Məhkəmə qərarları › İş №2(102)-3053/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3053/2024

21.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3053/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X7 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X7 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(103)-1882/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə (bundan sonra iddiaçı) və X14 (bundan sonra cavabdeh) xx.xx.2004-cü il tarixində nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 (bundan sonra iddiaçı) və xx.xx.2008-ci il təvəllüdlü X11 doğulmuşlar.

2. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X3 nikahına xx.xx.2018-ci il tarixdə xitam verilmişdir.

3. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, Allahverdiyeva Mətanət, İddiaçı2 və X4 ailə üzvləri kimi ünvan 1 ünvanında yerləşən evdə yaşadıqları müəyyən edilmiş, Mətanət Allahverdiyevanın verdiyi məlumata əsasən həmi n evin təmsilçinin qayınatasına məxsus olması, lakin qayınatasının Mingəçevir şəhərində yaşadığı müəyyən edilmişdir.

4. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 5. “Bakı Baş Səhiyyə Mərkəzi” X25 12 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 xx.xx.2022-ci il tarixdən, İddiaçı2 xx.xx.2005-ci il tarixdən X11 2008-ci il tarixdən qeydiyyatdadırlar. İddiaçı2 2020-ci ildən bu günədək poliklinikaya müraciət etməmişdir.

6. Bakı şəhəri 67 nömrəli orta məktəb tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı2 2019-2020-ci tədris ilinin şagirdi olmuş, X11 isə həmin məktəbin 8-ci sinfində oxuyur.

7. Bak ı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, nümayəndəlikdəki mövcud ev kitablarına əsasən Məmmədova (Allahverdiyeva) Mətanət Mehman (Avdal) qızı xx.xx.2007-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 2 saylı evdə uşaqları İddiaçı2 və Elnarə Allahverdiyeva ilə birlikdə qeydiyyatdadır.

8. Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı ev 2017-ci ildən X8 (bundan sonra cavabdeh ) adına vergi ödəyicisi qeydiyyatına alınmışdır.

9. Abunə kodu **********X002A olan abunə haqqında sənəddən, abonent kodu **********0000 olan abonentin saldosundan və "xxxx" ASC Sabunçu rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısı cədvəlindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı evin elektrik enerjisi, təbii qaz və su təchizatı barədə müqavilələr cavabdehin adına olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X7 qarşı iddia ərizəsi və iddia tələbin həcminin artırılmasına dair məhkəməyə müraciət edərək, qeydiyyatda olduqları evlə bağlı cavabdehlər tərəfindən onlara qarşı törədilən manelərin aradan qaldırılması, İddiaçı2 və İddiaçı1, sonuncunun yetkinlik yaşına çatmayan qızı xx.xx.2008ci il təvəllüdlü X11 ilə birlikdə qeydiyyatda olduqları ünvan 1-də yerləşən, 3 otaqlı, 2 saylı evə (X8 adına tərtib edilmiş "xxxx" ASC-nin abunə kodu **********X002A olan abunə haqqında sə nədin, “Azəriqaz” İB-nin abonent kodu **********0000 olan abonentin saldosunun və "xxxx" ASC-nin abonent kodu ********************6 olan ödənişlərin siyahısının aid olduğu) köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh keçmiş qayını, digər cavabdeh Azər Allahverdiyev isə keçmiş əridir. Cavabdeh Azər Allahverdiyev ilə nikaha daxil olduqdan bir ay sonra mübahisəli mənzilə köçmüşlər. İddiaçı ərindən boşanmasına baxmayaraq, uzun illərdir ki, həmin evdə qeydiyyatda olmaqla, iki uşaqla həmin evdə yaşamağa davam etmişdir. İki ay əvvəl qaynı iş üzrə Cavabdeh ona bildirmişdir ki, atası ağır xəstədir, ona görə də iddiaçıya müvəqqəti olaraq kirayə ev tutmalı, o, bir müddət uşaqla rla həmin evdə qalmalıdır. Qayınatası xəstə olduğu üçün buna razılıq vermişdir. İki aydan sonra qayınatası vəfat etmişdir. İddiaçı uşaqları ilə qeydiyyatda olduğu evə köçmək üçün keçmiş ərinə müraciət etmiş, əri cavabında ona bildirmişdir ki, evin açarını qardaşından götürüb orada yaşasın. Lakin qaynı evin açarını verməmiş və onu daimi yaşadığı evə buraxmamışdır. Hazırda onlar kirayədə qalır, yaşamağa başqa yerləri yoxdur. Bütün əşyaları həmin evdə yerləşir. X19 4 saylı Bakı ASAN xidmət mərkəzində yerləşən Qeydiyyat şöbəsinə müraciət edərək iddiaçıya atalığını vermişdir. xx.xx.2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən onun «Avdıl» ata adı «Mehman» adına dəyişdirilmişdir. Daha sonra keçmiş əri - digər cavabdeh Azər Allahverdiyev də onları evə buraxmamış, bun a görə, həmin şəxsə qarşı da evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər.

12. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, İddiaçı1 2004-cü ildə Azər Allahverdiyevə qoşulub qaçmaqla ailə qurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh evə köçürülmə iddiası altında ona ev bölgüsü etməli və ya onun əvvəllər bir neçə il müvvəqəti yaşadığı ünvanı ona təhvil verməlidir. İddiaçının dəfələrlə mövqe dəyişdirməsi, iddianın əsasını və predmetini dəyişdirməsi, iddianı ümumən dəyişdirməsi hər hansı prosessual normalara uyğun deyildir. Hazırlıq iclasında da buna etiraz edilmiş, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin müəyyən etdiyi qaydada və formaya uyğun olmadığı bildirilmişdir. Həmçinin iddianın müvəkkilinə qarşı olması əsassız olmaqla bərbər, tam olaraq fərziyyələr ü zərində qurulmuş əmlak bölgüsü tələbidir. Əlavə cavabdeh qismində cəlb edilməyə dair vəsatətə etiraz edilərək bildirilmişdir ki, məhkəmə artıq X9 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Onu cavabdeh qismində cəlb etməyə dair yeni vəsatətində iddiaçı keçmiş ərinin onu aldatdığını və yalan danışdığını bildirmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə ilə əlaqədar bildirilir ki, iddiaçı artıq iddiasının əsassızlığını anladığından, iddianı tam dəyişərək qeydiyyatda olduğu ünvana maneələrin aradan qaldırılması tələbi ilə çıxış edir. Faktiki olaraq məhkəməyə də məlum olduğu kimi, bu artıq əmlak bölgüsü tələbidir, lakin kimə qarşı olduğu tam olaraq məlum deyildir. İddiaçı öz ərizəsində bildirib ki, həmin ev nə Cavabdeh, nə də X7 məxsus deyildir. Bu hal o na əvvəldən məlum olmuşdur. Həmin ev mərhum qaynatası X12 məxsusdur, adına bələdiyyə verigisi və kommunal xidmətlər vardır. Sağlığında iddianın həmin şəxsə qarşı verilməməsi, öləndən sonra digər şəxslərə qarşı verilməsi anlaşılan deyil. Həmçinin iddiaçı əvvəlki iddia tələbində qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 4515/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. X1 iddiasına əsasən nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə 2(008)-3976/2018 saylı mülki iş Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatında olmuşdur. Faktiki olaraq nikahın pozulması sözügedən mülki işlə olmuş və müvafiq olaraq nikahın pozulması haqqında şəhadətnamə verilmişdir ki, həmin şəhadətnamə tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddiaçı cəmi üç -dörd il qayınatası və qayınanası ilə bir yerdə qalmış, daima məişət mübahisələri olmuş, qayınanasını təxminən 2016-cı ildə yıxaraq qolunu qırmış, həmin vaxtdan bir daha Talehin evinə və ya özünün bildirdiyi kimi qayınatasına məxsus evə qayıtmamışdır. Hadisədən sonra qayınanası əsəbdən və sarsıntıdan iflic keçirmişdir. Göstərilənlərin üzə çıxmaması naminə, iddiaçı mərhum qayınatasına həqarət etmiş, guya ölümünə yaxın üç il ərzində ayaqları tutulmuş qayınatasının ona təcavüz etmək niyyətinin olmasını məhkəmə iclasında ağlayaraq bildirmiş, hakimin fikrini cinsi bərabərliyinə (qadın olmasına) yönəldərək üstünlük əldə etmək istəmişdir. İddiaçı1 özünün birinci “evə köçürülmə tələbinə dair” iddiasında bildirmişdir ki xx.xx.2004-cü ildə ailə qurmuş, nikahlarını bir ay sonra qeydiyyata aldırmış və guya Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4, ev 2-yə gəlin köçüb yaşamağa başlamış və cehiz əşyalarını da həmin evə gətirmişdir. Lakin mövcud olmayan həmin cehiz əşyalarının nədən ibarət olmasını özü də deyə bilməmişdir. Yalnız birgə nikah dövründə alınmış bir neçə əşyanı sadalamışdır ki, onlar cehiz əşyası demək deyil. Halbuki hələ əvvəlki iclasda cavabdeh qismində qoymadığı keçmiş əri Azər Allahverdyev tərəfindən İddiaçı1 dediklərinin hamısı yalanlanmış, onların nikahının ailəsi tərəfindən qəbul edilmədiyini, uzun müddət yaxın buraxmadıqlarını bildirərək kirayələrdə yaşadığını demişdir. Bu səbəbdən, hazırkı etiraza da qoşma edilmiş AR DİN BPQMİ-nin MAPS şöbəsinin də arayışlarından göründüyü kimi, uşaqları xx.xx.2005-il təvəllüdlü İddiaçı2 və xx.xx.2008-ci il təvəllüdlü X2 rayonunda anadan olmuşlar. İddiaçının keçmiş əri Azər Allahverdiyev tərəfindən iddiaçıya Ağstafa rayonunda Novruz adlı şəxsdən sənədləri olmasa da, bir ev alınmışdır. Həmin evə dair etibarnamə işə əlavə edilmişdir. Hazırkı iddianın əsasını təxminən 2007-ci ildə Azər Allahverdiyevin keçmiş arvadını Bakı şəhərinə öz üzərinə qeydiyyata salması təşkil edib. Ünvana qeydiyyatı olmaq şəxsə nikah dövründə əldə edilməyən, sabiq həyat yoldaşına aid olmayan əmlakı böldürmək səlahiyyəti vermir, iddia düzgün olmayan şəxsə (şəxslərə) qarşı qaldırılmışdır. X10 çoxdan vəfat etmişdir.

13. Cavabdeh X14 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, mübahisəli ev qardaşınındır və orada ailəsi ilə yaşayır. İddiaçı ilə 2004-cü ildə faktiki ailə qurmuşlar, sonradan bağladı qları nikah pozulmuşdur. O, iddiaçı ilə ailə qurandan sonra həmin evdə az müddətdə yaşamış, təxminən 2006-cı ildən nikahları pozulanadək kirayə evlərdə qalmışlar. O, faktiki olaraq ikinci dəfə ailə qurmuşdur və ailəsi ilə kirayədə yaşayır. Nə iddiaçının, nə də onun həmin evə heç bir hüququ yoxdur. Evin rəsmi heç bir sənədi mövcud deyil. Atası üç aya yaxındır ki vəfat etmişdir, onun ölümündən sonra da daimi olaraq qardaşı öz ailəsi ilə həmin evdə yaşayır. Həyətdə bir otaqlı və iki otaqlı ev var. Həmin ev və həyətyanı sahə bölünmüş olsa da, qardaşı ailəsi ilə orada yaşayır. Qardaşı və ailəsi ata-anasına baxdığına görə, onlar vəfat etməzdən öncə qeyri-rəsmi olaraq qardaşının övladına evi vəsiyyət etmişlər. İddiaçının həmin evdə heç bir cehiz əşyası yoxdur. Ümumiyyətlə, iddiaçı onunla qaçdığın a görə ailəsi ona cehiz verməmişdir. Evdə olan əşyaları - yataq mebeli, paltaryuyan maşın və digər xırda əşyaları isə o, öz pulu ilə almışdır. Həmin əşyaları iddiaçı ilə kirayə gedən vaxtdan özləri ilə aparmışlar. Həmin evdə iddiaçıya və ona məxsus heç bir əşya yoxdur. O, iddiaçı üçün Ağstafa rayonunda, qonşu kənddə, Novruz adlı şəxsdən ona beh verərək evi almış, qalan məbləği də iddiaçıya şəxsən vermişdir ki, Novruza çatdırsın. Həmin evin elektrik işlərini özü görmüşdür. Lakin rayonda aldığı ev etibarnamə ilə satılmışdır. Atasının iddiaçıya qarşı nalayiq hərəkətləri etməsi ilə bağlı bildirmişdir ki, atası yaşlı adam olmuş, normal gəzə bilməmişdir ki, iddiaçıya qarşı hansısa bir nalayiq hərəkət də etsin. İddiaçının dedikləri yalandır və həmin evə köçürülməsi uyğun deyildir.

14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 28 avqust 2023-cü il tarixli 2(008)- 4147/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güz əştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların hal-hazırda ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində qeydiyyatda olmaları halını da nəzərə almışdır. Belə olan təqdirdə, iddiaçıların ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşamalarını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, İddiaçı2 və İddiaçı1, onun yetkinlik yaşına çatmayan övladı X11 ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidirlər.

17. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 180.1-ci, və MPM-in 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsi ndəki icraat

18. Cavabdehlər Cavabdeh və X14 apellyasiya şikayəti verərək,birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

19. Apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, ünvana qeydiyyatda olmaq bu yaşayış hüququnun olması demək deyildir. Sənədləşmə işləri üçün evə qeydiyyata salınmış, bir ailə üzvü kimi qısa bir müddətdə müvəqqəti həmin evdə yaşamış və 2016-cı ilin mart ayından etibarən isə evdən çıxaraq bir daha həmin evdə yaşamamışdır. Həmin müddətlər ərzində dəfələrlə uşaqlarla bağlı aralarında narazılıq yaranmış hətta kirayə qaldığı evə daxil olmağı ilə bağlı, yəni uşaqlarla görüşmək üçün etdiyi cəhdlərlə bağlı X23 müraciətlər etmiş, həmin müraciətlərdə də onun kirayədə qalması öz əksini tapmışdır. Bu isə özlüyündə iddiaçının şifahi olaraq təqdim etdiyi dəlilləri birbaşa təkzib edir. Lakin buna baxmayaraq məhkəmə bu halların araşdırılması üçün hər-hansı cəhd göstərməmişdir. İddiaçı ilə hər hansı şəxs tərəfindən bağlanmış yazılı notarial qaydada bağlanmış olan ərizə ümumiyyətlə mövcud deyildir. İddiaçının mənzildə qeydiyyatının olması, habelə əşyalarının mənzildə qalması mübahisəli mənzilə istifadə hüququnun yarandığı barədə nəticəyə gəlmək üçün əsas deyildir.

20. İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi olaraq) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildimişdir ki, mübahisəli evdə yaşayıb. Ağstafada olan mülklə bağlı onu qeyd etmişdir ki, o mülk anasına məxsusdur və orada onun hər hansı mülkü yoxdur. Boşandıqdan sonra kirayə qaldığı mənzildə heç 2 ay qalma mışdılar və qayınanası və qayınatası onu geri qaytardılar. Axrıncı dəfə o evdən 2023-cü ildə çıxmışdır. Sosial yardımdan evinə gəlib baxış keçirilmişdir. Baxış sosial yardım almaq üçün keçirilmişdir. Sosial yardımdan bildirdilər ki, ona sosial yardım düşmür. Müvəqqəti yaşamağı cavabdeh Azər (yoldaşı) ona deyib. Cavabdeh Taleh (qayının) atasının xəstə olduğunu dedikdən sonra məcburiyyətdən o, evdən çıxmalı oldu. Həmin evdə 2004-cü ildən 2023-cü ilin mart ayına kimi yaşamışdır. CD diskdə onun ad günüdür. Video keçən il çəkilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1882/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Babayev Fuad və Axundova Günay) apel lyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və X7 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası mübahisəli evdən çıxması ilə əlaqədar qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən ev iddiaçı ilə əri-cavabdehin birgə nikah dövründə inşa edilməmiş, onlar hazır tikiliyə (mübahisəli tikiliyə) köçərək orada yaşamışlar. Hazırda tərəflərin barəsində fərqli məzmunlu izahat verdikləri hal iddiaçının iddia etdiyi evə köçməsi və bu evdən çıxması tarixləri ilə əlaqədardır. İddiaçının dediyinə görə, o, nikaha daxil olduğu tarixdən 2023-cü ilə qədər orada uşaqları ilə birlikdə yaşamış, cavabdehlər isə, iddiaçının 2016-cı ilin mart ayınadək 3-4 il ərzində orada yaşadığını qeyd etmişlər. İddiaçılar mübahisəli tikiliyə ailəvi şəkildə (cavabdeh istisna olmaqla) köçürülməsini tələb edirlər.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

24. Məhkəmə kollegiyası digər İddiaçı2 və bacısı - yetkinlik yaşına çatmayan X6 münasibətdə də eyni qənaətə gəlmiş. Belə ki, onlar da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” dairəsinə, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15- ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ndən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyillər.

25. Məhkəmə kollegiyası 3 illik iddia müddətinin tətbiqinə dair ərizə ilə əlaqədar qeyd etmişdir ki, hazırki halda mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. Digər tərəfdən, iddiaçıların subyektiv hüquqlarının pozulması hazırda müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.

26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət etmişdir.

27. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 29cu maddəsi, Mənzil Məcəlləsinin 2.1, 9.1, 30.1,30.2, 30.4-cü maddəsi, Mülki Məcəllənin 11.1.,157.8,158.2,180.2, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh İddiaçı1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evə gəlin gəlmiş, (bunu cavabdehlər də təsdiq edirlər) cavabdeh iki uşaqlarıyla orada yaşamış və 2007-ci ildən orada pasport qeydiyyatındadir. Uşaqlar həmin evdə böyüyüb başa çatmışlar, həmin evin yanındakı ərazidə 67 saylı (Sabunçu qəsəbəsində mübahisə li evin yaxınlığında yerləşir) məktəbin 1-ci sinfinə getmişlər (işdə arayişlar vardır), uşaqlar həmin ərazinin uşaq poliklinikasında tibbi qeydiyyatdadırlar. (arayışlar var) Cavabdeh bildirmişdir ki, əgər o, 2004-cü ildən mübahisəli evdə yaşamamışsa onda harada yaşamış, (bir sübut təqdim edin). Cavabdehin yalnız 2012-2016-ci ilə kimi həmin evdə yaşamağı barədə nə sübut var ki ?

30. Kassator onuda qeyd etmişdir ki, 2007-ci ildən orada pasport qeydiyyatındadır. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, cavabdehlərin irəli sürdüyü faktiki hallara uyğun gəlməyən tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandıra bilməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab e tmişdir ki, apellyasiya məhkəməsinin əsaslandırmadan, tələm tələsik çıxardığı qətnamə qanunvericiliyin tələblərinə cavab vermir, həmin qətnamə ləğv olunmalıdır.. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.

32. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əml akın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

34. Maddə. 157.8. Mülkiyyətçi h üquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

37. Maddə.2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər ə saslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

38. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəhallarda məhkəmə qaydasında həyata keçirilir.

39. Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə kö çürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

40. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşmayoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

41. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqarazılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən i stifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddiaçı tərəfindən tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. B u baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

55. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq,

59. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1882/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar