Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-96/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, əmlakın sahibliyinə geri qaytarılması, maddi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3605/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə Cavabdeh3 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində p ul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı2 borc vermiş, sonuncu həmin pulu 12 sentyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsini Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. 2. 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh3 204000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 borc vermiş, sonuncu isə həmin pulu 06 mart 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı olaraq 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü etmişdir. 3. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipotekaya qoyulan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər (Cavabdeh3 və İddiaçı1) razılaşırlar ki, borc (kredit) müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc (kredit) öhd əliyinin ödənilməsinə yönəldiləcəkdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ dollarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymə tinin 170000 manat məbləğində müəyyən edilməsi, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş edilmiş, sonradan İcr a və Probasiya şöbəsinin 12 mart 2020-ci il tarixli məktubu ilə sifarişin icra edilmədən geri qaytarılması xahiş olunmuşdur.
7. Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin 22 oktyabr 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 19 noyabr 2020-ci il tarixli, 48/01 nömrəli protokolu ilə İddiaçı1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat olmaqla Cavabdeh3 satılmışdır. Torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 24 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat
8. İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin 19 noyabr 2020-ci il tarixli, 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi çıxarılmasını xahiş etmişdir.
9. İddia işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ipoteka predmeti satılarkən onun üzərində 4 mərtəbəli çoxmənzilli yaşayış binasının mövcud olması, bazar qiymətinin minimum ******* manat dəyərində qiymətləndirilməsi nəzərə alınma mışdır. İcra prosesi və hərracın keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, icra məmuru əmlakın satılmasını istədiyi hərrac təşkilatına sifariş vermiş, “Külək" MMC tərəfindən hərracın keçirilməsi barədə ipoteka qoyana bildiriş göndərilsə də, həmin bildiriş də ona çatmamışdır.
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi kimi ******* manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230000 manat müəyyən edilmişdir. Qiymət yalnız torpaq sahəsinə aid olmuşdur. Belə olan halda, Cavabdeh3 928,5 kv metr olan yaşayış sahəsini və 261,1 kv metr zirzəmi sahəsini pulsuz əldə etmişdir. 11 fevral 2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696000 manata qiymətləndirilsə də, hazırda təkcə tikililərin dəyəri ******* manatdır.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilməklə, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatı tərəfindən məh kəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdən görünür ki, hərrac bildirişi eyni tarixdə, yəni 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə, hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Həmin hallara görə İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələri üzrə məhkəmə hesab etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin vurulmasını sübuta yetirə bilməmişdir.
15. Məhkəmə gəldiyi nət icəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 44, 53.1, 53.2 və 53.3-cü, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 415.1 və 415.2-ci maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı, Mülki Məcəllənin 21-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Apellyasiya şikayətinə görə hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə onlara lazimi qaydada məlumat verilməmiş, hərracla bağlı bildirişlər “Starşeva” adlı kənar şəxs tərəfindən qəbul edilmişdir. Hərrac təşkilatı tərəfindən İddiaçı2 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən imzalanıb alınması, İddiaçı1 həmin məktubu açmasına, tanış olmasına və hərrac barədə məlumatlı olmasına dəlalət edən hal hesab oluna b ilməz.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, V.N.Sadıqovun və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)3335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərə görə hərrac barədə bildirişlər 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. İddiaçı1 apellyasiya şikayə tində həmin bildirişi almasını inkar etməmiş, lakin kürəkəninə çatası məktubu açmadığını bildirmişdir.
20. Hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir ki, bu da hərracın keçirilməsi yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırma hesab olunmalıdır.
21. Apellyasiya məhkəməsi daha sonra Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə göstərmişdir ki, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdi ki, bu da ipoteka predmetinin yenidən qiymətləndirilməsini aradan qaldırır.
22. Cavabdeh3 hərrac təşkilatının bank hesabına 5 faizi məbləğində beh qoyub iştirak etməli olmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verərkən məhkəmə “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə istinad etmiş və göstərmişdir ki, Cavabdeh3 ipoteka saxlayan olduğundan onun “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməsi nəzərdə tutulmamışdır.
23. İddiaçılar İddiaçı1 və İddiaçı2 “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərər vurulmasını sübuta yetirə bilməmişlər.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 269, 317, 319 və 415-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34, 39, 41, 42, 44 və 53-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Cavabdeh İddiaçı2 kassasiya şikayəti verərək xx.xx.2022-ci il tarixli qətnamənin birləşdirilmiş iddia tələbinə münasibətdə ləğv edilməsini və iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1992/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (məruzəçi), E.R.Vəliyeva və Ə.M.Xıdırovdan ibarət t ərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)1309/2022 nömrəli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddialarının təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
27. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı2 iddiası üzrə mübahisə həll olunarkən prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
28. Belə ki, qeyd olunduğu kimi İddiaçı2 və İddiaçı1 birgə verdikləri iddialarının fak tiki əsası ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsinin icrası qaydasında Cavabdeh3 əldə etdiyi torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən 4 mərtəbəli çoxmənzilli yaşayış binası inşa olunmuş, lakin əmlakın hərracdakı qiyməti yalnız torpaq sahəsinin dəyəri ilə müəyyən olunmuş, tikilinin dəyəri isə nəzərə alınmamışdır. Belə olan halda, həmin tikili də, torpaq sahəsi ilə birgə cavabdehin sahibliyinə keçdiyindən, iddiaçılara zərər vurulmuş və həmin zərərin əvəzi onlara ödənilməlidir.
29. İpoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilməsi və bundan cavabdehin məlumatlı olması işin mübahisəsiz halıdır. Belə ki, 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsində İddiaçı1 Cavabdeh3 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, sonuncu isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər.
30. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur. Torpaq sahəsi üzərində tikilmiş tikilinin qiymətləndirilməsi apellyasiya baxışının predmeti olmuş və bununla bağlı apellyasiya məhkəməsi həmin qətnaməsində göstərmişdir ki, torpaq sahəsinin üzərində olan tikili yarımçıq, başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır. Belə olan halda, rəsmi dövlət reyestrində q eydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilə bilməz.
31. Lakin həmin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov, 1-ci döngə, 1A ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir.
32. Birinci instansiya məhkəməsi yalnız maddi zərərin sübuta yetirilməməsini qeyd etməklə iddianı rədd etmiş, cavabdehin hərracdan alınan torpaq sahəsinin üzərində tikilinin olmasına, həmin tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiyməti ndə nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsinə hüquqi qiymət verməmişdir.
33. Apellyasiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozaraq, apellyasiya şikayətinin dəlillərinə qeyd olunan hissədə hüquqi qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
34. Halbuki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun ol araq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.
35. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçılar tələbini zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarına istinad etməklə əsaslandırsalar da, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini müzakirə etməli və işin hallarını əsassız varlanmaya dair maddi hüquq normalarına uyğun təhlil aparmalı idi.
36. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218, 220, 392, 416 və 418-ci maddələ rinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3605/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayevdən ibarət tərkibdə) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)- 3335/2021 nömrəli qətnaməsinin qismən – “İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 466000 (dörd yüz altmış altı min) manat məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 tutulması, a pellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş manat) manatın Cavabdeh3 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət olunmuşdur.
38. Apellyasiya instansiya məhkəməsi işin mübahisəsiz halı kimi qeyd etmişdir ki, ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilmişdir. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, ipoteka saxlayan isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər.
39. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 345225 ABŞ dolları, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh3 xeyrinə tutulması, həmin tələblər üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən olunması qət edilmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəri manov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
41. Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur.
42. Lakin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd R amazanov, 1-ci döngə, 1A ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 11 fevral 2019-cu il tarixə bazar dəyəri – 230000 manat, üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir.
43. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin üzərində tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsi cavabdehin əsassız varlanması ilə nəticələnmişdir.
44. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9, 14, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı1 (Vəkil5) və İddiaçı2(Vəkil1ı qızı) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qətnamənin 466000 manat zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilməsini, Cavabdeh3 dəymiş zərərin əvəzi olaraq ******* manatın tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayətləri eyni məzmunlu olmaqla işin faktiki hallarına istinad edilmiş, göstərilmişdir ki, mübahisə üzrə zərərin əvəzinin tam ödənilməsinin tələb edilməsinə baxmayaraq məhkəmə zərərın tam ödənilməsi barədə qətnamə qəbul etmək əvəzinə, aidiyyəti olmayan və real qiymətə uyğun olmayan miqdarda zərər hesablamışdır. Belə ki, “X2”nin qiymətləndiricisi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin v ə üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının xx.xx.2023-cü il tarixdə ədalətli bazar qiyməti ******* (bir milyon üç yüz yetmiş bir min iki yüz altmış beş) manat müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi dəymiş zərərin əvəzini 4 il bundan əvvəl verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsaslanaraq 466000 manat müəyyən etmişdir. Məhkəmə qiymətlər arasında mühüm fərqi görüb ən azı müvafiq məhkəmə ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, 4 il əvvəl verilmiş rəylə kifayətlənmiş, bu günə olan bazar qiyməti ilə bağlı rəyi nəzərə almamışdır. Nəticədə apellyasiya instansiyası ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən cavabdehin iddiaçıya vurduğu zərəri təmin etmiş, lakin təmin olunan məbləğ əmlakın qiymətindən qa t-qat aşağı məbləğdədir. Belə ki, apellyasiya məhkəməsinə təqdim edilmiş ekspert rəyindən də görünür ki, əmlak kiçik bir tikili deyil, yaşayış binasıdır. Qiymətləndirilən yaşayış binası 4 mərtəbədən və zirzəmi (qaraj) sahəsindən ibarətdir. Qiymətləndirilən yaşayış binasında yerləşən qeyri-yaşayış sahələri və mənzillərin ümumi sahəsinin kiçik olması likvidliyin yuxarı, ekspozisiya müddətinin daha aşağı olmasını müəyyən edir (daha kiçik sahəli mənzillər və obyektlər böyük sahəli mənzillərə və obyektlərə nisbətən daha tez satılır). Həmçinin kiçik sahəli mənzillərin dəyəri böyük sahəli mənzillərin dəyərindən yüksək olur. Həmin ərazidə başqa yaşayış binasından 86 kv metr yaşayış sahəsi olan mənzilin orta bazar qiyməti 90000 (doxsan min) manat məbləğində təşkil edir. Hazırki mübahisə predmeti olan əmlak isə yaşayış binasıdır və 1273 kv metr təşkil edir. Nəzərə alsaq ki, həmin ərazidə olan mənzillərin satışı zaman 1 kv metr sahə 1000 manat məbləğində təşkil edir, lakin Məhkəmə nəzəri fərziyyələrə əsaslanaraq daha aşağı qiymət hesablamışdır. Məhkəmə cavabdehin əsassız varlanmasını təsbit etsə də, əsassız əldə edilən vəsaitlə bağlı hissədə ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının bu günə olan ******* (bir milyon üç yüz yetmiş bir min iki yüz altmış beş) manat müəyyən edilmiş ədalətli bazar qiymətini və ipoteka ilə yüklü edilmiş torpaq sahəsini cavabdehin hərrac vasitəsilə 243800 manata əldə etməsini nəzərə alsaq, cavabdeh ******* vəsaiti əsassız qazanmışdır. Məhkəmə s onuncu qiymətləndirmə rəyinə ümumiyyətlə qiymət verməmiş, bu isə açıq-aşkar cavabdehin xeyrinə edilmiş hərəkət kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona q aytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllə
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
55. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
56. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəy yən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllə nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. İşdən görünür ki, İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bak ı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” barədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qatnəmasini qüvvədə saxlamış, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1992/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə də apellyasiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlanılmış və həmin hissədə qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də İddiaçı1 “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” barədə iddia tələblərinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsini qətnaməsi hazırkı məhkəmə baxışının pred meti deyildir.
64. İş yeni apellyasiya baxışına qaytarılandan apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə baxmış və bu məsələ ilə əlaqədar qətnamə qəbul etmişdir. Bu baxımdan hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
66. Belə ki, iddiaçıların Cavabdeh3 qarşı zərərin ödənilməsi barədə tələbini qismən təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə Bakı şəhəri, Nərim anov Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinin icrası ilə əlaqədar İddiaçı1 mülkiyyətində olan 0,287457 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə keçərkən həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış binasının dəyəri nəzərə alınmamış, nəticədə bina Cavabdeh3 əsasən və ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən torpaq sahəsil bərabər bina da Cavabdeh3 sahidliyinə və istifadəsinə keçmiş, Cavabdeh3 əsassız olaraq varlanmışdır. Cavabdeh3 hazırkı iş üzrə iddiaçılara qarşı borc tələbinə dair işə baxılan zaman alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində İddiaçı1 mülkiyyətində olan 0,287457 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 11 fevral 2019-cu il tarixə bazar dəyəri - 230000 manat, üzərində mülkiyyət də olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir. Həmin rəyin mötərliliyini şübhə altına ala biləcək hər hansı hal müəyyən olunmamışdır, ona görə də torpaq sahəsinin 230000 manat dəyəri çıxıldıqdan sonra Cavabdeh3 iddiaçıların hesabına əsassız olaraq 466000 manat varlanmışdır. Həmin məbləğ Cavabdeh3 alınıb iddiaçılara verilməlidir.
67. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə əlaqədar qeyd edir ki, iş üzrə qətnamə qəbul edən zaman məhkəmə tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, dörd il əvvəl verilmiş mütəxəssis rəyinə əsasən iddiaçı tərəfə dəymiş zərərin məbləğini müəyyən etmiş, daşınmaz əmlakın dəyərinin yüksələn xətt üzrə dəyişməsi nəzərə alındıqda həmin rəyin tam olmadığını, iddiaçının təşəbbüsü ilə alınmış və məhkəməyə təqdim olunmuş “X2” MMC-nin 03 iyun 2023-cü il tarixli mütəxəssis rəyi ilə həmin rəy arasında əmlakın qiymtəlndirilməsində kəskin fərq olmasını nəzərə almamışdır.
68. İş üzrə ekspertiza keçirilməsinə və iddiaçılara dəymiş zərərin real qiymətlərə uyğun müəyyən olunmasına əsaslar olmasına baxmayaraq, məhkəmə “X2” MMC-nin 03 iyun 2023-cü il tarixli mütəxəssis rəyini sübut kimi qəbul etməkdən 10 iyul 2023-cü il tarixli ayrıca qərardad qəbul etməklə imtina etsə də, ekspertiza təyin olunmasından imtinanı əsaslandırmamış, əmlakın dəyəri ilə bağlı ziddiyyətlər aradan qaldırılmamışdır.
69. Göstərilən hallara və və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
70. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı iddiaçılara dəymiş ziyanın məbləğinin real bazar qiymətlərinə əsasən müəyyən edilməsi üçün iş üzrə məhkəmə ekspertizasının təyin olunması, ekspertiza keçirilməkə ipoteka predmeti olmuş torpaq sahəsi üzərində olan tikililərin dəyərinin müəyyən edilməsi məsələsini müzakirə etməli, həmin tikililərin hansıların iddiaçılar tərəfindən inşa olunması, torpaq sahəsi cavabdehin mülkiyyətinə keçənə qədər idd iaçılar tərəfindən 3-cü şəxslərə satılmış tikililər və sahələr çıxıldıqdan sonra hansıların Cavabdeh3 sahibliyinə və istifadəsinə keçməsi, cavabdehin sahibliyinə və istifadəsinə keçmiş tikililərin mövcud bazar qiymətlərinə uyğun dəyərinin nədən ibarət olması aydınlaşdırılmaqla iddiaçılara dəymiş zərərin məbləğini müəyyən etməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edi lsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3605/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ldəğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.