Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2021 02.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1099/2020 nömrəli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 2(006)-1099/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı1 Qafaq oğlunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı təsis payına uyğun olaraq dividend hesablanaraq ödənilməsi tələbinə dair iddiasının aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 MMC tərəfindən şikayət verilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki tələbə nə ümumi məhkəmədə nə də ki, Kommersiya Məhkəməsində bax ılması mümkün deyil. Belə ki, iddia tələbi (xalis mənfəətin bölünməsi) cəmiyyətin ümumi yığıncağının həll etdiyi məsələ olmaqla cəmiyyətin müstəsna səlahiyyətidir. Bu məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması cəmiyyətin təsərrüfat və təşkilati fəaliyyətinə dövlət orqanının müdaxiləsi hesab olunur. Cəmiyyətin əldə edilən gəlirlərin müəyyən edilməsi və gəlirdən ona düşən pul vəsaitinin ödənilməsinin təmin edilməsi məsələlərinin həlli yalnız bu məsələlərin ümumi yığıncağın gündəliyinə salınması ilə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair xx xxxx 2017-ci il tarixli Qərarına əsasən cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Göründüyü kimi cəmiyyətin xalis mənfəətin bölüşdürülməsini öz maliyyə vəziyyətinə uyğun olaraq bölüşdürə, qismən bölüşdürə və ya ümumiyyətlə bölüşdürməyə bilər və bu cəmiyyətin ümumi yığıncağının səlahiyyətindədir. Hazırki tələbə məhkəmə qaydasında baxılması yol verilməzdir. Buna görə də, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 2(006)-1099/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı prossesual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin məhkəmə aidiyyəti ilə bağlı xx.xx.2020-ci il tarixdən qüvvədə olan 24.2, 25.1, 26.1-ci maddələrinə istinad etməklə mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi olması qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mül ki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin normaya əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 5-ci bəndində də göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdi yi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Hazırki iddia tələbi Mülki Prossesual Məcəlləsinə müvafiq dəyişikliklərin qüvvəyə minməsindən əvvəl, yəni xx.xx.2019-cu il tarixdə verildiyindən və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 25.1-ci maddəsinin tələblərinə əsasən icraata düzgün qəbul edildiyindən, həmin işin sonradan Mülki Prossesual Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən kommersiya mübahisəsi hesab edilməsinə baxmayaraq, mıəhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəllə sinin 32.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı həm Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli Qərarına uyğun olmadığına görə ləğv edilməli və cavabdehin həmin qərardaddan verdiyi kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki cavabdehin ümumiyyətlə iş üzrə icraata xitam verilməli olması barədə dəlillərinə işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə qiymət verməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32 və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin e dilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1099/2020 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3050/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3050/2021
02.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver