Məhkəmə qərarları › İş №2(102)-3048/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3048/2023

25.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3048/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Cavabdeh4 qarşı ilkin iddiası və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi, borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı Notariat Of isinin xüsusi notariusu X1, Cavabdeh4 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh3 İddiaçı qarşı borc tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-482/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-962/2019 saylı, 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək, cavabdeh İddiaçı 210000 ABŞ dolları məbləğində pulun (məzənnə üzrə manatla) və 30 manat məbləğində ö dənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Cavabdeh3 ödənilməsi qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, iş üzrə verilən icra vərəqəsində İddiaçı ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əliyev küçəsi 16 qeyd edilmişdir.

3. İcra tədbirləri zamanı tələb borclunun əmlakına - Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksinə yönəldilmişdir.

4. İcra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksinin bazar dəyəri 246575 manat müəyyən edilmişdir.

5. İcra məmuru əmlakın satılması üçün hərrac keçirilməsini xx.xx.2021-ci il tarixli məktubla "xxxx" MMC-yə sifariş vermiş, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin etmişdir.

6. Hər racın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/07 nömrəli protokola və xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləyə əsasən, İddiaçı məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m-dən ibarət əmlak kompleksi 246575 manat məbləğə Cavabdeh3 tərəfindən əldə edilmişdir. Həmin əmlak üzərində tələbkarın mülkiyyət hüququ xx.xx.2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Hərrac tədbirləri keçirilən zaman borclu əmlakın qiymətini mübahisələndirərək, qiymətləndiricinin hesabatnın etibarsız sayılmasını tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etib arsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məh kəməsinə göndərilmişdir.

8. Cavabdeh3 xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 829.55 kv.m-dən ibarət əmlak kompleksini 250.000 manat məbləğə Cavabdeh4 satmışdır. Sonuncunun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Yasamal rayon İcra şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X1 və Cavabdeh4 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında cavabd eh "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m-dən ibarət əmlak kompleksinin Cavabdeh3 246575 manata satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, bunun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına verilmiş **********98-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AN-1 seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar Azərbaycan Respub likası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********8-12301 reyestr nömrəli, 362100/902 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin əraziyə dair onun adına verilmiş çıxarışın bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı yuxarıda qeyd edilən işin hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Yasamal rayon İcra və Probasiya şöbəsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmək barədə tapşırıq vermişdir. xx.xx.2021-ci ildə icra məmuruna müraciət edərək, qiymətləndirmə hesabatının surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Buna görə də, Nərimanov Ra yon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleksi tikilisini qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra həmin iddia ərizəsinin Nərimanov Rayon Məhkəməsinə verilməsi barədə məktubu İcra şöbəsinə vermiş, bundan sonra iddia ərizəsi müvafiq qərardadla cavabdehin hüquqi ünvanının Binəqədi rayonu ərazisində yerləşməsi əsası ilə geri qaytarılmış, o, həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iclasında məruzəçi hakim iddia ərizəsi üzrə mülki işin məhkəmə aidiyyətinə görə Binəqədi Rayon Məhkəməsinə göndəriləcəyini bildirmişdir. Buna görə də ona Binəqədi Rayon Məhkəməsindən bildiriş gələcəyini gözləmiş, lakin sonra ona məlumat verilmişdir ki, əmlakı hərracda satılıb. Hesab edir ki, o qiymətləndirməni mübahisələndirməsi barədə İcra şöbəsinə məlumat verdiyindən, hərracın keçirilməsi qanunsuz olmuşdur. Ona bu barədə məlumat verilməmişdir. Bundan əlavə, hərracı sifariş verən cavabdeh Yasamal rayon İcra şöbəsi digər cavabdeh "xxxx" MMC-yə hərrac keçirilməsini sifariş verərkən qəsdən həqiqətə uyğun olmayan ünvan göstərmiş, mobil telefonunu bildiyi halda nömrəsini göstərməmişdir. Belə ki, yaşadığı ünvan “ünvan 3h Yasamal rayon İcra şöbəsi isə sifarişində ünvanını “ünvan 5ldirişlər ona gəlib çatmamış və hərrac iştirakı olmadan keçirilmişdir. Hərracda yalnız bir nəfər cavabdeh (tələbkar) Cavabdeh3 iştirak etmiş və xx.xx.2021-ci il tarixdə keçirilən qeyriqanuni keçirilən hərracda mülkiyyətində olan obye kti dəyərindən qat-qat ucuz qiymətə almışdır.

11. Cavabdeh3 cavabdeh İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh3 xeyrinə qalıq borc olan 110425 manat üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması, 600 manat əmlakın qiymətləndirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50000 manat vurulmuş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Cavabdeh3 210000 ABŞ dolları vəsaitinin qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlməsinə baxmayaraq, bu günə kimi pul vəsaitini qaytarmaqd an imtina edir. İcra məmuru tərəfindən onun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoyulub əmlak qiymətləndirilmiş və hərraca çıxarılmış əmlak tələbkar olaraq Cavabdeh3 təklif olunmuşdur. Cavabdeh3 həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır. Həmin əmlaka Cavabdeh3 adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı əsassız iddialarla Nərimanov və Binəqədi Rayon Məhkəmələrinə müraciətlər etməklə qiymətləndirməni və hərracın nəticələrinin etibarsızlığına dair tələblər səsləndirmişdir. Baxmayaraq ki, Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında 210000 ABŞ dollar, yəni 357000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulsa da, yalnız əmlak kimi 246575 manat məbləği ödənilmi şdir. Qalan 110425 manat hələ ki, ödənilməmiş qalmışdır. Bundan əlavə 600 manat əmlakın qiymətlədirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına və mənəvi zərərə görə dəymiş ziyan Cavabdeh3 qaytarılmalıdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-119/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində aparılmış qiymətləndirilmə nəticəsində əmlaka verilmiş qiymətdən narazılığını bildirmiş, qiymətin əmlakın real qiymətindən aşağı olduğunu əsaslandırmağa çalışmışdır. Lakin iddiaçı sonda heç bir əsaslandırma gətirmədən məhz keçirilmiş hər racın əsassız olduğunu bildirərək, bu hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda hərrac bildirişini almadığını bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-962/2019 saylı icra vərəqəsində İddiaçı ünvanı ünvan 6vana göndərilmişdir.

15. Məhkəmə qeyd edib ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddia tələbini əsaslandırmalı və əsaslandığı halları təsdiq edən sübutlar təqdim etməli olduğu halda, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi və ona əlavədə bu hallar öz əksini tapmır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

16. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, eyni tərəflər arasında mövcud olan eyni mübahisəli hüquq münasibətinə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 210000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmişdir.

17. Bi rinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. İddiaçı hərrac keçirildikdən sonra qalan qalıq borcu tələb edir. Lakin göründüyü kimi qeyd edilən məbləğ əmlakın hərracdan satılmasından sonra qalmış borc məbləğidir, həmin məbləğə dair məhkəmənin yekun aktı mövcuddur. Odur ki, digər məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia təmin edilə bilməz.

18. Birinci instansiya məhkəməsi qalıq borc olan 110425 manat pul məbləğinin tutulması barədə qarşılıqlı iddia tələbi ilə razılaşmadığından, həmin məbləğin üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması hissəsində də iddia tələbini əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlimişdir.

19. Məhkəmə bundan başqa qarşılıqlı iddianın “600 manat əmlakın qiymətləndirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50000 manat vurulmuş mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bu tələblərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, tərəflər istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə qarşılıqlı iddianın da rədd edilməsi qənaətinə gəlmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125 və 127-ci maddələrinin 7-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 81, 82,4, 88, 217.4 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, hərrac barədə ona məlumat verilməsi zamanı yaşadığı ünvan düzgün qeyd edilmədiyindən ona məlumat gəlib çatmamışdır. Rayon məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-482/2023 nömrəli, 23 may 2023-cü il tarixli qət naməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

25. Kollegiya qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili hərrac barədə bildirişdə onun ünvanının düzgün qeyd edilməməsi, nəticədə hərracdan məlumatı olmaması ilə bağlıdır. Bununla bağlı aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraza əlavə edilmiş iddiaçının Yasamal rayon İcra Şöbəsinə verdiyi və sonda öz sözləri ilə yazıldığını qeyd edərək, imzası ilə təsdiq etdiyi xx.xx.2020-ci il tarixli izah atında faktiki olaraq yaşadığı ünvanı kimi “ünvan 7çı inkar etmədi. Demək ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya çatdırılmışdır. Bununla da məlum olur ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində olmayan, lakin məhkəmə iclasında səsləndirdiyi - əmlakının aşağı qiymətləndirilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçının həmin iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsin in 2(103)5344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

27. Göründüyü kimi qüvvədə olan yuxarıda qeyd edilən məhkəmə aktları ilə əmlakın qiymətləndirilməsi hesabatının - onu n real dəyərindən aşağı qiymətləndirilməsi səbəbindən etibarsız sayılması barədə tələbinə hüquqi qiymət verilmiş, həmin iddia tələbi əsassız hesab olunmuşdur, bu səbəbdən iddiaçının məhkəmə iclasında səsləndirdiyi həmin dəlili də əsassızdır.

28. Bundan başqa araşdırma zamanı müəyyən olunmuşdur ki, əmlakın hazırkı mülkiyyətçisi Cavabdeh4 vicdanlı əldə edəndir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi MPM-in 2.1, 14.1, 135.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə yoxlamalı idi ki, İddiaçı poçt vasitəsilə həmin bildirişi alıbmı, bu barədə poçtun müvafiq sənədi varmı. Kollegiya işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətində göstərilən ünvana istinad etmək əvəzinə işin materiallarında iddiaçının izahatında səhvən göstərilən ünvana istinad edərək, bu nəticəyə gəlmişdir. İddiaçı həmin izahatda mobil telefonunun nömrəsini də qeyd etmişdir. Həmin telefon nömrəsi cavabdehə göndərilməyib. Kollegiya cavabdehin nümayəndəsini məhkəmə iclasına dəvət edib, ondan soruşmamışdır ki, İddiaçı bildiriş göndərili b, ya yox. Bütün bunlara baxmayaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya çatdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunveri ciliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

34. Madə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

35. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Qanun

36. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;

37. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə ey ni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.

38. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

39. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

40. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

41. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

42. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

43. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.

56. Belə ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsasında tutulmalı olan borc un ödənilməsi üçün icra qaydasında əmlakın hərracda satılması zamanı hərracın keşirilməsinin vaxtı və yeri barədə ona məlumat verilməmişdir.

57. İddiaçının istinad etdiyi bu qayda, Mülki Məcəllənin 415.2-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuşdur.

58. Buna görə də işin halları həmin maddi hüquq normaları əsasında yoxlanılmalı, iddianın təmin olunması üçün Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcud olub-olmadığı müəyyən edilməlidir.

59. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisənin həllinə “İpoteka haqqında” qanunun normalarını tətbiq etmişdir.

60. İş materiallarından göründüyü kimi baxılan iş üzrə hərrac ipoteka (girov) predmetinin satılması üçün deyil, icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qoyulmuş əmlakın satılması üçün keçirilmişdir.

61. Bu halda hərracın keçirilməsi üzrə münasibətlər “İpoteka haqqında” qanunla deyil, Mülki Məcəllənin və “İcra haqqında” qanunun müddəaları ilə tənzimlənir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” qanunun normalarına istinad edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilir və MPM-nin 418.1-ci maddəsinə görə qətnamənin ləğv olunması üçün əsaslardan biridir.

62. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan həqiqətən də “ünvan 8na göndərilmiş bildirişlərdə ünvan tam göstərilməyib “ünvan 9na göndərilən bildirişlər “Qeyd olunan ünvanda nə qeydiyyatdadır, nə də yaşayır” qeydi ilə geri qaytarılmışdır (İ cild, səh. 18).

63. İşin bu halı, hərrac barədə id diaçıya lazımi qaydada bildiriş göndərilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, icra vərəqəsində ünvanın səhv və ya yarımçıq yazılması faktı da hərrac zamanı borcluya bildiriş göndərilməsi barədə qanunla müəyyən edilmiş qaydadan kənar hərrac keçirilməsinə əsas vermir.

64. Həmçinin borclunun icra məmuruna verdiyi izahatda onun ünvanının “ünvan 10ac barədə bildirişin ona çatdırılması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki hərracın keçirilməsi barədə bildirişin iddiaçıya faktiki olaraq çatdırılmaması aşkardır. Ümumiyyətlə hazırki halda həlledici məsələ, hərrac təşkilatı tərəfindən bildirişin ünvan sahibinə çatıb çatmamasından asılı olmayaraq düzgün ünvana göndərilməsidir. Bildirişin ünvanının düzgün yazılmadığı və bu səbəbdən də ona çatdırılmaması aşkardır. Bundan başqa, haz ırda baxılan mülki iş üzrə cavabdeh "xxxx" MMC hərrac təşkilatı tərəfindən məhkəməyə iki dəfə sözügedən hərracla bağlı sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir (İ cild, səh. 35-42, 55-62). Lakin həmin sənədlərdə borclu İddiaçı icra məmuruna yazdığı izahat yoxdur.

65. İcra məmuru tərəfindən tərtib olunmuş borclunun izahatında (İİ cild, səh. 92) göstərilən ünvanın mötəbərliyi ilə bağlı əlavə olaraq qeyd olunmalıdır ki, həmin izahatın başlığında borclunun “Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 16” ünvanda həm qeydiyyatda olduğu, həm də faktiki olaraq yaşadığı yazılmışdır. Lakin nəzərə alınmalıdır ki, icra məmuru birmənalı olaraq ilk növbədə izahatını aldığı şəxsin şəxsiyyəti müəyyən etməli, bundan sonra icra məsələləri üzrə vacib bildiyi məsələlərlə bağlı onun mövqeyini əks etdirməlid ir. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsi). Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsi). Yəni, borcludan izahat alınarkən onun şəxsiyyətini və habelə yaşayış yerini icra məmuru yalnız şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etməli idi.

66. Həmçinin apelyasiya instansiyası məhkəməsi “araşdırma zamanı müəyyən olunmuşdur ki, əmlakın hazırkı mülkiyyətçisi Cavabdeh4 vicdanlı əldə edəndir” bildirməsinə baxmayaraq, məhkəm ənin üçüncü şəxsin vicdanlı əldə edən olması ilə bağlı hansı araşdırma apardığı iş materiallarından görünmür və nəyin əsasında onun vicdanlı əldə edən sayılması Mülki Məcəllənin 182-ci maddəsinin dispozisiya şərtlərinə uyğun əsaslandırılmamışdır. Ümumiyyətlə məhkəmə, hərracdan sonra əmlakın başqa şəxsə satılmasına istinad etməsinə baxmayaraq, əmlakın üçüncü şəxsə satılmasının hazırki iddiaya təsir etməsini, yəni bu iddianın təmin edilməsini aradan qaldırması barədə gəldiyi mövqeyini ayrılıqda əsaslandırmamışdır.

67. Göründüyü kimi məhkəmələr hərracın nəticələrinin etibarsız sayılması üçün Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin olubolmamasını tam araşdırmamışdır.

68. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər. Belə mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

69. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

71. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

72. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-482/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən b axılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar