Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2023 29.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər X2 və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 10 mart tarixli 2(103)-701/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 2004-cü il 15 mart tarixli 001682 nömərli Şəhadətnaməyə əsasən, Cavabdeh1 (bundan sonra – “birinci cavabdeh”) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 418,4 kv.m olan qeyri-yaşayış sahəsini satın almış və həmin əmlak onun mülkiyyətində olmuşdur. 2. 2021-ci il sentya brın 27-də birinci cavabdeh AN-1 seriyalı, ******* saylı alqı-satqı müqavilə ilə qeyd edilən qeyri-yaşayış sahəsinin 286,5 kv.m hissəsini İddiaçı (bundan sonra – “iddiaçı”) qohumu olan üçüncü şəxsə satmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, qeyri-yaşayış sahəsinin qalan 131,9 kv.m olan hissəsi birinci cavabdehin adına qeydə alınmışdır. 4. 2021-ci il dekabrın 8-də iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən və ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.m hissəsinə onun mülkiyyət hüq uqunun tanınması, qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – “ikinci cavabdeh”) tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin və həmin qeyd əsasında Cavabdeh1 verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın özəlləşdirilməsi üçün qanunauyğun formada sənədləşmə işlərinin aparılmasına 2004-cü ilin yanvar ayında başlamış, bu hərəkətlərin aparılması üçün lazım olan bütün vəsait onu tərəfindən tam ödənilmişdir. Onunla qohum olan birinci cavabdehlə əldə olunmuş şifahi razılıq əsasında daşınmaz əmlak sonuncunun adına rəsmiləşdirmiş, əmlakdan əldə olunacaq aylıq qazancın dörddə bir hissəsi əmək haqqı kimi, əmlaka nəzarəti həyata keçirmiş birinci cavabdehə ödənilməli, əmlak iddiaçının adına rəsmiləşdirildiyi zaman iddiaçı həmin əmlakın 30 kv.m hissəsini birinci cavabdehə bağışlamalı idi. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi və bununla bağlı rəsmiləşdirilmə işlərinin həyata keçirilməsi zamanı birinci cavabdeh tərəfindən hər hansı vəsait xərclənməmiş və əmlak formal olaraq onun adına rəsmiləşdirilmişdir. İddiaçı daha sonra iddia etmişdir ki, sonrakı dövrlərdə həmin əmlakın təmirinə əlavə vəsaitlər xərcləmişdir. İddia ərizəsinə görə, 2021-ci ilin sentyabr ayında, iddiaçı faktiki onun vəsaitilə alınmış qeyri-yaşayış sahəsinin 101 kv.m hissəsini öz adına rəsmiləşdirmək istədikdə, birinci cavabdeh bundan boyun qaçırtmışdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 6, 158.2, 159, 161, 162, 164.1, 164.2, 165.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4, 25, 69, 149-cu maddələrinə istinad olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 16 avqust tarixli 2(007)490/2022 saylı qərardadına əsasən, qeydiyyat yazısı və çıxarış mülki-hüquqi əqdlərin əsasında aparılmadığı və qeyri-yaşayış sahəsi birinci cavabdehin mülkiyyətinə özəlləşdirmə əsasında keçdiyi üçün, həmin məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunda n iddianın “mübahisəli qeyriyaşayış sahəsinə dair Cavabdeh1 adına aparılmış qeydin və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış”ın ləğv edilməsi barədə” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir.
8. İcraat zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra – “Baş İdarə”) sorğu göndərilərək, Baş İdarədə mübahisə ilə bağlı araşdırmanın aparılıbaparılmadığı barədə məlumatın verilməsi xahiş edilmişdir. Baş İdarənin 2022-ci il 10 may tarixli məktubunda qeyd etmişdir ki, iddiacının şikayəti əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Cavabdeh1 idarəyə verdiyi izahatında qohumu İddiaçı bacısı Xalidə Məsimovanın tərəfindən 2004-cü ildə … [həmin] qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək bundan sonra formal olaraq onun adına rəsmiləşdirildiyini, sonrakı müddətdə obyekti icarəyə verməklə aylıq qazancdan 3.000 manat özünə götürdüyünü, Xalidə Məsimovanın obyektin ¼ hissəsini gələcəkdə ona verəcəyini vəd etdiyini, lakin aralarında narazılıq yarandığından 2021-ci ilin sentyabr ayında Xalidə Məsimovanın tələbi ilə obyektin 286,5 kv.m sahəsini sonuncunun bacısı qızı Vüsalə Məmmədovanın adına sənədləşdirib qalan 131,7 kv.m sahəni özünə götürdüyünü bildirmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir.”
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 16 avq ust tarixli 2(007)490/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim H.Əhmədova).
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.m hissəsinə mülkiyyət hüququnun tanınması tələbini irəli sürsə də, iddia tələbi üzrə əhəmiyyətli sübutlar təqdim etməmişdir. Həmin qeyri-yaşayış sahəsi birinci cavabdehin adına hər hansı müqavilə əsasında deyil, dövlət tərəfindən özəlləşmə əsasında keçmiş, əmlakın 131,9 kv.m olan hissəsi dövlət reyestrindən çıxarışa əsasən birinci cavabdehin mülkiyyətindədir və çıxarış qüvvədədir. Həmçinin, iddiaçı tərəfindəın bu əmlakın təmirinə əlavə vəsaitlərin xərclənməsi sübut olunmamışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Baş İdarə tərəfindən birinci cavabdehin qeyd olunan əmlakın on a məxsus olmamasına dair etirafı ilə bağlı məhkəməyə təqdim edilmiş məktubu preyudisiallıq kəsb etmədiyindən onun etirafı kimi qəbul edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni MM-in 140, 152.1, 178.1, 377.1, 384.0.4-cü maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 31 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2007-ci il 26 sentyabr tarixli Qərarına (bundan sonra – “Konstitusiya Məhkəməsinin Qərarı”) və MPM-in 82.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edil məsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 10 mart tarixli 2(103)-701/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim M.Məmmədov, hakimlər C.Musayeva və R.Həsənov).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həqiqi hesab edilməsinə dair maddi hüquq normalarına istinad etmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı birinci cavabdehin dindirilmə protokollarının və onun mübahisəli əmlakın iddiaçıya qaytarılmasını öhdəliyinə götürməsi barədə protokolunun surətlər i sorğu əsasında Baş İdarədən götürülərək tədqiq edilmiş, birini cavabdehin verdiyi izahatla məhkəməyə verdiyi izahat arasında ziddiyyətlər olduğu müəyyən edilsə də, həmin hal iddiaçının mübahisəli daşınmaz əmlakın 101 kv.m hissəsinə mülkiyyət hüququnun tanınması üçün əsaslı sayılmır.
17. Məhkəmə öz qətnaməsini MM-in 140, 152.1, 178.1, Konstitusiya Məhkəməsinin Qərarına və MPM-nin 384, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ (a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eyn ilik təşkil etməklə, MM-in 6.1.8, 159, 164.2, 165.1-ci maddələrinin tələblərinin pozulması, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisəli əmlakın əsl sahibi olan iddiaçının pozulmuş hüquqlarının bərpasını təmin etməməsi, mübahisəli əmlakın faktiki sahibliyi sübut edildiyi halda, iddiaçının sahibliyinin tanınmaması, qanunsuz sahibdən həmin əmlakın qaytarılması barədə tələbin təmin edilməməsi, habelə MPM-in 88, 217.3, 217.4, 388, 417.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni iş üzrə toplanmış sübutlara, həmçinin birinci cavabdehin Baş İdarədə verdiyi izahatlarla məhkəmədə verdiyi izahatlar arasında olan ziddiyyətə, mübahisəli əmlakın iddiaçıya qaytarılmasının öhdəliyə götürülməsinin protokolda göstərdikləri ilə sübuta yetirilməsinə baxmayaraq, düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırılmışdır. (b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə a lınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisn a olmaqla, həqiqi hesab edilir.” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir....”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəll ənin 140-cı maddəsinin tələbini nəzərə alaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və ümumi sahəsi 131,9 kv.m olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.m-nə onun mülkiyyət hüququnun tanınmalı olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, çünki qeyri-yaşayış sahəsi birinci cavabdehin adına tərəflər arasında hər hansı müqavilə əsasında deyil, dövlət əmlkının özəlləşdirilməsi əsasında keçmişdir. Həmin əmlakın 131,9 kv metr olan hissəsi Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata əsasən birinci cavabdehin mülkiyyətini təşkil edir və həmin qeydiyyat hazırda qüvvədədir. Maddi hüquq normalarının müddəalarından da görünür ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həqiqi hesab edilir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olar aq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
29. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 10 mart tarixli, 2(103)701/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.