Məhkəmə qərarları › İş №2(102)-3370/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3370/2023

16.08.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3370/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, "xxxx" ASC-yə və X1 qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual normalara uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızın dan və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)4324/2023 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e2(005)-55/2023 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) İddiaçı iddiası təmin edilərək, Cavabdeh2 MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinin, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı “X3” MMC (hazırki Cavabdeh1 MMC) tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cüm lədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 30 nömrəli protokolun etibarsız hesab edilməsi qət edilmişdir.

2. Həmin qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4324/2023 nömrəli qərardadı ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər G.T.Axundovadan və C.C.Musayevadan ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(005)-55/2023 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.

4. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş qiymətl əndirmə rəyini və “X3” MMC (hazırki Cavabdeh1 MMC) tərəfindən keçirilmiş hərracın nəticələrini, o cümlədən hərracın yekunları barədə protokolu mübahisələndirmişdir. Cavabdeh1 MMC isə tək hərracla bağlı, yəni cavabdeh olduğu hissədə deyil, bütövlükdə qətnaməni mübahisələndirərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs yalnız özünə aid hissədə (maraqlarına toxunan hissədə, tələbləri təmin olunmadığı hallarda) şikayət verə bilər və apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Şikayət Cavabdeh1 MMC tərəfindən elektron qaydada verilməsinə baxmayaraq, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini dolğun və aydın şəkildə qeyd etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

5. Cavabdeh1 MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4324/2023 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəll ənin 361 və 384-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya şikayətində hər hansı çatışmazlıq olmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə hərrac təşkilatına münasibət bildirmiş və həmin hissədə hərrac təşkilatının protokolları etibarsız hesab olunmuşdur. Nəticədə qətnamə ilə tamamilə və birbaşa hərrac təşkilatının mövqeyinə toxunulmuşdur. Bu baxımdan qətnamədən verilən apellyasiya şikayəti aydın formada tərtib olunmuş və apellyatorun mövqeyi aydın ifadə olunmuşdur. Apellyasiya şikayəti elektron məhkəmə sisteminə daxil edilmiş və tələb məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar geniş şəkild ə qeyd olunmuşdur. Elektron məhkəmə sistemində apellyasiya şikayəti təqdim edilərkən müvafiq başlıqlara əsasən şikayət mətninin hissələri yerləşdirilir.

7. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən b axılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

11. Belə ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması həmin şikayətin tələb hissəsi ilə bağlı olmuşdur.

12. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən iddia tələbi iki hissədən Cavabdeh2 MMC-yə qarşı yönəldilmiş qiymətləndirmə rəyinin və “X3” MMC-yə (Cavabdeh1 MMCyə) qarşı yönəldilmiş hərracın nəticələrinin etibarsız hesab olunmasından ibarət olmuş və hər iki tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur.

13. Cavabdeh1 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirərək, iddianın rədd olunmasını xah iş etmişdir.

14. Beləliklə, apellyasiya məhkəməsinin qərardadında da göstərildiyi kimi, cavabdeh apellyasiya şikayətində tələbini konkret olaraq ifadə etmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC cavabdeh olaraq tərəf olduğu qətnamədən apellyasiya şikayəti verməyə hüququ olmuşdur. O, hüququndan istifadə etməklə qətnaməni tam mübahisələndirmişdir. Lakin, qətnamənin bir və ya bir neçə hissəsinin apellyatorun maraqlarını pozmaması apellyasiya şikayətinin qaytarılması üçün deyil, təmin edilməməsi üçün əsas ola bilər.

16. Məhkəmə kollegiyası xüsusən qeyd edir ki, mülki prosessual qanunvericiliyi ilə kassasiya şikayətinin verilməsindən fərqli olaraq, apellyasiya şikayətinin verilməsi üçün tərəfin tələbinin təmin olunmaması nəzərdə tutulmamışdır.

17. Hazırki halda, cavabdehə qa rşı olan tələb təmin olunmuş və o, qətnamədən apellyasiya şikayəti vermişdir.

18. Digər tərəfdən, iş materiallarında olan cavabdehin apellyasiya şikayətindən müəyyən olunur ki, şikayət Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsi olan apellyasiya şikayəti üçün nəzərdə tutulmuş formasında tərtib edilmiş və həmin əlavədə qeyd olunan bütün bəndlərə istinad olunmuşdur. Apellyasiya şikayətində pozulması iddia olunan maddi hüquq normaları kimi “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına, prosessual hüquq normaları kimi isə MPM-in 77.1, 88-ci maddələrinə istinad edilmiş və hesab olunmuşdur ki, cavabdeh MMC tərəfindən iddiaçıya bildirişlər gönd ərilmiş, sonuncu tərəfindən qəbul edilmiş və bununla bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Həmçinin apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, habelə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillər qeyd olunmuşdur.

19. Göründüyü kimi, apellyator apellyasiya şikayətini prosessual hüquq normalarına uyğun tərtib etmişdir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılı ğa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X6 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin və hdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4324/2023 nömrəli qərardadı ləğv edilsin və iş materialları Cavabdeh1 MMC-nin apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar