Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3059/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul, sübutetmə vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və X1rşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3269/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2. “X7”in xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, 2019-cu ilin sentyabrın 3dən sentyabrın 9-dək Cavabdeh1 və X4 Respublikasının Minsk şəhərindəki X6 yerləşmişlər. Otel məxfilik şərtlərinə görə daha ətraflı məlumat o cümlədən maliyyə detalları təqdim etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra isə iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciə t edərək Cavabdeh2 də iş üzrə cavabdeh qismində cəlb olunması barədə qərardad qəbul olunmasını və iddianın hazırkı həcmdə təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəniş gününün Azərbaycan manatına olan məzənnəsi ilə 25.000 ABŞ dollarının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddianın əsası olaraq qeyd olunduğu kimi Cavabdeh1 əri Cavabdeh2 ilə birlikdə onun qeydiyyata düşməsi üçün ondan pul almışlar. Ümumiyyətlə, qeyd etmişdir ki, orada qeydiyyata düşməsi və mənzildən istifadə etməsi üçün cavabdehin ailəsinə 25.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Onu da qeyd etmişdir ki, onlar onu sözügedən ünvana qeydiyyata salanda ona bildirmişlər ki, köçüb Rusiya Federasiyasına getməyə hazır laşırlar və vəd etmişlər ki, gedəndə mənzili ona satacaqlar. Buna görə də onların bu vədinə inanıb həmin pulları onlara vermişdir. Hətta, onların şirin dilinə inanıb şəxsi pullarının olduğu seyfi də onların evində saxlamışdır. Lakin, sonradan bəlli olmuşdur ki, əslində, onlar planlı şəkildə onu aldadaraq şirin vədlərinə inandırıb, qızları Nelli ilə birlikdə pullarını ələ keçirmişlər. Bir neçə dəfə İrinanı və Viktorun dincəlmək üçün xarici ölkələrə turist səfərlərinin xərcini çəkmişdir. O cümlədən 2019-cu ilin sentyabr ayında onların Belarus Respublikası Minsk şəhərinə getmələrinin yol xərcini, orada oteldə qalmalarının haqqını o, ödəmiş, eləcə də xərcliklərin nağd şəkildə özlərinə vermişdir. Onların həmin səfəri üçün ümumilikdə 7.000 ABŞ dolları məbləğində xərci çıxmışdır. Vəkil sorğusuna “X7”dən verilmiş xx.xx.2024-cü il tarixli, 5/N saylı cavab məktubu ilə cavabdehlərin 2019-cu ili sentyabr ayının 3-dən 10-a qədər həmin oteldə qaldıqları, habelə, Minsk şəhərində olarkən, ona göndərdikləri fotoşəkil ilə təsdiq olunur. X5 Əmirliklərinin Dubay şəhərinə getmələrinin də təxminən 5.000 ABŞ dolları məbləğində xərcini o, ödəmişdir. Eləcə də, dəfələrlə, ondan pul istəmişlər və o, onlara pul vermiş, evlərinə bazarlıqlarının xərcini çəkmişdir. Ümumilikdə onlara verdiyi və xərclədiyi pullar 25.000 ABŞ dolları məbləğində olmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-495/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Nail Abbasov).
6. Birinci instansiya məhkəməsi qənaət ində göstərib ki, hazırkı iddia tələbi sübutetmə ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edib ki, sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu onun ziyanınadır. Sübut etməli olan tərəfin irəli sürdüyü güman təkzib olunursa həmin tərəfin sübutu əks sübutdan üstün sübutetmə qüvvəli hesab edilə bilməz. İddiaçı pul xərcləməsini qeyd etməklə, həmin pulu cavabdehlərdən tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda, həmin pulu xərcləsə belə, onun hər hansı qarşılıqla edilməsi iş materialları ilə müəyyən edilmir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci və 157.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiasının isə təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər ilə uzun müddətdir tanışdır, cavabdehlərin qızı Nelli Fabriçnaya onun rəhbəri olduğu "xxxx" TSK MMC-nin işçisi olmu şdur, 2019-cu ilin əvvəllərində o cavabdehlərin razılığı ilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə adına olan, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüş, öz şəxsi əşyalarını, o cümlədən, içərisində şəxsi pulu olan “ES-100” markalı metal seyfini gətirib o mənzilə yerləşdirmişdir. Cavabdehlər onun qeydiyyata düşməsi üçün ondan pul aldılar. Onun orada qeydiyyata düşməyi və mənzildən istifadə etməyi üçün cavabdehlərə 25.000 ABŞ dolları məbləğində pul xərcləyib. Cavabdehlər onu sözügedən ünvana qeydiyyata salanda bildirdilər ki, köçüb Rusiya Federasiyasına getməyə hazırlaşırlar və vəd etdilər ki, gedəndə mənzili ona satacaqlar. Buna görə də, o, cavabdehlərin bu vədinə inanıb həmin pulları cavabdehlərə vermişdir. Hətta, yuxarıda qeyd olunduğu kimi onların şir in dilinə inanıb şəxsi pullarının olduğu seyfi də cavabdehlərin evində saxlamışdır. Bir neçə dəfə İrinanın və Viktorun dincəlmək üçün xarici ölkələrə turist səfərlərinin xərcini çəkib. O cümlədən, 2019-cu ilin sentyabr ayında onların Belarus Respublikası Minsk şəhərinə getmələrinin yol xərcini (bilet pulunu), orada oteldə qalmalarının haqqını o, ödəmiş, eləcə də xərcliklərini nağd şəkildə özlərinə vermişdir. Onların həmin səfəri üçün ümumilikdə 7.000 ABŞ dolları məbləğində xərci çıxıb. Vəkil sorğusuna “X7”dən verilmiş xx.xx.2024-cü il tarixli, B/N saylı cavab məktubu ilə cavabdehlərin 2019-cu ili sentyabr ayının 3-dən 10-a qədər həmin oteldə qaldıqları, habelə, Minsk şəhərində olarkən, ona göndərdikləri fotoşəkil ilə təsdiq olunur. Bundan başqa, cavabdehlərin BƏƏ-nin Dubay şəhərinə getmələ rinin də təxminən 5.000 ABŞ dolları məbləğində xərcini o, ödəmişdir. Habelə, oğlanları Oleq Rusiya Federasiyasına köçərkən köçmək xərcini ödəmək üçün 3.000 ABŞ dolları məbləğində pul vermişdir. Eləcə də, dəfələrlə, ondan pul istəyiblər və o, cavabdehlərə pul vermiş, evlərinə bazarlıqlarının xərcini çəkmişdir. Sonradan, cavabdehin qızı Nelli Fabriçnaya cavabdehlərin evinə yerləşdirdiyi seyfdən onun 750.000 AZN məbləğində pulunu taladığına və cinayətin izini itrmək üçün onu zəhərləyərək öldürməyə cəhd etdiyinə görə o, mənzildən məcburiyyət qarşısında qalıb çıxmışdır (Nelli Fabriçnaya Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətnə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, həyatına qəsd etmə epizodu üzrə prokurorluqda araşdırma aparılır). Haqlı olar aq sual yaranır ki, cavabdehlərin maddi marağı yox idisə, nə üçün onun mənzillərinə qeydiyyata düşməyinə razı olmuşdular. Əslində, cavabdehlər planlı şəkildə onu aldadaraq şirin vədlərinə inandırıb qızları Nelli ilə birlikdə pullarını ələ keçirmişlər. Deməli, cavabdehlərin məqsədi guya, Rusiya Federasiyasına köçəcəkləri və mənzili ona verəcəkləri adı ilə onu aldadaraq, mənzillərinə qeydiyyata salmaq yolu və bununla da etibarından sui-istifadə edərək pullarını ələ keçirmək- əsassız varlanmaq olmuşdur. Məhz bu məqsədlərinə nail olduqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mənzilə olan qeydiyyatını ləğv etdirmişlər. Məhkəmə mübahisənin həllinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, işin faktiki hallarını və bu halları tə sdiq edən sübutları nəzərə almadan (ümumiyyətlə, təqdim etdiyi sübutları qiymətləndirmədən) qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir. Hakim cavabdeh tərəfin heç bir əsası olmayan subyektiv (hətta Nelli Fabriçnayanın barəsində qanuni qüvvəyə minmiş hökmünü şübhə altına alan) mülahizələrini əsas götürüb iki cümlə ilə qeyd etmişdir ki, “...İddiaçı pul xərcləməsini qeyd etməklə, həmin pulu cavabdehlərdən tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda da qeyd edilməlidir ki, həmin pulu xərcləsə belə, onun hər hansı qarşılıqla edilməsi iş materialları ilə müəyyən edilmir” (məhkəmənin bu qənaətinin əsasızlığı barədə şikayətin prosessual hüquq normaların pozulması ilə bağlı hissəsində ətraflı şərh veriləcəkdir). Halbuki, yuxarıda şərh olu nanlarla heç bir qohumluq əlaqəsi olmayan cavabdehlərə həm bilavasitə pul verilməsi və pul xərclənməsi, həm də bunun nəyin qarşılığında olması açıq-aşkar təsdiq olunur. Onu qeydiyyata salarkən ondan bilavasitə pulu alan, eləcə də sonralar əksəriyyət vaxt pulu qəbul edən cavabdeh Viktor Fabriçniy məhkəmə iclaslarında onunla üz-üzə gəlməmək üçün qəsdən iştirak etməmişdir. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Beləliklə, şərh edilənlərlə qətnamənin qanunsuz və əsassız olduğu tam təsdiq edilir. Odur ki, qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3269/2025 saylı, 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-495/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi) N.Cəfərov və İ.Şirinov).
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdirsə bunun nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdehlərdən iddia ərizəsində göstərdiyi vəsaiti ödənilməsini tələb edir. Bunun üçün cavabdehlərin iddiaçı qarşısında zərər vurmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan, yaxud da müqavilədən əmələ gələn, eləcə də əsassız varlanmadan əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehlərin iddiaçı qarşısında bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsas a görə cavabdehlərin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir. İddiaçı cavabdehlərə qarşı olan iddiasının predmetini bir dəfə dəyişmişdir. Sübuta yetirildiyi halda tələbinin qanuni əsası kimi əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehlərin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması (əmlak yaxud pul əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Burada tərəflər arasındakı münasibətlərin xarakteri də iddianın əsaslılığını tək zib edən hallar sayılır. Çünki bu cür münasibətlər zamanı tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nədə aralarında borc münasibətləri yaranmır. Ən azından bu cür vəziyyətdə onları birləşdirən iddia olunan əlaqələr və bundan yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir.
12. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki,məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
13. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 386.1, 666.1, 666.2, 668.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1093.1, 1093.2-ci və MPM-nin 4.1, 14.2, 77.1, 81, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3269/2025 saylı qətnaməsinin ləğv edilərək, işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qətnamədə öhdəliyin yaranması əsaslarına dair müxtəlif maddi hüquq nor malarına istinad etsə də, tətbiq edilməli olan normanın tələblərini pozmuşdur. İlk növbədə, məhkəmə kollegiyası qətnamədə düzgün olmayaraq göstərmişdir ki, “birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdirsə düzgün tətbiq edilməmənin nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdehlərdən iddia ərizəsində göstərdiyi vəsaiti ödənilməsini tələb edir. Bunun üçün cavabdehlərin iddiaçı qarşısında zərər vurmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud müqavilədən əmələ gələn, eləcə də əsassız varlanmadan əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehlərin iddiaçı qarşısında bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsasa görə cavabdehlərin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir” (bənd 22). Halbuki, apellyasiya şikayətində cavabdehlərin öhdəliyinin hüquqi əsasının əsassız varlanma təşkil etdiyi ətraflı şəkildə şərh olunmuşdur. Buna baxmayaraq, məhkəmə şikayətin həmin dəlilini sanki nəzərdən qaçırmışdır.
17. Məhkəmə kollegiyası dolayısı yolla mübahisənin hüquqi əsasının əsassız varlanma olduğuna toxunsa da, belə qənaətə gəlmişdir ki, “Sübuta yetirildiyi halda tələbinin qanuni əsası kimi əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehlərin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması (əmlak yaxud pul əldə etməsi) təsdiq olunmur (bənd 23).
18. Məhkəmə kollegiyası qeyd olunan ziddiyyətli qənaəti ilə cavabdehlərin pul aldıqlarının bir tərəfdən təsdiq olunduğunu qəbul etmiş, digər tərəfdən isə bu faktın əsassız varlanmaya səbəb olmadığını göstərmişdir. Pozulduğu qeyd olunan normaların məna və tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hazırkı işdə cavabdehlərin iddiaçının hesabına əmlak (pul) əldə etməsi - qazanması, istirahətə getməsi və sair sübuta yetirilmişdir (sübutlara aid prosessual normaların pozulmasına dair hissədə ətraflı şərh veriləcək). Yəni qeyd olunan normaların dispozisiya şərtlərinin birinci ikisi təsdiqini tapmışdır. Növbəti üçüncü şərtin isə mövcudluğ u onunla təsdiq edilir ki, cavabdehlər mənzili gələcəkdə ona satacaqları barədə yalan vəd verməklə iddiaçını aldadıb, mənzillərinə qeydiyyata salmış, pullarını ələ keçirmiş, sonra isə verdikləri vədə əməl etməyərək, məni mənzildən qeydiyyatdan çıxarmışlar, bununla da pul verilərkən nəzərdə tutulan məqsəd hasil olmamışdır (həyata keçməmişdir). Göründüyü kimi hər üç dispozisiya şərti mövcud olmuşdur. Lakin məhkəmələr əsassız olaraq, bunlara əhəmiyyət verməmişlər. Cavabdehlərin yalan vəd verərək iddiaçını aldadıb iddiaçının pullarını ələ keçirmələri ilə əsassız varlanmışlar. Bunun nəticəsində onların iddiaçı qarşısında əsassız varlanmaya görə öhdəlikləri yaranmış və buna görə də məsuliyyət daşımalıdırlar.
19. Kassator qeyd etmişdir ki, məhkəmələr təqdim etdiyi sübutlara qiymət verməmiş, onlar ın qəbul olunub-olunmaması və ya rədd edilməsi barədə qətnamədə heç bir qeyd aparmamışdır. Cavabdehlərə pul verməsi və onlar üçün xərclər çəkməsi məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Belə ki, qohumluq əlaqəsi olmayan cavabdehlərin onu mənzillərinə qeydiyyata salması yalnız pul müqabilində mümkün ola bilərdi. Cavabdeh2 tərəfindən təqdim edilmiş rəsmi arayış və apellyasiya baxışında bunun etirafı, şahid Fazil Hacıyevin cavabdehlərə pul verilməsi, bazarlıq edilməsi və xarici səfərlərinin maliyyələşdirilməsi barədə ifadəsi, həmçinin Minsk və Dubay səfərlərinin xərclərinin kassator tərəfindən ödənilməsi bu faktı təsdiqləyir. Apellyasiya mərhələsində təqdim edilmiş elektron məktub və maliyyə hesabatında “Slavik Minsk” adı ilə göstərilən 1000 ABŞ dolları da cavabdehlərin Minsk səfəri üçün kassator tərəfindən verilmiş məbləğin bir hissəsi olmuşdur. Kassator hesab edir ki, bu hallar iş üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmələr tərəfindən nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 386.1. Öhdə liyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
25. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verə n və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
26. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:
27. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
28. Maddə 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
29. Maddə 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
30. Maddə 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;
31. Maddə 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
32. Maddə 739.1. Borc m üqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əs as və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
37. Maddə 1093.2. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:
38. Maddə 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;
39. Maddə 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
51. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb i ş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3269/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar