Məhkəmə qərarları › İş №2(102)-3049/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3049/2021

20.05.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3049/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-56/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, cavabdeh “X1” ASC fərdi sahibkar statusuna malikdir (VÖEN **********,).

2. Həmçinin iş materiallarından görünür ki, İddiaçı cavabdeh “X1” ASC-nin səhmdarlarından biridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “X1” ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2019-cu il tarixli cavabdeh “X1” ASC-nin “Aralıq ləğvetmə balansı”-nın etibarsız sayılması, cavabdeh “X1” ASCnin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2019-cu il üzrə SC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin ”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X1” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X1” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu və “X1” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi akt”-ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdeh “X1” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.03.2008-ci il tarixdə Milli Depozit Mərkəzi tərəfindən verilmiş “depo hesabından çıxarış”-a əsasən “X1” Açıq Səhmdar Cəmiyyətinin 100 səhminin sahibidir. “X1” ASC-nin əvvəlki adı “xxxx” Müəssisəsi olmuşdur. Həmçinin həmin “depo hesabından çıxarış”-dan görünür ki, “X1” ASC-nin hüquqi ünvanı ünvan 280 manatdan ibarət olan kommersiya hüquqi şəxsdir. Lakin, 2008-ci ildən səhmdarı olduğu “X1” ASC bu günə qədər mənfəət əldə etməmiş və nəticədə o, bir səhmdar kimi dividend almamışdır. Ona görə də, “X1” ASC-nin zərərlə işləməsinin səbəblərini araşdırmaq, habelə Cəmiyyətin mühüm hərəkətləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında tam və dolğun məlumatları əldə etmək üçün o, cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb cəmiyyətə məxsus olan bir sıra sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. Lakin cəmiyyətin rəhbərliyi qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət etməmiş, nəinki ona hər hansı bir sənəd, ümumiyyətlə məktublarına cavab verməmişdir. 25 fevral 2019-cu il tarixdə “X1” ASC-nin rəhbəri ona bildiriş göndərmiş və bildirişdə göstərilmişdir ki, 2019-cu il aprel 09 saat 11:00-da “X1” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində Cəmiyyətin 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı, Cəmiyyətin Müşahidə Şurasının, İdarə heyətinin və Maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi, habelə Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq olunması barədə məsələlər qoyulmuşdur. 26 may 2019-cu il tar ixdə “X1” ASC-nin rəhbəri ona səhmdarlarının növbədənkənar ümumi yığıncağının 28.06.2019-cu il tarixdə keçirilməsi və həmin iclasın gündəliyində “Cəmiyyətin ləğv edilməsi” məsələsinin qoyulması barədə bildiriş göndərmişdir. Bununla əlaqədar olaraq, o, 19.06.2019-cu il tarixdə cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edib “X1” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı növbəti dəfə bir sıra sənədlərin təsdiq olunmuş surətlərini tələb etmişdir. Cəmiyyətin rəhbəri 25.06.2019-cu il tarixli cavab məktubu ilə ona cəmiyyətin 09.04.2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən başqa hər hansı digər sənəd təqdim etməmişdir. Həmin məktubunda “X1” ASC-nin rəhbəri qeyd edir ki, o, Cəmiyyətin qiymətli kağız səhmlərinin reyestrinin surəti və cəmiyyətin Nizamnaməsini n surəti ilə Cəmiyyətin yerləşdiyi ünvanda, inzibati binaya gəlib idarə heyətinin sədrinə müraciət edib onlarla tanış ola bilər. Həmçinin cəmiyyətin rəhbəri məktubda qeyd edir ki, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti 2007-ci ildən 2022-ci ilədək dayandırılmışdır. Bu barədə Vergilər Nazirliyinin müvafiq strukturları məlumatlandırılmış və bu məlumat rəsmi qaydada qeydiyyata alınmışdır. Bu illər ərzində cəmiyyətin fəaliyyət göstərməməsi səbəbindən heç bir hesabat tərtib olunmamış və müvafiq dövlət strukturlarının bu haqda məlumatı vardır. Bundan sonra 16.09.2019-cu il tarixdə “X1” ASC-nin rəhbəri ona 09 sentyabr 2019-cu il tarixli “X1” ASC-nin “Aralıq ləğvetmə balansı”-nı göndərmişdir. Lakin sözügedən 09.09.2019-cu il tarixli “X1” ASC-nin “Aralıq ləğvetmə balansı”-nda cəmiyyətin nizamnamə kapitalından (71080 manat) keçmiş illərdə bölüşdürülməmiş mənfəəti (51432.69 manat) çıxarılmışdır. Digər tərəfdən “X1” ASC-nin rəhbəri özü də etiraf edir ki, 2007-ci ildən müəssisədə “maliyyə-təftiş komissiyasının və auditorun aktları, cəmiyyətin balansı, mənfəət və zərər haqqında hesabatları, inventarizlaşdırma aktları tərtib olunmamışdır”. Ona görə də cəmiyyətin rəhbəri “keçmiş illərdə bölüşdürülməmiş mənfəəti“ kimi göstərilmiş 51432,69 manat məbləğin necə yarandığını balansında düzgün əks etdirə bilməmişdir. Bu da mühasibat uçotu üzrə qanunvericiliyinin tələblərinin pozulmasıdır. Çünki, “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”-nda göstərilir ki, müəssisənin aktivlərinin məbləği onun kapitalı ilə öhdəliklərinin məbləğlərinin cəminə bərabər olmalıdır. Hesab edir ki, 09.09.2019-cu il tarixli “X1” ASC-nin “Aralıq ləğvetmə balansı”-nda əks etdirilmiş maliyyə göstəriciləri düzgün göstərilmədiyinə görə etibarsız sayılmalıdır. Digər tərəfdən “X1” ASCnin rəhbəri 25.06.2019-cu il tarixli cavab məktubunda qeyd olulanları əsas gətirərək ərizəsində göstərilən sənədlərin təsdiq olunmuş surətlərini ona təqdim etməsindən qanunsuz olaraq imtina etmiş, lakin aidiyyatli orqanlara müvafiq hesabatları təqdim etmişdir. Halbuki mülki qanunvericiliyinin tələblərinə əsasən cəmiyyətin rəhbəri ona 19.06.2019-cu il tarixli ərizəsində tələb etdiyi sənədlər təqdim etməlidir.

3. Şəki Rayon Məhkəməsinin 2(075)-175/2020 nömrəli, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh “X1” ASCnin 09 sentyabr 2019-cu il tarixli “Aralıq l əğvetmə balansı”nın etibarsız sayılması, cavabdeh “X1” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatlara dair 2019-cu il üzrə “X1” ASC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu il üzrə maliyyə-təftiş komissiyasının aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrin”, 2019cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərinin ləğv” aktlarının, “X1” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X1” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətl əndirilməsi akt”ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin“ təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsinin cavabdeh “X1” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması, iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki,, İddiaçı “X1” ASC-nin zərərlə işləməsinin səbəblərini araşdırmaq, habelə Cəmiyyətin mühüm hərəkətləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında tam və dolğun məlumatları əldə etmək üçün cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb cəmiyyətə məxsus olan bir sıra sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. Lakin cəmiyyətin rəhbərliyi qanunvericilikdə nəzərdə tutulmuş tələbl ərə riayət etməmiş, İddiaçı tələb etdiyi sənədlərin təsdiq edilmiş surətlərini ona təqdim etməmişdir.

5. İddiaçı 19.06.2019-cu il tarixdə cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edib “X1” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı növbəti dəfə bir sıra sənədlərin təsdiq olunmuş surətlərini tələb etmişdir. Cəmiyyətin rəhbəri 25.06.2019-cu il tarixli cavab məktubu ilə İddiaçı cəmiyyətin 09.04.2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən başqa hər hansı digər sənəd təqdim etməmişdir.

6. Göründüyü kimi iddiaçının tələb etdiyi sənədlər müəssisənin maliyyə əməliyyatları, aktivlərin düzgün idarə olunması üzərində səhmdar olaraq nəzarətin həyata keçirilməsi kimi fundamental hüquqlarının həyata keçirilməsi, müəssisənin gəlirlərindən divident almaq hüququnun p ozulub-pozulmadığını və ləğv edilərkən cəmiyyətin yerdə qalan əmlakının müəyyən etmək üçün əhəmiyyətlidir. Həmin sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi hesablamaların aparılması üçün zəruridir. Qeyd edilən məlumatların iddiaçıya verilməməsi onun informasiya əldə etmək hüququ ilə yanaşı onun həm də mülkiyyət hüquqlarını pozur.

7. Həmçinin, 16.09.2019-cu il tarixdə “X1” ASC-nin rəhbəri İddiaçı 09 sentyabr 2019-cu il tarixli “X1” ASC-nin “Aralıq ləğvetmə balansı”-nı göndərmişdir. Lakin sözügedən 09.09.2019-cu il tarixli “X1” ASC-nin “Aralıq ləğvetmə balansı”-nda cəmiyyətin nizamnamə kapitalından (71080 manat) keçmiş illərdə bölüşdürülməmiş mənfəəti (zərəri) 51432.69 manat çıxarılmışdır. Digər tərəfdən “X1” ASC-nin rəhbəri özü də təsdiq edir ki, 2007-ci ildən müəssisədə “maliyyə-təf tiş komissiyasının və auditorun aktları, cəmiyyətin balansı, mənfəət və zərər haqqında hesabatları, inventarizasiya aktları tərtib olunmamışdır.

8. Halbuki Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”-nın 2.8.1.2-ci maddəsinə əsasən aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması mühasibat uçotu subyekti ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl, məcburidir. Lakin cavabdeh təşkilatın rəhbəri məhkəmə iclasında verdiyi izahatında X1” ASC-nin ləğv balansı tərtib edilməmişdən əvvəl müəssisədə invertarizasiya aparılmadığını göstərmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh “X1” ASC-nin 09.09.2019-cu il tarixli “Aralıq ləğvetmə balansı” tərtib edilərkən mü vafiq normativ hüquqi aktların tələbləri pozulmuşdur. Həmçinin cavabdeh təşkilat tərəfindən ləğv prosesindən əvvəl müəssisənin əmlakı qiymətləndirilməklə əmlaka dair müəyyən edilmiş qiymət onun əsas vəsaitləri üçün aralıq ləğvetmə balansında müəyyən edilmiş qiymətlərlə müqayisə edilməli olduğu halda, qiymətləndirici tərəfindən əsas vəsaitlərin qalıq dəyəri kimi müəyyən edilmiş 19647,31 manat məbləğ yanlış olaraq müəssisənin səhm dəyərindən çıxılmışdır. “Beləliklə də cəmiyyətin rəhbərliyi keçmiş illərdə bölüşdürülməmiş mənfəət (zərər) kimi göstərilmiş 51432,69 manat məbləğin necə yarandığını balansında düzgün əks etdirə bilməmişdir. Nəticədəmühasibat uçotu üzrə qanunvericiliyinin tələbləri pozulmuşdur.

9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “X1” ASC-nin 09.09.2019-cu il tar ixli “Aralıq ləğvetmə balansı”-nda əks etdirilmiş maliyyə göstəriciləri düzgün göstərilmədiyinə görə həmin sənədin etibarsız sayılmasını tələb etməkdə haqlıdır.

10. Həmçinin, cavabdeh “X1” ASC-nin rəhbəri 25.06.2019-cu il tarixli cavab məktubunda qeyd olulanları əsas gətirərək ərizəsində göstərilən sənədlərin təsdiq olunmuş surətlərini İddiaçı təqdim etməsindən qanunsuz olaraq imtina etmişdir. Halbuki yuxarıda sadalanan mülki qanunvericiliyinin tələblərinə əsasən cavabdeh “X1” ASC-nin rəhbəri 19.06.2019-cu il tarixli ərizəsində tələb etdiyi və onda olan müəssisənin fəaliyyətinə dair müvafiq sənədləri İddiaçı təqdim etməlidir.

11. Lakin, “X1” ASC-nin texniki pasportu və “X1” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının olmamasını, həmin sənədlərin olması və auditorun aktları nın həqiqətən də mövcudluğu barədə hər hansı sübutun İddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə İddiaçı iddia tələbinin “X1” ASC-nin texniki pasportu və “X1” ASCnin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının və auditorun aktlarının ona təqdim edilməsi ilə bağlı hissəni əsaslı hesab etmir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5, 59.2-1, 99.2, 102.4, 103.1, 106-1.1, 106-1.3.7, 106-1.3.8, 106-2.3, 107-5.3, 10614.1-ci, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3.3, 15.1-ci, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 75.1, 75.2ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətn amədən Cavabdeh “X1” ASC apelyasiya şikayəti vermişdir.

14. Şəki Apelyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən-M.Əsədli, hakimlər- Ə.Məcidov və A.Mahmudov) cavabdeh “X1” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tаrixli, 2(075)-175/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korpor ativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi “X1” ASC-nin 2007-ci ildən rəsmi qaydada fəaliyyətinin dayandırıldığını və halhazırda ləğv prosesində olduğunu, habelə onun qarşı tərəflə hər hansı sahibkarlıq fəaliyyətinin olmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izaha tları

19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

25. Mübahisənin ümumi məhkəməyə və ya“kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və“hüquq münasibətlərinin xara kteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. (maddə 24.2)

26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. (maddə 26.1)

27. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. (maddə 26.2)

28. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (maddə 32.3)

29. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim“işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə“əsasla ndırılmış qərardad çıxarır. (maddə 32.4)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı “X1” ASC-nin səhmdarı olmaqla onun irəli sürdüyü tələblər predmetinə və hüquq münasibətinin xarakterinə görə kommersiya xarakterli mübahisədir.

34. Bundan başqa hüquqi şəxsin fəaliyyətinin dayandırılması və ləğv prosesində olması həmin hüquqi şəxsin sahibkarlıq statusuna malik olmasını istisna etmir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-56/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar