.3, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 2(021)-174/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şika yət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3041/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3041/2022
19.04.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver