Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3045/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndi ilə), məcburi işburaxma müddətinə görə əməkhaqqının ödənilməsi, iddia müddətinin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (mə ruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2351/2025 nömrəli, 2025-ci il 29 aprel tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X8 Filialının mütəxəssisi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin İlk Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli Protokoluna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X8 Filialının mütəxəssisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək m üqaviləsinə 70-ci maddənin “ç” abəndi ilə xitam verilməsinə razılıq verilməsi və protokolun surətinin aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Komitəsinə göndərilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X3 Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Nazirlik yanında Sosial Xidmətlər Agentliyinin tabeliyində X8 filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, mü əssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
4. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X8 Filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublik asının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X3 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən xidməti məruzəyə əsasən X7 Regional Filialında mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-3/3-4-440/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində S osial Xidmətlər Agentliyinin X8 Filialının mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
6. ƏƏSMN tabeliyində SXA-nin X8 filialının xx.xx.2024-cü il tarixli aktında qeyd edilmişdir ki, Filialın mütəxəssisi İddiaçı 29 aprel 2024- cü il tarixində işdə olmamışdır. Həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi əmri və dövriyyə vərəqəsi ilə tanış edilmiş, lakin o, həmin əmrin surətinə və dövriyyə vərəqəsinə imza etməkdən imtina etmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, onunla bağlanılm ış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Əmək kitabçasını almağı üçün Sosial Xidmətlər Agentliyinə gəlməsi xahiş olunur. Qanunvericiliyə əsasən rəsmi müraciəti əsasında onun əmək kitabçasını poçt vasitəsilə istədiyi ünvana göndərilməsini tələb etmək hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi, və iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidm ətlər Agentliyi publik hüquqi şəxsində mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, əmrin surəti və əmək kitabçası hələ də ona təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 29 aprel 2024-cü il tarixli əmrini əsassız və qanunsuz hesab etdiyi üçün cavabdehə qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ona “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 02 dekabr 2024-cü il tarixli, MSB/2-01207/2024 saylı arayış təqdim edilmişdir. Cavabdeh onun əmək hüquqlarını, ƏM-nin bir çox maddələrini kobud şəkildə pozmuşdur. Onunla 24 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün heç bir əsas olmamışdır. 10.Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçının iddiası qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, Sosial Xidmət lər Agentliyinin X8 filialının mütəxəssisi vəzifəsində işləmiş İddiaçı ilə bağlı vətəndaş X2 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətlə bağlı Sosial Xidmətlər Agentliyində də araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı xx.xx.2024-cü il tarixində Sosial Xidmətlər Agentliyinə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı izahatında “sosial tərəfdaş” tərəfindən vətəndaşa tikilən evin müqabilində vətəndaşdan 500 manat məbləğində pul istədiyini, lakin sonradan əməlindən peşman olduğunu və vətəndaşdan heç nə istəmədiyini bildirmişdir. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunve riciliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixində xitam verilmiş və bunun əsasında işçiyə son-haqq hesab ödənilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. İşçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onunla bağlanılmış əmək müqaviləsinin xitamı üçün əsasdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdü r.
11. Həmçinin, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 29 aprel 2024-cü il tarixində xitam verilmişdir. Həmin tarixdə Sosial Xidmətlər Agentliyinin X8 filialında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti təqdim edilsə də onu götürməkdən imtina etmişdir (bu hal müvafiq aktda öz təsdiqini tapmışdır). Bundan sonra 30 aprel 2024-cü il tarixində İddiaçı əmək kitabçasını götürməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən məktub ünvanlanmışdır. 01 may 2024-cü il tarixində isə İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində (yəni son-haqq hesabın ödənildiyi dövrdən 5 ay sonra) mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixində isə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etd irilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əsassız tələb irəli sürərək yuxarıda qeyd edilən qanunvericiliklərdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq məhkəməyə müraciət etmişdir. 12.Eyni zamanda, İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, işdən çıxarıldığı zaman anası beyindaxili qansızma keçirmişdir. Anasının səhhəti ilə məşğul olmalı olmuşdur. Anasının xəstə olduğu müddət onun üçün çox böyük gərginliklə keçmişdir. Anasını müayinə və müalicə üçün xəstəxanalara aparmı ş, lakin anasını itirmişdir. 23 iyun 2024-cü il tarixdə anası vəfat etmişdir. Anasının dəfni, yas mərasimləri ilə məşğul olmuşdur. Ona görə də qanunvericiliklə müəyyən olunmuş müddətdə pozulmuş hüquqlarının müdafiəsi üçün mediasiya təşkilatına və məhkəməyə müraciət edə bilməmişdir. 13.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(004)-1151/2025 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi rədd edilmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında hakimin işdən nə vaxt çıxarılmasından xəbərinin olması ilə bağlı ona verdiyi suala cavab olaraq bildirmişdir ki, işdən azad edildiyi barədə 2024-cü ilin iyun ayında məlumatlı olmuşdur. Buradan da müəyyən olunan o dur ki, o hüquqlarının pozulduğunu 2024-cü ilin iyun ayından artıq bilmişdir. Əmək müqaviləsinə xx.xx.2024cü il tarixində xitam verilmiş birinin 2024-cü ilin iyun ayına qədər işdən çıxarılmasını, hüquqlarının pozulmasını bilməməsi isə absurd məsələdir. Bundan əlavə iş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə Təklifdən də görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni özünün məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət (4 ay) sonra müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin X8 Filialının mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarix də xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə işçi özünün deməsinə görə 2024-cü ilin iyun ayından məlumatlı olmuş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 15.Məhkəmə İddiaçı buraxılmış müddətin bərpası barədə ərizəsinə münasibət bildirib qeyd etmişdir ki, iddiaçı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etməklə, iddia müddətini ötürdüyünü özü də qəbul etmişdir. Lakin həmin ərizədə iddia müddətini ötürməsinin əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 ayl ıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. 16.Məhkəmə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3, 296.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat 18.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ötürülmüş iddia müddətinin bərpa edilərək iddia tələbinin təmin olunması barədəbarədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə iddia müddəti ilə bağlı normaları düzgün tətbiq etməməsi nəticəsində məhkəmə ötürülmüş iddia müddətini bərpa etməyə əsaslar olduğu halda bunu etməməklə yanlış qənaətə gəlmiş və iddia tələbini rədd etmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən məhkəməyə iddia ərizəsi ilə yanaşı ötürülmüş müddətin bərpasına dair ərizə də təqdim etmişdir. Həmin ərizə vasitəsilə iddiaçı məhz hansı səbəblərə görə iddia müddətinin ötürüldüyünü izah etmiş və məhkəmədən həmin səbəbləri qiymətləndirərək müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin təsviredici və nəticəvi hissələrindən görünür ki, məhkəmə iddiaçı tərəfindən tə qdim edilmiş müddətin bərpasına dair ərizədə qeyd edilən məsələlərə ümumiyyətlə heç bir qiymət verməmişdir. Müddətin bərpasına dair ərizədən görünür ki, iddiaçı işdən çıxarıldığı zaman anasının beyindaxili qansızma keçirdiyini, təxirəsalınmadan anasının səhhəti ilə məşğul olmalı olduğunu, anasının xəstə olduğu müddətin iddiaçı üçün çox böyük gərginliklə keçdiyini, anasının həyatda qalması üçün çalışdığını, anasını müayinə və müalicə üçün Yevlax və Bakı şəhərlərində xəstəxanlara apardığını, həkimlərin səylərinə baxmayaraq anasının 23 iyun 2024-cü il tarixdə vəfat etdiyini, anasının dəfni və yas mərasimlərinin təşkili ilə məşğul olduğunu qeyd etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin surəti də əlavə edilmişdir. Birinci instansiya məhkəməsi isə müddətin ötürülməsinin üzrlü hesab edilm əsi üçün irəli sürülmüş qeyd edilən dəlili araşdırmaq, qeyd edilən xüsusatların həqiqətən mövcud olub-olmadığını müəyyən etmək əvəzinə çıxardığı qətnamədə formal olaraq heç bir əsaslandırma aparmadan iddiaçının müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir dəlil irəli sürmədiyini qeyd etmişdir. Bu da ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işə səthi və qeyri-obyektiv yanaşaraq yekun nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsas götürərək işə mahiyyəti üzrə baxmadan, cavabdeh tərəfindən yol verilmiş çoxsaylı qanun pozuntularını heç bir əhəmiyyət vermədən hazırkı şikayətlə mübahisələndirilən qətnaməni çıxarmışdır. Bu da qeyri-obyektivliyin digər bir göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusən də nəzərə alınmalıdır ki, id diaçının xəstələnməsi və yaxın qohumun ölümü Əmək Məcəlləsinin 296.6-cı maddəsinin dispozisiyasında birbaşa obyektiv hallar kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçının özü də Birinci Qarabağ müharibəsində aldığı xəsarətlər nəticəsində bir qolu tam amputasiya edilməklə birinci dərəcəli əlildir və bununla əlaqədar olaraq davamlı müalicələr alır. İddiaçı bu xüsusatı məhkəmə iclası zamanı birinci instansiya məhkəməsinin diqqətinə çatdırmışdır. Birinci instansiya məhkəməsi göstərilmiş prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş dəlil və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Əslində birinci instansiya məhkəməsi ümumiyyətlə heç bir araşdırma aparmadan iş üzrə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməs i iddiaçının iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə məhkəmə iclaslarında izahatlarını (izahatlarda iddiaçının özünün xəstəliyi, anasının vəfatı, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatın və sənədlərin ona göndərilməsi barədə məlumatları) qiymətləndirmədiyi, onlara münasibət bildirmədiyi üçün faktiki sübut olaraq nəzərə almamışdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin ke çməsinə görə iddianı rədd etmiş, lakin subketiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bir tərəfdən iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verib-verməməsinə dair iddiaçı tərəfindən irəli sürülmüş halları araşdırmamış, digər tərəfdən cavabdehin pozuntunu edib-etməməsini qiymətləndirməmişdir. İddiaçı birinci instansiya məhkəməsində keçirilmiş sonuncu iclas zamanı onunla əmək müqaviləsinə xitam verildikdən sonra anasının ölümlə nəticələnmiş xəstəliyi ilə yanaşı həmin dövrdə, yəni 2024-cü ilin iyun ayında oğlu X1 müddətli həqiqi hərbi xidmətə çağırılması və oğlunun səhhətində yaranmış probleml ərə görə xidmətdən möhlətin verilməsi, oğlunun 2024-cü ilin iyul ayında əməliyyat edilməsi kimi halları da şifahi şəkildə məhkəmənin diqqətinə çatdırmışdır. Lakin həmin halları təsdiq edən sənədləri sənədlər Yevlax şəhərində olduğundan məhkəməyə təqdim edə bilməmişdir. Həmin sənədlər (çağırış vərəqəsi və əməliyyata göndəriş vərəqəsi) apellyasiya şikayətinə əlavə edilmişdir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında son haqq-hesabını may və ya iyun ayında aldığını, işdən azad edilməmişdən bir həftə əvvəl işə çıxmadığını, aprelin 29-da işdən çıxarılmasını bildiyini, onun vətəndaşla danışığının yazısı Agentliyə verildiyi üçün ona işdən ərizə yazıb çıxmasının təklif olunmasın ı bildirmiş və qeyd etmişdir ki, vaxtında məhkəməyə müraciət etməməsinin səbəblərindən biri də cavabdehin ona özü işdən çıxdığına görə övladını işlə təmin ediləcəyi barədə verdiyi vədin icrasını gözləməsi olmuşdur. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verib əlavə olaraq izahatında iddiaçının 30 aprel 2024-cü il tarixdə əmək kitabçasının müvafiq qaydada götürülməsi ilə bağlı bildirişi qəbul etdiyini, 1 may 2024-cü il tarixdə iddiaçıya son haqq-hesabın ödənildiyini, iddiaçının 18 apreldən 26 aprel tarixinədək işə çıxmadığını, iddiaçı ilə bağlanmış əmək mü qaviləsinə xitam verilməsinin səbəbi onun sosial vətəndaşdan 500 manat pul tələb etməsinin olması, iddiaçıya özü işdən çıxarsa, övladının işə götürüləcəyi barədə vəd verilmədiyini göstərmişdir. 22.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2351/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.R.Səlimova (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 23.Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd etmişdir ki, nə qədər ki, iddiaçı barəsində qəbul edilmiş əmri mübahisələndirir onun bu iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüq uqu vardır. Ona görə də iddiaçının pozulmasını iddia etdiyi hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edərkən müddəti ötürməsi, ötürdüyü halda üzürlü səbələrdən ötürübötürməməsi yoxlanmalıdır. 24.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki işin sənədlərindən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə son haqq-hesabını almaqla işdən azad olunmasını bilən iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifini göndərməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən olunan bir aylıq iddia müddətini ötürmüşdür. 25.Kollegiya iddiaçının vəsatətində və izahatında göstərdiyi üzürlü səbəblərlə bağlı qeyd etmişdir ki, hazırkı mülki işdə vəkillə ( nümayəndə) təmsil olunan iddiaçı 2024-cü ilin may ayında işdən azad olmasını bilərkən də, vəkilin xidmətindən vaxtında istifadə etmək imkanına malik olmuşdur. İddiaçının anasının vəfat etməsi, oğlunun hərbi xidmətə çağrılması, əməliyyat olunması kimi hadisələr iddiaçı tərəfindən artıq müddət ötürüldükdən sonra (xx.xx.2024- cü il tarixdən sonra) baş vermiş, iddiaçı bundan sonra da, yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifini göndərmişdir. Beləliklə kollegiya iddiaçının vəsatətində və izahatında buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün qeyd etdyi səbəbləri araşdırıb belə nəticəyə gəlmişdir ki, həmin hadisələrin baş verdiyi tarix iddiaçı tərəfindən müddət ötürüldükdən sonrakı vaxta təsadüf etdiyindən, iddiaçı həmin dövrdə özünün əmək qabiliyyətinin olmam asına dair hər hansı bir sübutunu isə məhkəməyə təqdim etmədiyindən bu səbəblər buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas ola bilməz. Çünki bu səbəblər iddiaçının vaxtında məhkəməyə müraciət etməsinə maneə törətməmiş və ya məhdudiyyət yaratmamışdır. 26.Bundan başqa, iddiaçının dəlillərinə görə vaxtında məhkəməyə hazırkı iddia ilə müraciət etməməsinin səbəblərindən biri də oğlunun cavabdeh tərəfindən işlə təmin edilməsini gözləməsindən ibarətdir. İddiaçı belə bir vədin ona verilməsini sübuta yetirə bilməsə də, onun bu səbəbdən vaxtında məhkəməyə müraciət etməməsini etiraf etməsi bir daha buraxılmış müddətin üzürlü səbəblərdən baş vermədiyini təsdiq edən haldır. 27.Kollegiya apellyasiya şikayətinin cavabdehin qəbul etdiyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xit am verilməsi ilə bağlı əmrə münasibətdə dəlilləri ilə bağlı qeyd etmişdir ki, əmrin verilməsinə əsas olan halın baş verməsini inkar etməyən iddiaçı işəgötürənin ona güzəştə getməli olmasını, bu fakta görə işdən çıxarılsa da övladının işlə təmin edilməli olmasını hesab edir. Əmrin verilməsinə əsas olan sübutlardan isə cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. 28.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 11, 12, 70, 71, 72, 76, 80, 83, 186, 187, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 374.2, 375.1, 376, 377.1, 379, 379.3, 379.4-1-ci maddələrinə istinad etməkl ə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 29.İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 30.Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkilik etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 32.Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcə lləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 33.Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 34.Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 35.Maddə 12.
1. Əmək münasibətləri sahəsi ndə işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;. 36.Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 37.Maddə 71.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək fu nksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 38.Maddə 72. e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 39.Maddə 76. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutul an əsaslardan yalnız biri ilə xitam verilə bilər. 40.Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etm əlidir. 41.Maddə 83.
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə p ul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 42.Maddə 186.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 43.Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın veri lməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 44.Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron info rmasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qe yd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 45.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 46.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 47.Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 48.Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 49.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 50.Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 51.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 52.Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. 53.Maddə 379.3.İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mö vcud olmaqda davam etsin. 54.Maddə 379.4-1.Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 55.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 56.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 57.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 58.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icl asında tədqiq olunmuş sübutlarla əsaslandırır. 59.Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 60.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 61.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 62.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 63.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 64.Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunauyğun qiymətləndirmə aparılmışdır. 65.Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur. 66.Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərə flərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 67.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüqu q normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 68.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2351/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.